Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-738/2022 19.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil1 və qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs4 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi, daşınmaz əmlakda payların müəyyən edilməsi və evə köçürülmə tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)-189/2020 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh1 ilə İddiaçı arasında 15.11.2008-ci il tarixdə nikah bağlanmış, Quba Rayon Məhkəməsinin 16.01.2019-cu il tarixli 2(027)-348/2019 saylı qətnaməsi ilə tərəflər arasında nikaha xitam verilmişdir. Onlar birgə nikah dövründə bir neçə əmlak, o cümlədən, mübahisəli torpaq sahələri əldə etmişlər. Ailə münasibətləri pozulduqdan sonra birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi ilə bağlı tərəflər arasında mübahisə düşmüşdür. Ona görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini Maraqlı şəxs4 satmasına dair 22 fevral 2019-cu il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi üzrə Maraqlı şəxs4 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş seriya RX №1480397 saylı, ********** qeydiyyat nömrəli, 18.03.2019-cu il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın etibarsız hesab edilməsi, Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri, seriya RX №1234795, ********** qeydiyyat nömrəli, 05.02.2018-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsindən, seriya RX №0133201, ********** qeydiyyat nömrəli, 27.02.2013-cü il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Quba rayonu, Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsi, birgə nikah dövründə Cavabdeh1 "xxxx" ASC ilə bağladığı 16.03.2011-ci il tarixli 292-L/ll və 01.06.2012-ci il tarixli 783-L/12 nömrəli lizinq müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd MTZ-82 markalı traktor, 1 ədəd TRC-2000 markalı çiləyici və 1 ədəd AGHDR-210 markalı bağarası frezin dəyərinin müəyyən edilərək yarısının, yəni ona düşən 1/2 payının pulla dəyərinin müəyyən edilib alınıb ona verilməsi barəda qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 15.11.2008-ci il tarixdə rəsmi qaydada ailə qurmuşdur, birgə nikahdan onların iki övladı-18.03.2013-cü il təvəllüdlü İbrahim və 30.01.2016-cı il təvəllüdlü Nərmin doğulmuşdur. Cavabdehlə münasibətləri pozulduğundan nikahın pozulması üçün ərizə ilə məhkəməyə müraciət etmiş, Quba Rayon Məhkəməsinin 16.01.2019-cu il tarixli, 2(027)-348/2019 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, nikah pozularkən birgə nikahdan doğulmuş X10 və X11 onun yanında saxlanılmış, 18.03.2013-cü il tarixdə doğulmuş X10 və 30.01.2016-cı il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə ayda 120 manat olmaqla, Cavabdeh1 hər ay 240 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh1la birgə nikah dövründə Quba rayonu, Vladimirovka kəndində 0,03997 ha digər təyinatlı torpaq sahəsi (seriya RX №1234795, ********** qeydiyyat nömrəli, 05.02.2018-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”), Quba şəhəri, Dəvədabanı yaşayış massivində 0,05 ha həyətyanı torpaq sahəsi (Seriya RX №0098610, ********** qeydiyyat nömrəli, 07.01.2013-cü il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”) və Quba rayonu Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsi (seriya RX № 0133201, ********** qeydiyyat nömrəli, 27.02.2013-cü il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”) əldə etmişlər. Bundan başqa, Cavabdeh1 ilə birgə nikah dövründə Cavabdeh1 adına "xxxx" ASC ilə bağladığı 16.03.2011-ci il tarixli 292-L/11 və 01.06.2012-ci il tarixli 783-L/12 nömrəli lizinq müqaviləsinə əsasən 1 ədəd MTZ-82 markalı traktor, 1 ədəd TRC-2000 markalı çiləyici və 1 ədəd AGHDR-210 markalı bağarası frezi lizinq yolu ilə əldə etmişlər. Qeyd olunan torpaq sahələri onların birgə istifadəsində olmuşdur. Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri Quba rayonu, Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini 18.01.2013cü il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsinə əsasən X1. Həmin pula Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini əldə etmişlər və həmin həyətyanı torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi tikmişlər. Cavabdeh1 ona evi təmir etmək üçün kreditə pul götürmək istədiyini, lakin adına kredit olduğu üçün yeni kredit ala bilmədiyini deyərək Timiryazev kəndində yerləşən həyətyanı torpaq sahəsini və yaşayış evini, eləcə də, Quba rayonu, Vladimirovka kəndində yerləşən digər təyinatlı torpaq sahəsini formal olaraq qardaşına bağışlamaq fikrində olduğunu bildirərək, onu da evi və həyətyanı torpaq sahəsini, eləcə də, digər təyinatlı torpaq sahəsini bağışlamasına razılıq ərizəsi verməyə razı salmış, bağışlama baş tutduqdan 3 gün sonra cavabdeh onu döyərək evdən qovmuşdur. O, həmin vaxtdan hal-hazıradək uşaqları ilə birlikdə məcbur olub anasının yanında yaşayır və birgə nikah dövründə inşa etdikləri öz evinə köçə bilmir. O, Cavabdeh2ndə əri Cavabdeh1 məxsus olan birgə nikah dövründə əldə etdikləri Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha torpaq sahəsinin bağışlanmasına dair 24.09.2018-ci il tarixli 8İ-5503 reyestr nömrəli razılıq ərizəsi və Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin bağışlanmasına dair 24.09.2018-ci il tarixli 8İ-5504 reyestr nömrəli razılıq ərizəsi vermişdir. Həyat yoldaşı onu evdən qovduqdan sonra aldadıldığını anlamış və Cavabdeh2nə ərizə ilə müraciət edərək, Cavabdeh2ndə əri Cavabdeh1 məxsus olan Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha torpaq sahəsinin bağışlanmasına dair imzaladığı 24.09.2018-ci il tarixli 8İ-5503 reyestr nömrəli razılıq ərizəsi və Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin bağışlanmasına dair imzaladığı 24.09.2018-ci il tarixli 8İ-5504 reyestr nömrəli razılıq ərizəsinin “Elektron notariat” informasiya sistemində ləğv edilməsini xahiş etmişdir. Ərizə əsasında əri Cavabdeh1 məxsus olan Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha torpaq sahəsinin bağışlanmasına dair imzaladığı 24.09.2018-ci il tarixli 8İ-5503 reyestr nömrəli razılıq ərizəsi və Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin bağlanmasına dair imzaladığı 24.09.2018-ci il tarixli 8İ- 5504 reyestr nömrəli razılıq ərizəsi “Elektron notariat” informasiya sistemində 29.09.2018ci il tarixdə ləğv edilmişdir. Aralarında olan nikah pozulduqdan bir ay sonra Cavabdeh1 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini ona məlumat vermədən saxtakarlıq etməklə birgə inşa etdikləri iki mərtəbəli yaşayış evinin reyestr çıxarışını əldə etmədən özünü subay şəxs kimi təqdim etməklə, evin altında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini 22.02.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən qardaşının qayınatası Maraqlı şəxs4 satmış, Maraqlı şəxs4 da DƏDRX-dan adına Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli, 18.03.2019-cu il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” almışdır.
4. Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)-189/2020 saylı qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini Maraqlı şəxs4 satmasına dair 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi üzrə Maraqlı şəxs4 adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* saylı, ********** qeydiyyat nömrəli, 18.03.2019-cu il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş, RX ******* saylı, ********** qeydiyyat nömrəli, 05.02.2018-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha torpaq sahəsindən, RX ******* saylı, ********** qeydiyyat nömrəli, 27.02.2013cü il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Quba rayonu, Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsinə 1/2 hissədə Cavabdeh1 və 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində tikilmiş yaşayış evinə İddiaçı azyaşlı uşaqları ilə birlikdə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, Ailə Məcəlləsinin 32.1, 32.2, 33.1, 36.1, 36.3, 37.1, 37.2-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1, qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs4 və Maraqlı şəxs3 apellyasiya şikayəti vermişlər.
b) apellyasiya instansiyası məhkəməsində icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ş.Abasov sədrlik edən və məruzəçi, S.Qafari və T.Məmmədov) 01.03.2021-ci il tarixli 2(105)- 204/2021 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən, qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs4 və Maraqlı şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmuş, Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)-189/2020 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri, RX ******* saylı, ********** qeydiyyat nömrəli, 05.02.2018-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsi tərəflərin hər birinin payı ½ hissədə olmaqla naturada bölünərək ayrılmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 29, Mülki Məcəlləsinin 140, 152, 225.1, 274.1, 748-2.1, 748-2.2, 748-2.3; Ailə Məcəlləsinin 32.1, 36.3, 37.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir.
c) kassasiya instansiyası məhkəməsində icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6506/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Xəlilov (sədrlik edən), Ə.Əliyev və A.Abbasov) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.03.2021-ci il tarixli 2(105)-204/2021 saylı qətnaməsi - Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin Maraqlı şəxs4 satmasına dair 22 fevral 2019-cu il tarixli alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi üzrə Maraqlı şəxs4 adına verilmiş 18.03.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
11. Kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh1 ilə Maraqlı şəxs4 arasında 22 fevral 2019-cu il tarixli alğı-satqı müqaviləsi bağlanarkən iddiaçının razılığı alınmamışdır. Hansıki, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir (Mülki Məcəllənin 225.6 maddəsi).
12. Kollegiya hesab etmişdir ki, apellyasiya məhkəməsi mübahisəyə bu kontekstdən yanaşmalı, torpağa dair əqdin etibarsızlığı ilə bağlı tələbə baxmalı və məhz bundan sonra prosessual qanunvericiliyin 218.3-cü maddəsinə istinad etməklə bağışlama və çıxarışın ləğv edilməsi tələbinin irəli sürülməməsi əsası ilə qalan iddianı rədd edə bilərdi. Belə olan təqdirdə məhkəmənin evin kimin tərəfindən inşa edilməsi ilə bağlı uzun-uzadı qiymətləndirmə aparılmasına zərurət də aradan qalxmış olardı.
13. Evin kimin tərəfindən inşa edilməsi ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmamış və hesab etmişdir ki, belə qənaət işdə olan çoxsaylı sübutlarla ziddiyyət təşkil edir. Çünki həmin evin tərəflər arasında alğı-satqı müqaviləsi bağlandıqdan sonra inşa edilməsinə dair sübutlar kifayət qədər şübhəlidir. Əksinə, iddiaçı tərəfin uzun müddət əvvəl torpaq sahəsini almaları, orada fərdi ev inşa etmələri, hazırkı mübahisəyədək orada işıq, qaz, sudan istifadə ilə bağlı müqavilələr bağlanması, ödənişlər edilməsi, tərəflər arasında sonradan baş vermiş mübahisələr, iddiaçının mənzildən qovulması, bununla bağlı polis idarəsində aparılmış araşdırmalar, tərəflərin izahatları və.s çoxsaylı sübutlar həmin evin iddiaçı ilə keçmiş ərinin birgə nikahı dövründə inşa edilməsini ehtimal etməyə daha etibarlı əsaslar verirdi.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, İddiaçı Cavabdeh2ndə ona məxsus olan Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha torpaq sahəsinin bağışlanmasına dair 24.09.2018-ci il tarixli, 8İ-5503 reyestr nömrəli razılıq ərizəsi və Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin bağışlanmasına dair 24.09.2018-ci il tarixli, 8İ-5504 reyestr nömrəli razılıq ərizəsi vermişdir. Maddi imkansızlığı və borclarının olması səbəbindən Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsini Maraqlı şəxs4 5200 manat satmış, o, da öz adına reyestrdən çıxarış almışdır. Borcları yenə də qaldığından Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha torpaq sahəsini ipoteka ilə yüklü edərək Maraqlı şəxs2 QSC-dən kredit götürmüş və bütün keçmiş borclarını ödəmişdir. Razılıq ərizələrinin iddiaçı tərəfindən sonradan ləğv edilməsi barədə ona heç bir məlumat verilməmişdir. O, 0,05 ha torpaq sahəsi satılarkən orada yaşayış evi mövcud olmamışdır. Torpaq sahəsini qanunsuz əsaslarla satmamışdır və qəbul edilən qətnamə həm Maraqlı şəxs4 mülkiyyət hüquqlarını, həm də Maraqlı şəxs2 QSC-nin ipoteka ilə bağlı hüquqlarını pozur. İddiaçı ilə o, 15 noyabr 2008-ci ildə evləndikdən sonra onu atasına məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən evə gəlin gətirmişdir və cehiz əmlakları da orada yerləşdirilmişdir. Nikah pozulana qədər orada yaşamışlar. Nikah pozulduqdan sonra atası Şirinov Zakir keçmiş arvadına məxsus əmlakın onun evindən çıxarılması barədə iddia qaldırmış və Quba Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsilə bu halı İddiaçı özü təsdiq etmiş, cehiz əmlakın çıxarılmasına razı olduğunu bildirmişdir. O, Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsində hər hansı yaşayış evi inşa etdirməmişdir. Alğı-satqı zamanı da Maraqlı şəxs4 yalnız 0,05 ha torpaq sahəsi satılmışdır. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
15. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs4 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair hissədə qanunsuzdur. Mübahisə həll edilərkən onun məhkəmə iclasında iştirakı təmin edilməmiş, nə iddiaçı tərəfindən, nə də məhkəmə tərəfindən o, işə cəlb edilməmişdir. Mübahisəli torpaq sahəsini Cavabdeh1 2019-cu ilin fevral ayında borca görə satmaq istədiyini ona bildirmiş, o da 5200 manat ödəyərək bu sahəni almışdır. Bu barədə alğı-satqı müqaviləsi bağlamışlar və müqavilə notarial qaydada təsdiq edilmişdir. Bundan sonra isə öz adına daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, 18.03.2019-cu il qeydiyyat tarixli çıxarış almışdır. Daha sonra, 25 mart 2019-cu il tarixdə bu sahəni oğluna bağışlamış, bağışlama müqaviləsi də notarial qaydada təsdiq edilmişdir. Beləliklə də, işdən görünür ki, o, torpaq sahəsinə münasibətdə vicdanlı alıcıdır. Bu halları isə məhkəmə nəzərə almamışdır və göstərilənlərə əsasən qətnamə Cavabdeh1 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini ona satmasına dair 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi üzrə onun adına Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, 18.03.2019-cu il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv olunmalı, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
16. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs3 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə Quba rayonu, Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsinə 1/2 hissədə Cavabdeh1 və 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində tikilmiş yaşayış evinə İddiaçı azyaşlı uşaqları ilə birlikdə köçürülməsi hissəsində qanunsuzdur. Belə ki, mübahisəli torpaq sahəsini Cavabdeh1 2019-cu ilin fevral ayında borca görə satmaq istədiyini atası Maraqlı şəxs4 bildirmiş, o da 5200 manat ödəyərək bu sahəni almışdır. Bu barədə alğı-satqı müqaviləsi bağlamışlar və müqavilə notarial qaydada təsdiq edilmişdir. Bundan sonra isə atası öz adına daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, 18.03.2019-cu il qeydiyyat tarixli çıxarış almışdır. Daha sonra isə atası 25 mart 2019-cu il tarixdə bu sahəni ona bağışlamış, bağışlama müqaviləsi də notarial qaydada təsdiq edilmişdir. Bağışlama müqaviləsindən sonra o, bu torpaq sahəsinə dair öz adına reyestrdən çıxarış almışdır. Bu torpaq sahəsində yaşayış evi inşa etdirmək qərarına gəlmiş, bu barədə Quba rayon İH başçısına müraciət etmiş, oradan 15 may 2019-cu il tarixli məktub aldıqdan sonra inşaat işlərinə başlamışdır. 19 iyun 2019-cu ildə inşaat qrupu yaşayış evini tikərək ona təhvil vermiş və o, evə dair öz adına 11 iyul 2019-cu il tarixli reyestrdən çıxarış almışdır. Bu torpaq sahəsi və fərdi yaşayış evi hazırda onun mülkiyyətindədir. Yaşayış evinin tərəflərin heç birinə aidiyyatı yoxdur və onlar bu evdə yaşamamışlar. Lakin məhkəmə onu işə cəlb etməmiş, qətnamə ilə onun mülkiyyət hüquqları pozulmuşdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil1 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin baxılan hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etdilər.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs4 nümayəndəsi və vəkili Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin baxılan hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 apellyasiya şikayətlərinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin baxılan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs2 QSC-yə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Ərazi İdarəsi) məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs3 və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz...
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
Maddə 148. Daşınmaz əmlakın dövlət reyestrinin açıqlığı 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
23. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə...
Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6506/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.03.2021-ci il tarixli 2(105)-204/2021 saylı qətnaməsi - Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin Maraqlı şəxs4 satmasına dair 22 fevral 2019-cu il tarixli alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi üzrə Maraqlı şəxs4 adına verilmiş 18.03.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsinin rədd edilməsi hissəsində ləğv edildiyindən, hazırda birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissələrdə araşdırılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)-189/2020 saylı qətnaməsi - Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin Maraqlı şəxs4 satmasına dair 22 fevral 2019cu il tarixli alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi üzrə Maraqlı şəxs4 adına verilmiş 18.03.2019-cu il tarixli Çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini Maraqlı şəxs4 satmasına dair 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi üzrə Maraqlı şəxs4 adına Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, 18.03.2019-cu il qeydiyyat tarixli çıxarış etibarsız hesab edilməli, iddiaçının həmin torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsi barədə iddia tələbi təmin edilməməlidir.
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən baxılan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
28. Belə ki, birinci instansiya məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni həll etmişdir. İşdən göründüyü kimi, mübahisəli Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 5200 manata Maraqlı şəxs4 satmışdır. Bundan sonra daşınmaz əmlakın bağışlanması barədə 25 mart 2019-cu il tarixli müqaviləyə əsasən Maraqlı şəxs4 həmin torpaq sahəsini Maraqlı şəxs3 bağışlamışdır. Həmin torpaq sahəsi və üzərində inşa edilmiş 278,7 kv.metrlik fərdi yaşayış evi 11.07.2019-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində Maraqlı şəxs3 mülkiyyəti kimi qeydə alınmışdır. Lakin Maraqlı şəxs4 və Maraqlı şəxs3 işə cəlb edilmədən məhkəmə tərəfindən Cavabdeh1 ilə Maraqlı şəxs4 arasında bağlanmış alğı-satqı müqaviləsi və onun əsasında aparılmış qeydiyyat etibarsız hesab edilmiş, mübahisəli torpaq sahəsinin tərəflər arasında bölünməsi, iddiaçının iki azyaşlı uşağı ilə birlikdə həmin torpaq sahəsində inşa edilmiş evə köçürülməsi qət edilmişdir.
29. Halbuki, mülki prosessual qanunvericiliyə əsasən, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onların hüquqlarının pozulması ilə nəticələnməklə həll edilməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.
30. İddia tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Quba rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, Cavabdeh1 ilə X4 arasında 15.11.2008-ci il tarixdə nikah bağlanmış, X2 Şirinova soyadı verilmişdir.
31. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 16.01.2019-cu il tarixli 2(027)- 348/2019 saylı qətnaməsi ilə tərəflərin arasında olan nikah pozulmuş, nikah pozularkən birgə nikahdan doğulmuş X10 və X11 analarının yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə ayda 120 manat olmaqla, Cavabdeh1 hər ay 240 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.
32. İş materiallarında olan Quba RİHB-nin Xucbala İƏD üzrə nümayəndəliyin 01.05.2019-cu il tarixli 396 nömrəli arayışından görünür ki, İddiaçı Quba rayonu, Xucbala kənd sakinidir və hazırda həmin kənddə yaşayır.
33. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № 0133201, ********** qeydiyyat nömrəli, 27.02.2013-cü il qeydiyyat tarixli Çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir.
34. İş materiallarında olan 22.02.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini Maraqlı şəxs4 satmışdır.
35. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № 1480397, **********03 qeydiyyat nömrəli, 18.03.2019-cu il qeydiyyat tarixli Çıxarışa əsasən, həmin torpaq sahəsi Maraqlı şəxs4 mülkiyyətindədir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi Cavabdeh1 ilə İddiaçı arasında 15.11.2008-ci il tarixdə nikah bağlanmış, Quba Rayon Məhkəməsinin 16.01.2019-cu il tarixli 2(027)-348/2019 saylı qətnaməsi ilə tərəflərin nikahına xitam verilmişdir. Tərəflər birgə nikah dövründə Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini əldə etmişdirlər.
37. İş materiallarında olan İddiaçı Cavabdeh2nə verdiyi ərizəsindən görünür ki, İddiaçı Cavabdeh2nə ərizə ilə müraciət edərək, əri Cavabdeh1 məxsus olan Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin bağışlanmasına dair imzaladığı 24.09.2018-ci il tarixli 8İ-5504 reyestr nömrəli razılıq ərizəsinin “Elektron notariat” informasiya sistemində ləğv edilməsini xahiş etmişdir.
38. İş materiallarında olan Cavabdeh2 məktubundan isə görünür ki, iddiaçının Cavabdeh1 məxsus olan Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha torpaq sahəsinin bağışlanmasma dair imzaladığı 24.09.2018-ci il tarixli 8İ-5503 reyestr nömrəli razılıq ərizəsi və Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin bağışlanmasına dair imzaladığı 24.09.2018-ci il tarixli 8İ-5504 reyestr nömrəli razılıq ərizəsi “Elektron notariat” informasiya sistemində 29.09.2018-ci il tarixdə ləğv edilmişdir.
39. Göründüyü kimi iddiaçı cavabdehlə nikahda olduğu müddətdə, 24.09.2018-ci il tarixdə torpaq sahəsinin bağışlanmasına dair razılıq ərizəsi versə də, həmin ərizə onun müraciətinə əsasən 29.09.2018-ci il tarixdə ləğv edilmişdir. Torpaq sahəsinin alğı-satqısı isə 22.02.2019-cu ildə olmuşdur.
40. Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi birgə nikah dövründə əldə edilmiş əmlak olduğu halda, həmin torpaq sahəsinə dair Cavabdeh1 ilə Maraqlı şəxs4 arasında 22 fevral 2019-cu il tarixli alğı-satqı müqaviləsi bağlanmış və müqavilə bağlanarkən iddiaçının razılığı alınmamışdır.
41. Halbuki, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir.
42. Göstərilənlərə və yuxarıda sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmadığından etibarsız hesab edilməlidir.
43. İddia tələbinin çıxarışın etibarsız hesab edilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən çıxarış mübahisələndirilən alğı-satqı müqaviləsi nəticəsində verildiyindən və həmin müqavilənin də etibarsızlığı barədə iddiaçının dəlilləri əsaslı olduğundan, çıxarışın etibarsızlığı barədə iddia tələbi də təmin edilməlidir.
44. İddia tələbinin Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin bölünməsi və iddiaçıya düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə iddiaçının və azyaşlı uşaqlarının köçürülməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir.
45. Belə ki, işdən görünür ki, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini daşınmaz əmlakın bağışlanması barədə 25 mart 2019-cu il tarixli müqaviləyə əsasən Maraqlı şəxs4 Maraqlı şəxs3 bağışlamışdır. Həmin torpaq sahəsi və üzərində inşa edilmiş 278,7 kv.metrlik fərdi yaşayış evi 11.07.2019-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində Maraqlı şəxs3 mülkiyyəti kimi qeydə alınmışdır. İddiaçı qeyd edilən müqaviləni və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı iddia tələbində mübahisələndirməmişdir.
46. İddiaçının payların müəyyən edilərək bölgü tələb etdiyi və köçmək istədiyi torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış evi hal-hazırda Maraqlı şəxs3 mülkiyyətindədir və onun bu hüququ mübahisələndirilməmişdir.
47. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
48. Mülkiyyətin müdafiəsinə dair maddi hüquq normalarının tələblərinə görə mülkiyyət hüququ hər bir mülkiyyətçiyə münasibətdə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
49. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi və onun üzərində inşa edilmiş yaşayış evi üzərində hazırda Maraqlı şəxs3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından, həmin reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası mübahisələndirilmədiyindən, iddia tələbi torpaq sahəsinin bölünməsi və naturada ayrılaraq verilməsi, iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi hissəsində təmin edilə bilməz.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri qismən təmin olunsun. Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)-189/2020 nömrəli qətnaməsi - Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin Maraqlı şəxs4 satmasına dair 22 fevral 2019-cu il tarixli alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi üzrə Maraqlı şəxs4 adına verilmiş 18.03.2019-cu il tarixli Çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini Maraqlı şəxs4 satmasına dair 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi üzrə Maraqlı şəxs4 adına Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, 18.03.2019-cu il qeydiyyat tarixli çıxarış etibarsız hesab edilsin. İddiaçının həmin torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.