Məhkəmə qərarları › İş №2(105)-802/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-802/2025

17.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-802/2025 17.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, X3 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-578/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim V.Şirəliyeva) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1, X3 və Cavabdeh3 Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12- də yerkəşən 58 saylı mənzildən çıxarılması qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli məktubuna əsasən, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, X3 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və X2 üzrə Dövlət Komitəsi) 2(060)-578/2025 nömrəli mülki iş üzrə cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh3 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-578/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətləri daxil olmuş, şikayətlərin mümkünlüyü məsələsinə baxılması ilə əlaqədar mülki işin Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh2, X3 və Cavabdeh3 tərəfindən daxil olmuş apellyasiya şikayətlərinə baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6. maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh2, X3 və Cavabdeh3 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2025-ci il tarixli qətnaməsindən verilmiş şikayətə baxılması üçün mülki işin icraata qəbul edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 may 2025-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş apellyasiya icraatından çıxarılaraq, Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 269, 365, 384.0.6-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Apellyasiya şikayətinin icraata götürülməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 may 2025-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılaraq, cavabdehlər Cavabdeh2, X3 və Cavabdeh3 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2025-ci il tarixli qətnaməsindən verilmiş şikayətə baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar