Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-82/2021 29.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-74/2019 saylı, 30 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin 2(029)-74/2019 saylı, 30 avqust 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsinə dair iddiasının rədd edilməsi, iş üzrə 137 (bir yüz otuz yeddi) manat təşkil edən ekspertiza xərclərinin İddiaçı tutularaq 50 (əlli) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kod 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X21, Kodu-210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ013601**********3944, SFMFT BMK-CTREAZ22) hesabına və 87 (səksən yeddi) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT ALİİBAZ2X, Kadastr və Yerquruluğu Lahiyə-Təhqiqaq Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilməsi qət edilmişdir (hakim R.V.Kazımov). Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 2(029)-74/2019 saylı, 30 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı Cavabdeh qarşı iddia ərzisəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən zəbt edilmiş mülkiyyət hüququ ilə onlara məxsus olan 0.11 hektar torpaq sahəsindən cavabdehin çıxarılmasına və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. . A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında torpaq islahatı keçiriləndə Qusar rayon Aqrar Komissiyasının 12 may 2000-ci il tarixli, 12/8 saylı qərarı ilə Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində ailələrinin (anası X18, atası X15 və onun) mülkiyyətinə 1,04 hektar torpaq sahəsi verilmişdir.Torpaq sahəsi iki hissədən ibarət olmaqla 0.39 ha torpaq sahəsi cavabdehə məxsus torpaq sahəsi ilə həmsərhəddir, qalan hissəsi isə ayrı yerdə yerləşir. Onlara torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını müəyyən edən JN:435 KOD 30116018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Torpaq sahəsindən 2015-ci ilə kimi mərhum anası ilə birlikdə istifadə etmişlər və o, vəfat edəndən sonra iddiaçı özü istifadə edir. Lakin sonradan torpaq sahələrinin 0,11 hektardan ibarət hissəsi torpaq qonşuları Cavabdeh tərəfindən zəbt edilmişdir. İstifadə etdikləri torpaq sahəsi Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə müəyyən edilmiş 1,04 ha olmaqla, torpaq islahatı keçiriləndə onlara yerində göstərilmiş torpaq sahəsidir. Onlar tərəfindən hər hansı başqa torpaq sahəsi zəbt edilməmişdir. Torpaq sahəsi onlar tərəfindən hasara alınmışdı və cavabdeh tərəfindən hasar dağıdılaraq 0,11 ha torpaq sahəsi zəbt edilmişdir. Onlar tərəfindən başqa şəxsə məxsus torpaq sahəsinin zəbt edilməməsi Qusar RİHB-nin Köhnə Xudat İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, mülki işə əlavə edilmiş 222 nömrəli arayışla da təsdiq olunur. Arayışda qeyd edilmişdir ki, onlar tərəfindən yalnız 1,04 ha torpaq sahəsindən istifadə olunur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli 2(029)-74/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, onun istifadə etdiyi torpaq sahələrindən 0.11 hektarı mərhum atası X2, 0.74 hektarı X10 və 1.25 hektarı X3 Dövlət aktları əsasında təhkim edilmiş torpaq sahələridir. Bundan əlavə o, Köhnə Xudat kənd sakini X5 X11, X6 və X23 məxsus olan Qusar rayonu, Köhnə Xudat kənd ərazisindən 0.2755 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almış və həmin torpaq sahəsində kiçik fermer təsərrüfatı yaratmışdır. O, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli 2(029)- 74/2019 saylı qətnaməsinin dəyişdirilkmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, proses iştirakçılarının izahatını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan KOD-30116018 JN:435 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 12/8 saylı qərarı ilə X7, X8 və İddiaçı mülkiyyətlərinə 1.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan AZ-l № 314045 saylı Ölüm haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X19 22 fevral 1998-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 fevral 1998-ci il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-l № 721623 saylı Ölüm haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X18 07 may 2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 may 2015-ci il tarixdə 09 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qusar RİHB-nın Köhnə Xudat kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 222 nömrəli arayışdan görünür ki, Qusar rayonun Köhnə Xudat kəndində yerləşən JN:0435 KOD 30116018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 1.04 ha pay torpaq sahəsindən Qusar rayonun Köhnə Xudat kənd sakini İddiaçı istifadə edir. İşdə olan KOD 30118018 JN-389 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 10 may 2000-ci il tarixli 10/8 saylı qərarı ilə X1, X9 mülkiyyətlərinə 0.74 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya MH № ******* saylı, **********92 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0.2755 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə X11, X6 və X23 məxsusdur. İşdə olan AZ-l № 884652 saylı Ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 18 iyul 2017-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 avqust 2017-ci il tarixdə 20 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2019-cu il tarixli 13075 nömrəli eskpert rəyindən görünür ki, KOD 30116018 JN-435 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsi naturada faktiki ölçüləri şimal tərəfdən 17.32 metr, cənub tərəfdən 27.95 metr, şərq tərəfdən 175.9 metr, qərb tərəfdən 175.8 olmaqla 0.39 ha təşkil edir. Həmin ölçülər hüquqmüəyyənedici sənədə uyğun deyildir. Bu uyğunsuzluq səbəbindən Cavabdeh tərəfindən iddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsi istifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi ekspert rəyinə istinadən İddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsinin zəbt olunmasını müəyyən edərək iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən haqlı olmuşdur. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarlən mübahisənin araşdırılması üçün iş üzrə ekspertiza təyin edilmiş, ekspert rəyinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyasının qərardadı ilə yenidən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2019-cu il tarixli 13075 nömrəli eskpert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakin Kadastrı ve Ünvan Reyestri Xidmətinin, "xxxx” MMCnin, Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli, 12/8 saylı qərarı ilə JN:435 KOD-30116018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində İddiaçı ve onu ailəsinin mülkiyyətina verilmiş 1.04 hektar torpaq sahəsinin ve Cavabdeh istifadə etdiyi (KOD 30118018 JN-389 saylı Torpağa mülkiyyet hüququna dair Dövlət Aktı ilə Qusar rayon Aqrar İslahat Komissiyasının 10 may 2000-ci il tarixli 10/8 saylı qərarı ilə X1, X12 mülkiyyetinə verilmiş 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ve eləcə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya MH NQ0017753 saylı, **********92 reyestr nömreli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakin Dövlət Reyestrindən Çıxarışla Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0.2755 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə X13, X14 ve X20 maxsus olan torpaq sahəsinin her birinin ayrıayrılıqda torpaq sahələrinin sərhədləri müəyyən edildi. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakin Kadastrı ve Ünvan Reyestri Xidmətinin, "xxxx” MMC-nin, Xaçmaz Layihə- Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən JN:435 KOD-30116018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,04 ha torpaq sahəsinin koordinatları və KOD 30118018 JN-389 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X1, X12 mülkiyyətinə verilmiş 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları tərəflərin naturada faktiki istifadə etdikləri torpaq sahəsinin koordinatları arasında kəskin uyğunsuzluq vardır. Bu səbəbdən sualın cavablandırılması mümkün olmamışdır. Ekspert rəyindən də göründüyü kimi, iddiaçının naturada faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə dövlət aktında göstərilmiş torpaq sahəsinin koordinatları arasıdna uyğunsuzluq vardır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehdən tələb etdiyi torpaq sahəsinin ona məxsus olması ekspert rəyi ilə təkzib edilir. Bununla da iddiaçı tələbini, cavabdehin ona məxsus torpaq sahəsinin 0,11 ha hissəsini zəbt etməsini bildirsə də, iddianın əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün hər hansı sübutu təqdim etməmişdir. X37 Hüquqları Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. İş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri ilə də cavabdehlərin sahibliyində olan 3422,03 kv.m-dən ibarət torpaq sahəsinin digər mülkiyyətçilərlə yanaşı iddiaçının ümumi mülkiyyətində olması halı təsdiq edilməmişdir. Beləliklə iş üzrə olan sübutlarla cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin digər mülkiyyətçilərlə yanaşı ümumi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olması, bununla da digər mülkiyyətçilərlə yanaşı ümumi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus torpaq sahəsinin cavabdehin sahibliyində olması təsdiq edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin digər mülkiyyətçilərlə yanaşı ümumi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olması, bununla da cavabdehin digər mülkiyyətçilərlə yanaşı ümumi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus torpaq sahəsini zəbt etmələri təsdiq edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Ona görə də iddia rədd edildiyindən, ekspertə və mütəxəssisə verilməli olan məbləğlər iddiaçıdan tutulmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Qusar Rayon Məhkəməsinin 2(029)-74/2019 saylı, 30 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin olunmasın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olaraq 50 (əlli) manat pul İddiaçı tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba, 311,40 (üz yüz on bir manat qırx qəpik) manat İddiaçı tutularaq “xxxx” ASC Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-82/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-82/2021
29.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver