Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-76/2022 13.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili X12 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1648/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qanuni nümayəndəsi Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1648/2020 nömrəli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Sumqayıt şəhəri, 12-ci mkr., 34 saylı evin 68 saylı mənzilindən istifadə hüquqlarına xitam verilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qanuni nümayəndəsi Cavabdeh4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. İŞİNHALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3, X3 və xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2 Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı evin, 68-ci mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34, mənzil 68 mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin mənzilə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci ildə Çıxarış verilmişdir. Cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olsalar da sözügedən ünvanda yaşamırlar. Cavabdehlərin qeydiyyatda olması iddiaçının mənzil hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Cavabdehlərin qeydiyyatı formal xarakter daşıyır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamə ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2 Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34-də yerləşən 68 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Onların təqdim etdilkləri sübutları yekun nəticəyə gələrkən nəzərə almamaqla, digər tərəfin dəlillərinə tənqidi yanaşmamaqla- prosessual hüquq normaları kobud şəkildə pozulmaqla, hüququn tətbiq edilməsində səhv buraxmaqla, işin müəyyən edilmiş hallarına maddi hüquq normasını tətbiq etməməklə birinci instansiyası məhkəməsi qanunsuz qətnamə qət edib. Buna görə də həmin qətnamə ləğv edilməlidir. Cavabdeh3 2001-ci ildən, X13 isə 2003-cü ildən həmin mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Cavabdeh2 yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.2-ci maddəsinə əsasən qanuni nümayəndəsi Cavabdeh4 tərəfindən apellyasiya şikayəti verilmişdir. Qanunvericiliyə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulduğundan, apellyasiya şikayəti təmin edilməli, qətnamə tamamilə ləğv edilməli, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili X15 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, təmsil etdiyi şəxslərin heç birinin daimi yaşayış yeri yoxdur, uşaqların anası boşandıqdan sonra bacısıgildə yaşamışdır, uşaqlar isə ataları ilə birlikdə mübahisəli evdə qalmışlar. Həmin evdə uşaqlar, onların ataları və babaları yaşayırmış. Sonradan bibilər uşaqları yola verməmişlər. Qanunsuz şəkildə evi satmışlar və uşaqların huquq və haqlarını kobud şəkildə pozmuşlar. Bütün bu qeyd etdiklərimizi nəzərə alaraq, şikayətimizin təmin olunmasını, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1648/2020 nömrəli, 11 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini , iddia tələbinin rədd edilməsini xahiş edirəm. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil bildirdi ki, ana boşandıqdan sonra uşaqlar anaları ilə getmişlər və nə ana, nə də ki, uşaqlar ataları ilə maraqlanmamışlar.Mübahisəli mənzildə bibi, onun qızları və babaları yaşamışdır. Bu səbəbdən şikayətin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər, müstəqil tələb irəli sürməyən üçünncü şəxs Cavabdeh5 Eyvaz qızı heç bir üzürlü səbəb göstərmədən təkrar olaraq məhkəmə iclaslarına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə göstərilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan müəyyən edilir ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34, mənzil 68 xx.xx.2020-ci ildə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı arayışından görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34, mənzil 68-də qeydiyyatdadırlar. İşdə olan N-05/Q-4767/69 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Mülki iş materiallarında olan Cavabdeh1 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı ona qarşı verdiyi iddianı qəbul edir və Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34, mənzil 68-də qeydiyyatdan çıxmağına etiraz etmir. Yenə iş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2019-cu il tarixli aktından görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34-ün sakinləri S.Vəliyeva, L.Pənahova və U.Ağamirzəyeva, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34, mənzil 68-də qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, X8 və Cavabdeh3 göstərilən ünvanda yaşamamaları və hal-hazırda da yaşamadıqlarını öz imzaları ilə təsdiq etmişlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən 68 nömrəli mənzil Sumqayıt Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən veriİmiş xx.xx.1975-ci il tarixli, 12/267 saylı order və 10 saylı Mənzil Kommunal Sahəsi tərəfindən veriİmiş xx.xx.2019-cu il tarixli, 202 nomrəli mənzilə (eve) hüququ olan şəxslər və mənzilin kommunaİ-məişət vəziyyəti barədə arayış (2 N-İi forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələr əsasında Cavabdeh3 Əzizağa oğlunun adına qeydiyyata alınmış və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nomreli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 3 saylı notariat kontorunun təsdiq etdiyi xx.xx.2013-cü il tarixil, 2V121 reyestr nömrəli və xx.xx.2013-cu il tarixli, 2V-125 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzil X6 və Cavabdeh1 adına qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrinden çıxarış verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-6466/2019 nömrəli Sumqayıt Şəhər 3 saylı notariat kontorunun təsdiq etdiyi xx.xx.2013-cu il tarixli, 2V-121 reyestr nömrəli və xx.xx.2013-cü il tarixli 2V-125 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında dövlət reyestrinden veriİmiş çıxarışın ləğv edilməsi barədə qətnaməsi əsasında mənzil üzərində X6 və Cavabdeh1 rnülkiyyət hüquqları ləğv edilmiş və Cavabdeh3 Əzizağa oğlunun mülkiyyət hüququ yeniden qeydə alınmışdır. Sumqayıt şəhər 3 saylı notariat kontorunun təsdiq etdiyi xx.xx.2020-ci il tarixli, 2V-14 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı adına qeydiyyata alınmış və xx.xx.2020ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış veriİmişdir. Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təstiq edilmiş xx.xx.2020-ci il tarixli, 4e-1895 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil Cavabdeh5 adına qeydiyyata alınmış və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrinden çıxarış verilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.1975-ci il tarixli, 12\267 №-li orderdən görünür ki, ünvan 1 ünvanda yerləşən 68 nömrəli mənzil 5 nəfər ailə tərkibində, o cümlədən X4 verilmişdir. Yenə həmin məktuba əlavə edilmiş Sumqayıt şəhəri 10 saylı Mənzil Kommunal Sahəsi tərəfindən veriİmiş xx.xx.2019-cu il tarixli, 202 nomrəli mənzilə (eve) hüququ olan şəxslər və mənzilin kommunaİ-məişət vəziyyəti barədə arayışdan (2 N-İi forma) görünür ki, mənzilin sahibi xx.xx.2018-ci ildə ölmüş X5r. Mənzildə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1, o cümlədən xx.xx.2018-ci ildə ölmüş X8 qeydiyyatdadır. Qeydiyyatda olan şəxslərdən Cavabdeh1 adından etibarnamə əsasında X14 ərizə verərək həmin mənzilin X2 adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6466/2019 nömrəli, 09 avqust 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilir ki, iddia təmin edilmiş, Sumqayıt şəhəri 3 saylı notariat kontoru tərəfindən xx.xx.2019-cu ildə 2V-125 nömrəsi ilə reyester kitabına qeyd alınaraq Cavabdeh1 adma və xx.xx.2019-cu ildə 2V-121 nömrəsi ilə reyester kitabına qeyd alınaraq X1 adına verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, həmin şəhadətnamələr əsasında Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 34 saylı binanın 68 saylı mənzilinə dair DƏDRX tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli çıxarış ləğv edilmiş, İddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi üçün ötürülmüş müddətin üzürlü hesab edilərək bərpa edilməsi və Sumqayıt şəhəri,12-ci mikrorayonda yerləşən 34 saylı binanın 68 saylı mənzilinə dair İddiaçı adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, X1 və Cavabdeh1 onlara çatacaq məcburi paydan imtinası nəzərə alınması və Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 34 saylı binanın 68 saylı mənzilə dair İddiaçı adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Sumqayıt şəhəri 3 saylı notariat kontoruna, həmin vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin əsasında Sumqayıt şəhəri,12-ci mikrorayonda yerləşən 34 saylı binanın 68 saylı mənzilinə dair çıxarışın verilməsini DƏDRX-nin 2 saylı Sumqayıt ərazi idarəsinə həvalə edilməsi qət edilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1648/2020 saylı, 11 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 1 ünvanda yerləşən 68 nömrəli mənzil 5 nəfər ailə tərkibində, o cümlədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ataları X8 da daxil olmaqla xx.xx.1975-ci il tarixdə 12\267 №-li orderlə X4 verilmişdir. X8 xx.xx.2018-ci ildə, X7 xx.xx.2018-ci ildə ölmüşdür. Mənzil mərhum Cavabdeh3 Əzizağa oğlunun adına özələşdirilərək xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nomreli dövlət reyestrindən çıxarış verilmişdir. Son nəticədə məhkəmə qətnaməsi əsasında mənzil İddiaçı mülkiyyətinə keçmiş və bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, işin tədqiq olunan faktiki hallarından, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan belə məlum olur ki, mübahisəli mənzil özəlləşdirilərkən mənzilin əsas kirayəçisi olan Cavabdeh3 Əzizağa oğlu həyatda olmamışdır. Başqa sözlə, mənzil ölmüş şəxsin adına özəlləşdirilmişdir. Halbuki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraçiət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinin tələblərinə görə mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 № -li forma) verir.Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 № -li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. İstinad olunan maddi hüquq normalarından göründüyü kimi dövlət mənzil fonduna daxil olan mənzillər vətəndaşların ərizəsi əsasında onlardan birinin və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 12-ci maddəsinə əsasən mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Göründüyü kimi mübahisəli mənzil özəlləşdirilərkən artıq qanun pozuntusuna yol verilmişdir. Bundan sonra isə artıq yetkinlik yaşına çatmış Cavabdeh3 razılığı alınmadan, hazırki məhkəmə mübahisəsi getdiyi bir vaxtda həmin mənzil üzərində sərəncam verilmiş, bununla da, Bəxtiyr və Aysel Allahveridyevlərin hüquqları pozulmuşdur. Qeyd edildiyi kimi 1975-ci ildə verilmiş mübahisəli mənzilin order əsasında əsas kirayəçisi cavabdehlərin babası Cavabdeh3 olmuş, onların atalarının adı orderə daxil edilmişdir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi cavabdehlərin ataları Elnur Allahverdiyev ölən günədək, yəni xx.xx.2018-ci ilədək həmin mənzildə yaşamışdır. Bəxtiyr və Aysel Allahveridyevlər də həmin mənzildə ataları ilə yaşamışdır. Beləliklə, tərəflər arasında hüquq münasibətləri xx.xx.2009-cu ilədək yarandığı üçün mübahisə həmin vaxtadək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. Belə ki, AR MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinə görə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Yenə həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə görə (icarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ) icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Qeyd edildiyi kimi kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Hazırki mübahisə tərəfləri arasında münasibətlər kəskinləşsə də, mənzilin mülkiyyət forması dəyişsə də tələb edildiyi kimi bu hal cavabdehlərin mənzilə olan istifadə hüququnun xitamı üçün əsas ola bilməz. Belə ki, AR Mülki Məcəlləsinin 158.1-158.4-cü maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İddiaçı iddia tələbini cavabdehlərin orada yaşamaması ilə əsaslandırır. Daha öncə qeyd olunduğu kimi cavabdehlər mərhum ataları ilə birlikdə mənzilə dair order əsasında həmin mənzildən istifadə hüququ əldə etmiş şəxslərdir. Ona görə də, onların müvəqqəti yaşamaması səbəbilə mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsini tələb etmək əsassızdır. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 12 mart 1999-cu tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin tədqiq olunan faktiki hallarından cavabdehlərin yaşayış yerini dəyişib yeni yaşayış yerinə köçməsi, başqa yaşayış sahəsi ilə təmin edilməsi müəyyən edilmir. Onların təzyiq altında mübahisəli mənzili müvəqqəti tərk etməsi yaşayış yerlərini dəyişməsi kimi qiymətləndirilməməlidir. Cavabdeh Bəxtiyar və Aysel Allahverdiyevlərin vəkilinin izahatından görünür ki, təmsil etdiyi şəxslərin heç birinin daimi yaşayış yeri yoxdur, uşaqların anası boşandıqdan sonra bacısıgildə yaşamışdır, uşaqlar isə ataları ilə birlikdə mübahisəli evdə qalmışlar. Həmin evdə uşaqlar, onların ataları və babaları yaşayırmış. Sonradan bibilər uşaqları yola verməmişlər. Qanunsuz şəkildə evi satmışlar. Azərbayca Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) İşə baxan birinci instansiya məhkəməsi qətnaməni əsaslandırmaq üçün yalnız Mülki Məcəllənin mülkiyyətin müdafiəsi ilə bağlı normalarına istinad edərək, mənzil mübahisəsi olduğu halda tətbiq edilməli normaları tətbiq etməmişdir. Eləcə də, cavabdehlərdən Elnur Allahverdiyevin iddiaçı məhkəməyə müraciət etdiyi vaxt artıq ölməsinə baxmayaraq ona aid hissədə icraata xitam verilməsi məsələsini həll etməmiş, bununla da kobud prosessual pozuntuya yol vermişdir. Cavabdeh1 Sumqayıt şəhəri, 12-ci mkr., 34 saylı evin 68 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi hissəsində iddia tələbinə qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, hər bir halda Cavabdeh1 iddianı etiraf etmişdir, işin tədqiq olunan faktiki halından məlum olur ki, onun mübahisəli mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu səbəbdən də ona aid hissədə iddia təmin olunmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlər Bəxtiyar və Aysel Allahverdiyevlərin qeyd edilən mübahisəli mənzildən istifadə hüquqlarını itirilmiş hesab etməklə düzgün hüquqi nəyticəyə gəlməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bu hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və hazırkı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 5,40 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh3 qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1648/2020 saylı, 11 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 Sumqayıt şəhəri, 12-ci mkr., 34 saylı evin 68 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. İddia tələbi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Sumqayıt şəhəri, 12-ci mkr., 34 saylı evin 68 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi hissəsində təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 5,40 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh3 qaytarılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-76/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-76/2022
13.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver