Məhkəmə qərarları › İş №2(105)-734/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-734/2023

17.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-734/2023 17.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və X6 qarşı ilk və iddiaçılar Cavabdeh1 və X5 İddiaçı qarşı qarşılıqlı iddialara dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin zəbtdən azad edilməsi, mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X16 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili X3, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və X5 iştirakı ilə Qobustan Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(026)-26/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X13 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışın surətindən görünür ki, Qobustan rayon Bəklə kəndi ərazisindən İddiaçı mülkiyyətinə fərdi yaşayış evi tikmək üçün 0,12 ha torpaq sahəsi verilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 14 saylı Ərazi Dairəsi tərəfindən 28 dekabr 2016-cı il tarixdə İddiaçı verilmiş **********48-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportu verilmişdir.

3. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X11 29 yanvar 2020-ci il tarixdə Qobustan rayonunun Bəklə kənd sakini Cavabdeh1 ünvanlandığı ünvan 2rışdan görünür ki, Şamaxı rayonu Nabur kənd XDS İcraiyyə Komitəsinin 1972-1974-cü illərin Bəklə kəndinə dair təsərrüfatbaşına kitabında X7 təsərrüfatında 0,14 ha həyətyanı torpaq sahəsi, o cümlədən 0,02 ha tikili altında olması qeyd edilmişdir.

4. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X11 29 yanvar 2020-ci il tarixdə X6 ünvanlandığı ünvan 4başına kitabından arxiv çıxarışndan görünür ki, Şamaxı rayonu İH-nin Nabur kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 1966-1968-ci illərin Bəklə kəndi üzrə qaytanlanmış təsərrüfatbaşına kitabında Bəklə kənd sakini şəxsi hesab nömrəsi 677 olan X12 təsərrüfatında 0,18 ha həyətyanı torpaq sahəsi olması qeyd edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2022-ci il tarixli, 10/7011 nömrəli rəyində göstərilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********77 nömrəli mütəxəssis rəyinə əsasən, ilkin iddia üzrə İddiaçı RX ******* nömrəli (reyestr № **********48-10301) çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları, ilkin iddia üzrə İddiaçı RX ******* nömrəli (reyestr № **********48-10301) çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsinin mübahisəli 442 m2 torpaq sahəsi ilə üstüstə düşdüyü, ilkin iddia üzrə İddiaçı RX ******* nömrəli (reyestr № **********48-10301) çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsinin ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və X5 naturada tor hasarla bərkidərək istifadə etdikləri torpaq sahəsi ilə həmsərhəd olduğu, ilkin iddia üzrə İddiaçı RX ******* nömrəli (reyestr № **********48-10301) çıxarışla mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin 442 m2 hissəsinə ilkin iddia üzrə cavabdeh X13 tərəfindən tor hasar çəkildiyi və mübahisəli 442 m2 torpaq sahəsinin ilkin iddia üzrə İddiaçı RX ******* nömrəli (reyestr № **********48-10301) çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları daxilində olduğu müəyyən olunmuşdur.

6. Apellyasiya icraatı zamanı sorğu əsasında əldə edilmiş Qobustan rayon Nabur Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 02 nömrəli məktubunun məzmunundan müəyyən edilir ki, Qobustan rayonu Bəklə kəndi ərazisində X5 həyətyanı torpaq sahəsi yoxdur. Cavabdeh1 məxsus Bəklə kəndinin ərazisində həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi vardır və həmin torpaq sahəsi İddiaçı məxsus torpaq sahəsi ilə qonşuluqda yerləşir. Cavabdeh1 məxsus həyətyanı sahə 1970-ci illərdə mülkiyyətə verilmişdir. Kəndin xəritəsində şəxsi mülkiyyət sahəsi kimi göstərilir. İddiaçı isə Nabur bələdiyyəsindən aldığı sənədlər məhkəməyə təqdim edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1, X13 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinə qarşı Qobustan Rayon Məhkəməsinə müraciət edərək, Qobustan rayonunun Bəklə kəndində yerləşən ona məxsus ümumi sahəsi 0,12 ha həyətyanı torpaq sahəsinin 0,05 ha hissəsindən cavabdehlər Cavabdeh1 və X5 çıxarılmaları, torpağın zəbtdən azad edilməsi və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh1 və X13 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı verilmiş mülkiyyət sənədlərinin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Qobustan rayonunun Bəklə kəndində ona məxsus 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsinə dair hüquqlarını dövlət qeydiyyatına aldırmış və DƏDRX-nin 14 saylı Şamaxı Ərazi idarəsindən çıxarış almışdır. Həmin torpaq sahəsinin 0,05 ha hissəsini cavabdehlər Cavabdeh1 və X13 tərəfindən zəbt edilmişdir. Cavabdehlərdən dəfələrlə ona məxsus torpaq sahəsindən könüllü çıxmalarını xahiş etsə də, onlar torpaq sahəsindən çıxmamışlar. Ona görə də, cavabdehlər Cavabdeh1 və X5 Qobustan rayonunun Bəklə kəndində yerləşən ona məxsus ümumi sahəsi 0,12 ha həyətyanı torpaq sahəsinin 0,05 ha hissəsindən çıxarılmaları, torpağın zəbtdən azad edilməsi və ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı onlara qarşı qaldırdığı iddia əsassızdır və onlara məxsus olmuş torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması və DƏDRX-nin 14 saylı Şamaxı ərazi idarəsi tərəfindən verilmiş çıxarış əsassız və qanunsuzdur. Ona görə ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivi Şamaxı rayon filialının 22 noyabr 2017-ci il tarixli 937 saylı Şamaxı rayon İH-nin Nabur kənd inzibati ərazi dairəsi nümayəndəliyinin 1966-1968-ci illərin Bəklə kəndi üzrə qaytanlanmış təsərrüfatbaşına kitabında Bəklə kənd sakini şəxsi hesab nömrəsi 677 olan X8 təsərrüfatında 0,18 ha, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı rayon filialının 29 yanvar 2020-ci il tarixli, 101 saylı Şamaxı rayon Nabur kənd XDS İcraiyyə Komitəsinin 1972-1974-cü illərin Bəklə kəndinə dair təsərrüfatbaşına kitabında Bəklə kənd sakini Cavabdeh1 təsərrüfatında 0,14 ha həyətyanı torpaq sahəsi, o cümlədən 0,02 ha tikinti altında olması göstərilmişdir. İddiaçı onların xəbəri olmadan hansı yollasa 0,05 ha torpaq sahəsini öz adına sənədləşdirmişdir. Həmin torpaq sahəsi onun evimin arxa tərəfindədir. Həmişə onun istifadəsində olub, hazırda da istifadəsindədir. Qonşuluğunda yaşayan şəxslərin hər biri evin arxasındakı torpağa sahiblik edir.

11. Qobustan Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(026)-26/2022 nömrəli qətnaməsi ilə (hakim M.Quliyev) ilkin iddia təmin edilib, cavabdehlər Cavabdeh1 və X5 İddiaçı məxsus ümumi sahəsi 0,12 ha həyətyanı torpaq sahəsinin 0,05 ha hissəsindən çıxarılsın, torpaq zəbtdən azad edilsin və torpaq sahəsi İddiaçı təhvil verilməsi, qarşılıqlı iddianın təmin olunmaması, İddiaçı tərəfindən mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 311 manat pulun cavabdehlər Cavabdeh1 və X4 alınıb İddiaçı ödənilməsi və 50 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və X4 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin iddiaçıya məxsus torpaq sahasini zəbt etməsi halı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2022-ci il tarixli, 10/7011 nömrəli rəyi ilə müəyyən olunduğundan ilk iddia tələbi əsaslıdır. Lakin qarşılıqlı iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmədiyindən iddia tələbi təmin oluna bilməz.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməmişdir. Məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı deyil. Belə ki, iddiaçıya həmin torpaq sahəsini satmış bələdiyyə ümumiyyətlə işə üçüncü şəxs kimi cəlb edilməmişdir. Bununla bağlı birinci instansiya məhkəməsində şifahi vəsatət verməyinə baxmayaraq məhkəmə tərəfindən vəsatəti təmin edilməmişdir. Həmçinin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı rayon filialının 22 noyabr 2017-ci il tarixli, 937 saylı Şamaxı rayon İH-nin Nabur kənd inzibati ərazi dairəsi nümayəndəliyinin 1966-1968-ci illərin Bəklə kəndi üzrə qaytanlanmış təsərrüfatbaşına kitabında Bəklə kənd sakini şəxsi hesab nömrəsi 677 olan X8 təsərrüfatında 0,18 ha, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı rayon filialının 29 yanvar 2020-ci il tarixli, 101 saylı Şamaxı rayon Nabur kənd XDS İcraiyyə Komitəsinin 1972-1974-cü illərin Bəklə kəndinə dair təsərrüfatbaşına kitabında Bəklə kənd sakini Cavabdeh1 təsərrüfatında 0,14 ha həyətyanı torpaq sahəsi, o cümlədən 0,02 ha tikinti altında olması göstərilmişdir. Lakin birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin edərkən həmin halları nəzərə almamışdır. Həmçinin iddia ərizəsinə cavabdehlərin həmin torpaq sahəsini zəbt etməsinə dair bələdiyyənin hər hansı bir aktı əlavə olunmamışdır. Birinci inistansiya məhkəməsini qətnaməsində qeyd edir ki, cavabdehlər Cavabdeh1 və X5 naturada tor hasarla bərkidərək istifadə etdikləri torpaq sahəsi ilə həmsərhəd olduğu, ilkin iddia üzrə İddiaçı RX ******* nömrəli (reyestr № **********48-10301) çıxarışla mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin 442 kv.metr hissəsinə ilkin iddia üzrə cavabdeh X13 tərəfindən tor hasar çəkildiyi və mübahisəli 442 kv.metr torpaq sahəsinin ilkin iddia üzrə İddiaçı RX ******* nömrəli (reyestr№ **********48-10301) çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları daxilində olduğu müəyyən olunmuşdur. Hazırda qeyd olunanlarla razı deyildir. Belə ki, həmin tor hasarın məhs onun tərəfindən çəkildiyi sübuta yetirlməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 15.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə cavabdeh X13 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, neçə vaxtdır ki, bu məhkəmə prosesi davam edir. Həmin torpağın ona heç bir aidiyyəti yoxdur, o heç bir torpağı zəbt etməyib. İddiaçı onu məhkəməyə verdiyindən, o da qarşılıqlı iddia ilə iddiaçını məhkəməyə vermişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

17. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddiaçı nəyə görə onu məhkəməyə verib. İddiaçının torpağı onda yoxdur.

18. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh tərəf onun qohumudur. Mübahisələndirilən yerə cavabdehlər əvvəlcə truba basdırmış, sonra isə tor (setka) çəkmişlər. Yaxınlaşıb sökmək istəyəndə də cavabdeh tərəf onunla dava edir. Dəfələrlə cavabdehə bildirib ki, onun həmin yerə dair çıxarışı var, lakin cavabdeh qanunsuz olaraq onun yeri zəbt etməklə onun mülkiyyət hüququnu pozur. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

19. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili X9 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini qanuni əsaslarla bələdiyyədən almışdır. Hər iki cavabdeh iddiaçıya mane olduğundan, onların ikisi də cavabdeh kimi qoyulmuşdur. Hesab edir ki, apellyasiya şikayəti tamamilə əsasızdır, ona görə də təmin olunmamasını xahiş edir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cəlb edilmiş 3-cü şəxslər DƏDRX-in 14 saylı Şamaxı Əİ-nin və Qobustan rayon Bəklə bələdiyyəsinin nümayəndələri səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

21. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Konstitusiyası; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 169.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 238.1 və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər.

24. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir onlardan istifadə etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyator ilk iddia üzrə cavabdeh X1 Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(026)-26/2022 nömrəli qətnaməsinin ləğv edilərək, ilkin iddia tələbinin rədd olunması və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, Qobustan Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(026)-26/2022 nömrəli qətnaməsi qismən ləğv edilməli, ləğv edilmiş hissə üzrə iddia təmin edilməməlidir.

29. İddiaçı tərəf mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin (0,05 ha hissəsini) cavabdeh tərəfindən qanunsuz zəbt edilərək, istifadə edildiyini bildirir və onun zəbt olunan hissədən çıxarılmaqla mülkiyyət hüququnun bərpa olunmasını tələb edir.

30. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətinin “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

32. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.

33. Məhkəmə bu işə baxarkən əvvəlcə iddiaçı tərəfin müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

34. Öyrənilən işin faktiki hallarından müəyyən edilir ki, mübahisəsi gedən torpaq sahəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ******* nömrəli çıxarışına əsasən İddiaçı məxsusdur.

35. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçı tərəfin torpaq sahəsindən və ya onun bir hissəsindən cavabdeh tərəfindən istifadə olunub-olunmamasının müəyyən edilməsindən ibarətdir.

36. Cavabdeh isə sözügedən ərazinin gah onun tərəfindən zəbt olunmadığını bildirir, gah da iddiaçının sənədlərinin düzgün olmamaqla ləğv olunmasını tələb edir.

37. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, iddiaçı tərəfin mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmasına baxmayaraq, cavabdeh tərəfin müdaxiləsi ilə qarşılaşır ki, bu da iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir.

38. Kollegiyanın araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh apellyasiya şikayətində heç bir torpaq sahəsini zəbt etmədiyini, mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir istifadə etdiyini, həmçinin birinci instansiya məhkəməsi tərəfindən tam və ətraflı araşdırma aparılmadığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim etməmişdir.

39. Bundan əlavə, apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən mövcud mübahisəyə aydınlıq gətirmək məqsədilə tikinti-texniki ekspertizası təyin etmişdir.

40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2022-ci il tarixli, 10/7011 nömrəli rəyinə əsasən ilkin iddia üzrə İddiaçı RX ******* nömrəli (reyestr № **********48-10301) çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları, ilkin iddia üzrə İddiaçı RX ******* nömrəli (reyestr № **********48-10301) çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsinin mübahisəli 442 m2 torpaq sahəsi ilə üstüstə düşdüyü, ilkin iddia üzrə İddiaçı RX ******* nömrəli (reyestr № **********48-10301) çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsinin ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və X5 naturada tor hasarla bərkidərək istifadə etdikləri torpaq sahəsi ilə həmsərhəd olduğu, ilkin iddia üzrə İddiaçı RX ******* nömrəli (reyestr № **********48-10301) çıxarışla mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin 442 m2 hissəsinə ilkin iddia üzrə cavabdeh X13 tərəfindən tor hasar çəkildiyi və mübahisəli 442 m2 torpaq sahəsinin ilkin iddia üzrə İddiaçı RX ******* nömrəli (reyestr№ **********48-10301) çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları daxilində olduğu müəyyən olunmuşdur.

41. Kollegiyanın tədqiqi zamanı həmçinin müəyyən edildi ki, iddiaçının xüsusi mülkiyyətində olan, barəsində mübahisə gedən torpaq sahələrindən istifadə və sahibliyə yönəlmiş torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərə son qoyulması tələbi qanunvericiliyin tələblərinə tam uyğundur. Çünki mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır.

42. Beləliklə iş materiallarından görünür ki, nə birinci, nə də apellyasiya məhkəməsində cavabdeh torpaq sahəsinin onun mülkiyyətində olması barədə hər hansı sənədi məhkəməyə təqdim etməmiş, bu barədə məhkəməyə bildirməmişdir. Belə olan halda, onun kassasiya şikayətində yeni fakta istinad etməsi və mülkiyyətində olan torpaq sahəsi ilə bağlı müvafiq sənədi sübut kimi kassasiya baxışında təqdim etməsi qanunla yolverilməzdir.

43. Kollegiya nəzərə çatdırmağı lazım bilir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

44. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır.

45. Lakin kollegiya əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməklə, tərəflər arasındakı qarşılıqlı münasibətə düzgün qiymət verməmişdir. Belə ki, iş üzrə verilmiş ekspert rəyindən müəyyən edilir ki, cavabdeh tərəfindən zəbt olunan sahə cəmi 442 kv.m. təşkil edir.

46. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməklə səhv nəticəyə gəldiyindən, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş 58 kv.m hissəsinə münasibətdə ləğv edilərək, iddia bu hissədə təmin edilməməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(026)-26/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən - yəni “iddianın təmin olunmuş 58 kv.m. hissəsinə münasibətdə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia bu hissədə təmin edilməsin. Qətnаmə mübahisələndirilən qalan hissələrdə – cavabdehlər Cavabdeh1 və X5 İddiaçı məxsus ümumi sahəsi 0,12 ha həyətyanı torpaq sahəsinin 442 kv.m hissəsindən çıxarılması, torpaın zəbtdən azad edilməsi və torpaq sahəsinin İddiaçı təhvil verilməsi, qarşılıqlı iddianın təmin olunmaması, İddiaçı tərəfindən mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 311 manat pulun cavabdehlər Cavabdeh1 və X4 alınıb İddiaçı ödənilməsi və 50 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və X4 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar