Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-753/2022 19.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Cavabdeh, vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(012)-3902 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(012)-3902 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh sığorta ödənişi üçün 9647 (doqquz min altı yüz qırx yeddi) manat və ödənilmiş dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh 25 manat, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 25 manat məbləğində pulun məhkəmə ekspertizası xərci olaraq tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir.(hakim C.Səfiyeva) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(012)-3902 saylı qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “CHEVROLET CAMARO” markalı, **-SG-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi ziyana görə ödənilmiş 12.500 manatın və ödənilmiş dövlət rüsumu üçün 30 manatın Cavabdeh tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Chevrolet Camaro” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də AZ/MİC/15/0009 nömrəli şəhadətnamə ilə 22.01.2015-ci il tarixdən 21.10.2016-cİ il tarixədək “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” ilə avtomobilin "xxxx" MMC tərəfindən sığortalanmışdır. Cavabdeh 11 aprel 2015-ci il tarixdə Bakı-Quba yolunun 23 kilometriliyində "xxxx" MMC-yə etibarnamə ilə məxsus olan “Chevrolet Camaro” markalı, **-SG-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolnəqliyyat hadisəsi törədərək, "AZƏRYOLSERVİS” MMC-nin istifadəsində olan dəmir məhəccərlərə vuraraq həmin avtomobilə 12 500 manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə ilə bağlı cavabdeh Bakı-Quba yolunun YPX postu tərəfindən qeydə alınaraq, Cavabdeh barəsində İXM-nin 151.1-ci maddəsi ilə 11.04.2015-ci il tarixli, MYP 350542 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolla müəyyən olmuşdur ki, sürücü-Cavabdeh “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin tələbini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı ASC tərəfindən 6679/F/S/CM-097/2015 nömrəli Sığorta aktına əsasən “Chevrolet Camaro” markalı, **-SG- *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan 12 500 manatı etibarnamə ilə avtomobilin sahibi olan "xxxx" MMC-yə ödəmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddələrinin tələbləri maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 883.1 -ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 888.1-ci maddəsinə görə, əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Mülki Məcəllənin 888.2-ci maddəsinə görə, əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Mülki Məcəllənin 888.4-cü maddəsinə görə, qarışıq maliyyə risklərinin, kredit risklərinin, ticarət və investisiya risklərinin, tapşırıq və qarantiya risklərinin, məhkəmə xərclərinin, habelə bu Məcəllənin 888.1-ci maddəsində nəzərdə tutulmuş əmlak mənafeləri ilə bağlı digər risklərin sığortası da obyektinə görə əmlak sığortasına aid edilir. Mülki Məcəllənin 889-cu maddəsinə görə, sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. Sığorta marağının mövcudluğu qanunla və ya mülkihüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. Sığortalının öz həyatı, habelə arvadının (ərinin), valideynlərinin, uşaqlarının, işçilərinin, işəgötürəninin, borclusunun, qəyyumunun, qəyyumluğunda olan şəxsin həyatı ilə bağlı sığorta marağı mövcuddur. Sığorta marağı mövcud olmadan bağlanan sığorta müqaviləsi bağlandığı andan etibarsızdır. Sığorta marağının gələcəkdə əldə edilməsi ehtimalı müvafiq sığorta müqaviləsinin bağlanması üçün əsas deyil. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta marağı itərsə sığorta müqaviləsinə xitam verilməlidir. Əmlak sığortası üzrə sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığorta marağı mövcud olmadıqda həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir. Mülki Məcəllənin 899.1-cu maddəsinə görə, sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada. Sığorta müqaviləsinin formaları elektron sənəd formasında da bağlana bilər. Sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır. Bu şərtlərə əməl edilməməsinə görə sığortaçı məsuliyyət daşıyır. Göründüyü kimi, məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını tətbiq etməməklə, tətbiq etdiyi maddi hüquq normalarını isə səhv təfsir etməklə bu qənaətə gəlmişdir ki, iddiaçının subroqaiya hüququ yaranmışdır. Halbuki, subroqasiya hüququ yaranmamışdır. Belə ki, avtomobil şirkət tərəfindən sığorta etdirilmiş və cavabdehə həmin avtomobili idarə etmək hüququ verilmişdir. Cavabdeh həmin avtomobili idarə edərkən bütün sənədləri qaydasında olmuş, onda alkoqoldan, narkotik vasitələrdən istifadə nəticəsində sərxoşluq halı müəyyən edilməmiş, hadisə qəsdən deyil, ehtiyatsızlıqdan törədilmişdir. Bundan əlavə, nəzərə almaq lazımdır ki, sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" MMC-yə sığorta ödənişinin həyata keçirilməsinin də hüquqi əsası olmamışdır. Belə ki, sığortalanan “Chevrolet Camaro” markalı, **-SG-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC deyil, avtomobilin sahibi X2r. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verib, şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə əlavə etdi ki, əsas mübahisə iddiaçının subroqasiya hüququnun olub-olmaması ilə bağlıdır. Onlar hesab edirlər ki, hazırki halda iddiaçının subroqasiya hüququ yaranmamışdır. Bundan əlavə iddiaçı iddia müddətini də ötürmüşdür. Apellyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına təkrar gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AC seriyalı, 062095 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, "Chevrolet Camaro” markalı, 90- SG-095 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. Yenə iş materiallarında olan 15.08.2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, X3 13.08.2013-cü ildə verilmiş AC № 062095 qeydiyyat şəhadətnaməsi əsasında ona məxsus "Chevrolet Camaro” markalı, buraxılış ili 2011-ci il, ban: 2G1FC1ED7B9137781, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC-yə istifadə, idarə etməyi, qazanc məqsədi ilə istifadə etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi 10 (on) il müddətinə etibar etmişdir. Yenə də iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, "xxxx" MMC ona məxsus olan "Chevrolet Camaro” markalı, buraxılış ili 2011-ci il, ban: 2G1FC1ED7B9137781, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının hüdudlarında AB № 656054 nömrəli sürücülük vəsiqəsinin sahibi Cavabdeh 01 aprel 2015-ci il, saat 13:00 tarixindən 16 aprel 2015-ci il, saat 13:00 tarixinədək idarə etməyi həvalə etmişdir. İşə əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 03.06.2015-ci il tarixli, 6679/F/S/CM-097/2015 saylı sığorta aktından müəyyən edilir ki, "xxxx" MMC-yə məxsus "Chevrolet Camaro” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil 22.01.2015-ci il tarixdən 21.10.2016-cı il tarixədək “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” növündə sığortalandığından "xxxx" MMC-yə zərərə uğramış "Chevrolet Camaro” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13000 (on üç min) manat zərər dəymişdir. Müəyyən edilmiş zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 500 (beş yüz) manat azadolma məbləği çıxılaraq cəmi 12500 (on iki min beş yüz) manat 11.04.2015-ci il tarixdə "xxxx" MMC-yə ödənilmişdir. Yenə işə əlavə edilmiş Avtonəqliyyat vasitələrinin kompleks sığorta şəhadətnaməsindən müəyyən edilir ki, "xxxx" MMC-yə məxsus "Chevrolet Camaro” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil 22.01.2015-ci il tarixdən 21.10.2016cı il tarixədək İddiaçı Açıq Səhmdar Cəmiyyətində sığortalanmış, ümumi sığorta haqqı 1045 manat təşkil edir. İş materiallarında olan 017830 nömrəli arayışdan görünür ki, Cavabdeh 11.04.2015ci il tarixdə, saat 14:15-də Bakı-Quba yolunun 44-cü km "Chevrolet Camaro” markalı, **- SG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində avtomaşının qabaq hissəsi tamamilə deformasiya olmuşdur. Yenə iş materiallarında olan DİN-nin BPDYPİ-nin YPXİ-nin 11.04.2015-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən edilir ki, 11.04.2015-ci il tarixdə saat 14:15 radələrində Bakı-Quba yolunun 44-cü km-də dəmir mühəcərə dəyərək yol-nəqliyyat hadisəsi - toqquşma baş vermişdir. Təqsiri olan şəxs "Chevrolet Camaro” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdehdur. Yenə də iş materiallarında olan 11.04.2015-ci il tarixli, MYP 350542 №-li inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, 11.04.2015-ci il tarixdə saat 14:15 radələrində "Chevrolet Camaro” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Quba yolunun 44-cü km-də birtərəfli yolda hərəkət zolağını dəyişməklə manevr etmiş nəticədə idarəetməni itirərək yolun sol cinahında yol qurğusuna sonra sağ cinahında yol qurğusuna çırpılmışdır. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İşə əlavə edilmiş 03.06.2015-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-yə 12500 (on iki min beş yüz) manat sığorta ödənişi həyata keçirilmişdir. Yenə işə əlavə edilmiş 18.05.2015-ci il tarixli X1 müəyyən edilir ki, "Chevrolet Camaro” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilib və müəyyən olunmuşdur ki, onun yararsız hala düşmüş hissələri cəmi 13000 manat təşkil edir. İş materiallarında olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2021-ci il tarixli, 9/6556 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 18.05.2015-ci il tarixli qüsur aktı (cild i.v 11) məlumatlarına əsasən 2011-ci il buraxılışlı “Chevrolet Camaro” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı, mühərrikin iş həcmi 3600 sm3 avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 10147,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 9179,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 968,00 manat. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə qətnamədən iddianın təmin edilməmiş hissəsindən apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarını nəzərə alaraq hesab edir ki, hazırda qətnamə yalnız mübahisələndirilən hissədə və hədlərdə apellyasiya baxışının predmetidir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(012)-3902 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh 11 aprel 2015-ci il tarixdə Bakı-Quba yolunun 23 kilometrliyində "xxxx" MMC-yə etibarnamə ilə məxsus olan “Chevrolet Camaro” markalı, **-SG-*** dövlət nömrə nişanlı avtomobillə etibarnamə əsasında hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədərək, "AZƏRYOLSERVİS” MMC-nin istifadəsində olan dəmir məhəccərlərə vuraraq həmin avtomobilə 13000 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 12500 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyəti subroqasiya qaydasında cavabdehdən həmin məbləğdə pul tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza rəyinə əsasən isə “Chevrolet Camaro” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, dəyişilməli hissələrinin qiymətinə aşınma tətbiq edilməklə 10147,00 manat müəyyən edilmişdir. İşə baxan məhkəmə həmin məbləğdən 500 manat franşiza-azadolma məbləği çıxaraq iddianı 9647 manat həcmində təmin etmiş və bu məbləğ iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh isə idiaçının subraqasiya hüququnun yaranmadığını bildirərək apellyasiya şiayəti vermişdir. Mübahisə ilə bağlıməhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yenə həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və işin hallarına uyğun olaraq zərərin əvəzi ondan tutulmalıdır. Qeyd edildiyi kimi Cavabdeh 11 aprel 2015-ci il tarixdə Bakı-Quba yolunun 23 kilometrliyində "xxxx" MMC-yə etibarnamə ilə məxsus olan “Chevrolet Camaro” markalı, **-SG-*** dövlət nömrə nişanlı avtomobillə etibarnamə əsasında hərəkətdə olarkən yolnəqliyyat hadisəsi törədərək, "AZƏRYOLSERVİS” MMC-nin istifadəsində olan dəmir məhəccərlərə vuraraq həmin avtomobilə 13000 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 12500 manat məbləğində sığorta ödənişi edilmişdir. Cavabdeh tərəfindən hüquqazidd əməl (delikt) nəticəsində vurulmuş ziyan məbləği sığorta şirkəti tərəfindən ödənildiyindən cavabdehdən ziyan məbləğini tələb etmək hüququ (Subroqasiya hüququ) İddiaçı ASC-yə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. AR MM-in 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yenə həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yenə də həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirkar Cavabdeh zərərin əvəzinin ödənilməsi ilə əlaqədar mülki hüquqi məsuliyyət daşıyır. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrində isə müəyyən edilmişdir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə iş üzrə göstərilən halları tam araşdırmış, yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş və ödənilmiş zəzərin əvəzinin cavabdehdən tutulması ilə işin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. Cavabdeh tərəfin apellyasiya şikayətində qeyd etdiyi dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının subroqasiya hüququnun yaranmaması barədə dəlili əsassızdır. Belə ki, daha öncə qeyd olunduğu kimi subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İşin tədqiq olunan hallarından göründüyü kimi "xxxx" MMC ona məxsus olan "Chevrolet Camaro” markalı, buraxılış ili 2011-ci il, ban: 2G1FC1ED7B9137781, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının hüdudlarında AB № 656054 nömrəli sürücülük vəsiqəsinin sahibi Cavabdeh 01 aprel 2015-ci il, saat 13:00 tarixindən 16 aprel 2015-ci il, saat 13:00 tarixinədək idarə etməyi etibar etmişdir. Cavabdehin özünün də bildirdiyi kimi tərəflər müqavilə münasibətlərində olmuşlar. Məhkəmə kollegiyası hesab edir ki, hər bir halda "xxxx" MMC-nin Cavabdeh qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ olmuşdur. Sığorta ödənişi almış MMC-nin bu huququ isə subroqasiya qaydasında İddiaçı ASC-yə keçmişdir. İddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlillərini də, məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi hazırkı iş üzrə iddiaçı və cavabdeh arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan yaranan öhdəlik münasibətləridir. Bu növ öhdəliklərdən (qanundan irəli gələn öhdəliklərə) irəli gələn tələblərə isə ümumi iddia müddəti (10 il) şamil edilir. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sığorta ödənişi 30.07 2015-ci il tarixdə ödənilmiş, iddiaçı hazırkı iddia ilə məhkəməyə 03.06.2020-ci il tarixdə müraciət etmişdir, qanunla müəyyən edilmiş 10 illik iddia müddəti ötürülmədiyindən cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh verdiyi apellyasiya şikayətinin əsaslarına dair istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(012)-3902 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-753/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-753/2022
19.04.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver