Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-785/2021 03.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və X4 ibarət tərkibdə, məhkəmə katibi X10, İddiaçı, Cavabdeh iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-1901/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-1901/2020 saylı qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı Cavabdeh qarşı yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi və evə köçürmə tələbinə dair iddiası qismən təmin edilib, İddiaçı uşaqları xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2005-ci il təvəllüdlü X5 ilə birlikdə cavabdeh X2 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 0.125 ha torpaq sahəsində özbaşına tikili olaraq inşa edilmiş 1 mərtəbəli 1 otaqlı yaşayış evinə köçürülmələri, ödənilmiş dövlət rüsumunun 5 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və 5 manatın isə iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-1901/2020 saylı qətnaməsininin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxxxx 2003-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və Xaçmaz rayonu Qusarçay kəndinə gəlin köçmüşdür. xx xxxxx 2008-ci il tarixdən Qusarçay kəndinə gəlin köçdüyü evdə pasport qeydiyyatındadır. Cavabdehlə birgə nikahlarından olan uşaqları da yaşadıqları evdə qeydiyyatdadırlar. Cavabdeh səbəbsiz evdə qalmaqal salaraq onu və uşaqlarını xx xxxx 2019-cu ildə evdən qovmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. O və övladları hazıra kimi atasının və qardaşının ailəsi olan 2 otaqlı evə sığınmışlar. Ata evi olsa da darısqal olan evdə yaşayışları çox pis vəziyyətdədir. O, həmin evə gəlin gəldikdən sonra 0.125 ha torpaq sahəsində olan 47.6 kv.metr yaşayış sahəli ev, çiy kərpicdən 1958-ci ildə inşa edilmiş və uzun müddət baxımsız qaldığından dam örtüyünün sıradan çıxması ilə əlaqədar yağış və qar suları evi qəzalı vəziyyətə salmışdır. Həmin evdə yaşamaq təhlükəli olduğundan cavabdehlə birlikdə həmin evin yanında 1 mərtəbəli, 1 otaqlı ev tikmişlər və orada yaşamışlar. Evin texniki pasportunda qeyd olunan ev barədə heç bir məlumat qeyd olunmamışdır. Lakin ev faktiki olaraq mövcuddur və onlar həmin evi yaşayış sahəsi kimi istifadə etmişlər. Gəlin köçən zaman apardığı cehiz və sonradan birgə nikah dövründə aldıqları gündəlik istifadə olunan ev əşyalarının çox hissəsi hazıra kimi yeni inşa etdikləri 1 mərtəbəli 1 otaqlı evdə qalmaqdadır. Onun və övladlarının Qusarçay kəndində olan 1 mərtəbəli, 1 otaqlı yaşayış evinə qayıtmasını qayınatası və qayınanası da tələb edirlər. Onlar nəvələrinin onlardan uzaq məsafədə yaşamalarını arzulamırlar və istəyirlər ki, hər zaman nəvələri onların yanında olsunlar. Eyni zamanda da cavabdeh öz uşaqları ilə gündəlik münasibətdə olacaq, övladlarının tərbiyəsi, təhsili hüquq və mənafelərinin müdafiəsi sahəsində valideynlik hüquqlarını həyata keçirə biləcəkdir. Ona görə də, Cavabdeh məxsus Xaçmaz rayonu Qusarçay kəndində 0.125 ha torpaq sahəsində inşa etdikləri 1 mərtəbəli 1 otaqlı yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi və X6 və X5 ilə birlikdə həmin evə istifadə hüquqları tanınmaqla köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı ilə ailə qurarkən babasına məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yaşamışlar, birgə nikahdan iki uşaqları var və uşaqlar Quba rayonu, 2-ci Nügədi kəndində təhsil alırlar. Hazırda Xaçmaz rayonu, Qusarçay kəndində babasına məxsus torpaq sahəsində 1 otaqlı fərdi yaşayış inşa etdirmiş və ikinci dəfə ailə həyatı qurduğu ailəsi ilə birlikdə həmin evdə yaşayır. Lakin birinci instansiya məhkəməsi yaşayış evinə heç bir baxış keçirmədən onun xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 0.125 ha torpaq sahəsində özbaşına tikili olaraq inşa edilmiş 1 mərtəbəli 1 otaqlı yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh verdiyi apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı və Cavabdeh ilə xx xxxxxxxx 2003-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və tərəflərin birgə nikahından xx.xx.2004-cü il tarixdə Səbinə və xx.xx.2005-ci il tarixdə Məhəmməd adlı iki nəfər uşaqları doğulmuşdur. İddiaçı Xaçmaz rayonu Qusarçay kəndinə gəlin köçmüş və xx xxxxx 2008-ci il tarixdən gəlin köçdüyü evdə pasport qeydiyyatındadır. Həmin evdə yaşamaq təhlükəli olduğundan cavabdehlə birlikdə həmin evin yanında 1 mərtəbəli, 1 otaqlı ev tikmişlər və orada yaşamışlar. Evin texniki pasportunda qeyd olunan ev barədə heç bir məlumat qeyd olunmamışdır. Sadalanan hallar işin mübahisəsiz hallardır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(067)-2731 nömrəli qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında xx.xx.2003-cı il tarixdə bağlanmış nikah qeydi pozulmuş, xx.xx.2004cü il təvəllüdlü X6 və xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində sabit alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********45-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Xaçmaz rayonu, Qusarçay kəndində 0.125 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 47.6 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixli, inventar nömrəsi 132, reyestr nömrəsi **********45-10301 olan texniki pasportdan görünür ki, Xaçmaz rayonu, Qusarçay kəndi ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh adına texniki pasport işlənmişdir. Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı övladları – xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2005-ci il təvəllüdlü X1 rayonu Qusarçay kəndində pasport qeydiyyatındadırlar. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh xüsusi mülkiyyətində olan 0.125 ha torpaq sahəsində olan 47.6 kv.metr yaşayış sahəli ev, çiy kərpicdən 1958-ci ildə inşa edilmiş və uzun müddət baxımsız qaldığından dam örtüyünün sıradan çıxması ilə əlaqədar yağış və qar suları evi qəzalı vəziyyətə salmışdır. Həmin evdə yaşamaq təhlükəli olduğundan tərəflər birlikdə həmin evin yanında, lakin həmin torpaq sahəsində 1 mərtəbəli, 1 otaqlı ev tikmişlər və orada yaşamışlar. Ev faktiki olaraq mövcuddur və onlar həmin evi yaşayış sahəsi kimi uzun müddət birgə istifadə etmişlər. Nəzərə almaq lazımdir ki, iş üzrə tərəflər arasında mövcud mübahisəyə hüquqi qiymət verilməsi üçün ilk öncə yaşayış sahəsinin statusunu müəyyən etmək zəruridir ki, bu hal xususi önəm kəsb edir. Belə ki, iddiaçının mübahisələndirdiyi yaşayış sahəsi iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra mənzil cavabdehin adına dövlət qeydiyyatına alınmış və sonuncuya müvafiq çıxarış verimişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə tərəflər arasında mövcud mübahisəyə hüquqi qiymət verilməsi üçün ilk öncə yaşayış sahəsinin statusunu müəyyən etmək zəruridir ki, bu hal iş üzrə yekun nəticəyə gəlinməsi üçün xüsusi önəm kəsb edir. Belə ki, iddiaçının mübahisələndirdiyi yaşayış sahəsi rəsmi olaraq dövlət qeydiyatından keçmədiyindən həmin yaşayış evinə hər hansı bir hüququn yaranması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1 və 14.3-cü maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Şərh edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı istifadə hüququnun tanınmasını tələb etdiyi fərdi yaşayış evi qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış və hüququ vəziyyəti bəlli olmayan yaşayış evinə hüququnun da tanınması mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Mübahisəli ev mübahisə edilən dövr üçün daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, cavabdehin istifadəsində olmaqla faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunmuşdur. Cavabdeh, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış ailə üzvü olan İddiaçı da həmin şərtlər daxilində bu evdə yaşamalıdır. İddiaçı evə köçürülməklə, orada yaşayan şəxslərin yaşamış olduğu şərtlər daxilindən yaşamaq imkanına malikdir. Özbaşına inşa edilmiş mübahisəli ev tərəflərin birgə yaşayış yeri olmuşdur. Cavabdehin, ailə üzvü olan oğlunu və onun həyat yoldaşını tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçıların hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçılarnın qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-cı maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış iddiaçı da həmin şərtlər daxilində bu evdə yaşaya bilər. İddiaçı evə köçürülməklə, orada yaşayan şəxslərin yaşamış olduğu şərtlər daxilində yaşamaq imkanına malikdir. X15 Məhkəməsinin O.ROUK Birləşmiş Krallığa qarşı işi barədə qərarında (ərizə 46934/99, X15 Məhkəməsinin 2000-X) və X7rşı iş üzrə xx xxxxxx 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. X15 Məhkəməsi yuxarıda adı çəkilən Gillounun işinə dair qərarında xatırlatmışdır ki, Gillounun işində ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mübahisəli evdə yaşayanlarla bərabər surətdə həmin evdə istifadə hüququna malik olduğundan onun həmin evdə yaşamasına məhdudiyyətlər yaradılması və iradəsinin ziddinə olaraq yaşayış hüquqlarından məhrum edilməsi Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın 8ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilərək pozulmuş hüququ bərpa edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2ci maddəsinin 3-cü bəndinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Sadalanan maddi hüquq normalarına əsasən iddia tələbi qeyd olunan hissədə əsaslı hesab edilib birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalan maddi hüquq normalarının tələblərinə uyğun olaraq iddia tələblərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı qismən təmin edərək, İddiaçı uşaqları xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2005-ci il təvəllüdlü X5 ilə birlikdə cavabdeh X2 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 0.125 ha torpaq sahəsində özbaşına tikili olaraq inşa edilmiş 1 mərtəbəli 1 otaqlı yaşayış evinə köçürülmələri barədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlili birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar yaratmamışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1 və 217.4-cü maddələrinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnanaməsi dəyişdirilmədən saxlanılması üçün əsasdır. Ona görə də, apelyasiya şikayətləri təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayətləri təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-1901/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-785/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-785/2021
03.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver