Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-791/2021 03.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-1406/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-1406/2020 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı cavabdeh «Cavabdeh” MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilib, İddiaçı və «Cavabdeh” MTK arasında bağlanan xx.xx.2020-ci il tarixli, 509 nömrəli mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilərək «Cavabdeh” MTK-dan müqavilə üzrə ödənilən 77.675 manat və vurulan mənəvi zərər üçün 1000 manat, habelə dövlət rüsumu üçün ödənilmiş 25 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-1406/2020 saylı qətnaməsininin qismən ləğv edilib, iddia tələbinin mənəvi ziyan hissəsində tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh «Cavabdeh” MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 77 675 manat məbləğində pul vəsaitinin cavabdeh MTK-ya ödənilməsi qarşılığında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5-ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 119,5 kv.m olan, 3 otaqdan ibarət 87 nömrəli mənzilin verilməsini öhdəsinə götürmüşdür. Bu barədə ona maliyyə arayışı təqdim edilsə də, sonradan ona məlum olmuşdur ki, müqavilənin 3.4-cü bəndinə görə bu müqavilə ödəniş mədaxil qəbzi olduğu halda, etibarlı sayılır və yalnız maliyyə arayışı ilə bağlanan müqavilələr etibarsız sayılır. Bu barədə o, cavabdehə müraciət etsə də, ona bildirilmişdir ki, “heç bir problem yoxdur və mənzil ona təhvil veriləcəkdir”. Həmin bəndin çıxarılması barədə müraciəti isə nəticəsiz qalmışdır. O, həmin müqavilənin onun əsl niyyətini ifadə etmədiyindən etibarsız hesab edilməsini, ödədiyi məbləğin geri alınmasını və aldadıldığı üçün vurulan mənəvi zərərin əvəzinin ona ödənilməsi barədə məhkəməyə müraciət etmişdir. Ona görə də, «Cavabdeh” MTK aralarında bağlanan xx.xx.2020-ci il tarixli, 509 nömrəli müqavilənin etibarsız hesab edilməsi, cavabdehdən 77.675 manat əsas pulun və mənəvi zərər üçün 10.000 manat pulun, habelə dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin cavabdeh «xxxx” MTK-dan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qətnamə qəbul edərkən iddia tələbinin mənəvi ziyan hissəsini qismən təmin etdikdə maddi hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin ona qarşı yol verdiyi hərəkətləri nəticəsində çəkdiyi əzabları düzgün dəyərləndirməmişdir. Əslində ona vurulmuş mənəvi ziyan, maddi ziyandan daha çoxdur, onun 10.000 manat tələb etdiyi pul məbləği ədalətdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsininin qismən ləğv edilib, iddia tələbinin mənəvi ziyan hissəsində tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş və qətnamənin mənəvi ziyan tələbinin təmin edilməmiş hissəsində mübahisələndirmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız İddiaçı cavabdeh «Cavabdeh” MTK-ya qarşı mənəvi zərər tələbinə dair hissəsində yoxlanılır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, 505 nömrəli mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, «Cavabdeh” MTK Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5-ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 119,5 kv.m olan, 3 otaqdan ibarət 87 nömrəli mənzili 77 675 manat qarşılığında İddiaçı ayırmağı öhdəsinə götürmüdür. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, 77 675 manat pul tam məbləğdə İddiaçı tərəfindən «Cavabdeh” MTK-ya ödənilmişdir. İşin araşdırılan hallarından görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etdikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37.1,47.1, 337.5, 421.1-ci maddələrinə istinad edərək heab etmişdir ki, tərəflər arasında müqavilə imzalanmış, sonradan iddiaçıya məlum olmuşdur ki, o, aldadılmış, müqaviləni yanılma halında imzalamışdır. Belə ki, qeyd edilən müqavilənin 3.4-cü bəndinə görə bu müqavilə ödəniş mədaxil qəbzi olduğu halda, etibarlı sayılır və yalnız maliyyə arayışı ilə bağlanan müqavilələr etibarsız sayılır. İş materiallarından göründüyü kimi qeyd edilən müqavilə bağlanandan sonra iddiaçıya mədaxil qəbzi verilməmiş, yalnız maliyyə arayışı verilmişdir. Ona görə də, tərəflər arasında bağlanan müqavilənin şərtləri məhz elə cavabdeh tərəfindən pozulduğundan, müqavilə barədə mübahisə olduğu üçün tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 505 nömrəli mənzil tikintisi haqqında müqavilə elə bağlandığı andan etibarsız hesab edilmiş və İddiaçı müqavilə üzrə ödədiyi 77.675 manat pul cavabdeh «Cavabdeh” MTK tərəfindən ona geri qaytarılması təmin olunmuşdur. İddia tələbini mənəvi ziyan hissəsində qismən təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qərarına istinad etməklə hesab mənəvi zərər üçün 10.000 manat pul tələbi hissəsində etmişdir ki, iddia tələbinin 1000 manat həcmində təmin edilməsinin hüquqi əsası vardır, ona görə də iddia həmin həcmində təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. İddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Tərəflər arasında yaranmış mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mənəvi ziyan hissədə qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsasız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-1406/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-791/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-791/2021
03.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver