Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-759/2021 09.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsini ləğv edilməsi, pul və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-267/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-267/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli icarə müqaviləsinə xitam verilməsi, 975 manat ödənilməyən icarə haqqının Cavabdeh alınıb İddiaçı verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (hakim V.Y.Ruvinov). Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5471/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin təmin edilməyən hissədə ləğv edilməsi, iddianın həmin hissədə də təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ilə bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli icarə müqaviləsinə xitam verilməsi ,975 manat ödənilməyən icarə haqqının və cavabdehinin təqsirindən nəqliyyat vasitəsinə dəymiş maddi zərərə ğörə 1135 manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, xx xxxxxxxx 2019-cu ildə Cavabdeh ilə icarə müqaviləsi bağlayaraq xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Mercedes Benz C180 minik markalı ** DO *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini ona icarəyə vermişdir. İcarə müqaviləsinin 3-cü bəndinə görə icarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. İcarə müqaviləsinin 5-ci bəndinə görə cavabdeh hər ay ona 650 manat məbləğində icarə haqqı ödəməli idi. Cavabdeh aralarında olan müqavilənin şərtlərinə əməl etmədiyindən xx.xx.2019-cu ildə notariat kontoruna müraciət edərək cavabdehə verdiyi etibarnaməni ləğv etdirmişdir xx xxxxxx 2019-cu ildə isə cavabdehdən maşını geri almış, özünə məxsus olan maşın 1 ay yarım cavabdehin istifadəsində olmuşdur. Ona görə də o, icarə müqaviləsinə görə ona 975 manat məbləğində pul ödəməlidir. Həmçinin qeyd edir ki cavabdeh ona məxsus maşını yararsız vəziyyətə salıb. Bununla da o, ona maddi ziyan vurub. Belə ki, maşının təmiri üçün 1135 manat məbləğində pul xərcləmişdir. Hesab edir ki, həmin pul da cavabdehdən tutulub ona verilməlidir. Həmçinin aralarında olan icarə müqaviləsi də ləğv olunmalıdır. İşə baxan məhkəmə aralarında olan icarə müqaviləsinə xitam verərək, icarə haqqının cavabdehdən alınıb ona verilməsini qət etsə də cavabdehin təqsirindən nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 1135 manat hissəsində isə iddia tələbini rədd etmişdir. Məhkəmə iddia tələbini həmin hissədə rədd edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, cavabdehin təqsirində nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 1135 manat məbləğində ödəniş-qəbzlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə belə nəticəyə gəimişdir ki, maddi zərərin cavabdehin təqsiri nəticəsində dəyməsini təsdiq edən mötəbər, inandırıcı və təkzib olunmaz sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Çünki icarə müqaviləsi olub. Cavabdeh isə həmin müddət ərzində ona məxsus avtomaşına ziyan vurub. Məhkəmə iddia tələbinin rədd olunmasına dair hissədə maddi hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, düzgün nəticəyə gəlməmiş və bununla da qanunsuz qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 267/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin iddia tələbini təmin olunmayan hissəsində ləğv edilməsini, həmin hissədə də iddia tələbinin təmin olunmaslna dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən - İddiaçı icarəçiyə Cavabdeh “Mercedes Benz C180” minik markalı ** DO *** dövlət nişanlı avtomaşını 24 (iyirmi dörd) ay müddətinə icarəyə vermişdir. Cavabdeh aylıq 650 manat icarə haqqı ödəyir. İş materiallarında olan və Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən İddiaçı ünvalanmış xx.xx.2020-ci il tarixli, 160 saylı məktubdan görünür ki, mülkiyyətçi İddiaçı tərəfindən Cavabdeh adına xx.xx.2019-cu il tarixdə 7E/40204 nömrəli reyestrlə ** DO *** dövlət nişanlı avtomaşına istifadəsi üçün rəsmiləşdirilmiş etibarnamə mülkiyyətçi İddiaçı xx.xx.2019-cu il tarixli ləğv ərizəsinə əsasən ləğv edilmişdir. İş materiallarından görünür ki, Cəbrayılov X2 Cavid İzzət oğluna xx.xx.2020-ci il tarixdə pretenziya göndərmişdir. Pretenziyada göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. İş materiallarından olan və X3: VÖEN 460037 1202 tərəfindən verilmiş çoxsaylı mədaxil qəbzlərdən görünür ki, ** DO *** dövlət nişanlı markası göstərilməyən avtomaşın təmiri üçün 1135 manat xərclənmişdir. İddiaçı məhz Cavabdeh təqsirindən “Mercedes Benz C180” minik markalı ** DO *** dövlət nişanlı avtomaşına 1135 manat məbləğində maddi zərərin dəyməsini təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cu maddəsinə müvafiq olaraq icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hallarına uyğundur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini sübuta yetirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Cavabdeh tərəf apelyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini bildirsə də buna dair sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, Bununla da cavabdeh qeyd etdiyi xüsusatları sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-267/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-759/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-759/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver