Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-728/2024 13.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı əmək fəaliyyətinə dair arayışın verilməsi vəzifəsinin üzərinə qoyulması tələbinə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürə bilməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondu) dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-822/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2024-cü il tarixli qərardadı ilə (hakim E.Hüseynov) İddiaçı Sumqayıt Üst Trikotaj Fabrikində xx.xx.1998-ci ildən xx.xx.2002-ci il tarixədək əmək fəaliyyətinə dair arayışın verilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması və 50 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-822/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-822/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilən şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək onun Sumqayıt Üst Trikotaj Fabrikində xx.xx.1998-ci ildən xx.xx.2002-ci il tarixədək əmək fəaliyyətinə dair arayışın verilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması və 50 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə prosessual hüquq normalarının tələblərinə riayət etməmiş, nəticədə məhkəmə aidiyyətinin pozulmasına yönəlmiş qərardad qəbul edilmişdir. Həmin siyahıda açıq səhmdar cəmiyyətləri inzibati orqan kimi göstərilməyibdir. Belə olan halda yaranmış mübahisəyə inzibati məhkəməsində baxılmasına yol verilmir. Göründüyü kimi, məhkəmə təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş nəticədə iş üzrə əsassız və qanunsuz qərardad cıxartmışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2024-cü il tarixli və onunla bağlı 27 fevral 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hazırkı mübahisənin predmeti hüquqi təbiətinə görə mülki mübahisələrdən fərqli olduğundan mülki icraat qaydasında baxıla bilməməsi əsası ilə icraata xitam verilməsi qənaətinə gəlmiş, bu nəticədən İddiaçı narazı qalaraq şikayət vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, İddiaçı onun Sumqayıt Üst Trikotaj Fabrikində xx.xx.1998-ci ildən xx.xx.2002-ci il tarixədək əmək fəaliyyətinə dair arayışın verilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə görə hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq işin icraatına xitam verməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2024-cü il tarixli və onunla bağlı 27 fevral 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2024-cü il tarixli və onunla bağlı 27 fevral 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-728/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-728/2024
13.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver