Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-752/2023 05.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X13 adına X1rşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və əmək haqqı tələbi) X11 Süleymanovanın sədrliyi və məruzəsi, X9 Qafari və X2 ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X13 adına X1rşı “işə bərpa və əmək haqqı tələbinə dair” mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(060)-7082/2022 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdeh X13 adına X1rşı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən onun 06 yanvar 2022-ci ildən işə bərpa olunmağı və 21 sentyabr 2021-ci ildən hal-hazıradək ödənilməmiş 5100 manat əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla “X13 adına X8” arasında 21 sentyabr 2021-ci ildə müddətsiz əmək müqaviləsi bağlanmış və hər ay 400 manat əmək haqqı ödənilməsi şərti ilə Azərbaycan dili və ədəbiyyatı müəllimi işinə qəbul edilmişdir. 2021-ci ilin dekabr ayının 15-dək həmin mərkəzdə şagirdlərə Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs demişdir. İşlədiyi 3 ay 15 gün ərzində ona cəmi 100 manat əmək haqqı ödənilmişdir. 2021-ci ilin dekabr ayının 15-də işəgötürən ona kursa şagird gəlmədiyindən sabahdan işə gəlməməsini, şagirdləri toplayıb ona xəbər verdikdən sonra gəlib dərs deməsini bildirmişdir. Bundan sonra o, rəhbərliyin çağrışını gözləyərək evdə oturmalı olmuşdur. Sonradan ona məlum olmuşdur ki, işəgötürən onu xəbərdar etmədən xx.xx.2022-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Lakin cavabdeh onu əmək müqaviləsinin xitamı ilə əlaqədar məlumatlandırmamışdır. Hazırkı tarixədək cavabdehin ona 13 ay üçün ödənilməmiş 5100 manat əmək haqqı borcu qalmışdır (13 ay x 400 manat - 100 manat = 5100 manat). Dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh onu işə bərpa etməmişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. 10.10.2022-ci il tarixli MŞB/6-6167 №-li ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Nümayəndə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 06 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.
5. xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən (kontraktından) görünür ki, İddiaçı X16 adına X5 müddətsiz, aylıq əmək haqqı 400 manat olmaqla, Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə qəbul olunmuşdur.
6. xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı müddətsiz, aylıq əmək haqqı 400 manat olmaqla, müəllim vəzifəsinə X5 işə qəbul olunması ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmişdir.
7. Sosial arayışdan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə qüvvədən düşmüşdür.
8. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicinin filialının, nümayəndəliyinin və digər təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması barədə Nümayəndə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2022-ci tarixli ərizəyə əsasən Nümayəndə məxsus olan **********-29005 kodlu təsərrüfat subyekti (obyekti) qeydiyyatdan çıxarılmışdır.
9. “Yüksəl” Reabilitasiya Mərkəzi üzrə xx.xx.2022-ci il tarixli 28 №-li əmrdən görünür ki, xx.xx.2022-ci il tarixdən mərkəzin ana dili və ədəbiyyat müəllimi İddiaçı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) tutduğu vəzifədən/peşədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Əsas: işçinin işdən çıxış ərizəsi.
10. Sumqayıt Şəhər Məhkəməsinə 06 dekabr 2022-ci il tarixdə daxil olmuş cavabdeh “X13 adına X7”nin Direktoru Nümayəndə tərəfindən iddia müddətinin tətbiq edilməsinə ərizədən görünür ki, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(060)-7082/2022 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X4 nümayəndəsi Nümayəndə əmək müqaviləsinin bağlandığı vaxtdan ödənilməmiş 5100 manat məbləğində əmək haqqının tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hər iki tərəfin mübahisələndirmədiyi hallara əsasən cavabdeh təşkilatın uzun müddətdir fəaliyyət göstərmədiyi, iddiaçının isə əsaslı olaraq işdən çıxarılmağından və digər hallardan məlumatsız olması, onun iş buraxdığı vaxt üçün əmək haqqı tələbini əsaslı olmaqla qanuna uyğun edir. Nəzərə alınsa ki, müəsissə fəaliyyət göstərməmiş, buna görə də real olaraq işə bərpa hissəsində iddia tələbi öz təsdiqini tapmadığından təmin edilməməlidir. İşəgötürən, yəni cavabdeh “Yüksəl” Reabilitasiya Mərkəzinin nümayəndəsi Nümayəndə Əmək Məcəlləsinin 68 maddəsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi əsaslarını diqqətə almadan, həmin Məcəllənin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, İddiaçı əvvəlcədən məlumatlandırmadan əmək münasibətlərinə xitam verdiyindən, cavabdeh X4 nümayəndəsi Nümayəndə əmək müqaviləsinin bağlandığı vaxtdan ödənilməmiş 5100 manat məbləğində əmək haqqı tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsi, 68, 70, 71-ci maddəsinin 3-cü hissəsi, 84-cü maddəsinin 1-ci hissəsi, 84-cü maddəsinin 2-ci hissəsi, 296 və 300-cü madələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220, 227, 333 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
14. Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(060)-7082/2022 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə xx.xx.2021-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı isə qanunla müəyyən olunmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmənin hazırlıq iclasında iddia müddətinin tətbiqi ilə bağlı ərizə versə də, hakim ərizəni qəbul etməkdən imtina etmişdir. Həmçinin cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı məhkəmənin e-mail adresinə ərizə göndərmiş, həmçinin məhkəmə iclasında da həmin ərizəni təqdim etmişdir. Lakin hakim həmin ərizəni götürməkdən yenə də imtina etmişdir. Əmək Məcəlləsinin 296cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Lakin buna baxmayaraq iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də iddia tələbi rədd edilməlidir. Hesab edir ki, işə apellyasiya məhkəməsində baxılarkən bütün bunlar nəzərə alınmalı, hazırkı iddia tələbinə iddia müddəti tətbiq edilməklə, qətnamə ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
17. Etiraz onunla əsaslandırılmışdır ki, onunla “X13 adına X7” arasında xx.xx.2021-ci ildə müddətsiz əmək müqaviləsi bağlanmış və hər ay 400 manat əmək haqqı ödənilməsi şərti ilə Azərbaycan dili və ədəbiyyatı müəllimi işinə qəbul edilmişdir. 2021-ci ilin dekabr ayının 15-də işəgötürən ona bildirmişdir ki, “kursa şagird gəlmir, sabahdan işə gəlməyin. Şagirdləri toplayıb sizə xəbər verəcəm, ondan sonra gəlib dərs deyərsiz”. Bundan sonra o, rəhbərliyin çağrışını gözləyərək evdə oturmalı olmuşdur. Sonradan ona məlum olmuşdur ki, işəgötürən onu xəbərdar etmədən xx.xx.2022-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Ona bu olanlar 2022-ci ilin sentyabr ayının sonlarında məlum olmuşdur. Bildirir ki, onunla cavabdeh arasında olan əmək müqaviləsi müddətsiz bağlanmışdır. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini buraxdıqdan sonra məhkəmyə müraciət etmişdir. O, cavabdehin bu arqumentləri ilə razılaşmır. Belə ki, cavabdeh belə bir məlumatın iddiaçıya verilməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə bir sübut yoxdur və cavabdeh ona işdən çıxması barədə əmri təqdim etməmiş, məlumat verməmişdir. O, işdən çıxmasını 2022-ci ilin sentyabr ayında bilmiş və dərhal əvvəlcə Mediasiya təşkilatına, daha sonra isə məhkməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin keçməsi barədə hər hansı bir ərizə təqdim etməmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(060)-7082/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
23. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin surəti iddiaçıya təqdim edilməmişdir. Eləcə də cavabdeh təşkilat fəaliyyətini dayandırmışdır. Bunu Vergilər Baş İdarəsi tərəfindən təqdim edilmiş arayış da təsdiq edir.
24. İddiaçı apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdehin nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Maddə 71. (İ və İİ hissə) Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
27. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur.
23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 68. a) Əmək müqavilələrinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsidir. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71. (3-cü hissə) İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 84. (1-ci hissə) Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Maddə 296. (2-ci hissə) Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3-cü hissə Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 300. 1) Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.
26. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı “Yüksəl” Reabilitasiya Mərkəzi ilə bağlanılmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətsiz bağlanılmışdır. Aylıq əmək haqqı 400 manat təşkil etmişdir. “Yüksəl” Reabilitasiya Mərkəzinin rəhbəri Nümayəndə tərəfindən xx.xx.2022-ci il tarixli, 28 nömrəli əmr əsasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə istinad edilərək, yəni tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdən işə bərpa olunmağı və məhkəməyə müraciət etdiyi vaxtadək ödənilməmiş 5100 manat əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, cavabdeh X4 nümayəndəsi Nümayəndə əmək müqaviləsinin bağlandığı vaxtdan ödənilməmiş 5100 manat məbləğində əmək haqqının tutularaq İddiaçı ödənilməsi qənaətinə gəlmişdir.
28. Cavabdeh qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir.
29. Apellyator şikayətin dəlili olaraq iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyini, birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi barədə verilmiş ərizəyə qiymət verilmədiyini göstərmiş, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etimşdir.
30. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
31. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə, qismən razılaşmır, apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını təfsirində yanlışlığa yol vermiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.
33. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlili üzrə araşdırma apararaq şikayətin dəlilini əsassız heab edir və bunun bağlı qeyd edir:
34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X3rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar).
35. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir.
36. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı).
37. İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
38. Qanunverici göstərir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (MM 377.1maddə)
39. Göründüyü kimi qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir.
40. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir.
41. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (Əmək Məcəlləsi 296m.3his).
42. Göründüyü kimi əmək qanunvericiliyi şəxsin hüququnun pozulduğu günün əsaslarını konkret olaraq göstərmişdir.
43. Məhkəmə kollegiyası müəyyən etdi ki, araşdırılan mübahisə üzrə cavabdeh tərəfindən işçiyə müvafiq əmrin surəti, əmək kitabçası, haqq-hesab sənədləri rəsmi qaydada verilməmişdir.
44. Cavabdeh iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlı olduğunu göstərsə də qanunla nəzərdə tutulmuş qaydada bu halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir.
45. İddiaçının özünün 2022-ci ilin fevral ayında əmək müqaviləsinə xitam verilməsi barədə məlumat əldə etməsi barədə birinci instansiya məhkəməsindəki araşdırma zamanı verdiyi izahatına gəlincə isə məhkəmə həmin tarixi iddia müddətinin axımının başlanması anı kimi qəbul edilməsini Əmək Məcəlləsinin 296-ci maddəsinin tələbləri baxımından qanuna uyğun hesab etmir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 296-ci maddəsinin 3cü hissəsində qeyd olunan sənədlərin işçiyə təqdim edilməsi zərurəti işəgötürənin müvafiq əmri qəbul etmə əsaslarının işçiyə aydın olması, həmin əsaslarla razılaşmadığı halda mübahisələndirmə imkanı ilə bağlıdır. Odur ki, şəxsin hüququnun pozulmasının aşkar edildiyi gün qeyd olunan sənədərin təqdim edilməsi əhəmiyyəti ilə şərtləndirilməklə qanunvericilikdə imperativ olaraq göstərilmişdir.
47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddia müddətinin tətbiqi üçün qanuni əsaslar olmadığı qənaətinə gəlir və hesab edir ki, şikayətin iddia müddətinin tətbiqi barədə dəlili əsassızdır.
48. Məhkəmə kollegiyası eləcə də qeyd edir ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini tələb edərək apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq qətnaməni tam mübahisələndirmişdir.
49. Qeyd oluanmalıdır ki, birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnaməsinin yoxlanılması üzrə apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri apellyasiya şikayətinin həm obyekti, həm də predmeti baxımından müəyyən olunur.
50. Məhkəmə aktının qanuniliyini və əsaslılığını yoxlayaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqi zamanı pozuntuya yol verilmiş, işin faktiki hallarına uyğun dəyərləndirmə aparılmamışdır.
51. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi tərəflər arasında 21 sentyabr 2021-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmaqla həmin tarixdən işçinin işə başlaması göstərilmiş, işçi ilə işəgötürən arasında olan əmək münasibətlərinə 06 yanvar 2022-ci il tarixdə xitam verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanuni əsaslara söykənmədiyi qənaətinə gəlinmiş, lakin cavabdeh fəaliyyətini dayandırdığından işə bərpa hissədə iddia təmin edilməmiş, qeyd olunan əsaslara istinad edərək işçinin iş buraxdığı vaxt üçün əmək haqqı tələbinin tam həcmdə təmin olunması qanuna uyğun hesab edilmişdir.
52. İddia tələbindən görünür ki, iddiaçı (işçi) 21 sentyabr 2021-ci il tarixdən məhkəməyə müraciət etdiyi tarixədək, cavabdeh tərəfindən ona ödənilmiş 100 manat əmək haqqı nəzərə alınaraq 5100 manat pul tələbi irəli sürmüşdür.
53. Məhkəmə kolleygiası göstərilən şəkildə iddianın təmin olunmuş hissəsini əsaslı və qanuni hesab etmir.
54. Məhkəmə kollegiyası hesab edir ki, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı nəzərə alınmaqla dəymiş zərərin tutulması əsası ilə iddianı həmin hissdə qismən təmin edilməsi Əmək Məcəlləsinin 300-cü maddəsinin tələbləri baxımından əsaslıdır.
55. Belə ki, göründüyü kimi cavabdeh təşkilat 26 aprel 2022-ci il tarixdə fəaliyyətini dayandırmışdır. Məhkəmə kollegiyası işçinin əmək fəaliyyətinə başladığı 21 sentyabr 2022-ci il tarixdən işəgötürənən fəaliyyətini dayandırdığı vaxtadək olan müddət üçün dəymiş zərər şəklində orta əmək haqqının tutulmasını qanuni, eləcə də tərəflərə münasibətdə ədalətli hesab edir.
56. Bu yanaşmadan çıxış edərək qeyd olunmalıdır ki, qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, 21 sentyabr 2022-ci il tarixdən işəgötürənən fəaliyyətini dayandırdığı - 26 aprel 2022-ci il tarixədək olan müddət 7 ay 5 gün təşkil etməklə həmin müddət üçün işçiyə ödənilməli olan əmək haqqı məbləği (7ay 5 gün x 400manat) 2866,66 manat təşkil edir. İddiaçı ona işlədiyi müddətdə cavabdeh tərəfindən 100 manat əmək haqqı ödənildiyi etiraf etmişdir. Eləcə də cavabdeh tərəfindən 100 manatdan artıq məbləğdə əmək haqqı ödənişi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmin ödənilmiş 100 manat əmək haqqı nəzərə alınaraq ümumi məbləğdən (2866,66-100=2766,66) çıxılmaqla 2766,66 manat əmək haqqı tutulması hissədə iddianın təmin edilməsini məhkəmə əsaslı hesab edir.
58. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(060)-7082/2022 nömrəli qətnaməsi qismən – yəni (5100-2766,66) 2333,34 manat əmək haqqının tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, bu hissədə iddia təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(060)-7082/2022 nömrəli qətnaməsi – «cavabdeh X13 adına X4 nümayəndəsi Nümayəndə 2777,66 (iki min yeddi yüz yetmiş yeddi manat altmış altı qəpik) manat əmək haqqı tutularaq İddiaçı ödənilsin» hissədə dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 392, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(060)-7082/2022 nömrəli qətnaməsi qismən – yəni 2333,34 manat əmək haqqının tutulması hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, bu hissədə iddia təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(060)-7082/2022 nömrəli qətnaməsi – «cavabdeh X13 adına X4 nümayəndəsi Nümayəndə 2777,66 (iki min yeddi yüz yetmiş yeddi manat altmış altı qəpik) manat əmək haqqı tutularaq İddiaçı ödənilsin» hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.