Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-8/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (üçüncü şəxslər Şamaxı şəhər Bələdiyyəsi, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi cəlb olunmaqla) qarşı torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma və torpağın istifadəyə qaytarılmasına barədə ilk, Cavabdeh İddiaçı qarşı çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsinə barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması, çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, ilkin iddia üzrə Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-36/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İş materiallarında olan ********** qeydiyyat nömrəli, seriya MA № ******* saylı, 23 may 2012-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı şəhərində yerləşən sahəsi 0,05 ha olan torpaq sahəsi tam pay üzrə İddiaçı məxsusdur.
2. İş materiallarında olan Şamaxı rayon XDS Rəyasət heyətinin 21 iyun 1993-cü il tarixli 6 saylı iclasının protokolundan görünür ki, Şamaxı şəhərin 48a nömrəli məhəlləsindən 500 kv.m həyətyanı torpaq sahəsi (fərdi evin tikilməsinə icazə verilmişdir) İddiaçı təhkim edilmişdir.
3. İş materiallarında olan AN 378744 saylı 21 noyabr 2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şamaxı rayon XDS Rəyasət heyətinin 21 iyun 1993-cü il tarixli qərarı ilə İddiaçı 500,01 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilmişdir.
4. İş materiallarında olan Şamaxı rayon Şamaxı şəhər Bələdiyyəsinin 22 aprel 2005ci il tarixli qərarı ilə Cavabdehna fərdi yaşayış evi tikmək üçün Şamaxı Bələdiyyəsinin ehtiyyat fondunda olan şəhərin 48 A məhəlləsində 600 kv.m torpaq sahəsi satılmışdır.
5. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2019-cu il tarixli 25402 saylı ekspert rəyindən görünür ki, 1-ci sual üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 18 dekabr 2019-cu il tarixli **********91 saylı mülki işə əlavə olunmuş Cavabdehna aid Şamaxı rayon Şamaxı bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli qərarı ilə verilmiş Şamaxı bələdiyyəsinin ehtiyat fondunda olan, şəhərin 48A məhəlləsində 600 kv.m torpaq sahəsinin sxemində istinad nöqtələri olmadığından və miqyas göstərilmədiyindən, Şamaxı rayon XDS Rəyasət Heyətinin 21 iyun 1993-cü il tarixli qərarı əsasında İddiaçı verilmiş, Seriya MA ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus Şamaxı şəhərində yerləşən 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. 2-ci sual üzrə Şamaxı rayon XDS Rəyasət heyətinin 21 iyun 1993-cü il tarixli qərarı əsasında İddiaçı verilmiş, Seriya MA ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ayrılmış torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunub-olunmamasını müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid olmadığı bildirilmişdir. Baxış zamanı mübahisəli torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunub-olunmamasını müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid olmadığı bildirilmişdir. Baxış zamanı mübahisəli torpaq sahəsində hər hansı tikili müəyyən olunmamışdır.
6. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 19 may 2021-ci il tarixli 10/1971 nömrəli ekspert rəyindən görünür ki, 1-ci sual üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin, Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Seriya MA ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmalın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus Şamaxı şəhərində yerləşən 0.05 ha torpaq sahəsinin yerdə (naturada) müəyyən edilmiş koordinatları həmin torpaq sahəsinə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sahəsində göstərilmiş koordinatlar daxilindəki torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahəsi fərqi vardır, 2-ci sual üzrə mütəxəssis tərəfindən cavablandırılmadığından torpaq sahəsinin zəbt edilibedilməməsini müəyyən etmək mümkün olmadı. 3-cü sual üzrə mütəxəssis rəyinə əsasən Şamaxı şəhəri ərazisində tərəflərin iştirakı ilə naturada göstərdikləri mübahisəli 0.0346 ha torpaq sahəsində çöl ölçü işləri aparıldı.
7. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 30 avqust 2024-cü il tarixli 10/4441 nömrəli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2024cü il tarixli 3-21-3-41/2-834/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, mübahisə predmeti olan torpaq sahəsinin naturadakı koordinatları tərəflərin iştirakı ilə PS aləti vasitəsi ilə müəyyənləşdirilmişdir. Mübahisəli torpaq sahəsi naturada 346 kv.m təşkil edir. Naturada koordinatları müəyyən olunmuş mübahisəli 346 kv.m torpaq sahəsi İddiaçı adına olan, ********** qeydiyyat nömrəli çıxarışın xx.xx.2012-ci il arixlİ AA 012627 nömrəli plan və ölçü sənədində və AN 378744 saylı 21 noyabr 2011-ci il tarixli ləğv edilmiş DTXK tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçü sənədində qeyd olunan koordinatlar daxilində olan torpaq sahəsi müqayisələndirilmişdir. Müqayisəli ortofoto görüntüsü metəxəssis rəyinə əlavə olunur. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, mülki işə əlavə olunmuş Cavabdehna aid Şamaxı rayon Şamaxı bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli Qərarı ilə verilmiş Şamaxı şəhərinin 48a məhəlləsində 300 kv.m torpaq sahəsinin sxemində hər hansı bir istinad nöqtəsindən məsafənin göstərilməməsi və miqyasın qeyd edilməməsi səbəbindən Şamaxı Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli Qərarı ilə Cavabdeh fərdi yaşayış evi tikmək üçün ayrılan 48a saylı məhəlləsində yerləşən 600 kv.m torpaq sahəsinin naturada koordinatları müəyyən etmək mümkün olmadı. Lakin iddia etdiyi mübahisəli torpaq sahəsinin faktiki koordinatları naturada müəyyən olundu. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, naturada ölçülmüş mübahisəli 346 kv.m torpaq sahəsi AN 378744 saylı 21 noyabr 2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən Şamaxı rayon XDS Rəyasət Heyətinin 21 iyun 1993-cü il tarixli Qərarı lilə İddiaçı təhkim edilmiş 500,01 kv.m torpaq sahəsinin koordinatları daxilində yerləşir. AN 378744 saylı plan ölçü sənədində qeyd olunmuş 500,01 kv.m torpaq sahəsinin 154,01 kv m hissəsi naturada 3 qonşunun faktiki istifadəsində olan fərdi yaşayış evləri və həyətyanı torpaq sahələri ilə üst-üstə düşür. Mütəxəssis rəyinə əlavə olunmuş ortofoto görüntüsündə qeyd olunan uyğunsuzluq öz əksini tapmışdır. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdehna aid Şamaxı ırayon Şamaxı Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli Qərarı ilə verilmiş Şamaxı bələdiyyəsinin ehtiyat fondunda olan şəhərin 48a məhəlləsində 600 kv.m torpaq sahəsinin sxemində hər hansı bir istinad nöqtəsindən məsafənin göstərilməməsi, miqyasın qeyd edilməməsi və Şamaxı Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli qərarı ilə Cavabdehna fərdi yaşayış evi tikmək üçün ayrılan 48a saylı məhəlləsində yerləşən 600 kv.m torpaq sahəsinin naturada koordinatlarını müəyyən etmək mümkün olmaması səbəbindən Şamaxı Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli Qərarına əlavə edilmiş sxematik plana əsasən Cavabdehna fərdi yaşayış evi tikmək üçün ayrılmış Şamaxı Bələdiyyəsinin ehtiyat fondunda olan şəhərin 48a məhəlləsində 600 kv.m torpaq sahəsi faktiki olaraq öz koordinatları hüdudlarında yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadı. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, mülki işə əlavə olunmuş Cavabdehna aid Şamaxı rayon Şamaxı bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli Qərarı ilə verilmiş Şamaxı bələdiyyəsinin ehtiyat fondunda olan şəhərin 48a məhəlləsində 600 kv.m torpaq sahəsinin göstərilməməsi, miqyasın qeyd edilməməsi Şamaxı Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli Qərarı ilə Cavabdehna fərdi yaşayış evi tikmək üçün ayrılan 48a saylı məhəlləsində yerləşən 600 kv.m. torpaq sahəsinin naturada koordinatlarını sxemində hər hansı bir istinad nöqtəsindən məsafənin müəyyən etmək mümkün olmadığından, AN 378744 saylı 21 noyabr 2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən Şamaxı rayon XDS Rəyasət heyətinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə İddiaçı 500,01 kv.m fərdi yaşayış evi tikmək üçün təhkim edilmiş torpaq sahəsinin sənəd üzrə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Faktiki naturada tərəflər eyni torpaq sahəsinə iddia edirlər. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, tərəflərin naturada iddia etdikləri mübahisəli 346 kv.m torpaq sahəsinə Cavabdeh tərəfindən mişar daşı tökülmüşdür. Mübahisəli torpaq sahəsinin 3 tərəfi qonşular tərəfindən mişar daşı ilə çəkilmiş hasarla həmsərhəddir və həmin mübahisəli torpaq sahəsi üzərində heç bir tikili mövcud deyildir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh naturada faktiki iddia etdiyi Şamaxı şəhəri, 48a məhəlləsində yerləşən torpaq sahəsinin ümumi sahəsi 346 kv.metrdir. Həmin torpaq sahəsində hər hansı tikili yerləşmir. Məlumat üçün bildiririk ki, mübahisəli torpaq sahəsinin Bakı-Şamaxı-Yevlax şosse yolundan hansı məsafədə yerləşməsinin əks etdirən ortofoto görüntüsü mütəxəssis rəyinə əlavə olunur.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraatın təzələnməsi, X3 ilk İddiaçı hüquqi varisi qismində tanınması qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma və torpağın istifadəyə qaytarılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona mülkiyyət hüququ ilə məxsus olan Şamaxı şəhəri ərazisində 0,05 ha torpaq sahəsini qanunsuz zəbt etdiyi üçün həmin torpaq sahəsindən çıxarılaraq, torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Seriya MA, № 0392825, xx.xx.2012-ci il tarixli çıxarışa əsasən o, Şamaxı şəhəri ərazisində 0,05 hektar torpaq sahəsini əldə etməklə həmin torpaq sahəsinin tam mülkiyyətçisidir. Lakin, bu yaxınlarda onun mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunmuş və orada tikinti materialları gətirməklə qanunsuz tikililər aparılmağa başlanmışdır. Cavabdehə dəfələrlə bildirilmişdir ki, o bu hərəkətlərinə son qoysun və torpağı boşaltsın. Lakin, cavabdeh bu iradlara və xəbərdaqlıqlara məhəl qoymamış, guya həmin torpaq sahəsinə əlində sənədinin olduğunu bildirərək torpağı zəbt etməkdə davam edərək orada tikinti işlərini davam etmişdir. Cavabdeh ona qarşı aqressivlik göstərdiyi üçün, məcbur olub bu qanunsuzluqlara son qoyulmasından ötrü hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
11. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına verilmiş Seriya MA № ******* saylı Çıxarışın və A № 378744 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı məhkəmədə torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma və torpağın istifadəyə qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia əsassızdır və rədd edilməlidir. Həmin torpaq sahəsi Şamaxı Bələdiyyəsinin 12 aprel 2005-ci il tarixli qərarı ilə ona satılmışdır. Həmin torpaq sahəsi 14 ildir ki, onun istifadəsindədir. Həmin sahəni düzləşdirərək, daş tökmüşdür, lakin imkanı olmadığı üçün ev inşa etdirə bilməmişdir. Buna baxmayaraq cavabdeh qeyri-qanuni olaraq XDS-nin 21 iyul 1993-cü il tarixli qərarı ilə ilkin torpaq ayırma sənədləri, eləcə də torpaq sahəsinin sxemi olmadan onun yerinə qeyd etdiyi kimi 2012-ci ildə torpaq sahənin planı və ölçüsü, çıxarış alınmışdır. O, həmin sahədən bir gündə olsun istifadə etməmiş, orada olan qonşular onu tanımır və hal-hazıradək ona bu barədə heç bir xəbərdarlıq etməmişdir. Bundan əlavə onun XDS qərarında həmin torpaq sahəsi 600 kv.m yox, 500 kv.m göstərilmişdir. Bütün bunlar onu göstərir ki, onun iddia etdiyi torpaq sahəsi çox güman ki, digər yerdədir və hüquqi sənədləri saxtadır. Odur ki, onun iddia tələbinin rədd edilməsini və onun tələbinin təmin olunmasını istəyir.
13. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-36/2020 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilmiş, Seriya MA № ******* saylı Çıxarışa əsasən ilkin iddia üzrə İddiaçı məxsus olan Şamaxı şəhərində yerləşən sahəsi 0,05 ha olan torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin boşaldılması, İddiaçı istifadəsinə qaytarılması, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manatın ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edlmişdir (hakim Etibar Hümbətov).
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 141.2-ci maddələri, Torpaq Məcəlləsinin 84.1, 84.3, 111ci maddəsi, Mülki Prosessual Məcəllənin 107, 115, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən ilk iddia üzrə Cavabdeh apelyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-36/2020 nömrəli qətnaməsinin ləğv edib onun iddiasının təmin edilməsini xahiş etmişdir.
16. İlk iddia üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma və torpağın istifadəyə qaytarılmasına dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona mülkiyyət hüququ ilə məxsus Şamaxı şəhəri ərazisində 0,05 ha torpaq sahəsini qanunsuz zəbt etdiyi üçün həmin torpaq sahəsindən çıxarılaraq, torpaq sahsinin boşaldılması və torpaq səsinin istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh X4 qarşı çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavadeh İddiaçı adına verilmiş seriya MA №0392825 saylı Çıxarışın və A №378744 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli, 2(074)-36/2020 saylı qətnaməsi ilə ilkin iddia təmin edilmiş, Seriya MA № ******* saylı çıxarışına əsasən ilkin iddia üzrə iddiaçı X4 məxsus olan Şamaxı şəhərində yerləşən sahəsi 0,05 ha olan torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsi boşaldılması və idiidaçı İddiaçı istifadəsinə qaytarılması qət edilmişdir. Qarşılıqlı iddiaçı üzrə iddiaçı Cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. O, bu qətnamə ilə razı deyil. Həmin torpaq sahəsini Şamaxı Bələdiyyəsinn 22 aprel 2005-cı il tarixli 73 saylı Qərarı ilə Bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan şəhərin 48"a" saylı məhəlləsində fərdi yaşayış evi tikmək üçün 600 m2 torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinin aldıqdan sonra o, yeri düzləyərək 3 maşından çox daş tökmüşdür. Əgər İddiaçı əlində sənədi olduğu halda nə üçün həmin torpaq sahəsinin onun olduğu barədə məlumat verməmiş, 2012-cı ildə həmin torpaq sahəsinə çıxarış almışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh və onun vəkili Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını xahış etdilər.
19. Məhkəmə iclasını vaxtı və yeri haqqında məlumatlandırılmış ilk İddiaçı hüquqi varisi X6, üçüncü şəxslər Şamaxı şəhər Bələdiyyəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
20. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
22. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
24. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
27. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
Mülki Prosessual Məcəllə
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
33. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
34. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
38. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
Apellyasiya baxışının hədləri
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
41. Apellyasiya şikayətindən görünür ki, ilk iddia üzrə Cavabdeh apelyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-36/2020 nömrəli qətnaməsinin ləğv edib onun iddiasının təmin edilməsini xahiş etmişdir.
42. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi – “ilk iddianın təmin edilməsi, Seriya MA № ******* saylı Çıxarışa əsasən ilkin iddia üzrə İddiaçı məxsus olan Şamaxı şəhərində yerləşən sahəsi 0,05 ha olan torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin boşaldılması, İddiaçı istifadəsinə qaytarılması”na dair hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. İşin hallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma və torpağın istifadəyə qaytarılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona mülkiyyət hüququ ilə məxsus olan Şamaxı şəhəri ərazisində 0,05 ha torpaq sahəsini qanunsuz zəbt etdiyi üçün həmin torpaq sahəsindən çıxarılaraq, torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
45. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına verilmiş Seriya MA № ******* saylı Çıxarışın və A № 378744 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
46. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2014-cü il tarixli 2(105)-8/2024 nömrəli qərardadı ilə, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)- 36/2020 nömrəli qətnaməsinin qismən - “qarşılıqlı iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsinə dair” qarşılıqlı iddiasına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
47. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
48. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 30 avqust 2024-cü il tarixli 10/4441 nömrəli ekspert rəyindən görünür ki, naturada ölçülmüş mübahisəli 346 kv.m torpaq sahəsi AN 378744 saylı 21 noyabr 2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən Şamaxı rayon XDS Rəyasət Heyətinin 21 iyun 1993-cü il tarixli Qərarı lilə İddiaçı təhkim edilmiş 500,01 kv.m torpaq sahəsinin koordinatları daxilində yerləşir. Cavabdeh aid Şamaxı ırayon Şamaxı Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli Qərarı ilə verilmiş Şamaxı bələdiyyəsinin ehtiyat fondunda olan şəhərin 48a məhəlləsində 600 kv.m torpaq sahəsinin sxemində hər hansı bir istinad nöqtəsindən məsafənin göstərilməməsi, miqyasın qeyd edilməməsi və Şamaxı Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli qərarı ilə Cavabdeh fərdi yaşayış evi tikmək üçün ayrılan 48a saylı məhəlləsində yerləşən 600 kv.m torpaq sahəsinin naturada koordinatlarını müəyyən etmək mümkün olmaması səbəbindən Şamaxı Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli Qərarına əlavə edilmiş sxematik plana əsasən Cavabdeh fərdi yaşayış evi tikmək üçün ayrılmış Şamaxı Bələdiyyəsinin ehtiyat fondunda olan şəhərin 48a məhəlləsində 600 kv.m torpaq sahəsi faktiki olaraq öz koordinatları hüdudlarında yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadı. Cavabdeh naturada faktiki iddia etdiyi Şamaxı şəhəri, 48a məhəlləsində yerləşən torpaq sahəsinin ümumi sahəsi 346 kv.metrdir. Həmin torpaq sahəsində hər hansı tikili yerləşmir.
49. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
50. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinin təmin etməklə düzgün nəticəyə gəlmişdir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
52. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir.
53. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
54. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir.
55. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
56. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi – “ilk iddianın təmin edilməsi, Seriya MA № ******* saylı Çıxarışa əsasən ilkin iddia üzrə İddiaçı məxsus olan Şamaxı şəhərində yerləşən sahəsi 0,05 ha olan torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin boşaldılması, İddiaçı istifadəsinə qaytarılması”na dair hissədə dəyişdirilmədən saxlanılmalıdır.
57. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-36/2020 nömrəli qətnaməsi-“ilk iddianın təmin edilməsi, Seriya MA № ******* saylı Çıxarışa əsasən ilkin iddia üzrə İddiaçı məxsus olan Şamaxı şəhərində yerləşən sahəsi 0,05 ha olan torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin boşaldılması, İddiaçı istifadəsinə qaytarılması”na dair hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.