Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-80/2025 24.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X29, Cavabdeh2 və X12 qarşı mülki iş üzrə (Açar sözlər: zəbt olunmuş torpağın geri qaytarılması və tikilinin sökülməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X6 və X7 ibarət tərtkibdə, iddiaçı, eyni zamanda digər İddiaçı1 nümayəndəsi İddiaçı2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Qusar Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(029)-31/2020 saylı qətnaməsindən cavabdeh X33 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X29, Cavabdeh2 Mülküm oğluna və X12 qarşı iddia ərzisəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonun Hil kəndində yerləşməklə onlara məxsus olan 2.17 ha torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehlər X27, Cavabdeh2 Mülküm oğlunun və X10 çıxarılması, torpaq sahəsinin onlara qaytarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçıların nümayəndəsi və İddiaçı2 məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2385 KOD 30111018 saylı dövlət aktına əsasən Qusar rayonu Hil kəndində yerləşən torpaq sahəsinin şərq istiqamətində 0.06 ha torpaq sahəsinin cavabdeh X25, qərb istiqamətində 0.099 ha torpaq sahəsinin cavabdeh X8, cənub istiqamətində isə 30 kv.metr torpaq sahəsinin Cavabdeh2 Mülküm oğlundan alınıb onlara qaytarılmasına, cavabdeh X27 həmin torpaq sahəsində inşa etdiyi 146.5 kv.metr sahəsi olan fərdi yaşayış evinin öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbi onunla əsaslandırıb ki, dövlət tərəfindən ona və onun ailə üzvilərinə pay verilmiş 2.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini onlar təyinatı üzrə istifadə edərək gəlir əldə edirlər. Lakin son bir neçə ildir ki, həmin torpaq sahəsinin müəyyən hissələri iş üzrə cavabdehlər X33, Cavabdeh2 Mülküm oğlu və X17 tərəfindən zəbt edilərək istifadə edilir. Həmçinin həmin torpaq sahəsində cavabdeh X33 tərəfindən orada fərdi yaşayış evi inşa olunmuşdur. Həmin torpaq sahəsinin buraxılması barədə cavabdehlərə müraciət etmişlər. Lakin cavabdehlər onların müraciətlərinə məhəl qoymadan öz qanunsuz hərəkətlərini davam etdirir və torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunması səbəbindən onlar öz mülkiyyətlərindən sərəbəst şəkildə istifadə edə bilmirlər.
4. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
5. Qusar Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(029)-31/2020 nömrəli qətnaməsi ilə (hakim Rafiq Kazımov) iddia təmin edilərək, Qusar rayonun Hil kəndi ərazisində yerləşən JN-2385 KOD 30111018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən iddiaçılar İddiaçı2, X3, X4 və mərhum X13 məxsus torpaq sahəsinin şərq istiqamətində 0.06 ha torpaq sahəsindən cavabdeh X33, qərb istiqamətində 0.099 ha torpaq sahəsindən cavabdeh X17, cənub istiqamətində isə 30 kv.metr torpaq sahəsindən Cavabdeh2 Mülküm oğlunun çıxarılmaları, həmin torpaq sahələrinin iddiaçılara qaytarılması, cavabdeh X27 həmin torpaq sahəsində inşa etdiyi 146.5 kv.metr sahəsi olan fərdi yaşayış evinin X27 öz hesabına sökülməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi iş materiallarındakı sənədlərə əsasən müəyyən etmişdir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçılara məxsusdur və cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahəsi zəbt olunmuşdur.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1, 157.1, 157.2, 157.4, 157.8-ci, Torpaq Məcəlləsinin 84, 111-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1, 9.1, 9.3, 88, 217 və 218-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
8. Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın ona aid hissədə rədd olunmasını xahiş etmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-7/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Qafari Səyyad Ağaəli oğlu (sədrlik edən və məruzəçi) X34 və X14) apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(029)-31/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-7/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına geri qaytarılmasını xahiş etmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2142/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-7/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin mübahisələndirilən hissədə yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iş materiallarındakı ekspert rəyinə əsaslandığını, lakin hansı koordinatlar üzrə torpağın zəbt olunduğunun görünmədiyini, rəyin özünün tam olmadığı, torpaq sahəsinin şərq hissəsindən 0,06 ha ərazinin boşaldılması qətnamədə göstərilsə də bu ərazinin üçbucaq, dairəvi, ellipis və kvadrat, ümumiyyətlə hansı formada olacağının aydın olmadığını, bununla da məhkəmənin ekspert rəyinə, sübutlara obyektiv hərtərəfli, qiymət verməməsi düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, tərəflər arasında barışıq olmamışdır. Yenidən məhkəmə-ekspertizası keçirilməsini xahiş edir, vəsatəti də elektron formada məhkəməyə təqdim etmişdir. Hesab edir ki, zəbt olunmuş ərazisinin hansı formada olmasını dəqiqləşdirmək üçün məhkəmə ekspertizası keçirilməlidir. 2013-cü ildə evin tikintisi üçün icazə alınıb. Torpaq sahəsinin hansı formada, oval və yaxud kvadrat formasında zəbt edilməsi göstərilməlidir. Həmçinin, cavabdeh iddia edir ki, yeni elektron xəritələşmə ilə bağlı mübahisəli torpaq sahəsi artıq onun mülkiyyətinə verilmişdir. Eskpert rəyi köhnə mütəxəssis rəyinə əsaslanaraq tərtib olunub, ekspert rəyi ilə razı deyil, qarşı tərəflə barışıq yoxdur. Təmsil etdiyi şəxs torpaq sahəsinin zəbt olunmadığını, ona məxsus olduğunu bildirir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
15. Məhkəmə kollegiyasının iclasında iddiaçı, eyni zamanda digər İddiaçı1 nümayəndəsi İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, qarşı tərəf qohumlarıdır. Barışıq əldə olunması mümkündür. Cavabdehlərdən Cavabdeh2 yarım sot torpağa görə ona 1500 manat pul təklif etmiş, lakin qəbul etməmişdir. Zəbt etdiyini ona bağışlamışdır. Rayonda torpağın sotu 1000 manatdır. Orucov Sultalının oğluna bir neçə dəfə barışıq təkif etmişdir. O da qarşı tərəfin evinin sökülməsini istəmir. Lakin qarşı tərəf razılığa gəlmir. Mübahisəli ev 2017-ci ildə tikilib. Torpağın sərhədlərini bilməmişdir. 2017-ci ilin sonlarında torpaq sahəsinin zəbt olunduğunu öyrənib. Torpağı zəbt edən digər cavabdehlər artıq torpaq sahəsindən çıxıblar. Torpağın təyinatı kənd təsərrüfatlıdır. Hazırda yollar onun torpağından keçir. Yolu bağlayan kimi polisə müraciət edirlər. Qarşı tərəflə razılığın əldə olunmasını və evinin sökülməməsini istəyir, lakin qarşı tərəf razılığa gəlmir. Torpaq sahəsinin ona məxsus olduğunu bildirir. Torpaq sahəsinin zəbt olunmasını kənd sakinlərinin onun barəsində şikayətindən sonra öyrənmişdir. Belə ki, onlar yol dar olduğu üçün yolun genişlənməsini tələb etmişlər. Ona qədər torpaq sahəsinin zəbt olunmasından xəbərsiz olmuşdur. Zəbt edilmiş torpaq sahəsinin əvəzinə 6000 manat verildiyi təqdirdə, zəbt olunmuş torpaq sahəsinin cavabdehin mülkiyyətinə keçirməyə razıdır. Cavabdeh isə razı olmur. Buna görə də apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh2 və X12 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
17. JN-2385 KOD 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli 17/3 saylı qərarı ilə və Qusar rayon məhkəməsinin 12 aprel 2006cı il tarixli 158a saylı qətnaməsi ilə X11, X1, X2 və X9 mülkiyyətlərinə Qusar rayonu Hil kəndi ərazisindən 2.17 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
18. AZ seriyalı, 097198 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X18 03 noyabr 2001-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 noyabr 2001-ci il tarixdə 36 nömrə ilə qeyd edilmişdir.
19. JN-636 KOD 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 6/6 saylı qərarı ilə Cavabdeh1 və X19 mülkiyyətlərinə Qusar rayonu Hil kəndi ərazisindən 0.95 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
20. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis, Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2020-ci il tarixli 30572 nömrəli, 28 fevral 2025-ci il tarixli, 10/8795 nömrəli ekspert rəylərindən görünür ki, Qusar rayonunun Hil kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN2385 KOD 30111018 saylı Dövlət Aktına əsasən İddiaçı2, X3, X5 və X13 məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.31 hektar olduğu və həmin ölçülərin hüquqmüəyyənedici sənədə uyğun olmadığı, Torpağın mülkiyyətə verilməsinə dair JN-2385 KOD 30111018 saylı Dövlət Aktına əsasən Qusar rayonunun Hil kəndində yerləşən torpaq sahəsinin şərq istiqamətdə (0,06 ha torpaq sahəsi) X33, qərb istiqamətində (0,099 ha torpaq sahəsi) X17, cənub istiqamətində isə (30 kv.metr torpaq sahəsi) Cavabdeh2 Mülküm oğlu tərəfindən istifadə olunduğu və eləcə də tədqiq olunan torpaq sahəsində cavabdeh X27 fərdi yaşayış evi (146,5 kv.m) tikdiyi müəyyən olunmuşdur.
Tətbiq edilən hüquq
21.Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 11.
1. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir. Maddə 13.
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiya)
4. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir.
Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
24. Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
25. Məhkəmə kollegiyası tərəfindən Qusar Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(029)-31/2020 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı Cavabdeh1 münasibətdə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(029)-31/2020 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, JN-2385 KOD 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçının birgə mülkiyyətinə 2385 L nömrəli cizgidə 5453,87 kv.m və 2358 nömrəli cizgidə 16242,85 kv.m sahədən ibarət, ümumi sahəsi 2.17 hektar, JN-636 KOD 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən isə Cavabdeh1 birgə mülkiyyətinə Qusar rayonu Hil kəndi ərazisində, dörd cizgidə yerləşməklə (636 K nömrəli cizgidə 3061,76 kv.m, 636 W nömrəli cizgidə 1326,91 kv.m, 636 A nömrəli cizgidə 1113,38 kv.m və 636 nömrəli cizgidə 4001,22kv.m) 0.95 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçıya məxsus 2385 L nömrəli cizgidə yerləşən 5453,87 kv.m sahədən ibarət torpaq sahəsi cavabdehə məxsus 636 K nömrəli cizgidə yerləşən 3061,76 kv.m sahədən ibarət torpaq sahəsi ilə paralel yerləşməklə, bir torpaq sahəsini digərindən kənd yolu ayırmaqdadır.
28. Yuxarıda istinad olunan mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçının birgə mülkiyyətində olan JN-2385 KOD 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında, 2358 L cizgisində yerləşən 5453,87 kv.m torpaq sahəsinin 600 kv.m (0,06 ha) hissəsi cavabdeh X33 tərəfindən zəbt edimiş, həmçinin həmin zəbt edilmiş hissədə cavabdeh X33 tərəfindən 146,5 kv.m sahədən ibarət fərdi yaşayış evi tikilmişdir. Zəbt olunmuş torpaq sahəsinin ölçüsü və konfiqurasiyası mütəxəssis rəyinin plan sxemində göstərimişdir.
29. Bu fakt məhkəmə kollegiyası tərəfindən ekspertizanın keçirilməsi ilə əlaqədar torpaq sahəsinə yerində baxışla, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının plan cizgiləri və “Google Earth” proqramından əldə edimiş torpaq sahələrinin və fərdi yaşayış edinin peyk görüntüsünün qatşılıqlı təhlili ilə də təsdiq olunmaqdadır. Belə ki, iddiaçıya məxsus JN-2385 KOD 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan 5453,87 kv.m torpaq sahəsinin 2358 L cizgisindən və iddiaçıya məxsus JN-636 KOD 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktınada qeyd olunan 3061,76 kv.m torpaq sahəsinin 636 K nömrəli cizgisindən görünür ki, həmin torpaq sahələri arasındakı kənd yolu düz xətlə davam etməkdədir. Lakin, yerində baxış zamanı müəyyən edilməklə yanaşı, həmçinin “Google Earth” proqramından əldə edilərək iş materiallarında əlavə edilmiş peyk görüntüsündən də göründüyü kimi cavabdeh özünə məxsus torpaq sahəsinin sərhədlərindən kənara çıxıb, iddiaçıya məxsus kənd təsərrüfatlı torpaq sahəsini zəbt etmiş, zəbt etdiyi torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir ki, cavabdehin bu hərəkətləri həmin torpaq sahələri arasındakı düz xətlə davam edən kənd yolun dəyişməsinə və əyilməsinə səbəb olmuşdur. Hazırda istifadə olunan yol isə iddiaçının mülkiyyətində olan torpaq sahəsi olmuşdur.
30. Məhkəmə kollegiyası tərəfindən fərdi yaşayış evi sökülmədən, yəni evə gedişgəliş yolu nəzərə alınmaqla 146,5 kv.m fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətinə keçməsi ilə bağlı tərəflər arasında barışığın əldə edilməsi və 0,06 ha torpaq sahəsinin zəbt edilmiş digər hissəsinin iddiaçının sahibliyinə geri qaytarılmasının mümkünlüyü ilə bağlı müvafiq ekspertiza təyin edilsə də bununla bağlı müvafiq rəy verilməmişdir. Lakin, məhkəmə kollegiyası müvafiq mütəxəssis və ekspertiza rəyi olmadan da həmin halın qeyri-mümkün olmasını müəyyən etmişdir. Belə ki, hazırda iki torpaq sahəsi arasında olan və yol kimi istifadə olunan torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsinin də iddiaçının faktiki sahibliyinə qaytarılmalı olması nəzərə alındıqda, iddiaçı tərəfindən fərdi yaşayış evi sökülmədən yolun əvvəlki vəziyyətinə qaytarılması halında cavabdehin inşa etdiyi evlə öz mülkiyyətində olan torpaq sahəsi arasındakı əlaqə kəsilir. Yalnız iki torpaq sahəsi arasında olan və yol kimi istifadə olunan torpaq sahəsinin iddiaçının faktiki sahibliyinə qaytarılması isə kənd yolunun ümumiyyətlə bağlanmasına səbəb olur. Digər tərəfdən isə cavabdeh tərəf istər 0,06 ha torpaq sahəsinin, istərsə də gediş-gəliş yolu nəzərə alınmaqla 146,5 kv.m fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin dəyərinin iddiaçıya ödənilməsi ilə bağlı barışıq təklifinə razılıq verməmişdir.
31. Məhkəmə kollegiyası cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinə münasibətdə iddiaçının hərəkətlərində hər hansı bir hüquqdan sui-istifadə halına yol verməsini də müəyyən etməmişdir. Belə ki, işin mübahisəsiz hallarına əsasən torpaq sahələri kənd təsərrüfatlı təyinatlı torpaq sahələri olmuşdur. İddiaçı öz torpaq sahəsinin sərhdələrini dədiq bilmədiyini, mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsindən yalnız ümumi istifadədə olan yolun dar olması və genişləndirilməsi ilə bağlı kənd camaatının tələbləri və şikayətindən sonra məlumatlı olmasını bildirmişdir. Bunula əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahələri kənd təsərrüfatlı təyinatlı torpaq sahələri olduğundan və adəti üzrə həmin torpaq sahələrinin hasarlanması həyata keçririlmədiyindən torpaq mülkiyyətçilərinin torpaq sahələrinin sərhədlərini dəqiq müəyyən edə bilməməsi mümkün olan haldır. Lakin, iş materiallarında olan Qusar RİHB Aparatının Mematlıq və Tikinti şöbəsinin 15 aprel 2013-cü il tarixli razılığından görünür ki, JN-636 KOD 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktınada qeyd olunan 636K cizgisində yerləşən 3061,76 kv.m torpaq sahəsində kənd təsərrüfatlı məhsulların istehsalı üçün yardımçı tikilinin inşasına etiraz edilməmişdir. Lakin, cavabdeh X33 yuxarıda istinad olunan torpaq qanunvericiliyinin tələbini pozaraq, özgəsinin kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində 146,5 kv.m sahədən ibarət fərdi yaşayış evi inşa etmişdir. Hərçənd ki, cavabdeh X20 təsərrüfatlı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin inşa etdiyi halda ən pis halda öz torpaq sahəsinin sərhədlərini dəqiq müəyyən etmək vəzifəsi daşımışdır.
32. Beləliklə, iddiaçının birgə mülkiyyətində olan 5453,87 kv.m torpaq sahəsinin 600 kv.m hissəsinin cavabdeh X33 tərəfindən zəbt edilməsi, zəbt edilmiş hissədə cavabdeh X33 tərəfindən 146,5 kv.m sahədən ibarət fərdi yaşayış evinin tikilməsi və cavabdehin bu hərəkətlərinin torpaq sahələri arasındakı ümumi istifadədə olan kənd yolunun istiqamətinin dəyişməsinə səbəb olması müəyyən edilmişdir. Həmçinin, iddiaçı cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinə münasibətdə hüquqdan sui-istifadə halına yol verməmişdir. Bununla yanaşı iddiaçı vicdanlılıq prinsipinə uyğun olaraq inşa edilmiş fərdi yaşayış evinin sökülməməsi üçün cavabdeh tərəfindən zəbt edilmiş 0,06 ha torpaq sahəsinə görə 6000 manat müqabilində həmin torpaq sahəsini cavabdehin mülkiyyətinə keçməsinə razı olsa da cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini əsassız olaraq iddia etməklə, iddiaçının bu təklifi ilə razı olmamışdır ki, bununla da inşa etdiyi evin sökülməsi halında düşəcəyi zərərlə bağlı riski özü daşımışdır.
33. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(029)-31/2020 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.