Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-804/2025 05.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı mülki iş üzrə (Açar sözlər: ərizənin baxılmamış saxlanılması) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı "torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi, dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi" tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 21 noyabr 2007-ci il il tarixli, 2-521/2007 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh3nə, DƏDRX-nin Xaçmaz rayon Ərazi İdarəsinə və Quba rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayon S-nin Rəyasət Heyətinin 2 saylı protokoluna və Quba rayon XDS-nin Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli, 53 saylı Qərarına əsasən İddiaçı-nə ayrlmiş Quba rayonu, 25-ci kvartal ünvanda 1,2ha torpaq sahəsinə dair «Xəzər- 2005» MMC-nin daimi istifadə hüququ tanınaraq 1,2ha torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi vəzifəsinin Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Quba rayon şöbəsinə, həmin torpaq sahəsinin dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Quba rayon İHB tərəfindən xx.xx.1992-ci il tarixdə 153 saylı qərarla qeydə alınmış «Xəzər» kiçik müəssisəsinin bazasında təşkilati-hüquqi forması dəyişilərək, onun hüquqi varisi kimi xx.xx.2005-ci il tarixdə 0405-Q4-472 sayla Ədliyyə Nazirliyinin Hüquqi X3 Xaçmaz bölgə şöbəsi tərəfindən qeydə alınaraq, Nizamnaməsi təsdiq edilmişdir. Quba rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 55 saylı qərarı ilə Quba rayonu, 25-ci kvartal ünvanında 17 saylı X1 Dəstəyə inzibati bina və bazasının tikintisi üçün 1,2ha torpaq sahəsi ayrılmışdır. «Kəndtikinti» trestinin xx.xx.1994-cü il tarixli, 58 saylı əmri ilə 17 saylı X1 Dəstə ilə 12 saylı X7 birləşdirilmiş, 12 saylı SMD-nin rəisi M.Babayev tərəfindən rayon sovetinə müraciət edilərək, Quba rayonu, 25-ci kvartal ünvanında 17 saylı X1 Dəstə tərəfindən heç bir maliyyə vəsaiti xərclənmədivi və tikinti inşaat işləri aparılmadığı bildirilmişdir. Buna görə də Quba XDS-nin Rəyasət Heyətinin 2 saylı protokoluna əsasən Quba rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 55 saylı qərarı ləğv edilmiş, RİHB-nin Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1995-ci il tarixli, 15 saylı məktubu və rayon sovetinin Torpaq komissiyasının xx.xx.1995-ci il tarixli qərarı nəzərə alınmaqla Quba rayon XDS-nin Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli, 53 saylı Qərarı ilə «Xəzər» kiçik müəssisəsində Quba rayonu, 25-ci kvartal ünvanında inzibati bina və istehsalat bazasının tikintisi üçün 1,2ha torpaq sahəsi ayrılmışdır. Həmçinin Quba rayon İHR-nin Quba şəhəri üzrə nümayəndəsi və şəhərin baş memarı tərəfindən «Xəzər» kiçik müəssisəsinə ayrılmış torpaq sahəsinin baş plandan çıxarışı təsdiq edilmişdir. Quba rayonunun baş memarı tərəfindən həmin 1,2ha ərazinin «Xəzər» kiçik müəssisəsinə verilməsinə razılıq verilmişdir. Həmin qərar əsasında «Xəzər» kiçik müəssisəsinə ayrılmış torpaq sahəsi yerində qəbul edilmiş və hal-hazırda İddiaçı tərəfindən təyinatı üzrə istifadə edilir. Lakin buna baxmayaraq Quba rayonu, 25-ci kvartal ünvanında yerləşən 1.2 ha torpaq sahəsi üzərində İddiaçı-nin hüquqlarının qeydə alınmasından ötrü İddiaçı tərəfindən Azərbaycan Respublikası Cavabdeh3nə və aidiyyatı orqanlara müraciət edilsə də Quba rayon İcra Hakimiyyətindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz Ərazi İdarəsinə torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün məktub göndərilməsi və dövlət reyestrindən çıxarışın verilməsi üçün tələb olunan torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi üçün heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası MM-nin 135.4-139.1-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50.1, 67.1 və 48.2-ci madəsinin tələblərinə əsasən Quba rayon XDS-nin Rəyasət Heyətinin 2 saylı protokoluna və Quba rayon XDS-nin Rəyasət Heyətinin xx.xx.1995-ei il tarixli, 53 saylı Qərarına əsasən İddiaçı-nə ayrılmış Quba rayonu, 25-ci kvartal ünvanda 1,2 ha torpaq sahəsinə dair İddiaçı-nin daimi istifadə hüququ tanınaraq 1.2ha torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi vəzifəsinin Cavabdeh3nə, həmin torpaq sahəsinin dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. 30.08.2005-ci il tarixdə tərtib olunmuş təhvil aktından görünür ki, Quba rayon İHB tərəfindən xx.xx.1992-ci il tarixdə 153 saylı qərarla qeydə alınmış «Xəzər» kiçik müəssisəsinin bazasında təşkilati-hiiquqi forması dəyişilərək, onun hüquqi varisi olan İddiaçı təsis edilmiş, «Xəzər» kiçik müəssisəsinin mühasibat balansı üzrə bütün aktivləri və passivləri İddiaçı-yə təhvil verilmişdir.
5. Ədliyyə Nazirliyinin Hüquqi X3 üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən verilmiş Dövlət qeydiyyatı haqqında Şəhadətnamədən görünür ki, İddiaçı «Xəzər» kiçik müəssisəsinin bazasında, onun hüquqi varisi kimi xx.xx.2005-ci il tarixdə ******* eyniləşdirmə kodu ilə, 0405-Q4-472 sayla Ədliyyə Nazirliyinin Hüquqi X3 üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən qeydə alınaraq Nizamnaməsi təsdiq edilmişdir.
6. Quba RİHB-nin Quba şəhəri üzrə nümayəndəsi tərəfindən Quba rayon ADSnin Torpaq Komissiyasına ünvanlanmış 31 yanvar 1995-ci il tarixli, 15 saylı məktubundan görünür ki, «Xəzər» kiçik müəssisəsinin rəhbərliyinin müraciətinə əsasən «Azərkəndtikinti» Dövlət şirkətinin 1 nömrəli kənd tikinti trestinin əmrlərinə əsasən 01 iyul 1994-cü il tarixdə Quba şəhərində yerləşən 12 №-li SMD ilə 17 №-li İSMD-nin birləşməsi nəticəsində 17 №-li İSMD-yə məxsus olmuş, şəhərin 25-ci kvartalındakı inzibati bina və isfehsalat tikintisi məqsədilə ayrılmış istifadəsiz qalan 1,2 ha torpaq sahəsinin 12 №-li SMD-nin əmək kollektivinin razılığını nəzərə alaraq inzibati bina və istehsalat bazası tikintisi məqsədilə sxemdə göstərilən sahənin «Xəzər» kiçik müəssisəsinə verilməsinə Quba RİHB-nin Quba şəhəri üzrə nümayəndəsi tərəfindən etiraz edilmir.
7. Quba rayon XDS-nin Rəyasət Heyətinin 30 mart 1995-ci il tarixli, 53 saylı protokol və qərarından çıxarışdan görünür ki, «Xəzər» kiçik müəssisəsinin rayon ADS-nə müraciətini, RİHB-nin Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1995-ci il tarixli, 15 saylı məktubu və rayon Sovetinin torpaq komissiyasının xx.xx.1995-ci il tarixli (pr.1) iclasının qərarı nəzərə alınmaqla müəssisəyə inzibati bina və istehsalat bazası tikməkdən ötrü şəhərin 25-ci kvartalından 1,2 ha torpaq sahəsi ayrılmış və ayrılmış sahədə tikinti işlərinin layihə üzrə aparılmasından ötrü lazımi tədbirləri həyata keçirmək RİHB-nin Quba şəhəri üzrə nümayəndəliyinə və rayonun baş memarı F.Qurbanova tapşırılmışdır.
Birinci instansiya məhkəməsində icraat
8. Quba Rayon Məhkəməsinin 21 noyabr 2007-ci il tarixli, 2-521/2007 nömrəli qətnaməsi ilə (hakim Füzuli Pənahov) iddianın təmin edilməsi, Quba rayon XDS-nin Rəyasət Heyətinin 2 saylı protokoluna və Quba rayon XDS-nin Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli, 53 saylı Qərarına əsasən "xxxx" MMC-nə ayrılmış Quba rayonu, 25-ci kvartal ünvanda 1,2 ha torpaq sahəsinə dair İddiaçı-nin daimi istifadə hüququ tanınaraq 1,2 ha torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi vəzifəsinin Cavabdeh3nə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz Ərazi İdarəsinə torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün məktub göndərilməsi vəzifəsinin Quba rayon İcra Hakimiyyətinə və həmin torpaq sahəsinin dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin isə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4, 139.1 və 153.1-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50.1, 67.1, 48.2, 88.1 və 88.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6, 309.2, 216-220-ci maddələri ilə əsaslandırmışdır.
10. Həmin qətnamədən Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixdə Quba Rayon Məhkəməsinə apellyasiya şikayəti verilmişdir.
11. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-521/2007 nömrəli qərardadı ilə apellyasiya şikayəti, onun verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddət ötürüldüyünə görə, geri qaytarılmışdır (hakim Vüqar Seyidov).
12. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(027)-521/2007 nömrəli qərardadından cavabdeh ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi şikayət verərək, həmin qərardadın ləğv edilməsini və Quba Rayon Məhkəməsinin 21 noyabr 2007-ci il tarixli, 2-521/2007 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin müvafiq mülki işin materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-521/2007 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Vüqar Seyidov).
Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2025-ci il tarixli, 2(105)-705/2025 nömrəli qərardadına əsasən (hakimlər Mirbahəddin Hüseynov (sədrlik edən və məruzəçi), Zahid Məmmədov və İlqar Dəmirov) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətin təmin edilməsi, iş üzrə Quba Rayon Məhkəməsinin “apellyasiya şikayətinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli, 2(027)-521/2007 nömrəli qərardadının ləğv edilməsi, Quba Rayon Məhkəməsinin 21 noyabr 2007-ci il tarixli, 2-521/2007 nömrəli qətnaməsindən cavabdeh ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin verdiyi apellyasiya şikayəti icraata qəbul edilərək baxılması üçün müvafiq mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına təhvil verilməsi qərara alınmışdır.
Apellyasiya şikayəti və onun dəlilləri
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilən torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyil və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər kommunikasiya xətlərinin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi mümkün deyildir. Bundan başqa, iddiaçı məhkəməyə iddia ərizəsi verməmişdən əvvəl, öncə iddia etdiyi torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması barədə müvafiq dövlət orqanına müraciət etməli və ona imtina edilərdisə, bundan sonra məhkəmədə iddia qaldırmalı olduğu halda bu qaydaya əməl etməmişdir. Məhkəmə isə mübahisəni həll etməzdən əvvəl iddia edilən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınıbalınmamasını, özgəninkiləşdirilməsini, üzərində həbs və ya başqa formada yüklülük olubolmamasını və bununla da qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmamışdır. Ona görə də Quba Rayon Məhkəməsinin 21 noyabr 2007-ci il tarixli, 2- 521/2007 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunması xahiş olunur.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. İddiaçının vəkili Vəkil tərəfindən xx.xx.2025-ci il tarixində apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
17. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba Rayon Məhkəməsinin 2(027)-521/2007 saylı, xx.xx.2025-ci il tarixli Qərardadından verdiyi xx.xx.2025-ci il tarixli apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Cavabdeh apellyasiya şikayətində bildirib ki, Quba Rayon Məhkəməsinin 2-521/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinin mövcudluğundan yalnız 2025-ci ilin yanvar ayında xəbərdar olmuşdur. Lakin bu iddia gerçəkliyi əks etdirmir və iş materialları ilə təkzib olunur. Belə ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində Reyestrə həm poçt, həm də elektron vasitələrlə ərizə göndərilmiş, məhkəmə qətnaməsinin surəti həmin ərizəyə əlavə edilmişdir. Bundan əlavə, Quba Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində 2-521/2007 saylı qətnamənin icrası ilə bağlı məktubu Reyestrə göndərilmişdir. Həmçinin, Reyestr qurumunun mərkəzi ofisi tərəfindən iddiaçının müraciətlərinə cavab olaraq xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində məktublar təqdim olunmuşdur və həmin cavablarda da sözügedən qətnamənin mövcudluğu qeyd edilmişdir. Bu faktlar cavabdehin ən azı xx.xx.2024-cü il tarixindən etibarən qətnamədən məlumatlı olduğunu sübut edir. Eyni zamanda, iş materiallarında və Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli Qərardadında da 2-521/2007 saylı qətnamənin surətinin cavabdehə hələ xx.xx.2007-ci il tarixində göndərildiyi açıq şəkildə göstərilmişdir. Reyestrə bu sənəd İcra Şöbəsi tərəfindən iki dəfə xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində də təqdim olunmuşdur. Bütün bu faktlara baxmayaraq, cavabdeh yalnız xx.xx.2025-ci il ci il tarixində guya qətnamədən xəbər tutduğunu bildirərək şikayət vermişdir ki, bu yanaşma hüquqi baxımdan qeyri-ciddi və əsassızdır. Əlavə olaraq, cavabdehin bu qətnamənin qüvvədən salınmasına dair təkidli cəhdlərinin səbəbi, məhz son illərdə mübahisəli torpaq sahəsinin digər şəxsin adına qanunsuz olaraq çıxarış verilməsi ilə bağlıdır. Bu səbəbdən, iddiaçı tərəfindən həmin çıxarışın özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulması və müvəqqəti müdafiə tədbirinin tətbiqi ilə bağlı ayrıca məhkəmə müraciəti edilmiş və həmin iş hal-hazırda Ali Məhkəmədə (İş № 15(102)-170/2025) icraatda saxlanılır. Qeyd edilməlidir ki, cavabdeh son yeddi ay ərzində bu məsələ ilə bağlı ümumiyyətlə heç bir cavab təqdim etməmiş (ancaq DƏDKR PHŞ baş ofisi tərəfindən şablon cavablar verilmişdir), iddiaçının sorğularını cavabsız qoymuş, eləcə də çıxarış sənədini təqdim etməkdən yayındırmışdır. Bundan əlavə, cavabdeh nə məhkəmə proseslərində iştirak etmiş, nə də məhkəmə tərəfindən göndərilən sorğulara cavab vermişdir. Nəticə etibarilə, cavabdehin apellyasiya şikayəti obyektiv hüquqi və faktiki əsaslardan məhrumdur, şikayətdə göstərilən arqumentlər sübutlarla təkzib olunur və onun əsas məqsədi qanunsuz verilmiş çıxarışı qorumaq cəhdidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli apellyasiya şikayətinin təmin edilməməsi xahiş olunur.
Apellyasiya icraatı iştirakçılarının izahatları
18. İddiaçı-nin vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
19. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh2 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə;
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.
Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ərizə baxılmamış saxlanılmalıdır.
23. Belə ki, mülki iş materiallarından görünür ki, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etməzdən öncə, mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına əməl etməmişdir.
24. Halbuki, qanunvericiliyin tələbinə əsasən araşdırılan kateqorya işlər üzrə mübahisənin məhkəmədən kənar, pretenziya qaydasında həll edilməsi imkanı nəzərdə tutulmuşdur.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmalı və yaxud da icraata götürdükdən sonra baxılmamış saxlamalı olduğu halda, qeyd olunan nöqsana əhəmiyyət verməmiş, işə mahiyyəti üzrə baxaraq prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.
26. Kollegiya qeyd edir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
27. Beləliklə, göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Quba Rayon Məhkəməsinin 21 noyabr 2007-ci il il tarixli, 2-521/2007 nömrəli qətnaməsi ləğv edilməli, iddia baxılmamış saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-in 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 21 noyabr 2007-ci il il tarixli, 2-521/2007 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı "torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi, dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi" tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddiaçı-nə yenidən ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.