Məhkəmə qərarları › İş №2(105)-74/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-74/2021

07.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-74/2021 07.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı hüquqi varisi X2, iş üzrə üçüncü şəxs X3, onun nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər “Çinar” Bağçılıq Yoldaşlığı Cəmiyyətinə və AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi və torpaq üzərində hüququnun bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1011/2019 saylı, 14 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1011/2019 saylı, 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər “Çinar” Bağçılıq Yoldaşlığı Cəmiyyətinə və AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi və torpaq üzərində hüququnun bərpa edilməsi” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir (hakim İ.M.Mahmudov). İş üzrə 2(060)-1011/2019 saylı, 14 fevral 2019-cu il tarixli xüsusi qərardad qəbul edilərək «Çinar» Bağçılıq Yolaşlığı Cəmiyyətinin hərəkətlərində cinayət əməlləri mövud olduğuna görə Sumqayıt şəhər Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1011/2019 saylı, 14 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən X4 adına verilmiş 18.12.2017ci il tarixli, 1417016saylı çıxarışın ləğv edilməsi, 381 saylı bağ sahəsi üzərində hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasına təqdim edilmiş 07.10.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı 06.04.2020-ci il tarixdə vəfat etmiş, onun vərəsəsi arvadı X5r. İddiaçı vəfat etdiyindən onun vərəsəsi X9 hüquqi varis kimi işə cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının hüquqi varisi X9 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, əri İddiaçı 1975-2000-ci illərdə Sumqayıt Politexnik Texnikumunda müəllim işləmişdir. Sumqayıt XDS-nin 02.08.1988-ci il tarixli, 16 saylı qərarına əsasən 381 saylı bağ sahəsi ona verilmişdir. O, həmin bağ sahəsinə görə 2017-ci ilə qədər torpaq vergisini ödəmişdir. Torpaq sahəsini özəlləşdirmək istəyərkən məlum olmuşdur ki, 381 saylı bağ torpaq sahəsi, həmin sahəyə aid saxta sənədlər təqdim etməklə X3 adına özəlləşmişdir. Q.Məmmədova ərinin işlədiyi Texnikumun və eləcə də 2 saylı Trestin işçisi olmamışdır. Onun özəlləşməyə təqdim etdiyi Bağçılıq kitabçası kiril əlifbası ilə deyil, latın qrafikalı əlifba ilə yazılmışdır (üzərindəki möhür latın qrafikası ilə yazılıb). Məhkəmə araşdırma apararaq özəlləşmənin saxta sənədlərlə aparıldığını müəyyən edib xüsusi qərardad çıxararaq materialları Sumqayıt şəhər prokurorluğuna göndərsə də sonda heç bir əsası olmayan ədalətsiz qətnamə çıxarmışdır. Bildirir ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 iyun 2019-cu il tarixli qərarla sübut olunmuşdur ki, 381 saylı bağ torpaq sahəsi saxta sənədlər əsasında özəlləşmişdir. Cinayət işinin başlanmasının rədd edilməsinə əsas həmin saxta sənədləri tərtib etmiş Hüseyn Muxtarov adlı şəxsin 2015-ci ildə vəfat etməsi olmuşdur. Buna görə də AR CPMnin 39.1.5-ci maddəsinə əsasən cinayət işinə xitam verilmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1011/2019 saylı, 14 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, torpaq sahəsini o, özü 2011-ci ildə almışdır. Torpaq sahəsinə dair çıxarışı vardır. O, torpaq sahəsinə gedəndə torpaq sahəsinin boş olduğunu, orada heç bir tikilinin olmadığını görmüşdür. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasına üçüncü şəxs X3 nümayəndəsi X13 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdehlər “Çinar” Bağçılıq Yoldaşlığı Cəmiyyətinə və AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən təşkilatların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarına əlavə edilmiş ********** saylı arayışın və çıxarışın surətindən görünür ki, X11 «Çinar» X6 üzvüdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Sumqayıt şəhəri, X19 «Çinar» Bağçılıq Yoldaşlıq Cəmiyyətində yerləşən 381 saylı bağ sahəsi cəmiyyətin 21.06.2001-ci il taixli, 381 saylı bağçının üzvlük kitabçası, «Çinar» X10 üzvlüyünə qəbul olunması barədə 28.12.1989-cu il tarixli, 03 saylı protokolundan çıxarış və yerquruluşu xəritəsində bağ sahəsinin yerləşməsinin sxematik planından çıxarış əsasında X8 adına qeydiyyata alınmış və 18.12.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı bu hüqüqa «İnsan hüquqları və Əsas Azadlıqların müdaiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.19520 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri-rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə əsasənhər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etməu hüququna malikdir. Heç kəs cəmyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusyasının 13-cü madəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqlarının və X12 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. İş materiallarından görünür ki,birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunda əsaslandırmışdır ki, iddiaçı öz idiasını əsaslanıra bilməmişdir. Bundan başqa AR ƏMDK yanınla DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən X8 adına veilmiş 18.12.2017-ci il tarixli, 147016 saylı çıxarışın ləğv edilməsi və iddiaçının 381 saylı bağ sahəsi üzərində hüquqlarının bərpa olunması üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, cavabdehin adına çıxarış verilən zaman hər hansı qanun pozuntusna yol verilməmşdir. Məhkəmə kollegiyasının qərardadına əsas iş üzrə təyin edilmiş 05 iyul 2021-ci il tarixli, 10/2600 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı vəÜnvan Reyestri Xidməti «Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi» MMS-nin mütəxəssis rəyinə əsasən İddiaçı Sumqayıt şəhər XDS-nin 02.08.1988-ci il tarixli, 16 saylı qərarına əsasən verilmiş ümumi sahəsi 600 kv.m olan Smqayıt şəhəri, X19 «Çinar» Bağçılıq- Yoldaşlıq Cəmiyyətinin 381 saylı bağ sahəsinə aid texniki kadastr sənədlərini (döngə nöqtələrinin koordinatlarını) əks etdirən hüquq müəyyənedici sənədlər olmadığından 3-cü şəxs X4 adına qeydiyata alınmış və 18.122017-ci il tarixli. ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasına verilmiş Sumqayıt şəhəri, X19, «Çinar» Bağçılıq- Yoldaşlıq Cəmiyyətinin 381 saylı bağ sahəsinin üst-üstə düşüb-düşməməsini və ayrıayrılıqda torpaqların sərhədlərini müəyyənləşdirmək mümkün olmamışdır. Yəni iş üzrə keçirilmiş ekspert rəyi ilə iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan torpaq sahələrinin eyni torpaq sahəsi olması müəyyən edilməmişdir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı mübahisəli torpaq sahəsinə dair cavabdehin adına verilmiş çıxarışı mübahisələndirsə də həmin çıxarışın verilməsinə əsas olmuş sənədləri mübahisələndirməmişdir. Halbuki hazırkı mübahisənin həlli həmin sənədlərlə əlaqəlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməsi ilə hüququnun pozulmasını əsaslandıran sübutu məhkəməyə təqdim etməmişlər. Belə ki, mülki məhkəmə icraatının vəzifələrini təsbit edən Azərbaycan Respublikası MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər hansı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» 27.08.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları və işdə olan sübutlar hərtərəfli və obyektiv araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbində onun hüququnun pozulmasına dair heç bir sübut və əsas göstərilməmişdir. Bundan başqa mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, apelyant apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etsə dəşikayətini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Apelyasiya şikayətində cavabdeh tərəfindən torpağın qanunsuz olaraq zəbt edildiyi qeyd edilsə də iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarından görünür ki, cavabdehin adına mübahisəli sahəyə dair reyestrdən çıxarış mövcuddur, iddiaçı tərəfindən isə həmin çıxarışın verilməsinə əsas olmuş sənədlər mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti isə təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1011/2019 saylı, 14 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olaraq 50 (əlli) manat pul İddiaçı hüquqi varisi X1 tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar