Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-803/2025 24.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt Elektrik Stansiyası Məhdud Məsulı̇ yyətli Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Elektrik Stansiyası Məhdud Məsulı̇ yyətli Cəmiyyətinə qarşı "əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(060)-542/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia qaldıraraq, "xxxx" MMC-nin direktoru E.X.Xudaverdiyevin xx.xx.2024-cü il tarixli, 46-KŞ saylı əmrinin ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi, mediasiya üçün ödənilmiş 60 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin direktoru E.X.Xudaverdiyevin (bundan sonra cavabdeh) xx.xx.2024-cü il tarixli, 46-KŞ saylı əmrinə əsasən onun, İddiaçı Azərbaycan Respublikası ƏMnin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilməsi qərara alınmışdır. Cavabdeh müəssisəyə 2009-cu ildən aparıcı hüquq məsləhətçisi vəzifəsinə işə qəbul olunmuşdur. İşdən azad olunan günə kimi də həmin vəzifədə çalışmışdır. 23 may 2024-cü il tarixində səhər işə başlayarkən ona müəssisənin direktorunun adından yazılı xəbərdarlıq təqdim olundu. Xəbərdarlıqda qeyd olunurdu ki, "xxxx" ASC-nin istehsal müəssisələrində hüquqi sənədlərlə bağlı fəaliyyət mərkəzləşdirilmiş qaydada "xxxx" ASC-nin Hüquq şöbəsi tərəfindən aparıldığı üçün "xxxx" MMC-də aparıcı hüquqşünas vəzifəsi ləğv olunmuşdur və 9 həftədən sonra əmək müqaviləsinə xitam veriləcək. Ona təqdim edilən xəbərdarlıqda hüquq məsləhətçisi vəzifəsinin ləğvi üçün ciddi bir dəlil göstərilməmişdir. Cavabdeh müəssisədə 15 il iş təcrübəsi olan mütəxəssis kimi şəhərin ən böyük sənaye müəssisəsinin fəaliyyətində qanuni prosedurların təmin olunmasında, aidiyyəti dövlət idarə və təşkilatları ilə işgüzar əlaqələrin saxlanması və əməkdaşlıq münasibətlərinin tənzimlənməsi, müəssisədən asılı olmayan səbəblərdən hələ də həllini tapmayan kifayət qədər hüquqi məsələlələrin həllinə nail olmaq üçün hüquq məsləhətçisi xidmətinə ehtiyac olduğu halda cavabdehin hansı niyyətlə müəssisədə ştatın və işçinin ixtisarı qərarına gəlməsi anlaşılmazdır. Xəbərdarlıqda o da qeyd olunmuşdur ki, ştatın ləğv edilməsi ilə əlaqədar bütün hüquqi məsələləri "xxxx" ASC-nin hüquq şöbəsi aparacaqdır. Göründüyü kimi hüquq məsləhətçisi ştatının ləğvi müəssisədə iş həcminin azalması ilə bağlı deyil, bu işlərin "xxxx" ASC-nin Hüquq şöbəsinə ötürülməsi ilə bağlıdır. Bu halda isə işçinin (onun) ixtisar olunmağı deyil, "xxxx" ASC-nin hüquq şöbəsinə keçirilməyi daha qanuni, ədalətli və məntiqi olardı. İndiki halda müəssisə hüquqşünasının vəzifələrinin yuxarı quruma ötürülməsi onların işində də çətinliklər yaradacaq və yenidən müəssisədə bu ştatın açılması zərurəti yaranacaqdir. Bütün bunlara baxmayaraq cavabdeh müəssisə onun İ tip ağır şəkərli diabet və hipertoniya xəstəsi olmağını, himayəsində anadangəlmə sağlamlıq problemi olan əlil övladının olmasını, son aylarda şəkərli diabetin fəsadlarından çox əziyyət çəkdiyini, daimi iynə-dərman müalicəsindən asılı olmağını və bütün bu çətinliklərə rəğmən müəssisədəki vəzifəsində çalışmaqla yalnız ən zəruri müalicə xərclərini qazandığını nəzərə almadan, heç bir istehsalat zərurəti olmadan əmək müqaviləsinə xitam vermiş, onu tam köməksiz vəziyyətdə qoymuşdur. Son aylarda şəkərli diabet sağlamlığında ciddi fəsadlar yaratmış, görmə qabiliyyəti xeyli zəifləmişdir. Buna görə bir neçə dəfə müalicə olunsa da, effekti olmamış, 2024-cü ilin mart ayında sol gözündə ağır cərrahiyyə əməliyyatı aparılmışdı. Sağ gözündə də cərrahi müdaxilə tövsiyyə olunsa da, maddi imkansızlıqdan bu günə qədər əməliyyat etdirə bilməmişdir. Belə bir vəziyyətdə 15 il vicdanla, məsuliyyətlə çalışdığı müəssisə ona maddi və mənəvi dəstək olmaq əvəzinə ən pis, ədalətsiz, qanunsuz yolu seçərək onu işdən azad etməklə müəssisədən qazandığı əmək haqqı müalicə xərclərindən də məhrum etmişdir. Hesab edir ki, işdən çıxarılmağının elə əsas səbəbi də sağlamlığında şəkərli diabetin fəsadlarının kəskinləşməsidir. İşçinin şəkərli diabet xəstəliyi səbəbinə görə işdən azad etmə isə özündə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və halları ehtiva edən Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbinə zidd olduğuna görə cavabdeh dolayı yolu seçmiş, onu müəssisədən kənarlaşdırmaq üçün zərurət olmadığı halda ştatın ixtisarına üstünlük vermişdir. "xxxx" MMC-nin direktoru E.X.Xudaverdiyevin (bundan sonra cavabdeh) xx.xx.2024-cu il tarixli 46-KŞ saylı əmrində onun işdən azad edilməyinə əsas olan hal yalnız ştatın ləğvi göstərilməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinad edilərək verilmişdir. Cavabdehin 46-KŞ saylı, xx.xx.2024-cü il tarixli əmrini əsassız və qanunsuz hesab edir. Hesab edir ki, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Ştat ixtisarının zəruriliyini, qaçılmazlığını əsaslandırmayan, bu ixtisarın müəssisənin gələcək fəaliyyəti üçün hansı müsbət dəyişikliklər yaradacağını göstərə bilməyən cavabdeh heç bir zərurət olmadığı halda əmək müqaviləsinə xitam əmri hazırlayarkən Əmək Məcəlləsinin muvafiq tələblərini nəzərə almamışdır. Belə ki, cavabdeh barəsində verilmiş 46-KŞ saylı, xx.xx.2024-cü il tarixli əmrində onun tutduğu ştat vahidinin ləğvinin hansı əsaslarla və hansı zərurətdən irəli gələrək həyata keçirildiyini, tutduğu vəzifənin qeyri rentablliyinin nədən ibarət olması, hüquqşünas vəzifəsinin ixtisarının müəssisənin gələcək fəaliyyətində hər hansı şəkildə maneə yaratmayacağını və ən əsası isə ştatın ləğvi və onun ixtisar olunmaq məsələsinin müəssisənin Həmkarlar İttifaqı Komitəsi ilə razılaşdırılıbrazılsşdırılmamasına dair oz əmrində bir kəlmə də qeyd etməmişdir. Əmri oxuyarkən belə qənaətə gəlmək olur ki, heç nəyi heç kəslə razılaşdırmadan Əmək Məcəlləsinin tələbinə məhəl qoymadan imzalamışdır. Halbuki, əmək qanunvericiliyi işçinin işdən azad edildiyi halda işəgötürənin qarşısında işdən azad etmə əmrində əmr üçün əsas olan halları, işin detalları ilə bağlı bütün xüsusatları nəzərə almaq, əmri geniş və izahlı şəkildə əsaslandırmaq tələblərini qoyur. Sadalanan hallardan hər hansı bir məqamın əmrdə nəzərə alınmaması əmrin ləğv edilməsinə zəmin yaradır. Göründüyü kimi qanunvercilik bu maddə ilə işəgötürənə konkret diktə edir ki, ştatın ləğvi ilə əlaqədar işdən azad olunma məsələsinə dair müəssisənin HİKdən əsaslandırılmış razılıq almalı və bu razılıq əmrin verilməsi üçün bir əsas kimi əmrdə qeyd olunmalı idi. Əmrdə isə bununla bağlı müvafiq qeyd yoxdur, çünki cavabdeh Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə məhəl qoymadan məsələni HİK-lə razılaşdırmağı da vacib hesab etməmişdir. Odur ki, onun yuxarıda qeyd etdiyi və əmək qanunvericiliyinin də bu xüsusda onun xeyrinə olan halları məhkəmənin diqqətinə çatdırmaqla hesab edir ki, cavabdehin xx.xx.2024-cü il tarixli, 46- KŞ saylı əmri etibarsız hesab edilməklə ləğv edilməli, öz işinə bərpa olunmalıdır. Mediasiya Şurasının Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh xx.xx.2024- cü il tarixdə təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etmədiyinə, yəni bu hissədə barışıq əldə edilmədiyinə görə mediator tərəfindən xx.xx.2024-cu il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış” verilmişdir. Mediasiya xərcləri tərəfindən ödənilmişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2009- cu il tarixli, 63-KŞ saylı əmrindən görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən idarə heyətinin aparıcı hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir.
5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Əmək müqaviləsinə xitam verilməsi və əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması barədə” xx.xx.2012-ci il tarixli, 86-KŞ saylı əmrdən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən 0,5 ştatla əvəzçilik qaydasında idarə heyətinin aparıcı hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir.
6. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2013- cü il tarixli, 58-KŞ saylı əmrindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən idarə heyətinin aparıcı hüquq məsləhətçisi vəzifəsinə tam ştata təyin edilmişdir.
7. "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 22 may 2024-cü il tarixli məktubun surətindən görünür ki, "xxxx" ASCnin istehsalat sahələrində hüquqi sənədlər ilə bağlı iş həcmi az olduğundan bu fəaliyyətin mərkəzləşdirilmiş qaydada "xxxx" ASC-nin Hüquq şöbəsi tərəfindən aparıldığı bildirilmiş, baş mühəndisin müavini və aparıcı hüquqşünas ştat vahidlərinin ləğv edilməsi və əmək qanunvericiliyinə uyğun olaraq müvafiq məsələlərin həll edilməsi "xxxx" MMC-yə tapşırılmışdır.
8. "xxxx" ASC "xxxx" MMC-nin 28-KŞ saylı, 23 may 2024-cü il tarixli əmrindən görünür ki, cəmiyyətin təsdiq olunmuş ştat cədvəlində 26 iyul 2024-cü il tarixdən 1 (bir) ştat vahidi baş mühəndisin müavini vəzifəsi və 1(bir) ştat vahidi aparıcı hüquqşünas vəzifəsinin ləğv edilməsi, qanunvericiliklə müəyyən olunmuş qaydada ştatların ixtisar edilməsi barədə işçilərin məlumatlandırılması əmr edilmişdir.
9. "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri M.C.Teymurovaya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Cəmiyyətin xx.xx.2024-cü il tarixli, 28/KŞ saylı əmrinə əsasən baş mühəndisin müavini və aparıcı hüquqşünas vəzifələrinin ixtisar olunması ilə əlaqədar X3 və İddiaçı adlı işçilərin və onlar ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə rəy bildirilməsi xahiş olunmuşdur.
10. "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri M.C.Teymurova tərəfindən "xxxx" MMC-nin direktoru Elşən Xudaverdiyevə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixində keçirilmiş iclas Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77- 79-cu maddələrinə riayət edilməsi şərtilə edilmiş baş mühəndisin müavini X3 və aparıcı hüquqşünas İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir.
11. "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri M.C.Teymurova tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, 15 nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80ci maddəsinin 1-ci bəndini əldə rəhbər tutaraq işəgötürən tərəfindən Əmək Məcəlləsinin 77-79-cu maddələrinə riayət edilməsi şərtilə baş mühəndisin müavini X3 və aparıcı hüquqşünas İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır.
12. "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin 85 saylı, 19 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin 25 may 2024-cü il tarixli 15 saylı protokolundan çıxarışda texniki səhv olaraq 28/KŞ saylı əmrin tarixi xx.xx.2024-cü il əvəzinə xx.xx.2024-cü il qeyd olunmuşdur.
13. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 106/01-01-6 saylı xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASCnin istehsalat sahələrində hüquqi sənədlərlə bağlı fəaliyyət mərkəzləşdirilmiş qaydada "xxxx" ASC-nin Hüquq Şöbəsi tərəfindən aparıldığı üçün "xxxx" MMC-də aparıcı hüquqşünas vəzifəsinin ləğv olunduğu, bununla əlaqədar xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir.
14. "xxxx" MMC-nin direktoru Elşən Xudaverdiyev tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli iş təklifindən görünür ki, İddiaçı digər ixtisasına uyğun olaraq kimya sahəsində laborant vəzifəsi təklif olunmuş, arzu etdiyi təqdirdə onunla əmək müqaviləsi bağlanacağı bildirilmişdir.
15. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 avqust 2024-cü il tarixli, 46-KŞ saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətindən görünür ki, stansiyanın təşkilatı strukturunda aparıcı hüquqşünas vəzifəsinin (ştatının) ləğv olunması ilə əlaqədar aparıcı hüquqşünas ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 28 avqust 2024-cü il tarixdən xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı İddiaçı qanunvericilikdə nəzərdə tutulan təminatların (işdən çıxarma müavinəti orta aylıq əmək haqqının 2 misli miqdarında) ödənilməsi qərara alınmışdır.
16. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
17. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC-nin ştat cədvəlində hüquqşünas vəzifəsinin ixtisarı ilə əlaqədar İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 28 avqust 2024-cü il tarixli 46-KŞ saylı əmr ilə xitam verilmiş, xitamla əlaqədar işçiyə son haqq hesab hesablanmış və ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
18. Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(060)-542/2025 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) İddiaçı cavabdeh «əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndi, 68-ci maddəsinin 1-ci hissəsi, 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi, 70-ci maddəsinin “b” bəndi, 71-ci maddəsinin 1-ci hissəsi, 77-ci maddəsinin 1-ci hissəsi, 77-ci maddəsinin 2-ci hissəsi, 77-ci maddəsinin 3-cü hissəsi, 78-ci maddəsinin 1-ci hissəsi, 80-ci maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.4, 216-220, 227, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
20. Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(060)-542/2025 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd olunur ki, iddiaçı iddia tələbinin əsaslılığını sübut etmək vəzifəsi daşısa da, nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsinə xitam verilərkən əvvəlcədən HİK-nin razılığının alınması tələbi həmin Məcəllənin 80-ci maddəsində ifadə olunmuşdur. Cavabdeh isə HİK-ə etdiyi müraciətində 28-KŞ saylı 23 may 2024-cü il tarixli əmri əsas götürərək işçilərlə müqavilənin ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsinə dair rəy verilməsini xahiş edir. Halbuki, bu qayda ilə işçilərin əmək müqavilələrinə xitam veilməsi zamanı HİK-in rəyinin deyil, məhz razılığının alınması imperativ norma olaraq müəyyən olunmuşdur. HİK-in iclas protokolunda qeyd olunur ki, HİK-nin sədrinin müəssisədə işçilərin sayının və ştat tərkibinin müəyənləşdirmək hüququnun məhz işəgötürənə məxsus oduğunu vurğuladığı qeyd olunur. Artıq bu çıxışdan HİK-in fəaliyyətinin formal xarakter daşıdığı, bu faəliyyətin məhz işəgötürənin mənafelərinə xidmət etməsi aydın görünür. Halbuki, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. Hazırkı halda isə işəgötürən işçinin əmək müqaviləsinə xitam verilməsinə razılıq tələb olunduğu halda bu cür razılığın deyil, rəyin alınması üçün HİK-ə müraciət edir, HİK isə bir növ notariat ofisi funksiyasını icra edərək AR ƏM-nin 80-ci maddəsinə məhəl qoymadan işəgötürənin müracətini birbaşa təsdiq etmişdir. Qanunun hər hansı rəsmi təfsirində ƏM-nin 80-ci maddəsinin 1-ci bəndinə qeyd olunan “razılığı alınmaqla” sözlərinin rəy anlamına gəldiyi, bu zaman HİK-in faəliyyətinin yalnız işəgötürən tərəfindən bu istiqamətdə daxil olmuş müracətlərin birmənalı təsdiq edilməsindən ibarət olması qeyd olunmamışdır. Bildirmək istəyir ki, Əmək Məcəlləsində sözügedən maddənin məzmunundan da görünür ki, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüquqları sırasıda qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi öz qətnaməsini bu cür əsaslandırmışdır ki, "xxxx" ASC-nin "xxxx" MMC-yə ünvanladığı 22 may 2024-cü il tarixli məktubu ilə "xxxx" ASC-nin istehsalat sahələrində hüquqi sənədlər ilə bağlı iş həcmi az olduğundan bu fəaliyyətin mərkəzləşdirilmiş qaydada "xxxx" ASC-nin Hüquq şöbəsi tərəfindən aparıldığı bildirilmiş, baş mühəndisin müavini və aparıcı hüquqşünas ştat vahidlərinin ləğv edilməsi və əmək qanunvericiliyinə uyğun olaraq müvafiq məsələlərin həll edilməsi "xxxx" MMC-yə tapşırılmışdır”. Əmək müqaviləsinin mülki iş üzrə tərəflər arasında bağlanıldığını, işəgötürənin "xxxx" ASC deyil, "xxxx" MMC olduğunu nəzərə alaraq qeyd olunmalıdır ki, iş yerində ştatların ixtisarı cavabdehin hüququ olmuşdur. "xxxx" MMC-nin "xxxx" ASC-yə tabe müəssisə olması iş materialları ilə müəyyən olunsa da, işəgötürən olmayan "xxxx" ASC tərəfindən mülki iş üzrə tərəflər arasında mövcud olan münasibətlər üzrə cavabdehə aid hüququn realizəsinə dair göstəriş verməsi əmək qanunvericiliyin tələblərinin pozuntusudur. Belə ki, iddiaçı əmək müqaviləsini "xxxx" ASC ilə bağlamamış, onunla ASC arasında hər hansı hüquq münasibəti mövcud olmamışdır. Əgər "xxxx" ASC əmək qanunvericiliyə üzrə işəgötürənin bütün hüquqlarından dolayı yolla tabeliyində olan "xxxx" MMC-yə icrası məcburi göstərişlər verməklə istifadə edirsə, bu hüquqi müəyyənlik prinsipinə zidd olan addımdır. Bildirmək istəyir ki, hazırda məhkəmə iş üzrə təqdim olunan sübutları düzgün qiymətləndirməmiş, qətnamədə əks olunması ilə bağlı təhrifə yol vermiş və nəticədə, öz qərarını əsaslandırarkən həmin sübutu rəhbər tutmutşdur. Belə ki, qətnamənin təsviri hissəsində iddiaçının nümayəndəsi və vəkilinin geniş izahatı öz əksini tapmış, həmin izahatda həmkarlar ittifaqının adından tərtib olunmuş sənədlərin saxta olmasına, onun əmək müqaviləsinə xitam verilməsinə dair HİK-in iclasının əslində keçirilməməsinə, qanunun tələblərinə əməl olunduğuna formal görüntü yaradılmasına dair əsaslar göstərilmişdir. Lakin məhkəmə aktının əsaslandırma hissəsində məhkəmə iddiaçı tərəfin bu izahatına hər hansı münasibət bildirməmiş, bununla da məhkəmə iş üzrə təqdim olunan sübutu düzgün qiymətləndirməmiş, hərtərəfli və tam baxmamışdır. Qətnamənin 12ci vərəqində (27-ci abzas) qeyd olunur: “həmkarlar ittifaqı təşkilatına müraciət edilmiş və iddiaçının işdən azad edilməsinə qabaqcadan razılığı alınmışdır”. Halbuki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1997-ci il tarixli Plenum Qərarında qeyd olunur ki, “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Belə ki, qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, işin halları barədə məhkəmənin nəticələrinin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlillər və rəhbər tutduğu qanunlar göstərilməklə hüquqi cəhətdən əsaslandırılmalıdır”. Məhkəmə cavabdeh tərəfindən HİK-ə müraciət edildiyini və razılıq alındığını bir cümlə ilə qeyd etməklə kifayətlənmiş, iddia tələbinin əsaslandırılmasına, məhz həmin müraciət məktubun sonradan tərtib olunmasına dair iddiaçı tərəfin gətirdiyi dəlillərə münasibət bildirməmişdir. Məhkəmə qətnaməsinin mətnində qeyd olunur ki, “Məhkəmə qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.” Halbuki, məhkəmə qanunvericiliyin bu tələbini özü pozmuş və iddiaçı tərəfindən mübahisələndirilməsinə baxmayaraq hansı əsaslarla HİK-ə müraciət edilməsi faktının təsdiqini tapdığını göstərməmişdir. Yuxarıda qeyd edilənlərlə yanaşı əlavə olaraq qeyd etməyi zəruri hesab edir və bildirir ki, tərəfindən 1-ci instansiya məhkəməsində işin halları və əmrin ləğvinə əsas ola biləcək 18 bənddən ibarət olan konkret dəlilləri: - 28 avqust 2024-cü il tarixli 46 – KŞ saylı əmr AR ƏM-nin 84-cü maddəsinin tələbinə uyğun tərtib edilməmişdir; Bu maddənin tələbinə görə əmrin mətnində bu əmr üçün əsas olan hallar mütləq qeyd olunmalı idi; ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsinə xitam verilərkən əvvəlcədən HİK-nin razılığının alınması tələbi 80-ci maddədə ifadə olunmuşdur; Cavahdehin E-məhkəmə sisteminə yerləşdirdiyi HİK-ə müraciət məktubu və HİK-nin razılıq protokolunun sonradan tələm-tələsik hazırlandığını sübut edən hallar odur ki, bu sənədlərdə uyğunsuzluq var; Elektron məhkəmə sisteminə yüklənən ixtisara razılıqla bağlı HİK-ə müraciət və HİK-nin cavabı, HİK-nin protokolu mətnlərini nəzərdən keçirəndə asanlıqla müəyyən etmək olur ki, hər üç mətnin müəllifi eyni şəxsdir; Elekron məhkəmə portalına qoyulan sənədlərdən biri də, 23 may 2024-cü il tarixli 28-KŞ saylı ştat ixtisarı ilə bağlı müəssisədaxili əmrdir; Cavabdehin elektron məhkəmə portalına yerləşdirdiyi sənədlərdən biri də guya 23 may 2024-cü il tarixdə HİK-ə ünvanladığı 13-/106/01-01-4 saylı məktubdur; Elektron məhkəmə sisteminə cavabdehin HİK-dən rəy almaq xahişinə HİK-adından 3 sənəd (2 protokol və 1 müşaiyət məktubu) yüklənmişdir; Elektron məhkəmə sisteminə HİK adından təxminən eyni məzmunda 2 protokol yüklənib; Başlıqsız, hansı qurumun keçirdiyi, kimlərin iştirak etdiyi bilinməyən tədbirin 15 saylı 25 may 2024-cü il tarixli protokolu arial Elektron məhkəmə sisteminə yüklənən digər sənəddən onun guya 25 may 2024-cü il tarixində "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin iclasının 15 saylı protokolu olduğu görünür; HİK sədri iclasda “müəssisədə istehsalın və idarəçiliyin təşkili, işin səmərəliliyi, təsərrüfat fəaliyyətinin” qayğısına qalır, amma həmkarlar təşkilatının fəlsəfəsinə, məramına, beynəlxalq təcrübəyə, təşkilatın nizamnaməsi Protokolda müraciətin geniş müzakirə olunduğunu qeyd edirlər; Bəs, bu geniş müzakirə zamanı iclas iştirakçılardan kim çıxış etdi, nə danışdı? Doğrudanmı, HİK-nin iclası oldu, doğrudanmı, iclasda çıxış edənlər oldu; HİK-nin protokolu kimi Elektron məhkəmə portalına yüklənən hər iki sənəddə gündəlik məsələ kimi “Əmək müqaviləsinin ləğvi haqqında” qeyd olunub; HİK-nin hər iki protokoluna “Əsli ilə düzdür” ştampı vurulub. Amma qeyd olunduğu kimi protokollarda fərqlər var; Protokolun bir nüsxəsində HİK-nin iclasında iştirak edənlərin arasında HİK üzvü olmayan işçilərin adları qeyd olunub; Hər iki protokolun sonradan tələm-tələsik hazırlandığını sübut edən daha bir dəlil protokolların 25 may 2025-ci il tarixinə hazırlanmasıdır; 25 may 2024-cü il şənbə günüdür və şənbə, bazar günləri müəssisədə iş günü deyil; Həmkarlar təşkilatına ixtisarla bağlı müraciətin sonradan, yəni yalnız onun iddia ərizəsi ilə tanış olduqdan sonra tələsik hazırlanıb elektron məhkəmə sisteminə yükləndiyini sübut edən başqa ciddi dəlillər də var; Guya, HİK-nin protokolların qeydiyyatı kitabının surəti də elekton məhkəmə sisteminə yerləşdirilmişdir. Bu kitabın da tələsik hazırlandığı hiss olunur; Protokolların nömrələnməsi və tarixlərində uyğunsuzluq çoxdur; İşçilərin ixtisarı qaçılmaz və istehsalat zərurəti olduğu hallarda işəgötürənin əsas vəzifələrindən biri ixtisarı nəzərdə tutulan işçilərin başqa uyğun işlə təmin olunmasına çalışmaqdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları
23. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona işəgötürən tərəfindən başqa bir iş təklif olunsa da, o, həmin aşağı kateqoryalı olduğundan həmin təkliflə razılaşmamışdır.
24. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
25. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri).
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71. (3-cü hissə) İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 80. 1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Maddə 84. (1-ci hissə) Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Maddə 296. (2-ci hissə) Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. (3-cü hissə) Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 300. 1) Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2009-cu il tarixli, 63-KŞ saylı əmri ilə xx.xx.2009-cu il tarixdən idarə heyətinin aparıcı hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir. "xxxx" ASCnin "xxxx" MMC-yə ünvanladığı 22 may 2024-cü il tarixli məktubu ilə "xxxx" ASC-nin istehsalat sahələrində hüquqi sənədlər ilə bağlı iş həcmi az olduğundan bu fəaliyyətin mərkəzləşdirilmiş qaydada "xxxx" ASC-nin Hüquq şöbəsi tərəfindən aparıldığı bildirilmiş, baş mühəndisin müavini və aparıcı hüquqşünas ştat vahidlərinin ləğv edilməsi və əmək qanunvericiliyinə uyğun olaraq müvafiq məsələlərin həll edilməsi "xxxx" MMC-yə tapşırılmışdır. "xxxx" ASC "xxxx" MMC-nin 28-KŞ saylı, 23 may 2024-cü il tarixli əmri ilə cəmiyyətin təsdiq olunmuş ştat cədvəlində 26 iyul 2024-cü il tarixdən 1 (bir) ştat vahidi baş mühəndisin müavini vəzifəsi və 1(bir) ştat vahidi aparıcı hüquqşünas vəzifəsinin ləğv edilməsi, qanunvericiliklə müəyyən olunmuş qaydada ştatların ixtisar edilməsi barədə işçilərin məlumatlandırılması əmr edilmişdir. "xxxx" ASC-nin Sumqayıt İEM-1-2 MMC-nin nizamnaməsindən görünür ki, cəmiyyət, təsisçisi "xxxx" ASC-nin bilavasitə nəzarəti altındadır. Özünün fəaliyyətində cəmiyyət Azərbaycan Respublikasının qanunlarını, "xxxx" ASC-nin əmrlərini, təlimat və göstərişlərini və hazırki Nizamnaməsini rəhbər tutur. "xxxx" ASC tərəfindən müəyyən edilmiş müddət ərzində və Azərbaycan Respublikası Qanunlarına uyğun öz fəaliyyəti haqqında hesabat aparır və təqdim edir. "xxxx" ASC-nin AÜ/008 saylı 11 yanvar 2006-cı il tarixli əmri ilə 18 aprel 2002-ci il tarixli 0202-A1-62 saylı Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, "xxxx" MMC-nin nizamnaməsində "xxxx" MMC sözləri "xxxx" MMC sözləri ilə əvəz edilmişdir. Beləliklə, stansiyanın təşkilatı strukturunda aparıcı hüquqşünas vəzifəsinin (ştatının) ləğv olunması səbəbindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 avqust 2024-cü il tarixli əmri ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
33. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsinin ləğv olunması ilə əlaqədar fərdi əmək mübahisəsi yaranmışdır. İddiaçı işdən çıxarılmasının qanunsuz və əsassız olduğunu, cavabdeh isə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə tam əməl olunduğunu bildirmişdir.
34. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
35. Məhkəmə mövqeyini onunlarla əsaslandırmışdır ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisarı səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə əmək stajına uyğun şəkildə vaxtında (doqquz təqvim həftəsindən əvvəl) xəbərdar edilmiş, həftənin bir iş günü əmək funksiyasının icrasından azad edilməklə yeni iş yeri axtarmaq üçün ona şərait yaradılmış (iddiaçının özünün bildirməsinə görə), həmkarlar ittifaqı təşkilatına müraciət edilmiş və iddiaçının işdən azad edilməsinə qabaqcadan razılığı alınmışdır. Bundan başqa müəsissə tərəfindən 28 avqust 2024-cü il tarixli əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, o cümlədən orta aylıq əmək haqqının azı 2 misli miqdarında işdənçıxarma müavinəti ödənilmiş, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir.
36. Cavabdeh müəssisə tərəfindən iddiaçının işlədiyi vəzifə məhz tabe olduğu qrumun, yəni "xxxx" ASC-nin 22 may 2024-cü il tarixli məktubu əsasında ixtisar olunmuşdur. Həmin məktubda "xxxx" ASC aparıcı hüquqşünas ştatının ləğv edilməli olmasının səbəbi kimi istehsalat sahələrində hüquqi sənədlər ilə bağlı iş həcmi az olduğundan bu fəaliyyətin mərkəzləşdirilmiş qaydada "xxxx" ASC-nin hüquq şöbəsi tərəfindən aprıldığı qeyd edilmişdir. Cavabdeh müəssisə tərəfindən məhz həmin tapşırığa uyğun olaraq 23 may 2025-ci il tarixdə aparıcı hüquqşünas ştatının ləğvi ilə bağlı əmr verilmişdir.
37. İşçinin Əmək Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulmuş üstünlük hüququna gəldikdə isə məhkəmə qeyd etmişdir ki, işçi özü də məhkəmə iclasında müəssisədə hüquqşünaslıq ixtisası üzrə bir ştat vahidinin olduğunu bildirmiş, qeyd olunan ştat ləğv edildiyi halda onun hüquqşünaslıq ixtisas üzrə başqa ştata keçirilməsi üçün alternativ seçim də mövcud olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən normanın mübahisə üzrə tətbiq edilməsi istisna olunur.
38. Məhkəmə eyni zamanda iddiaçının onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən şəkərli diabet xəstəsi olması səbəbinə görə işdən azad edilməsinin qadağan edilməsinə dair dəlili ilə bağı qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2024-cü il tarixli 2(102)-929/2024 nömrəli qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. Bu işçini imtiyazlı edən sağlamlıq imkanı məhdud olan anaya qulluq, onun sosial, tibbi və digər təminat altına alınan hüquqlarının təmin edilməsi ilə bağlı olmalıdır. İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan suiistifadəsinə şərait yaratmış olur.
39. Hazırkı halda isə iddiaçı işlədiyi ştatın ixtisar olunmasının onun şəkərli diabet xəstəliyi ilə əlaqədar olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş süutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən süutların təqdim edilməsi tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
40. Məhkəmə iddiaçının ştatın ixtisarından sonra müəssisəyə 10-dan çox işçinin işə qəbul edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən bu halı da təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Hətta belə olduğu halda belə məhkəmə hesab edir ki, hazırki halda ştatın ixtisarı “aparıcı hüquqşünas” ştatının ləğv edilməsi ilə bağlı olmuş, başqa vəzifələrə başqa işçilərin götürülməsi isə cavabdehin iddiaçıya qərəzli münasibəti kimi qiymətləndirilə bilməz.
41. Məhkəmə iddiaçının 28 avqust 2024-cü il tarixli əmrin mətnində qoşma olaraq həmkarlar komitəsinin razılıq məktubunun və ya protokoldan çıxarışın və xəbərdarlıq məktubunun göstərilməməsi, habelə həmkarlar komitəsi ittifaqının razılığının ştatın ixtisarından əvvəl alınmalı olması, onun komitənin yığıncağında şəxsən iştirakının təmin edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin məzmununu müəyyən edən 84-cü maddəsində əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə imperativ göstəriş kimi həmkarlar ittifaqı komitəsinin razılığının alınmasının göstərilməsi nəzərdə tutulmamış, habelə digər hallarda, yəni iddiaçının həmkarlar ittifaqı komitəsinin yığncağında iştirakı, həmkarlar ittifaqı komitəsinin ştatın ixtisarı ilə bağlı razılığının həmin ştatın ləğv ilə bağlı əmrdən azı 10 gün əvəldən verilməli olması əmək qanunvericiliyin imperativ tələblərində irəli gəlmir.
42. Bundan başqa məhkəmə iddiaçının 23 may 2024-cü il tarixdə işlədiyi ştatın ləğv edildiyi halda onun 28 avqust 2024-cü il tarixdə işdən çıxarılması ilə bağlı dəlilinə müasibətdə qeyd edir ki, əmək qanunvericiliyinin tələbinə görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyən müddətdə rəsmi xəbərdar edilməlidir. İddiaçının işlədiyi ştatı təğv edildikdən sonra 28 avqust 2024-cü il tarixdən işdən çıxarılmasının səbəbi də işəgötürənin işçinin başqa işlə təmin edilməsinə şərait yaratmaq vəzifəsindən irəli gəlir. Bu hal, həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir.
43. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, o cümlədən işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir. İddiaçının cavabdeh tərəfindən işçilərin sayı azaldılmadığına, həmkarlar ittifaqı komitəsi tərəfindən onun işdən çıxarılmasına razılıq verilməsi ilə bağlı sənədin sonradan köhnə tarixə hazırlandığına, həmkarlar ittifaqı komitəsi tərəfindən tərtib edilmiş protokolun həmin ittifaqın üzvü olmaya şəxslər tərəfindən imzalandığına və s. dair irəli sürdüyü dəlilləri məhkəmə hər hansı bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterli saymışdır.
44. Məhkəmə qətnaməsi ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermişdir.
45. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə aparan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq bildirir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin əsasları ilə oxşar olmaqla, birinci instansiya məhkəməsi tərəfindən həmin əsaslar üzrə ətraflı araşdırma aparılmış, müfəssəl qiymət verilmişdir. Bu baxımdan həmin dəlillər üzrə məhkəmə kollegiyası əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
46. Bununla yanaşı məhkəmə kollegiyası aşağıda şərh olunanları qeyd etməyi zəruri bilir:
47. Göründüyü kimi apellyatorun dəlillərindən biri HİK-nin razılığının alınmasına dair Əmək Məcəllənin 80-ci maddəsinin tələbinin pozulması, işçilərin əmək müqavilələrinə xitam veilməsi zamanı HİK-in rəyinin deyil, məhz razılığının alınmasının imperativ norma olaraq müəyyən olunmasıdır.
48. Kollegiya şikayətin bu dəlilini əsassız, formal yanaşma hesab edir.
49. Belə ki, əmək qanunvericiliyinin qeyd olunan tələbinin mahiyyəti işəgötürən tərəfindən qanunvericiliyə əməl olunması, işçinin hüquqlarının qorunması təminatı ilə bağlı olmaqla, kollegiyanın qənatincə HİK-nın fikrinin rəy və ya razılıq formasında ifadə olunması məsələnin həlli baxımından mühüm əhəmiyyət kəsb etmir.
50. Şikayətin digər dəlili əmək müqaviləsinin mülki iş üzrə tərəflər arasında bağlanılması, işəgötürənin "xxxx" ASC deyil, "xxxx" MMC olması, iş yerində ştatların ixtisarının cavabdehin hüququ olması ilə bağlıdır ki, kollegiya şikayətin bu dəlili ilə də razılaşmır.
51. "xxxx" ASC-nin Sumqayıt İEM-1-2 MMC-nin nizamnaməsindən görünür ki, Cəmiyyət, təsisçisi "xxxx" ASC-nin bilavasitə nəzarəti altındadır. Özünün fəaliyyətində cəmiyyət Azərbaycan Respublikasının qanunlarını, "xxxx" ASC-nin əmrlərini, təlimat və göstərişlərini və hazırki Nizamnaməsini rəhbər tutur. "xxxx" ASC tərəfindən müəyyən edilmiş müddət ərzində və Azərbaycan Respublikası Qanunlarına uyğun öz fəaliyyəti haqqında hesabat aparır və təqdim edir.
52. Şikayətin digər bir dəlili sübutların düzgün qiymətləndirilməməsi, həmkarlar ittifaqının adından tərtib olunmuş sənədlərin saxta olmasına, onun əmək müqaviləsinə xitam verilməsinə dair HİK-in iclasının əslində keçirilməməsinə, qanunun tələblərinə əməl olunduğuna formal görüntü yaradılmasına, HİK-ə müraciət edilməsi faktına dair halların araşdırılmaması ilə bağılıdır.
53. Kollegiya şikayətin bu dəlillərini də əsassız hesab edir.
54. Belə ki, şikayətin göstərilən dəlilləri üzrə araşdırma aparan məhkəmə kollegiyası tərəfindən cavabdeh Sumqayıt İEM MMC-yə sorğu verilərək "xxxx" MMC-də HİK-nin qeydiyyat jurnalının və Protokolların qeydiyyat kitabının əslinin, müəssisəyə daxil olan və müəssisədən göndərilən sənədlərin qeydiyyat kitabının əslinin, həmçinin, "xxxx" MMC-nin həmkarlar ittifaqı komitəsinin əsasnaməsinin əslinin məhkəməyə təqdim olunması xahiş olunmuş, göstərilən sənədlər məhkəməyə təqdim edilərək tərəflərin iştirakı ilə tədqiq edilmişdir.
55. Araşdırma zamanı Həmkar İttifaqının 2024-cü il üçün Protokol Kitabında sıra sayı 11-də «İddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında 70-cı maddənin b bəndi» qeydləri aparıldığı, Kitabda sıra sayında heç bir pozuntu olmadığı, ardıcıllığın pozulmadığı müəyyən edildi.
56. Eləcə də X2 Jurnalı tədqiq edilmiş, 23 may 2024-cü il tarixdə «Müraciət məktubu N13/9/106/01—ixtisar ilə bağlı və vakant yer olmadığına görə Əmək Məcəlləsinin 70-cı maddəsinin B bəndinə əsasən xitam verilməsinə rəy bildirilməsi» qeydləri aparıldığı, Jurnalda sıra sayında ardıcıllığın pozulmadığı müəyyən edildi.
57. Bundan başqa, Sumqayıt İEM MMC-nin Elektron sənəd dövriyyəsinə dair proqram təminatı tədqiq edilmiş, 23 may 2024-cü il tarixdə ştatın ləğv olunması barədə Həmkarlar İttifaqına müraciətin qeydə alındığı müəyyən edilmişdir.
58. İddiaçının nümayəndəsi X4 Kitabının və Qeydiyyat Jurnalının tikilmədiyi, möhürlənmədiyi, qeydiyyat tarixinin nə vaxt başlanmasının olmadığını, 2025-ci il üzrə də protokolların orada qeyd olunmasını göstərərək, həmin Kitabın və Jurnalın, orada əks olunan məlumatların doğruluğunu mübaisələndirmişdir.
59. Kollegiya bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfin göstərdiyi bu dəlillər həmin sənədlərin və orada qeyd olunan məlumatların həqiqiliyini şübhlə altına alan əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, sənədlərin tərtibatı ilə bağlı prosedur qaydaların pozulması həmin hərəkətlərin aparılmamasına dəlalət etmir.
60. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(060)-542/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.