Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-73/2024 08.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: zəbt edilmiş torpaq sahəsindən çıxarılma, vindikasiya iddiası) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı hüquqi varisi X6 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-176/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlarına aid 1,3808 ha torpaq sahəsi ½ hisədə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.
2. AZ-İ ******* seriyalı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən X9 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixində Quba rayonu, Çiçi İƏD-si üzrə nümayəndəliyində nikah bağlanmış, nikah haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində 05 nömrə ilə qeyd edilmişdir.
3. AZ-İİ 231385 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixində vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 892 nömrə ilə qeyd edilmişdir.
4. 20 iyun 2022-ci il tarixli Quba Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş V-232/2022 vərəsəlik işi üzrə 2V-849 reyestr nömrəli “Qanun üzrə vərəsəlik şəhadətnaməsi”nə əsasən xx.xx.2021-ci il tarixində vəfat etmiş İddiaçı vərəsələri, əri - ünvan 1i ünvanında qeydiyyatda olan X9 Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlarına aid 1,3808 ha torpaq sahəsindən İddiaçı çatan ½ hissədən ibarət olan əmlakdan tam hissədə pay almalıdır.
5. JN:0505 KOD 30310038 saylı Torpağa Mülkiyyət Hüququna X15 əsasən Quba rayon Dövlət Notariat Kontorunun 22 mart 2021-ci il tarixli, 4ə-1/-38-39 saylı alqı-satqı müqaviləsi ilə Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlarına aid 6,21 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə keçmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16/16/2-10/7209 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd olunur ki, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********952 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Paşaoba kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlarına aid 1.3808 ha torpaq sahəsinin naturada koordinatları müəyyən edildi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd olunur ki, JN:0505 KOD:30310038 saylı Torpağa Mülkiyyət Hüququna X15 əsasən Quba rayon Dövlət Notariat Kontorunun 22 mart 2021-ci il tarixli, 4ə-1/-38-39 saylı alqı-satqı müqaviləsi ilə Quba rayonu, Paşaoba kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlarına aid 6.21 ha torpaq sahəsinin mübahisə predmeti olan 505C planşetində göstərilən 2.04 ha torpaq sahəsinin faktiki istifadə koordinatları naturada (yerində) müəyyən olundu. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd olunur ki, elektron xəritə materiallarına əsasən (DWJ) **********52 reyestr nömrəli 1.3808 ha torpaqla cavabdehin istifadə etdiyi torpaq sahəsi üst-üstə düşmür. Lakin mübahisə predmeti olan torpaq sahəsinə TEKUİS-də JN-505 nömrəli Dövlət Aktının 505C nömrəli planşetinə əsasən 2.04 ha torpaq sahəsi öz əksini tapmışdır.
7. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/587 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-2371/2024 nömrəli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli çıxarışa əsasən iddiaçının hüquqi varisi X7 məxsus Quba rayonu, Paşaoba kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlarına aid 1,3808 ha torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən Cavabdeh məxsus JN:0505 Kod 30310038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapmadığından həmin torpaq sahəsinin Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli **********52 reyestr nömrəli çıxarışa əsasən iddiaçının hüquqi varisi X7 məxsus Quba rayonu, Paşaoba kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlarına aid 1.3808 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün deyildir.
9. Qeyd: Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dölət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli çıxarışın alınmasına əsas olmuş JN-282 nömrəli Dövlət Aktı DWJ xəritələrində öz əksini tapmış və DBF siyahılarında 282 nömrə iddia və ailə üzvlərinin adında görünür, lakin həmin torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadast uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritəsinin tərtib olunması, qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrində öz əksini tapmamışdır. JN:0505 KOD 30310038 saylı Torpağa Mülkiyyət Hüququna X15 əsasən Cavabdeh məxsus Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlarına aid 6.21 ha torpaq sahəsinin mübahisəli olan 505 C planşetində göstərilmiş 2.04 ha torpaq sahəsi DWJ xəritələrində öz əksini tapmamış, lakin Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrində öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, sözügedən xəritələr arasında uyğunsuzluq mövcuddur.
10. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mülkiyyətində olan xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Paşaoba kəndində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 1,3808 ha torpaq sahəsi mülkiyyət hüququ ilə onlara məxsusdur. Hazırda cavabdeh mülkiyyətində olan torpaq sahəsini zəbt etmiş və qanunsuz olaraq istifadə etməkdədir. Bununla da onlar mülkiyyət hüquqlarından faktiki olaraq məhrum ediliblər. Onlar cavabdehə torpaq sahəsindən çıxması barədə dəfələrlə müraciət və xəbərdarlıqlar etmələrinə baxmayaraq o, özbaşınalığını davam etməkdədir və bu səbəbdən Cavabdeh mülkiyyətində olan xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən torpaq sahəsindən çıxarılma barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı xx.xx.2021-ci il tarixində vəfat etdiyindən, onun hüquq varisi kimi X9 tanınmışdır.
14. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-176/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixdə DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** nömrəli çıxarışda göstərilən Quba rayonu, Paşaoba kəndi ərazisində yerləşən 1,3808 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir (hakim İlqar Məmmədov).
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli qərarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri
16. Cavabdeh apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(027)-176/2022 nömrəli qətnaməsini ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırlmışır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı X9 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış almamışdır. Onun 1,3808 ha torpaq sahəsindən çıxarılması qət edilsə də, həmin torpaq sahəsinin bütünlüklə X2-X7 məxsus olması barədə heç bir məlumat yoxdur. Hər iki hal iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olmamasına dəlalət edir. X3 məxsus olan torpaq sahəsinin hansı hissəsinin istifadə etməsi (əgər istifadə edirsə) barədə məlumat yoxdur. Məhkəmədə təqdim etdiyi Torpağa Mülkiyyət Hüququna dair JN-0505 KOD 30310038 saylı Dövlət Aktına əsasən torpaq sahəsinin istifadə etməsi, hazırkı Dövlət Aktı ilə iddiaçıya məxsus çıxarışdakı (əgər çıxarış varsa) torpaq sahəsini istifadə edilməsi barədə heç bir məlumat yoxdur. Ümumiyyətlə, məhkəmə bu kimi mübahisəli halların aradan qaldırılması üçün ekspertiza keçirməmiş, ekspert rəyini almamışdır.
18. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İddiaçının ondan torpaq sahəsindən çıxma tələbi üçün məhkəməyə müraciət etməyə (əgər torpaq sahəsini istifadə edirsə) subyektiv hüququ yoxdur və bununla bağlı da məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İş üzrə ətraflı araşdırma aparılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları - iddiaçının iddianı qaldırmağa subyektiv hüququnun olub-olmamasını, torpaq sahəsinin iddiaçının mülkiyyətində olub-olmamasını, torpaq sahəsinin hansı hissəsinin iddiaçının mülkiyyətində olması, onun iddiaçının bütün torpaq sahəsinin istifadə edib-etməməsini, özünə məxsus torpaq sahəsi ilə iddiaçı məxsus torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini, iddiaçıya məxsus torpaq sahəsinin elektron bazaya əsasən harada yerləşəməsini aydınlaşdırmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı hüquqi varisi X6 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
22. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
24. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı
35. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
36. Bənd 2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
37. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
38. Bənd 17. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
Apellyasiya baxışının hədləri
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
41. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-176/2022 nömrəli qətnaməsinin ləğv edilib iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
42. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)- 176/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Beləliklə, İddiaçı Cavabdeh zəbt edilmiş torpaq sahəsindən çıxarılmasını tələb etmişdir. Lakin İddiaçı xx.xx.2021-ci il tarixində vəfat etmiş və iş üzrə icraat hüquqi varis müəyyən edilənə kimi dayandırılmışdır. X1 Ziyafət Nurəddin qızının hüquqi varisi müəyyən edildikdən sonra onun ərizəsinə əsasən iş üzrə icraat təzələnərək baxılmışdır. Cavabdeh tərəf Cavabdeh iddianı qəbul etməyərək, onun tərəfindən heç bir torpaq sahəsinin zəbt edilmədiyini və Torpağa Mülkiyyət Hüququna Dair JN:505 KOD 30310038 nömrəli Dövlət Aktına əsasən alqı-satqı müqaviləsi əsasında Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən 6,21 ha torpaq sahəsinin ona məxsus olduğunu iddia edərək, ona qarşı verilmiş iddianın rədd edilməsini xahiş etmişdir.
45. İddianı təmin edən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** nömrəli çıxarışda göstərilən Quba rayonu, Paşaoba kəndi ərazisində yerləşən 1,3808 ha torpaq sahəsindən çıxarılmalıdır.
46. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə ondan ibarətdir ki, iddiaçının iddianı qaldırmağa subyektiv hüququnun olub-olmamasını, torpaq sahəsinin iddiaçının mülkiyyətində olub-olmamasını, torpaq sahəsinin hansı hissəsinin iddiaçının mülkiyyətində olması, onun iddiaçının bütün torpaq sahəsinin istifadə edib-etməməsini, özünə məxsus torpaq sahəsi ilə iddiaçı məxsus torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini, iddiaçıya məxsus torpaq sahəsinin elektron bazaya əsasən harada yerləşməsi birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırmamışdır.
47. Mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
48. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
49. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
50. Bu baxımdan işin halları araşdırılan zaman müəyyən edilir ki, iddiaçının hazırkı iddianı qaldırmağa hüququ olmuşdur. Belə ki, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlarına aid 1,3808 ha torpaq sahəsi ½ hissədə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. X9 isə xx.xx.2021-ci il tarixində vəfat etmiş iş üzrə İddiaçı hüquq varisi qismində çıxış edərək arvadı tərəfindən sağlığında verilmiş iddianı müdafiə edir.
51. Apellyasiya şikayətinin digər dəlili iş üzrə ekspertizanın təyin edilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
52. Cavabdehin həmin dəlili üzrə məhkəmə kollegiyasının qərardadı ilə iş üzrə müvafiq ekspertiza təyin edilmişdir.
53. Əldə edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli çıxarışa əsasən iddiaçının hüquqi varisi X7 məxsus Quba rayonu, Paşaoba kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlarına aid 1,3808 ha torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur.
54. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
55. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir.
56. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
57. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir.
58. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı mübahisəli daşınmaz əmlakın (torpağın) cavabdehin qeyriqanuni sahibliyində olmasını sübuta yetirə bilmişdir. Cavabdeh isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
59. Belə ki, Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
60. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
61. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ekspertiza tədqiqatlarının xərci olan 150 manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-176/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.