Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-769/2025 26.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı mülki iş üzrə (Açar söz: pul tələbi- müqavilələrin etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə4, digər nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-36/2025 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22200 manat zərər məbləğinin, 60 manat mediasiya haqqının və 96,60 manat dövlət rüsumunun əvəzinin tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanaraq sonuncu sürücü vəzifəsinə işə qəbul edilmişdir. Müvafiq olaraq həmin tarixdə işçi Cavabdeh ilə bağlanılmış “tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən o, maddi məsul şəxs kimi ona etibar edilmiş maddi dəyərlilərin qorunmasını, onlara heç bir halda ziyan gətirməməyi, onun təqsiri nəticəsində dəymiş ziyanı ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, “Yükdaşıma xidmətlərinin göstərilməsi” haqqında müqaviləyə əsasən İddiaçı MMC-yə daxil olmuş qaldırıcı kranın daşınması ilə bağlı sifariş xx.xx.2023-cü il tarixində icrası məqsədilə Cavabdeh yönləndirilmiş, sonuncu İddiaçı MMC-nin mülkiyyətində olan, yol vərəqəsi əsasında idarə etdiyi **-JK-*** dövlət qeydiyyat nişanlı “X8” markalı nəqliyyat vasitəsilə hərəkətdə olarkən manevr etmə qaydalarının pozulması nəticəsində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisənin Cavabdeh ehtiyatsızlığı nəticəsində baş verməsi Xocavənd rayon Polis İdarəsində verdiyi izahatında öz təsdiqini tapmış və sonuncu İXP ******* nömrəli, xx.xx.2023-ci il tarixli protokolla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Beləliklə, "xxxx" MMC tərəfindən verilmiş 1 saylı, xx.xx.2023cü il tarixli qüsur aktına əsasən məlum olmuşdur ki, hadisə nəticəsində Cavabdeh daşınan yükə 22200 manat miqdarında ziyan vurmuşdur. Daha sonra "xxxx" MMC hadisə nəticəsində əmlakına vurulmuş ziyanın ödənilməsini İddiaçı MMC-dən tələb etmiş və müvafiq ziyan məbləği isə İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə nağd şəkildə ödənilmiş və ödənişin tam şəkildə icra edilməsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışla təsdiqini tapmışdır. Belə ki, 20 aprel 2023-cü il tarixində İddiaçı MMC ilə işçi Cavabdeh arasında vurulmuş ziyanın hissə-hissə ödənilməsi barədə müqavilə bağlanmış və Cavabdeh dəymiş ziyanı hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin sonradan ödəniş etməkdən, vurduğu ziyandan boyun qaçırmış və bu əsasla da xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, qanunvericiliyin tələblərinə əsasən vurulmuş ziyan üzrə birbaşa təqsirli olan Cavabdeh vurduğu zərərin əvəzini ödəmiş İddiaçı MMC-nin Cavabdeh qarşı ödənilmiş əvəz miqdarında geriyə tələb hüququ yaranmışdır. Bununla əlaqədar İddiaçı MMC tərəfindən cavabdehə 01 noyabr 2023-ci il tarixində 3 iş günü müddətində 22200 manat borc məbləğini tələb etməkləri barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən pretenziya məktubuna hər hansı bir reaksiya verilməməsi səbəbindən, 22 noyabr 2023-cü il tarixində şirkət tərəfindən cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair mediasiya təklifi göndərilmişdir. Lakin xx.xx.2023-cü il tarixində mediasiya təklifi üzrə baş tutmuş ilkin sessiyada yekun razılıq əldə olunmadığından İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 01 dekabr 2023-cü il tarixli arayış tərtib edilmişdir. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həlledilməlidir.
3. İddiaçı MMC iddia ərizəsinə dəqiqləşmə verərək Cavabdeh 22200 manat zərər məbləğinin, 60 manat mediasiya haqqının, 96,60 manat dövlət rüsumunun və 300 manat məbləğində vəkil xərcinin tutularaq İddiaçı MMC -yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli vurulmuş ziyanın hissə-hissə ödənilməsinə dair müqavilənin bağlandığı tarixdən etibarsız hesab edilməsi barədə qətnamə qət edilməsi, ilk iddia tələbinin rədd edilməsi, ödənilmiş 100 manat rüsumunun İddiaçı MMC-dən alınaraq ona verilməsi və bütün məhkəmə xərclərinin İddiaçı MMC-yə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək ondan 22200 manat məbləğində maddi ziyanın tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, onun idarə etdiyi **-JK- *** dövlət qeydiyyat nişanlı yük avtomabili ilə Şuşa-Əhmədbəyli yolunun 30-cu km-də hərəkətdə olarkən sərt döngə olduğunu nəzərə almadığı üçün qoşquda olan qaldırıcı kran yolun sağ tərəfinə aşmış, qaldırıcı kranın motoru və digər hissələri zədələnmiş, sifarişçi təşkilat "xxxx" MMC-yə 22200 manat ziyan dəymiş, işlədiyi İddiaçı MMC həmin ziyanı ödəmişdir. Ziyanı ödədikdən sonra işlədiyi müəssisənin rəhbərliyi ödənilmiş pul vəsaitinin hissə-hissə ödənilməsinə dair onunla xx.xx.2023-cü ildə müqavilə bağlamışdır ki, hər ay 100 manat ödəməklə pulu müəssəyə qaytarmalı, öz işində qalıb işinə davam etməli idi. Lakin, xx.xx.2023-cü il tarixində cavabdeh iddiaçı ilə bağladığı müqaviləni nəzərə almadan əmək müqaviləsinə xitam verərək onu işdən azad etmişdir. Ofisdə ona müəssisənin direktoru Aqil Zeynalov bildirmişdi ki, tam maddi məsuliyyət haqqında müqaviləyə və zədələnmiş kranın motoruna görə pulun ödənilməsinə görə müqaviləyə imza edəndən sonra isə o, sürücü kimi işinə davam etməli idi. Çünki əvvəlcə o sözügedən müqavilələri imzalamaqdan imtina etmiş, onu dilə tutub müxtəlif bəhanələrlə həmin sənədlərə imzalatdırmışlar. Aqil Zeynalovun onda səs yazısı var və məhkəməyə təqdim edəcəkdir. 2023-cü ilin mart-aprel aylarında ona və həmin idarədə sürücü işləyən atası Bəxtiyar Süleymanova əmək haqqı ödənilməmiş, səbəbini soruşanda isə bildirdilər ki, vurulmuş ziyana görə pullarından tutublar. Bu hadisədən sonra onu da guya ərizəsinə əsasən işdən azad ediblər. Buna görə də ona qarşı olan iddia tələbi rədd edilməli və eləcə də qarşılıqlı iddia tələbi ilə cavabdehin onunla bağladığı pul vəsaitinin hissə-hissə ödənilməsi haqqında müqavilə etibarsız hesab edilməlidir.
6. Cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavə dəqiqləşmə verərək İddiaçı MMC ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli vurulmuş ziyanın hissə-hissə ödənilməsinə dair və xx.xx.2021-ci ildə tam maddi məsuliyyət haqqında bağlanmış müqavilənin bağlandığı tarixdən etibarsız hesab edilməsi barədə və İddiaçı MMC-nin ona qarşı pul tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 100 manat rüsumunun İddiaçı MMC-dən alınaraq ona verilməsi və bütün məhkəmə xərclərinin İddiaçı MMC-yə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, etirazı onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə arasında olan əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında müqavilə iddia ərizəsində qeyd edilən nəqliyyat hadisəsindən xeyli sonra rəsmiləşdirilmiş, onu aldadaraq imzalatdırmışlar. xx.xx.2023-cü il tarixində saat 14:40-da iddiaçının idarə etdiyi **-JK-*** dövlət qeydiyyat nişanlı avtomabillə Şuşa- Əhmədbəyli yolunun 30-cu kmdə hərəkətdə olarkən idarə etdiyi avtomabilin təkəri partlamış və maşına yüklənmiş qaldırıcı kranın motor hissəsinə ziyan dəymişdir. İddia ərizəsində ziyanın 22000 manat olduğu göstərilir. Amma bu rəqəm hansı hesabata əsasən yazıldığı ona məlum deyildir. Həm də ondan və həmin müəssədə işləyən atası Bəxtiyar Süleymanovdan son bir ay yarım əmək haqqları (təxminəm 5000 manat) tutulmuşdur. Ancaq, ona hadisə ilə əlaqədar izahatları dəyişdirildikdən və tam maddi məsuliyyət haqqında müqaviləyə imza etdirdikdən sonra cavabdehi Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad ediblər. Sənədləri imzalamaq istəmədiyi üçün ona bunun formal olaraq lazım olduğunu, öz işində qalacağını və öz razılığı ilə motorun təmirinə çəkilmiş vəsait tutulacağı bildirilmişdir. Onlara inanaraq sənədləri imzalamışdır. Hadisə baş verən gün yazdığı izahatı da ofisin işçisi Vüqar Əhmədovun vasitəsi ilə təsir edərək dəyişiblər. Birinci dəfə yazdığı izahatı saxlamış və idarənin ofisində olan söhbəti də telefona yazıb saxlamışdır. Beləliklə, İddiaçı MMC-nin cavabdeh şəxsləri onu təkəri yararsız halda olan texnika ilə yük dalınca göndərmiş, avtomabildə yükün bağlanması üçün normativə uyğun avadanlıqlar olmadan ağır çəkili qaldırıcı kranı idarə etdiyi avtomaşına yüklətdirməkdə özləri də məsuliyyət daşıyırlar. Həm də həmin motor hazırda müəssisənin anbarında saxlanılır. Onda müəssisə 22200 manat xərci nəyə çəkib, onun real ziyanı nədən ibarətdirsə, sənədlər təqdim edilməli, ekspertiza keçirilməli, həmin kranın balans və qalıq dəyəri müəyyən edilməlidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad etmişlər və onu hazırda heç bir idarə, təşkilat işə qəbul etmir. Ondan və atası Bəxtiyar Süleymanovdan ümumilikdə 5000 manatdan yuxarı pul tutaraq son ayların əməkhaqlarını ödəməmişlər.
8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-36/2025 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli vurulmuş ziyanın hissə-hissə ödənilməsinə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 100 manatın İddiaçı MMC-dən tutularaq ona verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixində İddiaçı MMC ilə əmək müqaviləsi bağlamış və sürücü vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı MMC ilə işçi Cavabdeh arasında xx.xx.2021ci il tarixində tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi” haqqında müqavilənin predmetini daşımaların planlaşdırılması və həyata keçirilməsi, yüklərin daşınması ilə bağlı sair nəqliyyat xidmətlərinin göstərilməsi zamanı sifarişçi və icraçı arasında yaranan qarşılıqlı münasibətlərin qaydası təşkil etmişdir. xx.xx.2023-cü il tarixində müqavilənin icrası məqsədilə sifariş Cavabdeh yönləndirilmiş, sonuncu İddiaçı MMC-nin mülkiyyətində olan, yol vərəqəsi əsasında idarə etdiyi **-JK-*** dövlət qeydiyyat nişanlı “X8” markalı nəqliyyat vasitəsilə hərəkətdə olarkən manevr etmə qaydalarının pozulması nəticəsində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisənin Cavabdeh ehtiyatsızlığı nəticəsində baş verməsi Xocavənd rayon Polis İdarəsində verdiyi izahatında öz təsdiqini tapmış və sonuncu İXP ******* nömrəli, xx.xx.2023-ci il tarixli protokolla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 1 saylı, xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən məlum olmuşdur ki, hadisə nəticəsində Cavabdeh daşınan yükə 22200 manat miqdarında ziyan vurmuşdur. Daha sonra "xxxx" MMC hadisə nəticəsində əmlakına vurulmuş ziyanın ödənilməsini İddiaçı MMC-dən tələb etmiş və müvafiq ziyan məbləği isə İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə nağd şəkildə ödənilmiş və ödənişin tam şəkildə icra edilməsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışla təsdiqini tapmışdır. Belə ki, 20 aprel 2023-cü il tarixində İddiaçı MMC ilə işçi Cavabdeh arasında vurulmuş ziyanın hissə-hissə ödənilməsi barədə müqavilə bağlanmış və Cavabdeh dəymiş ziyanı hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür, lakin sonradan ödəniş etməkdən, vurduğu ziyandan boyun qaçırmış və bu əsasla da xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə mövcud mübahisə üzrə iddianın təmin edilməsi üçün təqdim edilmiş həmin məktubu mötəbər sübut kimi qəbul etmir və qeyd edir ki, aralarında hesablaşma aparılmış həmin şəxslər müstəqil balansa malik olan hüquqi şəxslərdirlər. İddiaçı tərəfin istinad etdiyi nağd hesablaşmanın hüquqi şəxslər arasında mümkün olmamasını nəzərə alınsa, hesablaşma mütləq şəkildə nağdsız qaydada bank hesabı vasitəsilə aparılmışdırsa, bunun ödəniş tapşırıqları ilə hesablaşmalara və ya ödəniş tələbnamə tapşırıqları ilə hesablaşmalara aid hansı formada aparıldığı iş materialları ilə müəyyən olunmur və bu barədə iddiaçı məhkəməyə sənəd (nağdsız hesablaşmanın aparılması üçün iddiaçı tərəfindən kağız və ya elektron daşıyıcıda verilən sərəncam, iddiaçı tərəfindən pul vəsaitinin bank hesabına mədaxil edilməsi, köçürülməsi və ya bank hesabından məxaric edilməsi, borcun əvəzləşdirilməsi barədə) təqdim edə bilmir. İddiaçı cavabdehin vurduğu zərərin əvəzini ödəməsini, bununla da real olaraq ona ziyan dəyməsini sübuta yetirə bilməmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin bağlandığı tarixdən etibarsız hesab edilməsinı dair məhkəmə araşdırması zamanı hər hansı bir hal aşkar edilməmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli vurulmuş ziyanın hissə-hissə ödənilməsinə dair müqavilənin etibarsız hesab edilməsinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 17 iyul 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər.
10. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.3, 194, 199, 202.1-ci, Mülki Məcəllənin 859.4, 1114.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2(060)-36/2025 saylı qətnaməsini ləğv edilməsi, iddiaçının iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Cavabdeh ilə “tam maddi məsuliyyət haqqında”müqavilə bağlanmışdır. Həmin müqavilənin məzmunundan göründüyü kimi müqaviləyə əsasən Cavabdeh maddi məsul şəxs kimi ona etibar edilmiş maddi dəyərlilərin qorunmasını, onun təqsiri nəticəsində dəymiş ziyanı ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh qeyd olunan müqavilə şərtlərinə əməl etməyərək, "xxxx" MMC-nin İddiaçı MMC-yə etibar etdiyi əmlaka ziyan vurmuşdur. Məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçı cavabdehin vurduğu zərərin real olmasını sübuta yetirə bilməmişdir. Halbuki, iddia ərizəsinə əlavə olunan inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokoldan göründüyü kimi Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. Qeyd olunan fakt şəxsin ziyanın vurulmasında təqsirinin olmasını sübuta yetirir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən "xxxx" MMC-yə dəymiş 22000 manat məbləğində zərər İddiaçı MMC tərəfindən tam qarşılanmışdır. Həmin arayış "xxxx" MMC tərəfindən imzalanmışdır. Bu da zərərin əvəzinin ödənilməsini tam sübuta yetirir. Belə ki, 22000 manat bir şirkət üçün az məbləğ deyil və əgər həqiqətən də həmin məbləğ İddiaçı MMC tərəfindən ödənilməsə idi, "xxxx" MMC bunu qəbul etməz idi və bu günədək zərərin əvəzinin ödənilməsini tələb edərdi. Hətta bununla bağlı İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə də müraciət edə bilərdi. Tərəflər arasında bağlanmış “vurulmuş ziyanın hissə-hissə ödənilməsinə dair” xx.xx.2023-cü il tarixli müqavilə ilə tərəf vurduğu ziyanı qəbul etmiş və hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Əmək Məcəlləsinin 192.2ci maddəsinə görə tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Kosntitusiya Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarında hazırkı maddə ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi o olmuşdur ki, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. Təqdim olunan sübutlar (tam maddi məsuliyyət haqqında müqavilə, inzibati xəta barədə protokol, vurulmuş ziyanın hissə-hissə ödənilməsi barədə müqavilə, "xxxx" MMCnin qüsur aktı və arayışı) şəxsin maddi məsuliyyətinin yarandığını kifayət qədər aydın göstərir. Digər tərəfdən işçi Cavabdeh zərərin vurulmadığını sübut etmək üçün heç bir əsaslı dəlil təqdim etməmiş, yalnız zərərin hissəhissə ödənilməsi barədə müqavilənin etibarsız olduğunu iddia etmişdir. Halbuki, həmin müqavilənin etibarsız olması yenə də zərərin vurulmamasını təsdiq etmir. Əmək Məcəlləsinin 204-cü maddəsinə gərə işəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər. İşəgötürən işçinin razılığı ilə vurulan ziyanı ödəmək üçün möhlət verə bilər. Sumqayıt Şəhər Məhkəməsi qarşılıqlı iddia ərizəsinin qismən təmin olunmasını bununla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçının rədd olunmasını tələb etdiyi “vurulmuş ziyanın hissə-hissə ödənilməsi” barədə xx.xx.2023-cü il tarixli müqavilə mülki hüquqi əqddir və bu da Konstitusiya Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarına ziddir. Belə ki, Konstitusiya Məhkəməsinin həmin qərarına əsasən “işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir”. Lakin hazırkı mübahisədə tərəflər arasında bağlanan “vurulmuş ziyanın hissə-hissə ödənilməsi” barədə xx.xx.2023-cü il tarixli müqavilə işçinin borcunun etiraf etməsi barədə yox, zərərin əvəzini hansı şəkildə ödəyəcəyi ilə bağlı müqavilədir. Belə ki, Əmək Məcəlləsinin 204-cü maddəsindən də göründüyü kimi işəgötürən işçinin razılığı ilə vurulan ziyanı ödəmək üçün möhlət verə bilər. Həmin müqavilə ilə də tərəflər ziyanın ödənilməsinə möhlətin verilməsi və əmək haqqından hansı məbləğlərdə və nə şəkildə tutulması ilə bağlı olmuşdur. Məlum olduğu kimi Əmək Məcəlləsinin 200-cü maddəsi ilə tam maddi məsuliyyətin müəyyən oluna biləcəyi əmək münasibətləri dairəsi müəyyən olunmuşdur. Cavabdeh ilə bağlanan əmək müqaviləsi də həmin dairəyə düşür və buna görə də, aralarında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin qanuni olması işin təkzib olunmaz halıdır. Yəni, xx.xx.2023-cü il müqavilənin bağlanması tərəfin zərərin vurulmasını və könüllü şəkildə hissə-hissə ödəməyi qəbul etdiyini göstərir və həmin müqavilə olmasa belə işçinin imzaladığı tam maddi məsuliyyət haqqında müqavilə işçidən bütün zərərin əvəzinin tələb edilməsi üçün kifayətdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi qiymət verməmiş, həmin sübutların mövcud olmasına baxmayaraq, İddiaçı MMC-nin iddiasını rədd etmişdir. Həmin sübutlar arasında "xxxx" MMC ilə imzalanan qüsur aktını və həmin hüquqi şəxsin arayışını qeyd etmək olar. Belə ki, "xxxx" MMC uzun müddətdir qülləli və avtomobil kranların icarə, satış və texniki xidmətlərin göstərilməsi ilə məşğuldur və bu sahədə kifayət qədər təcrübəli işçiləri vardır. Həmin MMC tərəfindən tərtib olunan qüsur aktı hadisə yerinə baxış keçirilərək, bütün zərərlər nəzərə alınmaqla obyektiv şəkildə tərtib olunmuşdur. Ümumiyyətlə, əgər qüsur aktı düzgün tərtib olunmasa idi tərəflərindən akta imza atmaqla qeyd olunan məbləğ qəbul olunmazdı, çünki məbləğ şirkətin hesabından çıxılır və gələcəkdə onun işçidən tutulması barədə iddianın təmin olunub-olunmayacağı sual altındadır. Yəni, məbləğ düzgün olmasa idi, nə "xxxx" MMC onu təsdiqləyərdi, nə də ki, İddiaçı MMC onu ödəməzdi. Bundan əlavə Sumqayıt Şəhər Məhkəməsi zərərin əvəzinin ödənilməməsini bununla əsaslandırmışdır ki, hüquqi şəxslər arasında ödənişin nağd şəkildə həyata keçirilməsi yolverilməzdir və buna görə də zərərin əvəzini təsdiqləyən sübut mövcud deyil. Halbuki, hesablaşmanın qanunla müəyyən olunmuş qaydada həyata keçirilməməsi həmin məbləğin ödənilməməsi faktını sübuta yetirmir, sadəcə olaraq müəyyən prosedurlara əməl olunub-olunmamasını sual altına alır. Prosedurlara əməl olunması faktı isə mülki hüquq münasibətlərinin yox, inzibati hüquq münasibətlərinin predmetidir və hazırkı mübahisə ilə əlaqəsi yoxdur. Məhkəmə “zərərin əvəzinin hissə-hissə ödənilməsi” barədə müqaviləni etibarsız hesab etsə də bunu ətraflı və düzgün şəkildə əsaslandırmamış, formal olaraq hazırkı mübahisədə olan faktiki hallarla üst-üstə düşməyən Konstitusiya Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehlə əmək müqaviləsi, bundan əlavə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ona verilmiş maddi nemətləri qorumaq öhdəliyi daşımışdır. "xxxx" MMC ilə bağlanmış yüklərin daşınması barədə müqavilə bağlanmışdır. Həmin MMC-nin yüklərini daşıyan zaman cavabdeh sərt döngəni nəzərə almadan düzgün manevr etməyərək yükü aşırtmış, onlara ziyan vurmuşdur. Məsələni sülh yolu ilə həll edilməsi barədə razılığa gəlmişlər, pulun hissə-hissə ödənilməsi barədə müqavilə bağlanmışdır. Lakin cavabdeh ödəniş etməkdən imtina etmişdir. Kobud pozuntu etdiyinə görə işdən də çıxarılmışdır. Ödəniş etmədiyi üçün məhkəməyə müaciət etmişdir. Məhkəmə qeyd etmişdir ki, "xxxx" MMC-yə ödəniş edilməsinə dair sübut yoxdur. MMC-yə ödəniş edilməsinə dari qüsur aktı və arayış mövcuddur. Məhkəmə qeyd edib ki, hər iki şəxs hüquqi şəxs olduğundan ödənişlər köçürmə yolu ilə olmalıdır. Qarşılıqlı iddia tələbini qismən təmin etmiş, Konstitusiya məhkəməsinin qərarına istinad etmişdir. Halbuki tərəflər arasında bağlanmış müqavilə mülki müqavilə deyil, ödənişin hansı şəkildə həyata keçirilməsinə dair müqavilədir. MMCyə ödənişin edilməsinə səhv edə bilərlər, köçürmə yolu ilə ödəməyə bilərlər. Lakin nağd şəkildə ödəniş edilmişdir. Bu işin faktiki hallarını dəyişmir. Dəymiş zərərlə bağlı qüsur aktı tərtib edilmişdir. "xxxx" MMC ölkədə kranların satışı ilə bağlı ixtisaslaşmış MMC-dir. Zərərin dəyərini özü müəyyən edib. Hətta ekspertiza da zərərin dəyərini müəyyən edə bilməyib ki, yerli bazarda qiymətləri müəyyən etmək mümkün deyil. Mütəxəssis rəyinə fikir verildikdə görünür ki, rəy bir tərəfli tərtib edilib. Rəylə razı deyillər. Təkrar rəy alınmasına etiraz etmir. Pulun nağd şəkildə köçürülməsi məsələsinə gəldikdə qarşı tərəf nağd şəkildə istədiyindən nağd köçürülüb. Ziyan tam şəkildə ödənilib. Ziyanın ödənilməsi barədə arayış da təqdim edilib. Əmlaklar hazırda MMC-dədir. Ziyanın ödənilməsi ilə bağlı cavabdehin və atasının əmək haqqında hər hansı məbləğ tutulmayıb. Ehtiyat hissələri ölkə daxilində yoxdur, ölkə xaricindən sifariş verilir. Odur ki, şikayətin təmin edilməsi, dəymiş zərərin cavabdehdən tutulmasını xahiş edir.
15. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə4 bildirdi ki, rəy ətraflı deyil, aşınma nəzərə alınmaqla dəyər 12560 manat müəyyənləşdirilmişdir, mütəxəssis rəyi ilə hadisənin baş verdiyi dövrə uyğun hissələrin dəyəri müəyyənləşdirilməli idi. Rəydən görünür ki, hazırki qiymətlərlə detalların dəyəri 18241 manat məbləğində müəyyənləşdirilib. Mallar Çin və Rusiyadan gətirilir. Həmin dövrdə qiymətlər baha olub, hazıki vəziyyətdə isə qiymətlər daha aşağıdır, çünki malların gətirilməsi prosesi asanlaşıb. Ona görə də avadanlıqların həmin dövrə aid olan qiymətləri, hazırki qiymətlərlə üst-üstə düşmür. Ən azından 18241 manatın məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Onlarda olan hissələr qiymətləndiriciyə təqdim olunub. "xxxx"a 22000 manat ödənişin edilməsini sübuta yetirilməməsinə gəldikdə isə hadisədən sonra isə münasibət korlanıb, "xxxx" onlarla prinsip aparmış, ödənişin həyata keçirilməsini təsdiq edən sənədlər təqdim etməmiş, yalnız arayış vermişdir. Ödəniş isə müəyyən qədər gecikmə ilə olduğu üçün iddiaçı təşkilata görə ziyana düşdüklərini bildirərək sənəd təqdim etməmişlər. Qüsur aktında kranın hissələri iki qrupa ayrılaraq birinci qrupa daxil olan hissələrin qiyməti 17000 manat, qalanları, yəni motor, pompa və yağ baçoku isə 5200 manat qeyd olunub. "xxxx"un iddiaçıya təqdim etdiyi qüsur aktı əsasında onlara 22000 manat ödəniş etmişlər. Kranı bu şəkildə almışlar, "xxxx" MMC tərtib etdiyi aktda hansı hissələrin verildiyini qeyd etmişdir, digər hissələrə gəldikdə isə "xxxx" MMC-nin bütün hissələri vermək kimi bir öhdəliyi yoxdur. Eyni zamanda iddiaçının da "xxxx" MMC-dən onlara təhvil verilməyən hissələri tələb etmək kimi bir öhdəliyi yoxdur, təhvil verilməyibsə, həmin hissələr yararsız halda olduğu üçün verilməyib. Cavabdehə kranın hissələri ona verməyi təklif edib bildirmişlər ki, satıb üzərinə pul qoyub, iddiaçıya qaytara bilər, təklifləri hələ də keçərlidir. "xxxx" MMC ilə bağlanmış müqavilə yükdaşma xidmətlərinin göstərilməsi ilə bağlıdır, daşıyıcı salamat şəkildə yükü təyinat nöqtəsinə çatdırmalıdır. Müqavilədə təhvil verilmə ilə bağlı bəndlər ola bilər, lakin bu o demək deyil ki, "xxxx" MMC qırıq-qırıq olmuş və istifadəyə yararsız hissələri onlara vermək öhdəliyi daşıyır. Əmək haqqından tutulmalarla bağlı hər hansı rəsmi sənəd yoxdur. "xxxx" MMC əmlakına zərər vurulduğunu əsas gətirərək məhkəmə iclaslarına gəlmir. Apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir.
16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, əmək müqaviləsi 1 aylıq bağlanırdı, əmək haqqı 345 manat qeyd edilirdi, qalan məbləğ əldən verilirdi. Atası və onun əmək haqqından 5000 manata yaxın pul tutulub. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, hadisənin sürücünün səhlənkarlığı nəticəsində baş verildiyi qeyd edilsə də həmin yükün maşına yükləməsi zamanı səhvə yol verilib. Yük parça iplərlə ilə maşına bərkidilib, enişdə maşına güc düşüb, maşının təkəri partladığından maşın sola tərəf əyilib, kranın üzərində olan yağ baçoku və əyləc linki sınıb. Hər ikisinin təmiri mümkündür. Cavabdehin iki izahatı var, məhkəməyə təqdim edilsə də məhkəmə qəbul etməmişdir. Bir izahatda yazılır ki, təkərin partlaması nəticəsində baş verir, ikinci izahatda isə səhvi nəticəsində baş verməsi qeyd edilir. İddiaçının direktor müavini Altay Nəcəfovun cavabdehlə danışıq qeydləri var. Həmin səs yazısında cavabdeh sual verir ki, bu müqavilələrə niyə indi imza etməlidir, cavab verilir ki, vergiyə təqdim etməsi üçün. Müqaviləyə əsasən hər ay 100 manat ödəniş edəcək, bu 20 ilə yaxın müddət edir. Altay Nəcəfzadə bildirir ki, əyləc linkinin qiyməti Çin Respublikasından sifariş veriləndə 500 manat təşkil edir. Müqavilə bağlandıqdan 3 gün sonra cavabdehi işdən azad edirlər. Qüsur aktında qiymətlər 15000 və 7000 manat qeyd edilib. Mütəxəssis dəvət edərək iddiaçının bazasında aqreqatlara baxış keçirmişlər. Kran Rusiya istehsalıdır. Deyirlər ki, həmin detallar tapılmır. Bu səbəbdən Çindən sifariş edirlər. Onlar sübut etmişlər ki, həmin detallar daxili bazarda satışda var. Hətta mütəxəssis qeyd etdi ki, gələcəkdə belə hallar baş verəndə ona bildirilsə, gəlib təmir edə bilər. Dəymiş zərərin ödənilməsi sübuta yetirilmir. Hər hansı daşımalar zamanı ödəniş köçürmə yolu ilə ödənilir. Məhkəmənin təkidindən sonra arayış alınıb. Bank vasitəsi ilə ödənilməyibsə mədaxil-məxaric qəbzləri sübut hesab edilmir. Zərəri ala bilməyəcəyini gördükdə cavabdehi müqavilədən 3 gün sonra işdən azad ediblər. İki aylıq əmək haqqı da ödənilməyib. Əmək müqaviləsi 1 aylıq bağlanıb, əmək haqqı 345 manat qeyd edlib. Burda da vergidən yayınma halları var. 345 manat əmək haqqı qeyd edilir, qalıq əmək haqqı başqa yollarla ödənilir. Zədələnən aqreqat cuzi xərclə təmir edilib sahibinə verilir, ya da hər hansı baqa formada razılaşdırılır. İlk iddia tələbi təmin edilmədiyindən qətnamədən apellyasiya şikayəti verilməyib. Qüsur aktında reduktorun motoru qeyd olunub. Mühərrik reduktora birləşdirilib. Nə qarşı tərəf, nə də qiymətləndirici şirkət kranın detalları haqda kifayət qədər məlumata sahibdir. Reduktora heç nə olmayıb, hidravlik sistem isə yerindədir. Şəkillərdə də görünür. Şəkilləri mütəxəssisə təqdim edib. Əvvəlcə mütəxəssis onların təklif etdiyi qiymətin reala uyğun olduğunu bildirmişdi. Bir hidravlik sistem, bir də motor yoxdur, qalan hissələr iddiaçı şirkətə təqdim olunub. Sözügedən avadanlıqlar üzrə tanınmış mütəxəssis var, işə mütəxəssis kimi cəlb edib, rəyini almaq mümkündür. Qiymətləndiricinin barəsində rəy verdiyi aqreqat tamamilə başqa aqreqatdır və haqqında danışdığımız aqreqatı qətiyyən əvəz edə bilməz. Həmin motor 100 kv.lıqdır, hazırkı iş üzrə isə 30 kv.lıqdır. Mübahisə edilən aqreqatdakı motorla qarşı tərəfdə olan motorun həcmi və qiymətləri arasında ciddi fərq var. Belə ki, mübahisə edilən qaldırıcı kran cəmi 8-10 ton qaldırmağa hesablanmış krandır. Siyahıda göstərilən itələyəci baraban, pompa-hidravlik nasos "xxxx"a məxsus kranda olmayıb. İddiaçının istinad etdiyi aqreqat tamamilə başqa aqreqatdır, həmin aqreqat sərbəstdir, hazırkı isə kranın bir hissəsidir. Mütəxəssis rəyində qeyd olunan aqreqatın təkcə qiyməti 30000 manatdır. Qüsur aktı onun tərtib olunma qaydasına əsasən tərtib olunmalıdır, "xxxx"un təqdim etdiyi sənəd qüsur aktı deyil. Daşıyıcı sifarişçiyə təyinat nöqtəsində yükləri təhvil verə bilmirsə, bununla bağlı akt tərtib olunur və hissələr təhvil verilir, belə bir öhdəliyin olmamasından söhbət gedə bilməz. Hazırda onlarda olan hissələri üçüncü şəxs onlara təqdim edib, qalan hissələri bunlar olduğunu və istəsələr sata biləcəklərini bildirib. Qiymətləndirici rəyində mütəxəssis həmin kranın QTC-1250 markalı kran olduğunu qeyd etmişdir. Halbuki hazırda həmin markalı kran heç yerdə istehsal olunmur. 250 nömrədən yuxarı olanların yük qaldırma qabiliyyəti daha yüksəkdir. Mütəxəssisin rəyində guya ki, həmin kranın sənədi əlavə olunub, həmin sənəd tamamilə absurddur. Mütəxəssis 125 ədədinin sonuna əlavə 0 (sıfır) qoyub. Əlavə edilmiş sənəd başqa markalı krana məxsusdur. Kran qeydiyyatdan keçməmiş krandır. Texniki pasportu yoxdur. Qiymətləndirici öz rəyində qeyd edir ki, respublikada həmin kranların istehsalı ilə heç bir şirkət məşğul olmur və təmir işləri aparmır. Qiymətləndirici rəyi əsassızdır, şişirdilmiş qiymətlər qeyd olunub. Burada yalnız 1400 manatdan söhbət gedir. Cavabdehin qeyd edilən məbləğdən 2 dəfə çox əmək haqqısı İddiaçı MMC-də qalıb, hələ də geri ala bilməyib. Odur ki, apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edirəm.
18. Məhkəmə kollegiyasının iclasında və mübahisəli əmlaka yerində baxış zamanı mütəxəssis kimi işə cəlb edilmiş X3 bildirmişdir ki, qurğunun reduktoru, baraban və əyləc sistemi mövcud olsa da, barabanın yastığı, 30 kVt-luq motoru, hidravlik itələyici və yağ baçoku mövcud deyildir. Qurğunun işlək olub-olmamasını bilmək üçün bütün hissələri olmalıdır. Lakin, qurğunun digər hissələri olmadığından bunu müəyyən etmək mümkün deyildir.
19. Məhkəmə iclasının yeri və vaxtı bardə məlumat verilməsinə baxmayaraq müstəqil tələb sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
20. İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində, saat 14:40-da Şuşa-Əhmədbəyli yolunun 30-cu km-də X9 1840LS yük markalı, 99JK 626 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticədə Cavabdeh tərəfindən AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
21. "xxxx" MMC ilə İddiaçı MMC arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur və təhvil aktdan görünür ki, kranın yük reductor mator talkatel baraban (komplekt) – 17000 manat, hidravlik sistem, mator, pompa, yağ baçoku – 5200 manat məbləğində zərər dəymişdir. Zərər görmüş hissələr İddiaçı MMC-nin nümayəndəsinə təhvil verilmişdir.
22. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 60/22 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixində icra edilən sifariş zamanı baş vermiş yol nəqliyyat hadisəsi zamanı yüklərinə dəymiş 22200 manat məbləğində ziyan İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə tam olaraq ödənilmişdir.
23. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci ildə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.
24. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə vurulmuş ziyanın hissə-hissə ödənilməsinə dair müqavilə bağlanmışdır.
25. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Kamran Dünyamalıyev tərəfindən verilən xx.xx.2024-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, qərardadda və mütəxəssiz rəyində qeyd edilən “QTZ 1250” model qaldırıcı kranın hissələrinin satışına və qiymətinə dair yerli internet saytlarında məlumat mövcud deyil. Bu səbəbdən də ekspert qarşısında qoyulmuş suallara cavab vermək mümkün olmamışdır.
26. MŞS/MT030/2023-02578 saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin sessiyada yekun razılıq əldə olunmamış və 60 manat məbləğində mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir.
27. "xxxx" İK Şirkətinin 05 iyul 2024-cü il tarixli rəyindən görünür ki, mütəxəssisə yalnız “QTZ 1250” model qaldırıcı kranın reduktor və tross barabanı təqdim edilmiş, digər hissələr təqdim edilməmiş, qurğunun üzərindən açılıb götürülmüşdür. Qüsur katında göstərilən pompa adlı hissə ümumiyyətlə qaldırıcı kranlarda mövcud olmur. Kanat brarbanının dayaq yastığı belə açılıb götürülmüşdür. Təqdim edilmiş reduktor isə zədələnməməmişdir. “QTZ 1250” model qaldırıcı kranın təqdim edilmiş və edilməyən hissələri ilə birlikdə qiyməti 3000 manatdır. 28."xxxx" MMC-nin 27 oktyabr 2025-ci il tarixli rəyindən görünür ki, “QTZ 1250” model qaldırıcı kranın zədələnmiş hissələri olan yük reduktor motor itələyici barabanın, (komplekt) və hidravlik sistem-motoru, pompa, yağ çıninin adi istifadə üçün yararlı vəziyyətdə qiymətləri və ehtiyyat hissələrinin dəyişdirilməsi xərci 12560 manat təşkil edir. QTZ 1250” model qaldırıcı kranın zədələnmiş hissəsi olan barabanın təmiri mümkündür. Digər hissələri və qovşaqlar baxışa təqdim edilmədiyindən onların mövcud vəziyyəti və təmirə yararlılığının müəyyən edilməsi mümkün olmamışdır. Mütəxəssis rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri 500 manat təşkil edir.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
30. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Maddə 199.
1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Maddə 202.
1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
2. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Maddə 204. Vurulan ziyanın məbləğinin işçi tərəfindən könüllü ödənilməsi
1. İşəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər.
2. Vurulan ziyanın könüllü surətdə ödənilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş həddə həyata keçirilir.
3. İşəgötürən işçinin razılığı ilə vurulan ziyanı ödəmək üçün möhlət verə bilər.
4. Ziyanın məbləği əvəzinə işçi işəgötürəninin razılığı ilə korlanmış, itirilmiş əmlakın əvəzinə eynilə başqasını verə bilər, habelə şəxsən özü yaxud öz vəsaiti ilə onu təmir edə bilər. Maddə 205. İşəgötürənə vurulan ziyanın məbləğinin işçidən tutulması qaydası
1. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir.
2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
3. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
31. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunu
3.1. Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur: 3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar; 3.2. Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər. 3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bu maddənin birinci cümləsində nəzərdə tutulan halda əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli min manatdan çox olduqda isə təqvim ayı ərzində ümumi məbləği əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 iyul 2023-cü il tarixli qərarı:
1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir.
2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər.
33. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 118.1. Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli, 140 nömrəli qərarı ilə təsdiq edilmiş Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə ödənilməli olan məbləğlərin miqdarı və verilməsi Qaydası:
3. Məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir.
Apellyasiya baxışının hədləri
35. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-36/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı ilk iddia tələbinin təmin edilməyən və qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-36/2025 nömrəli qətnaməsi, ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Belə ki, ilk iddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı cavabdeh olan işçinin vurduğu zərərin əvəzini üçüncü şəxs "xxxx" MMC-yə ödəməsini, bununla da real olaraq ona ziyan dəyməsini sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsinin qeyd edilən əsaslandırması ilk iddia üzrə iddiaçının vurulmuş zərəri ödəməsinin sübut olunmamaqla, dolayısı ilə reqres hüququnun yaranmaması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən əsasla iddianı rədd etməsi ilə tam olaraq razılaşmadığından hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-36/2025 nömrəli qətnaməsi, ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia yenidən rədd edilməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ilk iddia üzrə cavabehin təqsiri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsindən sonra ilk iddia üzrə iddaçı "xxxx" MMC ilə üçüncü şəxs İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli qüsur və təhvil aktı tərtib edilmişdir. Həmin sənədə əsasən yol-nəqliyyat hadisəsi zamanı “QTZ 1250” model qaldırıcı kranın zədələnmiş hissələrinin ümumi dəyəri 22200 manat məbləğində müəyyən edilmiş və “QTZ 1250” model qaldırıcı kranın zədələnmiş hissələrinin - kranın yükreductor mator talkatel baraban (komplekt), hidravlik sistem, mator, pompa, yağ baçokunun İddiaçı MMC-yə təhvil verilmişdir.
39. İlk iddia üzrə iddiaçının apellyasiya şikayəti üzrə cavabdeh dəymiş zərəri mübahisələndirdiyindən iş üzrə mütəxəssis təyin edilərək müvafiq rəy alınmışdır ki, "xxxx" MMC-nin 27 oktyabr 2025-ci il tarixli rəyi ilə “QTZ 1250” model qaldırıcı kranın zədələnmiş hissələri olan yük reduktor motor itələyici barabanın (komplekt) və hidravlik sistem-motoru, pompa, yağ çəninin adi istifadə üçün yararlı vəziyyətdə qiymətləri və ehtiyyat hissələrinin dəyişdirilməsi xərcinin 12560 manat təşkil etməsi müəyyən edilmişdir. Lakin, mütəxəssis rəyində yalnız “QTZ 1250” model qaldırıcı kranın barabanın müayinəyə təqdim edilməsi, digər hissələrin təqdim edilmədiyi qeyd olunaraq, onların mövcud vəziyyəti və təmirə yararlılığının müəyyən edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Buna görə də məhkəmə kollegiyası tərəfindən tərəflərin, "xxxx" MMC-nin rəyini vermiş mütəxəssisinin və əlavə olaraq mütəxəssis qismində işə cəlb edilmiş X2 iştirakı ilə zədələnməsi iddia olunan “QTZ 1250” model qaldırıcı kranın hissələrinə saxlandığı yerdə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həqiqətən də “QTZ 1250” model qaldırıcı kranın qurğunun reduktoru və barabanı mövcud olsa da barbanın yastığı, 30 kVt-luq motor, hidravlik itələyici və yağ baçoku mövcud deyildir. İş üzrə cəlb edilmiş mütəxəssislərin təsdiq etməsi ilə yanaşı, hamıya bəlli olan hal kimi də “QTZ 1250” model qaldırıcı kranın kompleks işlək olub-olmamasını müəyyən etmək üçün onun bütün hissələri olması zəruri olmuşdur. Lakin, qurğunun digər hissələri olmadığından bunu müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis təqdim edilmiş reduktorun zədələnmədiyinə və işlək vəziyyətdə olduğunu bildirmişdir ki, vizual müşahidə zamanı da kranın reduktoru və tross barabanında hər hansı bir zədənin mövcudluğu müşahidə olunmamışdır. İlk iddia üzrə iddiaçının nümayəndəsi isə mövcud olmayan hissələrin aqibəti barədə məhkəməyə hər hansı bir məlumat verə bilməmiş və bu halın onlar üçün də anlaşılmaz olmasını ifadə etmişdir. Halbuki, "xxxx" MMC ilə üçüncü şəxs İddiaçı MMC arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli təhvil aktına əsasən “QTZ 1250” model qaldırıcı kranın bütün hissələri İddiaçı MMCyə təhvil verilmişdir. Belə olduğu təqdirdə isə yol-nəqliyyat hadisəsi zamanı “QTZ 1250” model qaldırıcı kranın ümumiyyətlə hansı hissələrinin zədələnib-zədələnməməsini, zədələndiyi halda isə zədələnmiş hissəsinin nədən ibarət olmasını, həmin hissənin təmir və ya işlək hissə ilə əvəz edilməsinin mümkünlüyünü müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin "xxxx" MMC ilə üçüncü şəxs İddiaçı MMC-nin hər ikisinin hüquqi şəxs olmaqla, İddiaçı MMC tərəfindən vurulmuş zərərin əvəzi qismində ödənişin nağdsız qaydada həyata keçirilməli olması ilə bağlı əsası ilə də razılaşaraq əlavə qeyd edir ki, ilk iddia üzrə iddiaçı ödənişin həyata keçiriməsinin sübutu kimi “yalnız "xxxx" MMC-nin arayışına istinad etsə də öz hesabından pul vəsaitinin məxaric edilməsinə dair də müvafiq sübutu da məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı zərər məbləğinin qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməsi ilə yanaşı, ümumiyyətlə baş vermiş yol-nəqiyyat hadisəsi zamanı “QTZ 1250” model qaldırıcı krana zərər vurulmasını və zərərin həcmini də sübut edə bilməmişdir.
40. Məhkəmə kollegiyası qarşılıqlı iddianın rədd edilməli olması ilə bağlı apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edərək qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında vurulmuş ziyanın hissə-hissə ödənilməsinə dair bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə ilk iddiaçının iddia etdiyi kimi yalnız zərərin əvəzinin hansı şəkildə ödənilməsini tənzimləyən razılaşma olmamışdır. Belə ki, həmin müqavilənin 1.1-ci bəndindən görünür ki, Cavabdeh baş vermiş yol-nəqiyyat hadisəsi nəticəsində 22200 manat məbləğində zərər vurduğunu etiraf etməklə və zərərin ödənilməsini öhdəsinə götürmüşdür. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 iyul 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilməsini nəzərə alaraq, İddiaçı MMC ilə Cavabdeh arasında vurulmuş ziyanın hissə-hissə ödənilməsinə dair bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləni etibarsız hesab etmişdir.
41. "xxxx" MMC-nin 27 oktyabr 2025-ci il tarixli mütəxəssis rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri 500 manat təşkil etsə də məhkəmə kollegiyası tədqiqatın dəyərinin 300 manat məbləğini ağılabatan və məntiqli hesab etmişdir. Buna görə də məhkəmə xərci qismində 300 manat ilk iddia üzrə iddiaçıdan tutularaq, "xxxx" MMC-yə ödənilməlidir.
42. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-36/2025 nömrəli qətnaməsi ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-36/2025 nömrəli qətnaməsi ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilsin. İlk iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Mütəxəsis rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 300 (üç yüz) manat İddiaçı MMC-dən tutularaq, Azərbaycan Qiymətləndirmə və Konsaltinq xidməti (Azerbaijan Evaluation and Consulting Service) MMC-nin hesabına (VÖEN: **********, Hesab AZ: AZ74AİİB400600F**********112, Bank: "xxxx" ASC 28 May filialı, Bankın VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, KOD 200123, SWİFT: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.