Məhkəmə qərarları › İş №2(105)-74/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-74/2024

24.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-74/2024 24.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpağın zəbtdən azad edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi, sübutetmə, ekspert rəyi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X37 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi İddiaçı iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-9/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. JN-083B KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X7 və onun ailə üzvləri X8, X9, X13, X14, X15, X20, X10, X11, X16, X5 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə 0,14 ha torpaq sahəsi verilmişdir.

2. JN-092A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X21 və onun ailə üzvləri X22, X28, Cavabdeh Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə 0,21 ha torpaq sahəsi verilmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, X6 və onun ailə üzvlərinə JN- 083B KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.14 ha torpaq sahəsi iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya fərq vardır. Cavabdeh və onun ailə üzvlərinə JN-092A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.21 ha torpaq sahəsi cavabdehin naturada istifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. X6 və onun ailə üzvlərinə JN083B KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.14 ha torpaq sahəsi ilə Cavabdeh və onun ailə üzvlərinə JN-092A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.21 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən üst-üstə düşmür. X6 və onun ailə üzvlərinə JN-083B KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadəthaməyə əsasən məxsus olan 0.14 ha torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı bir müdaxilə edilməmiş və tikinti işləri aparılmamışdır. Əlavə olaraq bildirilir ki, elektron baza məlumatlarına əsasən və naturada X6 və onun ailə üzvlərinə JN-083B KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.14 ha torpaq sahəsi ilə Cavabdeh və onun ailə üzvlərinə JN-092A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.21 ha torpaq sahəsi arasında gediş-gəliş yolu mövcuddur.

4. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2022-ci il tarixli 10/7631 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********74 nömrəli mütəxəssis rəyinə əsasən, X6 və onun ailə üzvlərinə JN-083B KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.14 ha torpaq sahəsinin iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşdiyi, lakin konfiqurasiya fərqinin olduğu müəyyən olundu. Mütəxəssis rəyinə əsasən, Cavabdeh və onun ailə üzvlərinə JN-092A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.21 ha torpaq sahəsinin cavabdehin naturada istifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşdiyi, lakin konfiqurasiya və sahə fərqinin olduğu müəyyən olundu. Mütəxəssis rəyinə əsasən, X6 və onun ailə üzvlərinə JN-083B KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.14 ha torpaq sahəsi ilə Cavabdeh və onun ailə üzvlərinə JN-092A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.21 ha torpaq sahəsinin elektron baza məlumatlarına əsasən üst-üstə düşməiyi müəyyən edildi. Mütəxəssis rəyinə əsasən, X6 və onun ailə üzvlərinə JN-083B KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.14 ha torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı bir müdaxilə edilmədiyi və tikinti işləri aparılmadığı müəyyən edildi. Ekspertiza xərci 50 manat təşkil edir.

5. AZ 086292 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2003-cü ildə ölmüşdür.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7211 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Şamaxı rayonu Quşçu kəndinə aid "Torpağın mülkiyyətə verilməsinə Şəhadətnamələrlə (DWG məlumatlarına əsasən) vətəndaşların mülkiyyətinə verilmış həyətyanı torpaq sahələri ilə faktiki naturada istifadəçilik arasında konfiqurasiya, sahə uyğunsuzluğu və şəhadətnamələrdə koordinatlar olmaması səbəbindən JN-083B K 41012018 saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,14 ha torpaq sahəsinin naturada kv.m dəqiqliklə yerini müəyyən etmək mümkün olmadı. X3 naturada faktiki istifadə etdiyi 0.14 ha torpaq sahəsinin koordinatları müəyyən edildi. Şamaxı rayonu Quşçu kəndinə aid "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"lərlə (DWG məlumatlarına əsasən) vətəndaşların mülkiyyətinə veriln həyətyanı torpaq sahələri ilə faktiki naturada istifadəçilik arasında konfiqurasiya, sahə uyğunsuzluğu və şəhadətnamələrdə koordinatlar olmaması səbəbindən JN-092A KC 41012018 saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,21 ha torpaq sahəsinin naturada kv.m dəqiqliklə yerini müəyyən etmək mümkün olmadı. Lakin Cavabdeh naturada faktiki istifadə etdiyi 0.30 ha torpaq sahəsinin koordinatları müəyyən edildi. Şamaxı rayonu Quşçu kəndinə aid "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"lərlə (DWG məlumatlarına əsasən) vətəndaşların mülkiyyətinə veriln həyətyanı torpaq sahələri ilə faktiki naturada istifadəçilik arasında konfiqurasiya, sahə uyğunsuzluğu və şəhadətnamələrdə koordinatlar olmaması səbəbindən JN-092A KC 41012018 saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,14 ha torpaq sahəsinin hər hansı bir hissəsi Cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmadı. Elektron baza məlumatlarında JN-083B KOD 41012018 saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən torpaq sahəsinə aid cizgilər ilə JN-092A KOE 41012018 saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən torpaq sahəsinə aid cizgilər üst-üstə düşmür. Elektron baza məlumatlarında iddiaçı və cavabdehir mülkiyyətlərinə verilmiş torpaq sahələri arasında gediş-gəliş yolu göstərilmişdir. Şamaxı rayonu Quşçu kəndinə aid "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrlə (DWG melumatlarına osasan) vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələri ilə faktiki naturada istifadəçilik arasında konfiqurasiya, sahə uyğunsuzluğu və şəhadətnamələrdə koordinatlar olmaması səbəbindən JN-083B KOC 41012018 saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,14 ha torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı bir müdaxilə edilib-edilməməsini müəyyən etmək mümkün olmadı. İddiaçı və Cavabdeh faktiki istifadələrində olan torpaq sahələri mövcuddur çəpər daxilindədir və onların istifadə etdikləri həyətyanı torpaq sahələrinin arasında gediş-gəliş yolu mövcuddur. Bu səbəbdən tərəflərdən birinin digərinin torpaq sahəsinə hər hansı bir müdaxilə halı aşkar olunmadı. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı i tarixli 818 nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatları ilə iddiaçı və cavabdehin faktiki naturada istifadə etdikləri həyətyanı torpaq sahələri uyğunluq təşkil edir.

7. Rəyə əlavə edilmiş ekspertiza xərcinə dair bildiirşdən görünür ki, xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7211 nömrəli ekspert tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir.

8. Apellyasiya icraatı zamanı X8, X9, X14, X15, X20, İsrafilova (Hacıyeva) Şahnaz İsgəndər qızı, İsrafilova (İsmayılova) Şəbnəm İsgəndər qızı, X16, X18, X21 və X22 üçüncü şəxslər kimi işə cəlb olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək torpaq sahəsinin boşaldılması və əvvəlki qaydasına salınması barədə qətnamə qət edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu Quşçu kəndində yaşayır. Ailəsinə məxsus, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli 108 saylı Qərarı ilə 0.14 ha Torpağın Mülkiyyətə verilməsinə dair (JN 083B 4101018) nömrəli X1, X8, X9, X13, X14, X15, X20, X10, X11, X16, X5 verilmişdir. X2 xx.xx.2003-cü ildə vəfat etmişdir. Həmkəndlisi Cavabdeh onlara məxsus torpaq sahəsini 10 metr zəbt etmişdir. Həmin torpaq sahəsindən şəxsi istifadəsi üçün istifadə edir. Onun dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq torpaq sahəsini boşaltmır. Bu barədə Şamaxı rayonu Quşçu kənd üzrə İcra nümayəndəliyinə və Quşçu kənd bələdiyyəsinə müraciət etsədə, müraciətinə baxan yoxdur.

11. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-9/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, İddiaçı 50 manat məbləğində ekspertiza xərcinin alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Natiq İsmayılov).

12. Birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt etdilməsinin sübut olunmaması əsası ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinadla iddianı təmin etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayəti verib Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-9/2023 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır. Ekspert rəyindən də narazıdır, məhkəmədən təkrarən ekspertiza təyin olunmasını xahiş etmiş, lakin vəsatəti təmin olunmamışdır. Halbuki ekspertizanın təkrarən təyin olunması üçün kifayət qədər əsaslar var. Belə ki, Şamaxı rayon Aqrar islahat komissiyasının 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə qanuni istifadəsində olan 0,14 ha torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Şamaxı–Quşçu asfalt yolu çəkilən zaman onun torpaq sahəsinin 154,68 kv.m.hissəsi yola verilmişdir, əvəzində cavabdehlə onun arasında olan gediş-gəliş yolundan eni, bir tərəfi 2 m, digər tərəfi 4 m, uzunluğu 51.70 m olan hissə ona verilmişdir. Bu barədə akt da tərtib olunmuşdur. Ekpert rəyinə görə isə onun torpaq sahəsinin çatmayan hissəsi arxa qonşusunun həyətinə gedib çıxır ki, bu da həqiqətə uyğun deyildir. Belə ki, onun torpaq sahəsi ilə onun arasında onun 30 illik tikintiləri var. Həyətyanı torpaq sahəsinin 1989-cu ildə tərtib olunmuş texniki pasportdan görünür ki, onunla qonşuluqda yerləşən qardaşının adına olan evin arxa divarı ilə torpağının kənarı eyni xətt üzrə yerləşir. Ekspertin rəyinə görə isə onun torpağının arxa hissəsi həmin düz xətdən kənarlaşaraq 10 m enində qonşu torpaq sahəsinə tərəf keçir. Eyni zamanda ekspert rəyinə əsasən cizgilənmiş torpaq sahəsi ilə Şamaxı-Quşçu asfalt yolu arasında üçbucaq şəkillli boş torpaq sahəsi yaranır, hansı ki ərazinin baş planında belə bir sahə mövcud deyil. Onlardan sonrakı torpaq sahələri də sıxışdırılaraq digər tərəfdən keçən küçəni tam bağlayır. Asfalt yol mühafizə zolağı ilə birlikdə sənəd üzrə 19 metr olduğu halda cavabdehin ekspert rəyinə əsasən asfalt hörüyün kənarından cavabdehin həyətinin kənarına kimi 23 mert enində xeyli boş sahə qalır, onun özünün günlüyü də həmin boş sahədə qalır. Baş planda belə bir torpaq sahəsi görünmür, hətta onun da topağının bir hissəsi digər qonşunun torpaq sahəsinin içərisinə girir. Həmin qonşunun evi cavabdehin torpaq sahəsində qalır. Kəndin baş planına əsasən cavabdehin həyətinin aşağı və yuxarısında yerləşən küçələr arasında məsafə 46 metr olduğu halda ekspertin rəyindən sonra həmin məsafə 50 metr olur. Açıq aydın görünür ki, ekspert rəyi ilə ilkin sənədlər və kəndin baş planı arasında uyğunsuzluq yaranır. Bu rəy düzgün olmadığından və digər qonşuların torpaq sahələrinə dair mübahisələrə səbəb olacaq.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh və üçüncü şəxslər X8, X9, X14, X15, X20, İsrafilova (Hacıyeva) Şahnaz İsgəndər qızı, İsrafilova (İsmayılova) Şəbnəm İsgəndər qızı, X16, X18, X21 və X22 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

18. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

20. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

24. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

25. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-9/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası əvvəla İddiaçı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, hesab edir ki, ekspert rəyi ilə iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən sahiblik və faktiki istifadə edilməsi müəyyən olunmamışdır.

39. Belə ki, apellyasiya şikayətinin dəlillərini nəzərə alan kollegiya işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmini üçün xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Ekspert rəyində göstərilmişdir ki, İddiaçı və Cavabdeh faktiki istifadələrində olan torpaq sahələri mövcuddur çəpər daxilindədir və onların istifadə etdikləri həyətyanı torpaq sahələrinin arasında gediş-gəliş yolu mövcuddur. Bu səbəbdən tərəflərdən birinin digərinin torpaq sahəsinə hər hansı bir müdaxilə halı aşkar olunmadı. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı i tarixli 818 nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatları ilə iddiaçı və cavabdehin faktiki naturada istifadə etdikləri həyətyanı torpaq sahələri uyğunluq təşkil edir.

40. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

41. Belə olan halda apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

43. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

44. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

45. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

46. Beləliklə, şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

47. Eyni zamanda məhkəmə kollegiyası hedab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 50 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-9/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X12, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar