Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-801/2024 11.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxslər X2 və X4 qarşı torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə və müdaxiləyə son qoyulması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-24/2024 nömrəli, 09 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Cəlilov) iddianın təmin edilməsi, Cavabdeh tərəfindən Qusar rayonu Qullar kəndində yerləşən İddiaçı məxsus olan, xüsusi mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmaqla reyestr nömrəsi ********** saylı xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş 2.0377 ha torpaq sahəsinə edilən qanunsuz müdaxiləyə, maneçiliklərə son qoyulması, bu cür hərəkətlərin edilməsi Cavabdeh qadağan edilməsi, Cavabdeh İddiaçı məxsus torpaq sahəsinin 0.5199 ha hissəsindən çıxarılması, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının ********** saylı xx.xx.2018-ci il tarixli saylı rəyi üzrə 50 (əlli) manat təşkil edən məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesabAZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh və üçüncü şəxslər X2 və X4 qarşı “torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə və müdaxiləyə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Qusar rayonu Qullar kəndində yerləşən ona məxsus olan, xüsusi mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmaqla reyestr nömrəsi ********** saylı xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş 2.0377 ha torpaq sahəsinə edilən qanunsuz müdaxiləyə, maneçiliklərə son qoyulması, bu cür hərəkətlərin edilməsini Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon Qullar kəndində ona məxsus 2.0377 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini almış və həmin torpaq sahəsinin xüsusi mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmaqla reyestr nömrəsi ********** saylı, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra o, mülkiyyətçi olduğu həmin torpaq sahələrinin ətrafını metal torla bağlamaq və həmçinin tikinti işlərinə başlamaq istədikdə Qusar rayon Qullar kənd sakini Cavabdeh həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş və tikinti işlərinin aparmasına mane olmağa başlamışdır. Dəfələrlə qeyd olunan həyətyanı torpaq sahələrinin onun tərəfindən rəsmi qaydada alındığını, ona məxsus olduğunu və bu qanunsuz hərəkətlərindən çəkinməyini tələb etsə də, onun xəbərdarlıqlarına məhəl qoymadan tikinti işlərinin icrasını mümkünsüz etmişdir. Cavabdeh tərəfindən ona məxsus sahənin istifadəsinə maneəçilik törədir, onun həmin torpaqdan istifadə etməyini mümkünsüz etmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən mülkiyyətinə məxsus torpaq sahələrindən istifadə etməyinə törədilən maneçilik tam qanunsuzdur və həmin maneçilik onun mülkiyyət hüququna qanunsuz və əsassız müdaxilədir. Bu səbəbdən də hesab edir ki, həmin müdaxiləyə son qoyulmalı, Cavabdeh tərəfindən törədilən maneçiliklər aradan qaldırılmalı və maneçiliklə bağlı hərəkətlərə son qoyulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Qusar Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyi ilə razı deyil. Əvvəla ona görə ki, mütəxəssis ərazini ölçərkən onun, anasının və bacısının torpaq sahəsinin koordinantlarını müəyyən etməmiş, iddiaçının torpaq sahəsi ilə ona məxsus hüquqmüəyyənedici sənədlərə uyğun torpaq sahələrinin müqayisəli koordinatlarını aparmamışdır. Həmçinin mütəxəssis rəyində “İddiaçı məxsus Qusar rayonun Qullar kəndində yerləşən torpaq sahəsinin naturada ölçüləri, faktiki koordinatlar əsasında torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə 1.5178 ha təşkil edir və həmin ölçülər hüquqmüəyyənedici sənədə uyğun deyildir”. Göründüyü kimi iddiaçının torpaq sahəsi naturada uyğun olmamışdır, onu yalnız dəqiqləşdirərək rəy vermişlər. Həmçinin həmin rəydə “İddiaçı məxsus Qusar rayonu Qullar kəndində yerləşən torpaq sahəsinin sxematik planına uyğun olaraq künc koordinatları torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən sərhədlərin müəyyən edilməsi mümkündür”. Rəydə daha sonra qeyd olunur ki, “Torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən həmin torpaq sahəsinin 0.5199 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur”. Halbuki rəy verilən zaman Dövlət reyestrindən verilmiş çıxarışa istinad edilməli idi. Həmçinin mütəxəssis torpaq sahəsinə gəlmədiyi halda iddiaçının torpaq sahəsinin nə qədər hissəsinin istifadə etməyini necə müəyyən etməsi ona qaranlıq qalmışdır. Beləliklə torpaq sahələrini faktiki istifadə vəziyyəti ilə hüquqmüəyyənedici sənədlərdə olan koordinantlar arasında ziddiyyət var, təkrar olaraq məhkəmə tərəfindən ekspertiza keçirilməli olduğu halda məhkəmə təkrar ekspertiza keçirməmişdir. Torpaq sahələri Aqrar İslahat keçirilən vaxtdan onların istifadəsində olmuş, həmin torpaq sahələrində fındıq bağı salaraq istifadə etmişdir. Hazırda əgər iddiaçının torpaq sahəsini zəbt etmişdirsə, bəs ona məxsus torpaq sahəsi haradadır. İddiaçı torpaq sahəsini başqa şəxsdən almış, əslində torpaq sahəsi tamamilə yerindədir. Sadəcə olaraq mütəxəssis rəyi düzgün olaraq verilməmiş, məhkəmə tərəfindən ona təkrar ekspertiza keçirilməsi ilə bağlı müddət verilməmiş, iş üzrə ekspertiza rəyi təqdim olunan gün yekun məhkəmə aktı qəbul edilmişdir, işin bütün halları faktiki olaraq araşdırılmamışdır. İş üzrə təkrar ekspertiza təyin edilməli, ekspertiza rəyi təqdim olunduğu vaxt yekun məhkəmə aktı çıxarıldığı üçün təkrar ekspertiza keçirilməsi barədə vəsatət verə bilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə üçüncü şəxslər X2 və X4 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh İddiaçı məxsus torpaq sahəsinin 0.5199 ha hissəsindən çıxarılması hissəsində ləğv edilməli, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni iddiaçı tərəfin öz iddiasının əsası kimi istinad etdiyi halları tam sübuta yetirməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməklə, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, Qusar rayonu Qullar kəndində yerləşən 2.0377 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə və müdaxiləyə son qoyulması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.4-cü maddəsi). Qanunun mənasından da göründüyü kimi bu maddədə əşyanı mülkiyyətçinin sahibliyindən götürmədən mülkiyyət hüququnun həyata keçirməsinə maneələr törədən hərəkətlərdən müdafiə üsulu da nəzərdə tutulmuşdur. Bu iddia mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırılması haqqında mülkiyyətçinin tələbidir. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyətini pozur. Çünki əmlak onun sahibliyindən çıxmır və onu həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir. Bu halda mülkiyyətçi belə hərəkətlərə son qoyulmasını tələb edə bilər. Lakin belə hərəkətlərə son qoyulmazsa, mülkiyyətçi onlara son qoyulmasını məhkəmə qaydasında tələb edə bilər. Birinci instansiya məhkəməsində icraat zamanı işin araşdırılmış hallarına əsasən Cavabdeh tərəfindən Qusar rayonu Qullar kəndində yerləşən İddiaçı məxsus olan, xüsusi mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmaqla reyestr nömrəsi ********** saylı xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş 2.0377 ha torpaq sahəsinə Cavabdeh tərəfindən qanunsuz müdaxilə edildiyi iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8149 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Bu hal istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışı zamanı verdiyi izahatı ilə bir daha öz təsdiqini tapmış olur. Məhkəmə kollegiyası həmçinin təkrar ekspertiza keçirilməsi barədə cavabdehin dəlilinə gəldikdə hesab edir ki, qeyd olunan ekspert rəyinin əsassızlığı ilə bağlı hər hansı bir hal müəyyən edilmədiyindən, təkrar ekspertizanın təyin edilməsinə lüzum yoxdur. Halbuki, Mülki Prosessual Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertizanı başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi hallar yəni maneənin yaradılması, iş materialları və cavabdehin izahatı ilə öz təsdiqini tapdığından, iddianı təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlmişdir. Lakin mübahisəni həll edən birinci instansiya məhkəməsi iddiaçının mübahisəli torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə və müdaxiləyə son qoyulması, bu cür hərəkətlərin edilməsinin Cavabdeh qadağan edilməsini xahiş etdiyi halda, məhkəmə iddia tələbindən kənara çıxaraq (tələb olmadığı halda), Cavabdeh İddiaçı məxsus torpaq sahəsinin 0.5199 ha hissəsindən çıxarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3. maddəsinə görə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Mülki Prosessual Məcəllənin 218.3. maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qanunun mənasına görə məhkəmə işdə iştirak edən şəxslərin verdikləri tələblərdən kənara çıxa bilməz və verilməyən tələblər üzrə qətnamə çıxara bilməz. Başqa sözlə məhkəmə yalnız həmin tələblərə baxmalı və yalnız həmin tələblər üzrə qətnamə çıxarmalıdır. Lakin qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 218.3. maddəsinin tələbini pozaraq iddia tələbindən kənara çıxmışdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli qətnaməsi Cavabdeh İddiaçı məxsus torpaq sahəsinin 0.5199 ha hissəsindən çıxarılması hissəsində ləğv edilməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli qətnaməsi Cavabdeh İddiaçı məxsus torpaq sahəsinin 0.5199 ha hissəsindən çıxarılması hissəsində ləğv edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-801/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-801/2024
11.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver