Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-75/2023 08.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı sədri Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 Ramiz oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin buraxılması, özbaşına inşa edilmiş tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(029)-763/2021 saylı qətnaməsindən cavabeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin buraxılması, özbaşına inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən zəbt edilmiş Qusar rayonu, Köhnə Xudat kəndi ərazisində yerləşməklə X3 mülkiyyətində olan 0.08 hektar torpaq sahəsinin buraxılması, cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz olaraq mişar daşından inşa edilmiş su bulağının və hündürlüyü 60 sm olan hasarın öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(029)-763/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən zəbt edilmiş Qusar rayonu, Köhnə Xudat kəndi ərazisində yerləşməklə Qusar rayonu, X3 mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin buraxılması, Cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz olaraq mişar daşından inşa edilmiş su bulağı və hündürlüyü 60 sm olan hasarın onun öz hesabına sökülməsi qət edilmişdir (hakim Adil Vəliyev). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(029)-763/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sədri Nümayəndə1 tərəfindən verilmiş və notarial qaydada təsdiq edilərək məhkəməyə ünvanlanmış ərizədən görünür ki, cavabeh tərəfindən inşa edilmiş hündürlüyü 60 sm olan hasarın bələdiyyəyə heç bir maneçiliyi qalmamışdır, bununla bağı heç bir tələbi yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası verilmiş ərizəni nəzərə alaraq qeyd edir ki, ərizənin mahiyyətindən görünür ki, İddiaçı hazırki iddiadan imtina edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etmə barədə ərizəsi təmin edilməli, iddiadan imtina qəbul edilməklə Qusar Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(029)-763/2021 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası mülki-prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Qusar Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(029)-763/2021 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiadan imtina edildiyindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin müzakirəsinə zərurət qalmamışdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Qusar Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(029)-763/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin buraxılması, özbaşına inşa edilmiş tikililərin sökülməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab- AZ34CTRE******************** hesabına köçürülsün. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-75/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-75/2023
08.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver