Məhkəmə qərarları › İş №2(105)-751/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-751/2024

19.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-751/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı torpaqdan qanunsuz istifadəyə son qoyulması, torpaq sahəsindən çıxarılma və torpağın istifadəsinə qaytarılması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-33/2023 nömrəli, 11 dekabr 2023cü il tarixli qərardadından Cavabdeh4 verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.İsmayılov) iddianın qismən təmin edilməsi, Şamaxı rayon İcra Hakimiyyətinin 25 iyul 2017-ci il tarixli 76 saylı sərəncamı və 25 iyul 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi ilə İddiaçı istifadəsinə verilmiş Şamaxı rayonu Qabırlı qış otlaq sahəsində yerləşən 290 hektar qış otlaq sahəsinin 17 hektar hissəsindən Cavabdeh2 və 28 hektar hissəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 çıxarılması, onların həmin sahədən istifadələrinə son qoyulsun və həmin torpaq sahələri İddiaçı istifadəsinə qaytarılması, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 959,25 (doqquz yüz əlli doqquz manat iyirmi beş qəpik) manat pulun müştərək qaydada alınaraq İddiaçı ödənilməsi və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 keçirilmiş ekspertizanın dəyəri 50 manat pul müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi barədə qətnamə qəbul edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şamaxı rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(074)-33/2023 nömrəli qətnaməsinin Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilmişdir. Cavabdeh4 qətnamədən apellyasiya şikayəti vermişdir. Şamaxı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli qərardadı ilə Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh4 həmin qərardaddan şikayət vermişdir. Şamaxı Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(074)-33/2023 nömrəli qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon İcra Hakimiyyətinin 25 iyul 2017-ci il tarixli 76 saylı sərəncamı və 25 iyul 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi ilə istifadəsinə verilmiş Şamaxı rayonu Qabırlı qış otlaq sahəsində yerləşən 290 ha qış otlaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etdikləri 30 ha sahədən, Cavabdeh3 isə zəbt etdiyi 20 ha qış otlaq sahəsindən çıxarılmaları, onların həmin sahədən istifadələrinə son qoyulması, həmin torpaqların onun istifadəsinə qaytarılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh4 Şamaxı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, bu qərardaddan narazıdır. Cavabdehlər də hamısı bir yerdə olmaqla birinin adına dövlət rüsumu köçürüb hamısı tərtib olunmuş bir apellyasiya şikayətini imzalayıb göndərmişlər. Lakin sonradan bəhanə gətirilir ki, guya hərənin adına ayrıca dövlət rüsumu olmalıdır. Belə halda, ödənilmiş dövlət rüsumunun artıq hissəsi geri qaytarılmalı idi. Amma belə olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi Cavabdeh4 apellyasiya şikayətinin geri qaytarılmasını apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 361.1., 361.1.1., 361.1.2., 361.1.3., 361.1.4. və 361.1.5. maddələri). Mülki Prosessual Məcəllənin 361.3. maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.4.1. maddəsinin məzmununa görə apellyasiya və kassasiya şikayətləri verilməsi üçün həmin qanunun 8.1ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 363.1.2. maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İşdən göründüyü kimi apellyasiya şikayətinə əlavə edilmiş qəbzə əsasən rüsum Cavabdeh2 tərəfindən ödənilmiş və həmin rüsum əsasında Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən baxılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətinin geri qaytarılması barədə nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh4 şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli və onunla bağlı 23 fevral 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar