Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-826/2024 16.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(060)-3286/2023 nömrəli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 20/33, mənzil 9-dan çıxarılmaları qət edilmişdir. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli qərardadı ilə Cavabdeh3 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməsi və şikayətin Azərbaycan Respublikası MPM-nin 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərardadı ilə Cavabdeh3 Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(060)-3286/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-363-cü maddəsinin tələblərinə uyğun gəlmədiyindən geri qaytarılması qərara alınmışdır. Cavabdeh3 25 yanvar 2024-cü il tarixli qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2024-cü il tarixli qərardadı ilə Cavabdeh3 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3286/2023 saylı qərardadından xx.xx.2024-cü il tarixdə verdiyi şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh3 həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3286/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, Cavabdeh3 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3286/2023 nömrəli qərardadından xx.xx.2024-cü il tarixdə verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 20/33, mənzil 9-dan çıxarılmaları, həmçinin tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh3 Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3286/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayət ərizəsinin verilməsi üçün buraxılmış prosessual müddəti üzrlü hesab edərək apellyasiya şikayətinin aidiyyatı üzrə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(060)-3286/2023 nömrəli qərardadı ilə Cavabdeh3 Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 2(060)-3286/2023 nömrəli qərardadından xx.xx.2024-cü il tarixdə verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. 2(060)-3286/2023 nömrəli qərardaddan verilmiş şikayətin geri qaytarılması üçün qərardadda səbəb kimi Cavabdeh3 vaxtında şikayət vermədiyi, şikayətin təqdim edildiyi gündən 10 gün müddətində deyil, xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə daxil olması göstərilmişdir. Qeyd edilən səbəbdən verdiyi şikayət müddətin keçməsi səbəbi ilə geri qaytarılmışdır. Bu iş üzrə qəbul olunmuş qərardaddan narazıdır. Qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 9, 14, 88-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 386.1, 389.1, 390.1 və 399.1-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. X5 köməkçisinə qərardadın verilməsi xahişi ilə müraciət etmişdir. Köməkçi isə ona bildirmişdir ki, qərardad poçt vasitəsilə rəsmi qaydada veriləcəkdir. Bu səbəbdən qərardadın ünvanına gələcəyini gözləmişdir. Sonradan bir daha Vəfa Şirəliyevanın köməkçisinə müraciət etdikdə o, bildirmişdir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı Cavabdeh3 elektron kabinetində yerləşdirilmişdir. Bundan dərhal sonra Cavabdeh3 elektron qaydada şikayət vermiş və müddətin buraxılması səbəbindən qərardad qəbul edilmişdir. Müddətin buraxılmasına səbəb hüquqi savadsızlığı və köməkçinin ünvanına qərardadın rəsmi gələcəyini deməsi olmuşdur. Hesab edir ki, müddətin buraxılması üzrlü səbəbdən (hüquqi savadsızlığından) olmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi şikayətin geri qaytarılmasını sözügedən qərardaddan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin ötürülməsi və məhkəməyə müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair vəsatətin daxil olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı xx.xx.2024-cü il tarixdə elektron imza ilə təsdiq edilməklə Cavabdeh3 məxsus şəxsi elektron kabinetində yerləşdirilmiş, həmin qərardaddan Cavabdeh3 10 gün müddətində deyil, müddəti ötürməklə, 28 fevral 2024-cü il tarixdə şikayət vermiş, cavabdeh 25 yanvar 2024-cü il tarixli qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxdığından, həmçinim şikayət verərkən müddətin bərpası barədə ərizə təqdim etmədiyindən birinci instansiya məhkəməsi 01 mart 2024-cü il tarixdə şikayətin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1. maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur (Mülki Prosessual Məcəllənin 129.1., 129.3. maddələri). Mülki Prosessual Məcəllənin 133.1. maddəsi maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (K.N.Qəribovanın şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi plenumunun xx.xx.2008-ci il tarixli qərarı). “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquq müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir ("xxxx" ASC-nin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2006-cı il tarixli qərarı). Bu mənada məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin 01 mart 2024-cü il tarixli qərardadı qanuni və əsaslıdır, bu baxımdan məhkəmə haqlı olaraq şikayətin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin xüsusi olaraq qeyd edir ki, Cavabdeh3 xx.xx.2024-cü il tarixli qərardadla bağlı vəsatətini 01 mart 2024-cü il tarixli qərardaddan verdiyi şikayətin mətnində qeyd etmişdir. Odur ki, mülki iş birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra cavabdehin qeyd olunan vəsatəti diqqətdən kənarda qalmamalı və həmin vəsatətə münasibət bildirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh3 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2024-cü il tarixli və onunla bağlı 15 mart 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-826/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-826/2024
16.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver