Məhkəmə qərarları › İş №2(105)-73/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-73/2023

19.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-73/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X11 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə İddiaçı, onun nümayəndə və vəkili Vəkil2, üçüncü şəxs X4, cavabdeh Şamaxı rayonu Məlhəm Bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 Əliağa oğlu, 3-cü şəxs X6 qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, maddi və mənəvi ziyan tələbinə dair” iddia ərizəsi və müstəqil tələb irəli sürən 3-cü şəxs X4 cavabdehlər İddiaçı və Şamaxı rayonu Məlhəm Bələdiyyəsinə qarşı “24 sentyabr 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 16 hektar torpaq sahəsinin 9 hektarından çıxarılması və 200000 manat maddi ziyan tələbinə” dair müstəqil tələbi üzrə mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(074)-91/2021 saylı qətnaməsindən İddiaçı və 3cü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Əliağa oğluna qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, maddi və mənəvi ziyan tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məlhəm Bələdiyyəsi ilə bağladığı xx.xx.2019-cu ıl tarixli, 3M-212 və 3M-213 nömrəli reyestrli icarə müqavilələrinə əsasən ona icarə müqaviləsi əsasında məxsus olan 1.9 ha və 2.1 ha torpaq sahəsindən Cavabdeh1 Əliağa oğlunun məcburi qaydada çıxarılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, dəymiş 12000 (on iki min) manat maddi ziyan, 10000 (on min) manat mənəvi ziyanın və 30 (otuz) manat dövlət rüsumu əvəzinin cavabdehdən alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə müstəqil tələb irəli sürən 3-cü şəxs X9 ərizə ilə müraciət edərək, onun 3-cü şəxs kimi işə cəlb olunmasını və Şamaxı rayon, Məlhəm Bələdiyyəsi ilə İddiaçı arasında 24 sentyabr 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, İddiaçı 2,1 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, cavabdehlərdən 200000 manat maddi ziyanın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə müstəqil tələb irəli sürən 3-cü şəxs X9 iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, cavabdehlər İddiaçı və Şamaxı rayonu Məlhəm bələdiyyəsi arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehlər İddiaçı və Şamaxı rayonu Məlhəm bələdiyyəsidən müştərək qaydada müstəqil tələb irəli sürən üçüncü şəxs X4 xeyrinə 200000 (iki yüz min) manat maddi ziyanın tutulması, cavabdeh İddiaçı müstəqil tələb irəli sürən üçüncü şəxs X6 məxsus olan 16 hektar torpaq sahəsinin 9 hektarından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(074)-91/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin olunması, xx.xx.2019-cu il tarixli 3M-212 nömrəli reyestrli icarə müqaviləsinə əsasən İddiaçı icarə müqaviləsi əsasında məxsus olan 2.1 ha torpaq sahəsinin 0,65 ha hissəsindən Cavabdeh1 məcburi qaydada çıxarılması, 30 manat dövlət rüsumu əvəzinin Cavabdeh1 Əliağa oğlundan alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissəsinin rədd edilməsi, müstəqil tələb irəli sürən 3-cü şəxs X4 cavabdehlər İddiaçı və Şamaxı rayonu Məlhəm Bələdiyyəsinə qarşı “24 sentyabr 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 16 hektar torpaq sahəsinin 9 hektarından çıxarılması və 200000 manat maddi ziyanın tələbinə” dair iddiasının rədd edilməsi, Cavabdeh1 Əliağa oğlundan keçirilmiş ekspertizanın dəyəri 50 manatın alınıb X3 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.l.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülməsi qət edilmişdir (hakim Etibar Hümbətov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(074)-91/2021 saylı qətnaməsinin "xx.xx.2019-cu il tarixli, 3M-212 reyestr nömrəli icarə müqaviləsinə əsasən İddiaçı icarə müqaviləsi əsasında məxsus olan 2.1 ha torpaq sahəsinin 0.65 ha hissəsindən Cavabdeh1 Əliağa oğlunun məcburi qaydada çıxarılsın, iddianın qalan hissəsi rədd edilsin." hissəsində ləğv edilməsini və İddiaçı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X9 apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(074)-91/2021 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı iddiasının rədd edilməsi və öz iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, üçüncü şəxsin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, İddiaçı 2002-ci il tarixdən indiki vaxtadək Şamaxı rayon Məlhəm Bələdiyyəsi ilə icarə müqaviləsi bağlayaraq Şamaxı rayonu Məlhəm kənd Bələdiyyəsinə məxsus ümumi sahəsi 1.9 ha və 2.1 ha olan torpaq sahələrini icarəyə götürərək istifadə edir. Həmin torpaq sahələri üzrə son olaraq xx.xx.2019-cu il tarixdə Bələdiyyə ilə icarə müqavilələri yenilənmiş və həmin icarə müqavilələri Şamaxı rayon Notariat ofisində 3M- 212 və 3M-213 nömrəsi ilə reyestrdə qeydiyyata alınmışdır. İddiaçı torpaq sahələrini qanuni əsaslarla icarəyə götürüb istifadə etməyə çalışsa da illərdir ki, Cavabdeh1 Əliağa oğlu onun bu hüququnu kobudcasına pozur və həmin torpaq sahəsindən özbaşına istifadə edir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri barədə dəfələrlə onun özünə, müvafiq orqanlara müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Odur ki, iddiaçı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Lakin Şamaxı Rayon Məhkəməsi tərəfindən işə baxılarkən işin halları düzgün araşdırılmamış, iddia tələbindən kənar araşdırma aparılaraq əsassız qətnamə qəbul edilmişdir. Belə ki, iddaçı İddiaçı iddia tələbi Cavabdeh1 Əliağa oğlunun iddiaçının icarəsində olan torpaq sahələrindən qanunsuz istifadə etdiyinə görə çıxarılması olsa da məhkəmə Cavabdeh1 qanunsuz hərəkətlərini araşdırmaq əvəzinə, bu işə aidiyyatı olmayan digər bir şəxsi X7 müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb etmiş və iddiaçı ilə 3-cü şəxsin münasibətlərini araşdırmışdır. Halbuki, iddiaçının X6 qarşı heç bir iddiası, tələbi olmamışdır. Məhkəmə tərəfindən Cavabdeh1 Əliağa oğlunun qanunsuz hərəkətləri araşdırılmamışdır. Məhkəmə tərəfindən guya işin hallarını araşdırmaq üçün iş üzrə mütəxəssis rəyi və ekspert rəyi alınmış, lakin həmin mütəxəssis və ekspert qarşısında qoyulmuş sualların işin hallarının araşdırılması üçün heç bir aidiyyatı olmamışdır. Bunun nəticəsində də mütəxəssis və ekspert tərəfindən iş üzrə mücərrəd rəylər verilmişdir. Odur ki, iş üzrə obyektiv nəticəyə gəlmək üçün yenidən iş üzrə müvafiq ekspertiza keçirilməlidir. Bundan əlavə, iddiaçının icarəsində olan torpaq sahələri Məlhəm Bələdiyyəsinə məxsus olsa da, məhkəmə tərəfindən Bələdiyyənin mövqeyi öyrənilməmişdir. Halbuki, tərəflər arasında olan mübahisənin obyektiv həll edilməsi, işin hallarının düzgün araşdırılması üçün Bələdiyyənin mövqeyinin öyrənilməsi daha məqsədəmüvafiq olardı. Bundan əlavə, məhkəmə tərəfindən Cavabdeh1 Əliağa oğlunun qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərər də araşdırılmamış, cavabdehin həmin torpaq sahəsindən uzun müddət qanunsuz istifadə etməsi nəticəsində gəlir əldə etməsinə qiymət verilməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən işə baxılarkən işin halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, iddia tələbində torpaq sahəsindən çıxarılma qoyulsa da, məhkəmə araşdırmanı tamam başqa istiqamətdə aparmış və sonda iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmışdır. Qeyd olunanlara əsasən iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, üçüncü şəxsin apellyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(074)-91/2021 saylı qətnaməsinin "xx.xx.2019-cu il tarixli, 3M-212 reyestr nömrəli icarə müqaviləsinə əsasən İddiaçı icarə müqaviləsi əsasında məxsus olan 2.1 ha torpaq sahəsinin 0.65 ha hissəsindən Cavabdeh1 Əliağa oğlunun məcburi qaydada çıxarılsın, iddianın qalan hissəsi rədd edilsin." hissəsində ləğv edilməsini və İddiaçı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Eyni zamanda müvəkkili balıq təsərrüfatı ilə məşğuldur. İş üzrə aidiyyət məsələsinin həlli hissəsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə kollegiyasının iclasında İddiaçı bildirdi ki, VÖEN-ni olmamalıdır. balıq təsərrüfatı ilə məşğuldur. İşin aidiyyəti məhkəmədə baxılmasına etiraz etmir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən müstəqil tələb irəli sürən üçüncü şəxs X9 apellyasiya şikayətini müdafiə edib,iddiaçının apellyasiya şikayətini qəbul etməyərək göstərmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən iş materiallarında olan ekspert rəyinə istinad edərək qeyd etmişdir ki, İddiaçı Cavabdeh1 1.9 ha və 2.1 ha torpaq sahəsindən çıxarılmasını tələb etsə də yanaşı yoxlanılmış 06 may 2021-ci il tarixli ekspert rəyi ilə iddiaçının icarəsində olan 2.1 ha olan torpaq sahəsinin yalnız 0.65 hektarının Cavabdeh1 sahibliyində olduğu təsdiq edilmişdir. Qeyd edir ki, məhkəmənin xx.xx.2021-ci il tarixli ekspert rəyinə istinad edərək belə qənaətə gəlməsi başa düşüləndir. Lakin müstəqil tələb irəli sürən 3-cü şəxs olan özü heç kəsin torpaq sahəsini zəbt etməmiş, heç kəsin ərazisinə daxil olmamışdır. Çünki qeyd edilən ərazi uzun müddət onun istifadəsində olmuş, iddiaçı isə sonradan sənəd əldə etmişdir. Bundan başqa, məhkəmə prosessual hüquq normasının pozuntusuna yol verərək iddia tələbində qeyd etdiklərinə tam münasibət bildirməmişdir. Belə ki, tələblərindən biri də cavabdeh İddiaçı ona məxsus olan 16 hektar torpaq sahəsinin 9 hektarından göl düzəldib balıqçılıq məqsədi ilə istifadə etməsinə dairdir. Lakin məhkəmə heç bir əsaslandırma aparmadan həmin hissədən cavabdeh İddiaçı çıxarılması tələbinə münasibət bildirmir. Əgər məhkəmə ekspert rəyinə istinad edərək İddiaçı icarə müqaviləsi əsasında məxsus olan 2.1 ha torpaq sahəsinin 0,65 ha hissəsindən Cavabdeh1 Əliağa oğlunun məcburi qaydada çıxarılmasını qət edirsə o zaman həmin rəyə istinad edib cavabdehin üçüncü şəxsə məxsus olan 16 hektar torpaq sahəsinin 9 hektarından çıxarılmasını da qət etməliydi. Qeyd olunanlardan göründüyü kimi işə məhkəmədə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, digər apellyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-91/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı iddiasının rədd edilməsi və onun iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiaysının iclasında cavabdeh Şamaxı rayonu Məlhəm Bələdiyyəsinin nümayəndəsi Nümayəndə iddiaçının apellyasiya şikayətinin dəlillərini qəbul edib, digər apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, mübahisəli torpaq sahəsi ilə bağlı hərrac 2021-ci il tarixdə keçirilib. Əvvəlki icarə müqaviləsinin müddəti bitib. Habelə keçirilən hərracda əvvəlki icarədarlar iştirak ediblər. Yeni icarədar qanunvericiliyin bütün tələblərinə uyğun formada keçirilmiş hərraca əsasən iddiaçıdır. Bu səbəbdən iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, üçüncü şəxsin apellyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(074)-91/2021 saylı qətnaməsinin "xx.xx.2019-cu il tarixli, 3M-212 reyestr nömrəli icarə müqaviləsinə əsasən İddiaçı icarə müqaviləsi əsasında məxsus olan 2.1 ha torpaq sahəsinin 0.65 ha hissəsindən Cavabdeh1 Əliağa oğlunun məcburi qaydada çıxarılsın, iddianın qalan hissəsi rədd edilsin." hissəsində ləğv edilməsini və İddiaçı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq ilk iddia üzrə Cavabdeh1 Əliağa oğlu məhkəmə iclasında, cavabdeh Şamaxı rayonu Məlhəm Bələdiyyəsinin nümayəndəsi, 3-cü şəxs X2 məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, iddia ərizəsini, tərəflərin izahatını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə apellyasiya şikayətləri qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(074)-91/2021 saylı qətnaməsi ləğv edilməli, iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan A№280645 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şamaxı rayonu Məlhəm kəndində yerləşən reyestr nömrəsi **********02 olan 1,90 torpaq sahəsinin hüququ sahibi Şamaxı rayonu Məlhəm Bələdiyyəsidir. İş materiallarında olan A№280646 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şamaxı rayonu Məlhəm kəndində yerləşən reyestr nömrəsi **********03 olan 2,10 torpaq sahəsinin hüququ sahibi Şamaxı rayonu Məlhəm Bələdiyyəsidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,9 ha olan torpaq sahəsini xx.xx.2034-cü il tarixədək İddiaçı icarəyə vermişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2,1 ha olan torpaq sahəsini xx.xx.2034-cü il tarixədək İddiaçı icarəyə vermişdir. İş materiallarında olan 16 oktyabr 2003-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Şamaxı rayon X5 rayonu Çuxuryurd kənində yerləşən 16 ha torpaq sahəsini 99 il müddətinə X6 icarəyə vermişdir. İş materiallarında olan Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 16 oktyabr 2003-cü il tarixli 14 saylı qərarının surətindən görünür ki, Şamaxı rayon X5 rayonu Çuxuryurd kənində yerləşən 16 ha torpaq sahəsini 99 il müddətinə X4 icarəsinə vermişdir. İş materiallarında olan hüquq və Torpaq Məsələləri MMC-nin 12 aprel 2021-ci il tarixli № 31 saylı rəyindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli icarə müqavilələri ilə verilmiş Şamaxı rayonu, Məlhəm kəndi ünvanında yerləşən ümumi sahəsi 1,9 ha olan torpaq sahəsi naturada onun göstərdiyi, iddia etdiyi əraziyə uyğun deyil həmin ərazidən kənarda yerləşir. Ərazisi 2,1 ha olan torpaq sahəsinin isə 0,65 hektarı naturada göstərdiyi, iddia etdiyi əraziyə uyğundur. Müstəqil tələb irəli sürən 3-cü şəxs X6 Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 16 oktyabr 2003-cü il tarixli 14 saylı qərarı ilə 99 il müddətinə icarəyə verilmiş Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 16 ha torpaq sahəsi göstərlən konfiqurasiyası yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğundur, lakin həmin torpaq sahəsinin 9 hektarından İddiaçı göl düzəldib balıqçılıq məqsədi ilə istifadə edir. İddiaçı xx.xx.2019-cu il tarixli icarə müqavilələri ilə verilmiş Şamaxı rayonu, Məlhəm kəndi ünvanında yerləşən 2.1 ha olan torpaq sahəsinin cəmi 0,65 hektarı özünün şumladığı ərazi ilə üst-üstə düşür. Ümumilikdə isə İddiaçı ayrılmış 1,9 ha və 2,1 hektar torpaq sahələri müstəqil tələb irəli sürən 3-cü şəxs X6 Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 16 oktyabr 2003-cü il tarixli 14 saylı qərarı ilə 99 il müddətinə icarəyə verilmiş Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 16 ha torpaq sahəsi ilə ust-üstə düşmür. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 may 2021-ci il tarixli rəyindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli icarə müqavilələri ilə verilmiş Şamaxı rayonu, Məlhəm kəndi ünvanında yerləşən ümumi sahəsi 1.9 ha olan torpaq sahəsi naturada onun göstərdiyi, iddia etdiyi əraziyə uyğun deyil həmin ərazidən kənarda yerləşir. Ərazisi 2.1 ha olan torpaq sahəsinin isə 0.65 hektarı naturada göstərdiyi, iddia etdiyi əraziyə uyğundur. Müstəqil tələb irəli sürən 3-cü şəxs X6 Şamaxı rayon Çuxuryurd kəndində yerləşən 16 oktyabr 2003-cü il tarixli qərarı 99 il müddətinə icarəyə verilmiş Şamaxı rayon Çuxuryurd kəndində yerləşən 16 ha torpaq sahəsi göstərilən konfiqurasiyası, yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğundur, lakin həmin torpaq sahəsinin 9 hektarından İddiaçı göl düzəldib balıqçılıq məqsədi ilə istifadə edir. İddiaçı xx.xx.2019-cu il tarixli icarə müqavilələri ilə verilmiş Şamaxı rayonu, Məlhəm kəndi ünvanında yerləşən 2.1 ha olan torpaq sahəsinin cəmi 0,65 hektarı özünün şumladığı ərazi ilə üst-üstə düşür. Ümumilikdə isə İddiaçı ayrılmış 1.9 ha və 2.1 ha olan torpaq sahələri müstəqil tələb irəli sürən 3-cü şəxs X6 Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin 16 oktyabr 2003-cü il tarixli 14 saylı qərarı ilə 99 il müddətinə icarəyə verilmiş Şamaxı rayon Çuxuryurd kəndində yerləşən 16 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, hazırkı iş üzrə İddiaçı vergi ödəyicisidir və adına ********** nömrəli VÖEN var, fəaliyyət istiqaməti- “toy, xınayaxdı, ad günü, sair tipli xidmətlərin təşkili üzrə fəaliyyət”, “qəlyan xidmətlərini göstərilməsi”dir İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, hazırkı iş üzrə üçüncü şəxs X10 vergi ödəyicisidir və adına ********** nömrəli VÖEN var, fəaliyyət istiqaməti- “muzdla və ya müqavilə əsasında süni mayalandırma ilə əlaqədar xidmətin göstərilməsi”dir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, hazırkı iş üzrə cavabdeh Şamaxı rayonu Məlhəm Bələdiyyəsi yerli özünüidarəetmə orqanı kimi qeydiyyyatdan keçmiş və adına ********** nömrəli VÖEN vardır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını tədqiq edərək belə qənaətə gəlir ki, iş üzrə tərəflərin hər biri vergi ödəyiciləridir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsini qanunla müəyyən olunmuş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli, 3 saylı qərarının 1-ci bəndində göstərilir ki, aidiyyət qaydalarını pozmaqla işi öz icraatına qəbul etmiş məhkəmə Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən işi qərardadla qısa müddət ərzində aid olduğu məhkəməyə göndərməlidir. Yuxarı instansiya məhkəmələri məhkəmələr tərəfindən aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarını ləğv etdikdə, işi aid olduğu məhkəməyə göndərməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(074)-91/2021 saylı qətnaməsi ləğv edilməli, iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31.1, 263-264, 357, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: Apellyasiya şikayətləri qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(074)-91/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh1 Əliağa oğlu, 3-cü şəxs X6 qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, maddi və mənəvi ziyan tələbinə dair” iddia ərizəsi və müstəqil tələb irəli sürən 3-cü şəxs X4 cavabdehlər İddiaçı və Şamaxı rayonu Məlhəm Bələdiyyəsinə qarşı “24 sentyabr 2019-cu il tarixli icarə müqaviləsini ləğv edilməsi, 16 hektar torpaq sahəsinin 9 hektarından çıxarılması və 200000 manat maddi ziyanın tələbinə” dair müstəqil tələbi üzrə iddia ərizələri aidiyyətı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar