Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-824/2021 09.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı və cavabdeh “Azərbaycan Kağız və X2” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Kağız və X2” MMC-yə qarşı əmrin etibarsız hesab edilməsi və digər tələblərinə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6304/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6304/2020 saylı, xx.xx.2020-ci il qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim E.A.Abdullayev). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı “Azərbaycan Kağız və X2” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla əmək müqaviləsinə xitam verilməsinə dair cavabdeh tərəfindən verilmiş 0177/k saylı, xx.xx.2020-ci il tarixli əmrin etibarsız hesab edilməsi, onun işə bərpa edilməsi, 2014-cü ildən hazırkı vaxtadək istifadə edilməmiş ödənişli məzuniyyət haqlarının onun nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ və P R O S E S İŞ T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ Məhkəmə kollegiyasinın iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, cavabdeh Azrbaycan Kağız və X2 MMC-də xx.xx.2014-cü ildə əmək fəaliyyətinə başlamış və xx.xx.2020-ci il tarixə kimi həmin müəssisədə sürücü vəzifəsində işləmişdir. Ona bu 6 il ərzində hər il 21 gün ödənişli məzuniyyət verilmiş, lakin xx.xx.2020ci il tarixdə o, bilmişdir ki, onun illik ödənişli məzuniyyət müddəti 44 gün olmalı imiş. Bundan başqa bildirmək istəyir ki, 2014-cü ildə işə daimi olaraq qəbul edilmiş və yalnız 2016-cı ildə ona bildirilmişdir ki, 5 il tam olaraq işlədikdən sonra onunla əmək müqaviləsi müddətsiz olacaqdır. Qarşı tərəf 0177/k saylı, xx.xx.2020-ci il tarixli əmrlə onu xx.xx.2020ci il tarixdən işdən azad etmiş və məhz bu vaxtdan AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən (müqavilə müddətinin bitməsi səbəbindən) onunla əmək müqaviləsinə xitam vermişdir. Lakin qarşı tərəfin təqdim etdiyi müqavilədə müddətin oktyabr ayının 1-də başa çatması göstərilsə də o, xx.xx.2020-ci il tarixə kimi işdə olmuş, yəni müqavilə münasibətləri davam etmişdir. AR ƏM-nin 49-cu maddəsinə əsasən əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən qüvvəyə minir. İşçi bu Məcəllənin tələbləri pozularaq, yazılı əmək müqaviləsi olmadan, lakin əvvəlcədən işəgütürənin razılığı (tapşırığı) ilə faktik olaraq işə başlamışsa, həmin andan əmək müqaviləsi bağlanmış hesab olunur və bu halda ən geci üç gün müddətində yazılı əmək müqaviləsi tərtib edilməlidir. Göründüyü kimi o, faktiki olaraq müqavilə müddətinin bitməsinə baxmayaraq işdə olmuş,əmək vəzifələrimi icra etmiş və buna görə də qarşı tərəf onunla əmək müqaviləsini yenidən rəsmiləşdirməli idi. AR ƏM-nin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində güstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonra tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Onun müqavilə müddəti başa çatdıqdan sonra faktiki olaraq əmək vəzifələrini yerinə yetirməyi və cavabdehin də bunu qəbul etməsi artıq bu münasibətlərin eyni müddətə uzadılması deməkdir, lakin qarşı tərəf bu normanın tələblərini pozaraq müddət bitdikdən sonra əmək müqaviləsinə xitam vermişdir. Onu da qeyd edir ki, onun işdən bu qaydada çıxarılmağı cavabdeh təşkilat rəhbərinin onunla bir müddətdir ki, davam edən qərəzli münasibəti ilə bağlıdır. Məhz bunun nəticəsidir ki, onun əmək kitabçasında qarşı tərəf onunla əmək müqaviləsinə xitam veilməsi barədə əmrləri 2 dəfə etibarsız hesab etmiş, sonuncu dəfə də 06 sayli qeyddə əmri 0178 nömrəsi ilə qeyd etsə də 07 saylı qeyddə həmin əmri etibarsız hesab etmiş və 08 saylı qeyddə isə onun 0177/k saylı əmrlə əmək müqaviləmə xitam verildiyi qeyd olunmuşdur. Bu hal da onun qanunsuz olaraq işdən çıxarılmağına dəlalət edir. Məcburi köçkündür, ailənin yeganə qazanc və gəlir gətirənidir, himayəsində 3 azyaşlı övladı vardır, başqa yerdən gəliri yoxdur, bu qanunsuzluq onun ağır vəziyyətə düşməyinə səbəb olmuşdur. 6 il işlədiyi bir müəssisədə artıq daimi işçi kimi saxlanılmaq hüququ əldə etdiyi halda qeyri-qanuni şəkildə işdən kənarlaşdırılmışdır. O, işdən çıxarılmağını faktiki işdə olduğu vaxt bilmiş, əsəb, stress keçirmiş, vəziyyətim ağırlaşmış və üstünə təcili tibbi yardım da çağırılmışdır. Bundan başqa bildirmək istəyir ki, bu 6 il ərzində onun hər il 1 dəfə ödənişli məzuniyyət almaq hüququ olmuş, ona yalnız 21 günün məzuniyyət haqqı ödənilmiş, 23 gün üzrə ödənişlər edilməmişdir. Həmin vəsait də cavabdehdən tutularaq ona ödənilməlidir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)- 6304/2020 saylı qətnaməsinin ləğv edilməsi, onun cavabdeh «Azərbaycan Kağız və X2» MMC-yə qarşı cavabdeh tərəfindən verilmiş 0177/k saylı xx.xx.2020-ci il tarixli Əmrin etibarsız hesab edilməsi, onun işə bərpa edilməsi, 2014-cü ildən hazırki vaxtadək istifadə edilməmiş ödənişli məzuniyyət haqlarının onun nəfimə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)- 6304/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı və cavabdehin nümayəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan iddiaçıya məxsus ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2014-cü ildə cavabdehin tədarük bölməsinə sürücü vəzifəsinə qəbul edilmiş və xx.xx.2016-cı ildə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən xitam verilmişdir. xx.xx.2016-cı il tarixdə iddiaçı cavabdehin tədarük bölməsinə sürücü vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. İş materillarından göünür ki, iddiaçı xx.xx.2016-cı il tarixli ərizə ilə müraciət edərək onun tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumata əsasən iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə xitam verilməsi xx.xx.2016-cı il tarixli, “xxxxxxx0001X0” saylı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən iddiaçı “Azərbaycan Kağız və X2” MMC-də sürücü vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilədə onun müddətli, yəni xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək bağlandığı qeyd edilmişdir. Müəyyən eilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən cavabdehin xx.xx.2020-ci il tarixli, 0177/k saylı əmri ilə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumata əsasən iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə xitam verilməsi xx.xx.2020-ci il tarixli, “xxxxxxx0003X0” saylı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan ərizələrdən görünür k, iddiaçı xx.xx.2017-ci ildən 20 təqvim günü, xx.xx.2018-ci ildən 42 təqvim günü, xx.xx.2019-cu ildən 17 təqvim günü və xx.xx.2020-ci ildən 15 təqvim günü müddətinə əmək məzuniyyətinə buraxılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 33 saylı məktubdan görünür ki, iddiaçı onunla bağlanılmış əmək müqaviləsinə əsasən xx.xx.2016-cı ildən xx.xx.2020-ci il tarixədək tədarük bölməsində sürücü vəzifəsində işləmiş, Əmək müqaviləsinə xx.xx.2020ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müqavilə müddətinin qurtarması ilə əlaqədar xitam verilmiş və iddiaçıya son haqq-hesab, istifadə etmədiyi məzuniyyət günləri hesablanaraq ödənilmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, iddiaçı həqiqətən cavabdeh müəssisədə sürücü vəzifəsində çalışmış, işlədiyi müddətdə məzuniyyətdən istifadə etmiş və ona xx.xx.2017-ci il tarixli, 44/M saylı əmrlə 22 gün üçün 260,48 manat; xx.xx.2017-ci il tarixli, 88/M saylı əmrlə 20 gün üçün 235,20 manat; xx.xx.2018-ci il tarixli, 58/M saylı əmrlə 42 gün üçün 493,5 manat; xx.xx.2019-cu il tarixli, 50/M saylı əmrlə 20 gün üçün 365,2 manat; xx.xx.2019-cu il tarixli, 59/M saylı əmrlə 17 gün üçün 334,39 manat; xx.xx.2020-ci il tarixli, 0411/M saylı əmrlə 14 gün üzrə 371,7 manat; xx.xx.2020-ci il tarixli, 01214/M saylı əmrlə 10 gün üzrə 237,5 manat pul hesablanmışdır. İddiaçının son 12 ayda aldığı hesablanmış əmək haqqının cəmi 8714,93 manatdır. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığında iddiaçıya 791,36 manat son haqqhesab ödənildiyi göstərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42.1-ci madəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 42.2-ci madəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Müəyyən edilmişdir ki, tərəflər arasında birinci dəfə əmək müqaviləsi xx.xx.2014-cü il tarixində bağlanmış və xx.xx.2016-cı il tarixində xitam verilmişdir. Sonradan yenidən xx.xx.2016-cı il tarixində iddiaçı ilə yenidən əmək müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2016-cı il tarixində işdən azad edilmə barədə ərizə yazmadığını bildirsə də cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddiaçının adından yazılaraq imzalanmış ərizədən görünür ki, iddiaçı həmin tarixdən işdən azad edilməsini xahiş etmişdir. İddiaçı ərizədəki imzanın ona məxsusluğunu mübahisələndirməmiş, yalnız hansı sənədə imza etməsini bilmədiyini qeyd etmişdir. Bu səbəbdən məhkəmə iddiaçının xx.xx.2016-cı il tarixində işdən azad edilmədiyi barədə dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin tələblərinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Müəyyən edilmişdir ki, tərəflər arasında əmək müqaviləsi xx.xx.2016-cı il tarixində bir il müddətinə bağlanmışdır. Sonradan müqavilənin müddəti hər dəfə bir il uzadılaraq nəhayət xx.xx.2020-ci il tarixində müqaviləyə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsində həmçinin göstərilmişdir ki, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır (68.2.b). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur (73.1). İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər (73.2). İş materiallarınlan görünür ki, tərəflər arasında əmək münasibətləri 5 ildən az müddətə (4 il) davam etmişdir. Bu səbəbdən iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətsiz hesab edilə bilməz. İddiaçı bunu təkzib edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi müddətli müqavilə olmuş və həmin müqavilənin müddətsiz hesab edilməsi üçün hər hansı əsas mövcud deyildir. Bundan başqa cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərlə iddiaçının işlədiyi müddət ərzində məzuniyyət hüququndan istifadə etdiyi və məzuniyyət haqları aldığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə cavabdehin mübahisəyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsi ilə bağlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4.-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İş materiallarından göründüyü kimi iddiaçı 2016-cı ildə deyil, 2020-ci ildə işdən azad edilməsi barədə əmri mübahisələndirir. Bununla bağlı iddia müddəti keçmədiyindən hazırkı mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6304/2020 saylı, xx.xx.2020-ci il qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-824/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-824/2021
09.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver