Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-814/2023 13.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X1 ilə, İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(012)-5079/2022 nömrəli qərardadından cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 1 nömrəli tam orta məktəb tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı işdən çıxarılması ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli, 225 nömrəli əmrin ləğv edilməsi, onun Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, “xx.xx.2022-ci il tarixli, 225 nömrəli” əmrin deyil, “xx.xx.2022-ci il tarixli, 258 nömrəli” əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2(012)-5079/2022 nömrəli qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilmiş, İddiaçı işdən çıxarılması ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli, 258 saylı əmr ləğv edilmiş, İddiaçı Abşeron rayon Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə bərpa edilərək məcburi işburaxmaya görə işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində əmək haqqının ödənilməsi qət edilmişdir. Abşeron-Xızı Regional Təhsil İdarəsi Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(012)-5079/2022 nömrəli qətnaməsindən xx.xx.2023-cü il tarixdə apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(012)-5079/2022 nömrəli qərardadına əsasən, Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(012)-5079/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 1 nömrəli tam orta məktəb Abşeron rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(012)-5079/2022 nömrəli qərardadından xx.xx.2023-cü il tarixdə şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(012)-5079/2022 nömrəli qərardadına əsasən, Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(012)5079/2022 saylı qərardadından cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 1 nömrəli tam orta məktəb tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 1 nömrəli tam orta məktəb Abşeron rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(012)-5079/2022 nömrəli qərardadından xx.xx.2023-cü il tarixdə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hakim tərəfindən şikayətləri əsassız olaraq geri qaytarılır, konstitusion hüquqları aşkar və kobud şəkildə pozulur. Abşeron Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(012)-5079/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Habil Əhmədov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 357.1. maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1.2 maddəsinə əsasən, şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində göstərilməlidir. 268.1. maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(012)-5079/2022 nömrəli qərardadından cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 1 nömrəli tam orta məktəb tərəfindən verilmiş şikayətdə şikayət verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı), ünvanı qeyd edilməmiş, şikayətin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397.2, 398.0.1, 400-üi maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 1 nömrəli tam orta məktəb tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(012)-5079/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-814/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-814/2023
13.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver