Məhkəmə qərarları › İş №2(105)-806/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-806/2022

25.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-806/2022 25.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1312/2020 saylı, 15 dekabr 2021ci il tarixli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə 05 sentyabr 2019-cu il tarixli, 010 nömrəli müqavilə üzrə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının B bloku üzrə 2-ci mərtəbəsində sahəsi 264 kv.metr qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2(012)-1312/2020 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, 05 sentyabr 2019-cu il tarixli, 010 nömrəli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 264 kv.metr təşkil edən qeyriyaşayış sahəsinin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs kimi Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Abşeron Rayon Məhkəməsinin 15.12.2021-ci il tarixli, 2(012)- 1312/2020 saylı qərardadı ilə Maraqlı şəxs Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(012)-1312/2020 saylı qətnaməsi üzrə maraqlarına toxunan şəxs hesab olunmamış və onun verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Maraqlı şəxs tərəfindən şikayət elektron qaydada verilmədiyindən, Abşeron rayon Məhkəməsinin 27.12.2021-ci il tarixli, 2(012)-1312/2020 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. Bundan sonra Abşeron Rayon Məhkəməsinin 15.12.2021-ci il tarixli, 2(012)- 1312/2020 saylı qərardadından şikayət vermə müddətinin bərpa edilməsi barədə onun ərizəsi və ona əlavə edilən sənədlər məhkəmənin 07.01.2022-ci il tarixli, 2(012)-1312/2020 saylı qərardadı ilə geri qaytarılmışdır.(hakim C.Səfiyeva) Abşeron Rayon Məhkəməsinin 2(012)-1312/2020 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadından Maraqlı şəxs şikayət və şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(012)-1312/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1312/2020 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadından maraqlarına toxunan şəxs kimi Maraqlı şəxs tərəfindən şikayətin verilməsi üçün buraxılmış müddət bərpa edilmiş, onun tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-1312/2020 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası AR MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1312/2020 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, Maraqlı şəxs işə cəlb edilməyən, lakin çıxarılmış qətnamə hüquq və vəzifələrinə toxunan şəxs hesab edilməli və iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə 05 sentyabr 2019-cu il tarixli, 010 nömrəli müqavilə üzrə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının B bloku üzrə 2-ci mərtəbəsində sahəsi 264 kv.metr qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, onun iddiası Abşeron Rayon Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2(012)-1312/2020 saylı qətnaməsinə əsasən təmin olunmuşdur. Bu zaman məhkəmə Cavabdeh MMC və İddiaçı arasında bağlanan qeyri-yaşayış tikintisi haqqında 05 sentyabr 2019-cu il tarixli, 010 saylı müqaviləyə istinad etmişdir. Həmin müqavilədən görünür ki, Cavabdeh MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının B bloku üzrə 2ci mərtəbəsində sahəsi 264 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini 158.400 manat (yüz əlli səkkiz min dörd yüz) qarşılığında İddiaçı verilməyi öhdəsinə götürmüşdür. İşdə olan və Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC (hazırda hüquqi varisi Cavabdeh MMC-dir) ilə X4 arasında bağlanmış 10 fevral 2016-cı il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 4-5-ci bloku üzrə 2-ci mərtəbəsində sahəsi 956 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini X3 verilməyi öhdəsinə götürmüşdür. Bundan sonra tərəflər arasında 25.01.2017-ci ildə yeni müqvilə bağlanmış, həmin binanın A və B blok, 2-ci mərtəbə (üst) pay kimi Müzəffər Məmmədliyə verilib. İşdən görünür ki, M.Ə.Məmmədli 18 yanvar 2021-ci il tarixdə vəfat etmişdir və Maraqlı şəxs onun vərəsəsidir. O, iddia edir ki, qətnamə ilə İddiaçı təhvil verilən qeyriyaşayış sahəsi bütünlüklə onun mərhum atasının müqavilə ilə əldə etdiyi qeyri-yaşayıç sahəsinin tərkibində yerləşir. AR MPM-nin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. İş materiallarından görünür ki, mübahisə üzrə qəbul edilmiş qətnamə X2 varisi kimi Maraqlı şəxs hüquq və vəzifələrinə bilavasitə toxunur. Belə ki, bir daşınmaz əmlakla bağlı işdə iki müqavilə mövcuddur və bu müqavilələrin predmetləri, oradakı öhdəliklər məhkəmə iclasında mütləq araşdırılmalıdır. M.M.Məmmədi mübahisə araşdırılan zaman işdə iştirak etməyə cəlb olunmadığından məhkəmə kollegiyası hesab edir ki, o, hazırkı halda, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxsdir və qeyd edilən qətnaməni mübahisələndirmək hüququna malikdir. İşə baxan məhkəmə isə sadalanan hallara düzgün qiymət verməmiş, onun qətnamədən verdiyi apellyasiya şikayətini maraqlarına toxunmayan şəxs hesab etməklə geri qaytarmışdır. Bununla da Maraqlı şəxs MPM-nin 357.2-ci maddəsinə göstərilən prosessual hüququ pozulmuşdur. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, M.M.Məmməlinin Abşeron Rayon Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2(012)-1312/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyəti birinci instansiya məhkəməsinə aiddir və belə olan halda, şikayətin mülki-prosessual normalara uyğun tərtib edilib-edilməməsinin yoxlanılması, yəni sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, AR MPM-nin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. AR MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1312/2020 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, Maraqlı şəxs işə cəlb edilməyən, lakin çıxarılmış qətnamə hüquq və vəzifələrinə toxunan şəxs hesab olunmalı, iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267, 395-396, 398, 400, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1312/2020 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Maraqlı şəxs Abşeron Rayon Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2(012)- 1312/2020 saylı qətnaməsi üzrə işə cəlb edilməyən, lakin çıxarılmış qətnamə hüquq və vəzifələrinə toxunan şəxs hesab edilsin. Mülki iş Abşeron Rayon Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2(012)-1312/2020 saylı qətnaməsindən işə cəlb edilməyən, lakin çıxarılmış qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin AR MPM-nin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Telman Məmmədov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar