Məhkəmə qərarları › İş №2(105)-755/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-755/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-755/2022 14.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı Zirvə Liseyi MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Zirvə Liseyi MMC-nin cavabdeh X1 və X2 valideyni (qanuni nümayəndəsi) Cavabdeh qarşı müqavilələr üzrə mövcud olan borcun tutulması tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(012)-4845/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Zirvə Liseyi MMC cavabdeh X1 və X2 valideyni (qanuni nümayəndəsi) Cavabdeh qarşı müqavilələr üzrə mövcud olan borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 və X2 valideyni (qanuni nümayəndəsi) Cavabdeh Zirvə Liseyi MMC-nin xeyrinə ümumilikdə 7584 manat, o cümlədən 5300 manat əsas borcun, 2254 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Zirvə Liseyi MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində 5300 manat əsas borcun texniki səhv olduğunu göstərərək, Cavabdeh Zirvə Liseyi MMC-nin xeyrinə ümumilikdə 4494 manat, o cümlədən 2240 manat əsas borcun, 2254 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə təhsilalanlar X1 və X2 valideyni (qanuni nümayəndəsi) Cavabdeh arasında bağlanmış Təhsilin təşkili haqqında 551/2019 (T2019-2020) saylı 13.07.2019-cu il tarixli və 552/2019 (T2019-2020) saylı 13.07.2019-cu il tarixli müqavilələrə əsasən İddiaçı MMC X3 və X4 təhsil proqramlarının mənimsənilməsi ilə təmin etməli, Cavabdeh 2019-2020-ci təhsil ili üçün 7540 manat təhsil haqqını təhsil verənə ödəməlidir. Borclunun övladlarına təhsil verilsə də, o, təhsil haqqının 5300 manat hissəsini ödəmiş, 2240 manat borcu qalmışdır. Bununla bağlı bocluya 14.01.2021-ci il tarixli pretenziyalar edilsə də, o, borcun ödənilməsini təmin etməmişdir. 13.07.2019-cu il tarixli müqavilələrin 3.6-cı bəndinə əsasən təhsil haqqı bu müqavilənin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi halda, valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2% məbləğində dəbbə pulu ödəyir. Sonuncu ödəniş edilməli gündən, yəni 15.03.2020-ci il tarixdən 503 gün üçün ödənilməli dəbbə pulu 2254 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(012)-4845/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh X1 və X2 valideyni (qanuni nümayəndəsi) Cavabdeh 13.07.2019-cu il tarixli 551/2019 (T2019-2020) saylı və 552/2019 (T2019-2020) saylı Təhsilin təşkili müqavilələri üzrə 2240 (iki min iki yüz qırx) manat əsas, 2254 (iki min iki yüz əlli dörd) manat cərimə olmaqla, ümumilikdə cəmi 4494 (dörd min dörd yüz doxsan dörd) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manatın iddiaçı X9 Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. (hakim Habil Əhmədov) Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, dəbbə pulunun tutulması hissəsində dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmə cavabdeh tərəfindən təhsil haqqının ödənilməsinin gecikdirilməsini qəbul etmiş, lakin həmin gecikmənin cavabdeh tərəfindən qərəzli olub-olmamasını araşdırmamış, gecikmənin üzürlü səbəbdən, yəni COVİD 19 pandemiyası ilə əlaqədar baş verməsini nəzərə almamışdır. İddiaçı tərəfindən əsassız olaraq hesablanmış birinci instansiya məhkəməsi tərəfindən təsdiq edilmiş dəbbə pulu diqqətəlayiq dərəcədə azaldılmalıdır. Bu üzdən də birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və dəbbə pulunun tutulması hissəsində dəyişdirilməlidir. Əsas məbləğin ödənilməsinin gecikməsi qərəzli surətdə edilməmişdir. AR MM-nin 467-cı maddəsində təsbit edilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, qətnamənin qismən ləğv edilməsi, dəbbə pulunun tutulması hissəsində dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh qətnaməni yalnız ondan tutulan cərimə borcu hissəsində mübahisələndirərək, qətnamənin həmin hissədə qismən ləğv edilməsini xahiş etdiyi üçün məhkəmə kollegiyası da qətnaməni mübahisələndirilən həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(012)-4845/2021 saylı qətnaməsi cavabehdən cərimə üzrə 2254 (iki min iki yüz əlli dörd) manat məbləğində pulun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən tutulacaq dəbbə (cərimə) borcu 200 (iki yüz) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: Zirvə Liseyi MMC ilə təhsil alacaqlar X1 və X2 valideyni (qanuni nümayəndəsi) X5 arasında bağlanmış 13.07.2019-cu il tarixli 551/2019 (T2019-2020) saylı və 552/2019 (T2019-2020) saylı Təhsilin təşkili müqavilələrindən görünür ki, bu müqavilə ilə İddiaçı ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Respublikasının ümumi təhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və proqramları əsasında dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, təhsilalanın ümumi təhsil almasını həyata keçirir, Təhsilalanın valideyni isə bunun müqabilində İddiaçınə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2.6-cı bəndinə əsasən bu müqavilə ilə müəyyən olunmuş təhsil haqqını müqavilədə qeyd olunmuş müddətdən gec olmayaraq tam həcmdə ödəmək valideynin vəzifəsidir. 13.07.2019-cu il tarixli 551/2019 (T2019-2020) saylı müqavilənin 3.1-ci bəndinə əsasən İddiaçındə Təhsilalanın tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 4500 manat təşkil edir. 13.07.2019-cu il tarixli 552/2019 (T2019-2020) saylı müqavilənin 3.1-ci bəndinə əsasən İddiaçındə Təhsilalanın tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 3800 manat təşkil edir. Eyni ailədən 2-ci uşaq təhsil aldığı üçün və 10% güzəşt tətbiq olunmaqla, 2019-2020ci tədris ili üçün təhsil haqqı məbləği 3040 manat təşkil edir. Gündəlik yeməyin dəyəri təhsil haqqına daxildir. Müqavilənin 3.2-ci bəndinə əsasən valideyn 15.09.2019-cu il tarixinədək İddiaçınin təqdim etdiyi hesaba 500 manat depozit məbləğini köçürməlidir. Valideyn Təhsilalanın İddiaçındə 2019-2020-ci tədris ili üçün təhsil almasından imtina etdikdə ödənilmiş 500 manat depozit məbləği ona geri qaytarılmır. Müqavilənin 5.1.2.4-cü bəndinə əsasən valideyn tərəfindən müqavilədə nəzərdə tutulan müddətədək, təhsil haqqi ödənilmədikdə digər tərəf Müqaviləni birtərəfli qaydada ləğv edə bilər. Zirvə Liseyi MMC tərəfindən Cavabdeh ünvanlanmış 04.02.2021-ci il tarixli 500/1880 və 500/1881 saylı pretenziyalardan görünür ki, MMC tərəfindən Cavabdeh müqavilə üzrə borc 10 iş günü müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Zirvə Liseyi MMC-nin 20.10.2021-ci il tarixli 100/2298 saylı arayışından görünür ki, İddiaçı MMC-də təhsil alan X1 və X2 valideyni Cavabdeh arasında bağlanmış Təhsilin təşkili haqqında 13.07.2019-cu il tarixli 551/2019 (T2019-2020) saylı və 552/2019 (T********) saylı müqavilələrə əsasən İddiaçı MMC-nin xeyrinə 2019-2020 tədris ili üzrə 2240 manat təhsil haqqı borcu və 2254 manat dəbbə pulu borcu qalmışdır. Qeyd edilmiş müqavilələr üzrə ümumi təhsil haqqı 7540 manat təşkil edir, bu məbləğdən 5300 manat ödənilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, müqaviləyə əsasən cərimə barədə şərtlər cavabdeh tərəfindən qəbul edilmiş, könüllü qaydada öz iradə ifadəsinə uyğun şəkildə imza etməklə müqavilə şərtləri ilə razılaşmışdır. İddiaçı isə haqlı olaraq qeyd olunan müqavilə bəndinə istinad edərək 2254 manat cərimə borcu hesablamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qismən düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə (cərimə) pulu almaq tələbinin qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Təhsilin təşkili haqqında 551/2019 (T2019-2020) saylı 13.07.2019-cu il tarixli və 552/2019 (T2019-2020) saylı 13.07.2019-cu il tarixli müqavilələrin 3.6-cı bəndinə əsasən təhsil haqqı bu müqavilənin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi halda, valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2% məbləğində dəbbə pulu ödəyir. Göründüyü kimi, dəbbə ödənilməsini tərəflər müqavilə ilə müəyyən etmişlər. Bu baxımdan, iddiaçının cavabdehdən dəbbə pulu almaq tələbi qanuni tələbdir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə müraciət edən zaman cavabdehdən müqavilələr üzrə 2254 manat cərimə borcu tələb etmiş, birinci instansiya məhkəməsi isə tərəflər arasında bağlanmış müqavilənin 3.6-cı bəndinə istinadən cərimə borcunu 2254 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi cərimənin məbləği ilə razlaşmır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. İş materilallarından görünür ki, iddia ilə məhkəməyə müraciət olunan zaman 2240 manat əsas borc, 2254 manat isə cərimə hesablanmışdır. Göründüyü kimi, iddiaçının müqavilə müddəti üzrə hesabladığı cərimənin məbləği əsas borc məbləğindən çox olmuşdur. Nəzərə alınsa ki, cavabdeh müqavilə üzrə ödənişlər etmiş və borcun yaranmasını ölkədə və bütün dünyada yayılmış koronavirus pandemiyası ilə əlaqələndirmiş, belə olan halda, müqavilə üzrə gecikdirilən günlər üçün 2254 manat cərimə hesablanması ağlabatan sayıla bilməz. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cərimə hissəsində iddia tələbini tam təmin edərkən birinci instansiya məhkəməsi işin qeyd olunan bu hallarını nəzərə almamışdır. Məhkəmə kollegiyası dəbbə pulunun tutulması hissəsində qətnamənin qismən ləğv edilməli olması barədə apelyasiya şikayətinin dəlilini qəbul etmir. Belə ki, hazırki qətnamə ilə birinci instansiya məhkəməsinin müəyyən etdiyi cərimə məbləği dəyişdirilmişdir ki, bu qətnamənin ləğvi üçün deyil, dəyişdirilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Buna görə də məhkəmə kollegiyası əsas borcun məbləğinə mütənasiblik prinsipini rəhbər tutaraq, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısını almaq məqsədi ilə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi gecikdirməyə görə 2254 manat məbləğində cərimə borcunun tutulması hissəsində dəyişdirilərək, həmin məbləğ 200 (iki yüz) manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(012)- 4845/2021 saylı qətnaməsi cavabehdən cərimə üzrə 2254 (iki min iki yüz əlli dörd) manat məbləğində pulun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən tutulacaq dəbbə (cərimə) borcu 200 (iki yüz) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(012)-4845/2021 saylı qətnaməsi cavabehdən cərimə üzrə 2254 (iki min iki yüz əlli dörd) manat məbləğində pulun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh tutulacaq dəbbə (cərimə) borcu 200 (iki yüz) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar