Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-750/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçi İddiaçı, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən mülkiyyətdə olan torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-21/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) İddiaçı Cavabdeh qarşı Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktına əsasən mülkiyyətdə olan torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması tələbi barədə iddiası təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Şabran Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərardadı ilə (hakim İ.Cabbarov) Şabran Rayon Məhkəməsinin 2(031)-21/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş qətnaməsindən iş üzrə İddiaçı vəkili və nümayəndəsi 4 saylı Vəkil Bürosunun vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (Mülki Prosessual Məcəllənin 128.1. və 129.2. maddələri). İşdən göründüyü kimi birinci instansiya məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi qəbzlə xx.xx.2021-ci il tarixdə X1 təqdim edilmiş, İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin 2(031)-21/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş qətnaməsinin ona təqdim edilmədiyini bildirərək, həmin qətnamənin surətinin ona təqdim edilməsini xahiş etmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə İddiaçı təqdim edilmişdir. Cavabdeh tərəfindən isə apellyasiya şikayəti 20 fevral 2024-cü il tarixdə verilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2021-ci il tarixdə X1 təqdim edilsə də, İddiaçı sonuncunun həmin qətnaməni almadığını və imzanın ona məxsus olmadığını bildirmişdir. Göründüyü kimi məhkəmə aktının cavabdeh İddiaçı ailə üzvü tərəfindən xx.xx.2021ci il tarixdə alınması ilə bağlı birinci instansiya məhkəməsi müddətin ötürülübötürülməməsi məsələsini müzakirə etməmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3. maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qətnamədən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 360, 361- 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Şabran Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 361, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdeh İddiaçı tərəfindən Şabran Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-750/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-750/2024
19.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver