Məhkəmə qərarları › İş №2(105)-742/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-742/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-742/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh Şahvələd qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1493/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1493/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Şahvələd qızından 4000 manat pul və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1493/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4000 manat əsas borcun, kredit müqaviləsinin rəsmiləşdirilməsi üçün ödənilmiş 100,20 manatın pulun, 30 manat dövlət rüsumunun, cəmi 4130,20 manat pulun Cavabdeh Şahvələd qızından alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, polis idarəsində qeydiyyatdadır və qeydiyyatda olduğu ünvanda yaşamır. Məhkəmədən gələn bildirişləri almamış, sadəcə telefonuna gələn ismarıca görə məhkəmə prosesindən xəbər tutmuş, gedib məhkəmədən iddia ərizəsinin surətini götürmüşdür. Ödəniş qəbzlərinin surətini Qubada vəkilə təqdim etmiş və vəkil tərəfindən tərtib olunmuş iddia ərizəsinə etirazı məhkəməyə ünvanlamışdır. Məhkəmə qətnaməni çıxararkən etiraza heç bir hüquqi qiymət verməyib. Bildirir ki, 4000 manat borc tərəfindən iddiaçının özünün, ərinin, qızının adına olmaqla rəsmi qəbzlərlə tam ödənilmişdir. Bu barədə qəbzlərin surətini də etiraz ərizəsi ilə birlikdə məhkəməyə göndərmişdir. Həmin qəbzlərdən görünür ki, iddiaçıya və onun ailə üzvlərinə “Zolotaya Korona” vasitəsilə cəmi 1200 manat, “Kapital Bank” terminalı vasitəsilə 3250 manat, ümumilikdə 4450 manat ödəmişdir. Hal-hazırda iddiaçıya borcu qalmayıb. Məhkəmə qərarı iştirakı olmadan, çəkişmə prinsipinin pozulması ilə çıxarılıb. Bu səbəbdən apelyasiya şikayətinin təmin olunmasını, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1493/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Mihkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, cavabdeh onun ögey bacısıdır. Cavabdehə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, 4000 manat borc pul vermiş, kredit müqaviləsi həmin tarixdə 2 saylı Bakı ASAN Xidmət Mərkəzində yerləşən notariat Kontorunda rəsmiləşdirilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən, cavabdeh götürdüyü borcu xx.xx.2019-cu il tarixədək qaytarmağa söz versə də, indiyədək qaytarmamışdır. Dəfələrlə ona borcunu ödəməsi üçün müraciət etmiş, lakin o yenə də borcun qaytarılmasından əsassız olaraq boyun qaçırmışdır. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə cavabdehin yaşadığı ünvana xəbərdarlıq məktubu göndərmiş, lakin o yenə də borcu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kredit müqaviləsinin 9-cu bəndinə əsasən, tərəflər həmin müqavilə üzrə mübahisəni öz razılıqları ilə, belə razılıq olmadıqda məhkəmə qaydasında həll etməlidirlər. Bundan başqa kredit çüqaviləsi imzalanan zaman onun rəsmiləşdirilməsi üçün 100 manat 20 qəpik ödəniş etmişdir. Bu səbəbdən apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, iddiaçının, cavabdehin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1493/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi, Cavabdeh Şahvələd qızından 4000 manat pulun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən tutulan pul məbləği 2150 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borc verən qismində İddiaçı borc alan qismində Cavabdeh Şahvələd qızına faizsiz olaraq 4000 manat məbləğində borc pul verməyi, borc alan həmin pulu xx.xx.2019-cu il tarixinə kimi borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə\nin 11-ci bəndində əsasən müqavilənin notarial qaydada təsdiq edilməsi xərclərini borcalan çəkməlidir. Birinci instansiya məhkəməsi iş materiallarında olan kredit müqaviləsinə istinadən iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 442, 443, 445.2.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsaslı hesab edir. Belə ki, işin hallarından görünür ki, cavabdeh iddiaçıdan 4000 manat borc pul almışdır. İddiaçı həmin məbləğin cavabdeh tərəfindən qaytarılmadığını bildirmişdir. Lakin məhkəmə kollegiyasının iclasında Cavabdeh Şahvələd qızının təqdim etdiyi ödəniş qəbzlərindən və pul göndərişlərinə dair qəbzlərdən görünür ki, Cavabdeh Şahvələd qızı tərəfindən “xxxx” ASC-nin ödəniş terminal vasitəsi ilə İddiaçı adına xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 130 manat, xx.xx.2019-cu il tarixdə 70 manat, xx.xx.2019-cu il tarixdə 350 manat, xx.xx.2019-cu il tarixdə 350 manat, xx.xx.2019-cu il tarixdə 300 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 200 manat ödəniş etmiş, xx.xx.2019-cu il tarixdə isə “Zolotaya Korona” pul köçürülmə sistemi vasitəsi ilə İddiaçı adına 150 manat pul göndərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehdə 4000 manat pul verməsi iş materiallarında olan kredit müqaviləsi ilə təsdiq edilir və eyni zamanda Xanlarova Xəyalə Şahvələd qızı tərəfindən İddiaçı 1850 manat ödəniş edilməsi təqdim edilmiş qəbzlərlə öz təsdiqini tapır. Eyni zamanda cavabdehin təqdim etdiyi digər qəbzlərdən görünür ki, göndərilmiş pul vasitələri X2 və X1 adına göndərilmişdir. Həmin pulların İddiaçı göndərilməsini cavabdeh sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh qeyd edilən məbləğlərin də İddiaçı ödənilməsini sübuta yetirə bilməmişdir. Göründüyü kimi, cavabdeh Xəyalə Xanlarova aldığı borcdan 1850 manat ödəniş etməsini təqdim etdiyi çeklərlə sübuta yetirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə 4000 manat borcun 1850 manat hissəsi cavabdeh tərəfindən ödənildiyindən, qətnamə 4000 manat pulun tutulması hissəsində dəyişdirilməli, 2150 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə kollegiyası birinci instasiya məhkəməsinin tələbin 30 manat dövlət rüsumunun tutulması və 100,20 manat pul tələbinin təmin edilməməsi hissəsində gəldiyini nəticəni də əsaslı sayır. Belə ki, iddiaçı kredit müqaviləsinin rəsmiləşdirilməsi üçün ödənilmiş 100,20 manatın puu tələb etsə də, iş materiallarında olan kredit müqaviləsinin 11-ci bəndinə əsasən müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini borcalan, yəni hazırki iş üzrə Cavabdeh çəkməli olmuşdur. Həmin məbləğin iddiaçı tərətindən ödənilməsinə dair hər hansı sübut mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən qanuni və əsaslıdır. Çünki Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlillərinə qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən tutulan pul məbləği hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1493/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi, Cavabdeh Şahvələd qızından 4000 manat pulun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən tutulan pul məbləği 2150 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 384.0.3, 392-393 və 40-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Şahvələd qızının apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1493/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh Şahvələd qızından 4000 manat pulun tutulması hissəsində dəyişdirilsin. İddiaçı xeyrinə Cavabdeh Şahvələd qızından tutulan pul məbləği 2150 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar