Məhkəmə qərarları › İş №2(105)-726/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-726/2022

21.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-726/2022 21.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs iştirakı ilə açıq məhkəmə iclasında, Şabran Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli, 2(031)-1059/2017 saylı qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Teymur Qurbanov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 oğluna, Cavabdeh8, Cavabdeh9, ƏmirCavabdeh4 və X6 qarşı əqdin etibarlı hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı arasında Torpağın mülkiyyət hüququna dair JN: 136 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 23283.6 kv.m torpaq sahəsinin, X9 ilə İddiaçı arasında Torpağın mülkiyyət hüququna dair JN: 132 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 27164.00 kv.m pay torpaq sahəsinin, Cavabdeh2 ilə İddiaçı arasında Torpağın mülkiyyət hüququna dair JN: 0073 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 31277.92 kv.m pay torpaq sahəsinin, Cavabdeh3 ilə İddiaçı arasında Torpağın mülkiyyət hüququna dair JN: 0058 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 4010.05 kv.m pay torpaq sahəsinin, Cavabdeh7 ilə İddiaçı arasında Torpağın mülkiyyət hüququna dair JN: 0034 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 12030.00 kv.m pay torpaq sahəsinin, Cavabdeh8 ilə İddiaçı arasında Torpağın mülkiyyət hüququna dair JN: 0048 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 20050.00 kv.m pay torpaq sahəsinin, Cavabdeh9 ilə İddiaçı arasında Torpağın mülkiyyət hüququna dair JN: 0020 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 1273.47 kv.m pay torpaq sahəsinin, Əmirəhmədov Səfərəli Babaşah oğlu ilə İddiaçı arasında Torpağın mülkiyyət hüququna dair JN: 0021 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 6366.82 kv.m pay torpaq sahəsinin, Cavabdeh6 ilə İddiaçı arasında Torpağın mülkiyyət hüququna dair JN: 239 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 12777.00 kv.m pay torpaq sahəsinin, Cavabdeh4 ilə İddiaçı arasında Torpağın mülkiyyət hüququna dair JN: 116 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 8914.00 kv.m pay torpaq sahəsinin, Cavabdeh5 ilə İddiaçı arasında Torpağın mülkiyyət hüququna dair JN: 242 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 9937.00 kv.m pay torpaq sahəsinin alınmasına dair bağlanmış əqdlərin etibarlı hesab edilməsi, həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüququ tanınması qət edilmiş, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə onun arasında torpağın mülkiyyət hüququna dair JN: 136 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 23283.6 kv.m torpaq sahəsinin, X9 ilə onun arasında torpağın mülkiyyət hüququna dair JN: 132 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 27164.00 kv.m pay torpaq sahəsinin, Cavabdeh2 ilə onun arasında torpağın mülkiyyət hüququna dair JN: 0073 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 31277.92 kv.m pay torpaq sahəsinin, Cavabdeh3 ilə onun arasında torpağın mülkiyyət hüququna dair JN: 0058 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 4010.05 kv.m pay torpaq sahəsinin, Cavabdeh7 ilə onun arasında torpağın mülkiyyət hüququna dair JN: 0034 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 12030.00 kv.m pay torpaq sahəsinin, Cavabdeh8 ilə onun arasında torpağın mülkiyyət hüququna dair JN: 0048 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 20050.00 kv.m pay torpaq sahəsinin, Cavabdeh9 ilə onun arasında torpağın mülkiyyət hüququna dair JN: 0020 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 1273,47 kv.m pay torpaq sahəsinin, Əmirəhmədov Səfərəli Babaşah oğlu ilə onun arasında torpağın mülkiyyət hüququna dair JN: 0021 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 6366.82 kv.m pay torpaq sahəsinin, Cavabdeh6 ilə onun arasında torpağın mülkiyyət hüququna dair JN: 239 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 12777.00 kv.m pay torpaq sahəsinin, Cavabdeh4 ilə onun arasında torpağın mülkiyyət hüququna dair JN: 116 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 8914.00 kv.m pay torpaq sahəsinin, Cavabdeh5 Ziyatəddm oğlu ilə onun arasında torpağın mülkiyyət hüququna dair JN: 242 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 9937.00 kv.m pay torpaq sahəsinin alınmasına dair bağlanmış əqlərdin etibarlı hesab edilməsi və həmin torpaq sahələrinə mülkiyyət hüququnun tanınması barədə qətnamə cıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Şabran rayon sakinləri Cavabdeh1 və ailə üzvləri ilə danışıb razılığa gəlməklə onun və ailə üzvlərinin 23283.6 kv.m pay torpaq sahəsini, X9 və ailə üzvləri ilə danışıb razılığa gəlməklə onun və ailə üzvlərinin 27164.00 kv.m pay torpaq sahəsini, Cavabdeh2 ilə danışıb razılığa gəlməklə onun və ailə üzvlərinin 31277.02 kv.m pay torpaq sahəsini, Cavabdeh3 ilə danışıb razılığa gəlməklə onun və ailə üzvlərinin 4010.05 kv.m pay torpaq sahəsini, Cavabdeh7 ilə danışıb razılığa gəlməklə onun və ailə üzvlərinin 12030.00 kv.m pay torpaq sahəsini, Cavabdeh8 ilə danışıb razılığa gəlməklə onun və ailə üzvlərinin 20050.00 kv.m pay torpaq sahəsini, Quba rayon sakinləri Cavabdeh9 ilə danışıb razılığa gəlməklə onun və ailə üzvlərinin 1273.47 kv.m pay torpaq sahəsini, Əmirəhmədov Səfərəli Babaşah oğlu ilə danışıb razılığa gəlməklə onun və ailə üzvlərinin 6366.82 kv.m pay torpaq sahəsini, Cavabdeh6 ilə danışıb razılığa gəlməklə onun və ailə üzvlərinin 12777.00 kv.m pay torpaq sahəsini, Cavabdeh4 ilə danışıb razılığa gəlməklə onun və ailə üzvlərinin 8014.00 kv.m pay torpaq sahəsini, Cavabdeh5 ilə danışıb razılığa gəlməklə onun və ailə üzvlərinin 9937.00 kv.m pay torpaq sahəsini dəyərini ödəməklə almışdır. Bu barədə cavabdehlərlə aralarında şifahi və yazılı müqavilələr də bağlanmışdır. Torpağın satılmasına cavabdehlərin digər ailə üzvlərinin də razılığı olmuşdur. Cavabdeh tərəflər öhdəsinə götürmüşdülər ki, alqı-satqını rəsmiləşdirəcəklər. Lakin cavabdeh tərəflər ailə üzvlərini bir araya yığaraq alqı-satqını notariat qaydasında rəsmiləşdirmədilər. Sonradan cavabdehlərin ailə üzvlərinin bir qismi ölmüş və alqı-satqının rəsmiləşdirilməsi qeyri-mümkün olmuşdur. Həmin vaxtdan torpaq sahələri onun faktiki mülkiyyətində və istifadəsindədir. Ona görə də məhkəməyə müraciət etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə İddiaçı cavabdeh X8 və qeyrilərinə qarşı iddia tələbi təmin edilməklə iddiaçı ilə X9 arasında JN-132 Kod 30406028 saylı torpağa mülkiyyət hüququna dair akta əsasən ona və ailə üzvlərinə məxsus olan 27164 kv.m torpaq sahəsinə və digər torpaq sahələrinə dair əqdlər etibarlı hesab edilmiş, İddiaçı həmin torpaq sahələri üzərində mülkiyyət hüquqları tanınmışdır. Məhkəmə qətnaməsi ilə o, tərəf kimi tanınmamışdır. Halbuki torpağın mülkiyyətə verilməsinə dair JN-132 saylı, kodu 30406028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında adı vardır. Həmin torpaq sahəsi ilə bağlı məhkəmədə iddia qaldırmaq istəyərkən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin 08.06.2020-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, mülkiyyətlərində olan torpaq sahəsi məhkəmə qətnaməsinə əsasən özgəninkiləşdirilmişdir. Yalnız məhkəməyə müraciət etdikdən sonra 14.06.2021-ci ildə həmin məhkəmə qətnaməsinin surətini almış və belə bir qanunsuz və ədalətsiz qətnamənin qəbul edilməsindən məlumatı olmuşdur. Hazırki iş üzrə cavabdeh kimi tanınan X9 qətnamədən 13 il əvvəl, yəni 2004-cü ildə dünyasını dəyişmişdir. Lakin məhkəmə bu halları araşdırmamış və artıq həyatda olmayan bir şəxsi mülki iş üzrə cavabdeh kimi tanımaqla qətnamə qəbul etmişdir. Bundan başqa, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi JN-132 saylı, kodu 30406028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında Gülnaz Qəniyeva ilə yanaşı, digər ailə üzvlərinin, o cümlədən də onun adı olmuş, lakin məhkəmə onun məhkəmə iclasında iştirakını təmin etmədən, bu torpaq sahəsinin iddiaçıya satılmasına dair hər hansı bir razılıq ərizəsi olmadan bu əqdi etibarlı hesab etmişdir. Məhkəmə bir mülkiyyətçi kimi onun hüquqlarını pozmuşdur. Belə ki, bu torpaq sahəsinin satışı zamanı mülkiyyətçi kimi o da razılıq verməli idi. Lakin məhkəmə onun bu hüquqlarını pozmuşdur. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətinə uyğun izahat verdi. İddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi cavabdeh X6 aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, bu hissədə iddia təmin edilməməlidır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qətnamə hüquq və vəzifələrinə toxunan şəxsin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq cavabdeh X6 aid hissədə ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan JN-132 saylı, kodu 30406028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 26 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə X4, X1, X2, X5, X3, Maraqlı şəxs və Qəniyeva Səadət Barat qızının mülkiyyətlərinə Dəvəçi rayonu Sincanboyad kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 6,02 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı hazırki hüquq münasibətləri 01 sentyabr 2000-ci il tarixdən sonra əmələ gəldiyindən, hazırki hüquq münasibətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməlidir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası MM-nin 336-cı maddəsinə istinad etmişdir. Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası MM-nin 335.2-cı maddəsinə görə tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu etibarlı hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Həmin Məcəllənin 336.1-ci maddəsinə görə əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqısatqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi, daşınmaz əmlakların, o cümlədən torpaq sahələrinin alqı-satqı müqavilələrinin etibarlı sayılması üçün qanunvericilik zəruri şərtlər kimi onların yazılı formada bağlanmasını və notariat qaydasında təsdiqlənməsini nəzərdə tutmuşdur. Hazırki mübahisə üzrə qanunvericilikdə nəzərdə tutulan həmin şərtlər mövcud deyildir. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. İşin müəyyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə X9 arasında JN-132 saylı, kodu 30406028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 6,02 ha torpaq sahəsinin 27164.00 kv.metr hissəsinə dair yazılı formada bağlanmış və notariat qaydasında təsdiqlənmiş alqı-satqı müqaviləsi olmamış, torpaq sahəsinin satılmasına birgə mülkiyyətçi kimi Maraqlı şəxs razılığı alınmamışdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh X6 münasibətdə iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi cavabdeh X6 aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, bu hissədə iddia təmin edilməməlidır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli, 2(031)-1059/2017 saylı qətnaməsi X9 ilə İddiaçı arasında torpağa mülkiyyət hüququna dair JN:132 saylı, kodu 30406028 olan dövlət aktına əsasən Şabran rayonu ərazisində yerləşən 27164.00 kv.m pay torpaq sahəsinin alınmasına dair bağlanmış əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, bu hissədə iddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar