Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-826/2022 04.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsi üzərində aparılmış özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(059)-8/2021 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddiaların qismən təmin edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Siyəzən rayon X2 mülkiyyətində olan 0,88 ha torpaq sahəsi üzərində Cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş 4 dayaq üzərində, 5,3x10,8 (57 kv.m) ölçüdə talvar sökülərək torpaq sahəsi əvvəlki vəziyyətə qaytarılması, iddiaların qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 (bir yüz) manat məbləğində pulun 1/3 hissəsi İddiaçındən, 1/3 hissəsi Siyəzən rayon Yuxarı Ələz bələdiyyəsindən, 1/3 hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 132,42 (bir yüz otuz iki manat 42 qəpik) manatın 1/3 hissəsi İddiaçındən, 1/3 hissəsi Siyəzən rayon Yuxarı Ələz bələdiyyəsindən, 1/3 hissəsi isə Cavabdeh tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xətai filialındakı (kod-200071, VÖEN(bank) **********, m/hAZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ23AİİB********************) hesablaşma hesabına keçirilməsi, iş üzrə torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci kimi ödənilmiş 311 (üç yüz on bir) manat pul cavabdeh tərəfə aid edilməsi, iddiaçıların ödəməkdən azad edildikləri 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı və Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsi üzərində aparılmış özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən özbaşına zəbt edilmiş Siyəzən rayonu X2 mülkiyətinə aid olan 0,70 ha torpaq sahəsi üzərində aparılmış özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən rayonunun Yuxarı Ələz kəndi ərazisində bələdiyyənin mülkiyyətində olan 0,70 ha torpaq sahəsi Cavabdeh tərəfindən özbaşına zəbt edilərək həmin ərazidə qanunsuz tikililər inşa edilmişdir. Bununla bağlı mübahisəli əraziyə tərəflərindən baxış keçirilmiş və bu barədə 25 iyul 2019- cu il tarixdə müvafiq akt tərtib olunmuşdur. Cavabdeh bu hərəkətləri ilə Siyəzən rayonunun X2 mülkiyyətçi kimi dövlət tərəfindən tanınan və qorunan sərəncam, istifadə və sahiblik hüquqlarını pozmuşdur. Bundan başqa, cavabdeh Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozaraq İddiaçındən heç bir icazə almadan ərazidə qanunsuz tikinti işləri aparmışdır. Belə ki, hazırda mübahisəli ərazidə iki tövlə və iki yaşayış evi olmaqla, cəmi 4 ədəd tikili mövcuddur. Bundan əlavə, Cavabdeh tərəfindən özbaşına zəbt edilərək inşa edilmiş qanunsuz tikilinin yerləşdiyi ərazi bələdiyyə mülkiyyətində olan örüş torpaqlarına aiddir. Bu torpaq sahəsinin istifadə və ya icarəyə verilməsi barədə iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə və ya hüquq müəyyənedici sənəd mövcud deyildir. Sumqayıt Apellyasiya Məhkəməsinin 04 may 2022-ci il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Siyəzən Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qətnaməsinin X2 mülkiyyətində olan torpaq sahəsi üzərində aparılmış özbaşına tikintilərin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması hissəsində ləğv edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Siyəzən rayon X2 Cavabdeh qarşı bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi üzərində aparılmış özbaşına tikintilərin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Siyəzən Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin əsaslandığı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 19 oktyabr 2020-ci il tarixli, **********12 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2020-ci il tarixli, 10/3087 saylı rəylə razılaşmamış və bu barədə məhkəmə iclasında münasibət bildirilmişdir. Belə ki iddia ərizəsinə əlavə edilən iş materiallarında olan 10 ədəd fotoşəkildə göründüyü kimi mübahisəli torpaq sahəsində dəmir konstruksiyalı tikililər eləcə də, digər əsaslı tikililər inşa edilmişdir. Siyəzən Rayon Yuxarı Ələz Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əməkdaşları qərəzli mövqe nümayiş etdirərək həmin tikililərin talvar olması barədə rəy vermişdir. Cavabdeh Siyəzən Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, qətnamə qəbul edilən zaman iş üçün əhəmiyyətli faktiki halları tam araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil cavabdehin apellyasiya şikayətinin təmin, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı nümayəndəsi X1 apellyasiya şikayətinin təmin, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı apellyasiya şikayəti təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdeh hüquqi səlahiyyətə, o cümlədən subyektiv hüquqa malik olmamasına baxmayaraq, Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin, eləcə də bu sahədə mövcud olan münasibətləri tənzimləyən normativ aktların tələblərini pozmaqla, Siyəzən rayon X2 mülkiyyətində olan mübahisəli 0,88 ha torpaq sahəsindən qanunsuz istifadə etməklə, ona sahiblik etmişdir ki, bu da nəticədə iddiaçıların hüquq və maraqlarını pozması ilə əsaslandırmışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan İddiaçı və Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, İddiaçı iddia tələbi zəbt edilmiş torpaq sahəsi üzərində aparılmış özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması barədədir. Mülki Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşdən göründüyü kimi mübahisəli torpaq sahəsi X2 mülkiyyətindədir. Belə olan halda İddiaçı hazırkı iş üzrə iddia qaldırmağa subyektiv hüququ mövcud deyil. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının zəbt edilmiş torpaq sahəsi üzərində aparılmış özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı subyektiv hüququ olmadığından, iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin İddiaçı iddia tələbinin qismən təmin edilməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsi üzərində aparılmış özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-826/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-826/2022
04.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver