Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-826/2025 22.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdehnə və üçüncü şəxs Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinə qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi, apellyasiya şikayətinin geri qaytarılması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdehnə və üçüncü şəxs Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinə qarşı "torpaq sahəsinin verilməsi" tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(029)-354/2012 nömrəli qərardadından maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Qusar Rayon Məhkəməsinin 07 iyun 2012-ci il tarixli, 2(029)-354/2012 nömrəli qətnaməsi ilə (hakim Adil Vəliyev) iddianın təmin edilməsi, Qusar rayonu Zindan Muruq kəndində yerləşən İddiaçı qanuni istifadəsində olmuş, hal-hazırda Cavabdeh mülkiyyətinə aid olan 0,30 ha həyətyanı torpaq sahəsinin bələdiyyənin mülkiyyətindən ayrılaraq əvəzsiz olaraq İddiaçı mülkiyyətinə verilməsi və sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun müəyyən edilməsi, qətnamənin yuxarıda göstərilən Qusar rayonu Zindan Muruq kəndində yerləşən 0,30 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olması qət edilmişdir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X6 5 saylı Xaçmaz Ərazi İdarəsi Qusar Rayon Məhkəməsinin 07 iyun 2012-ci il tarixli, 2(029)-354/2012 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul eilməsini xahiş etmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2024-cü il qərardadı ilə (hakimlər Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Lalə Rəhimli) Qusar Rayon Məhkəməsinin 07 iyun 2012-ci il tarixli, 2(029)- 354/2012 nömrəli qətnaməsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Qusar Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.
4. Qusar Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(029)-354/2012 nömrəli qərardadı ilə (hakim Əli Cəlilov) Daşınmaz Əmlakın Dövlət Reyestri Xdmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Qusar Rayon Məhkəməsinin 07 iyun 2012-ci il tarixli, 2(029)-354/2012 nömrəli qətnaməsindən verilən apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır.
5. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 5 saylı Xaçmaz Ərazi İdarəsi həmin qərardaddan şikayət verərək, Qusar Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(029)-354/2012 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
6. Qusar Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2(029)-354/2012 nömrəli qərardadı ilə (hakim Əli Cəlilov) Qusar Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(029)-354/2012 nömrəli qərardadından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi, qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən qüvvəsində saxlanılması, şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Şikayətin dəlilləri Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 5 saylı Xaçmaz Ərazi İdarəsi şikayəti onunla əsaslandırmışdır ki, qərardadda qeyd edilir ki, Qusar Rayon Məhkəməsinin 07 iyun 2012-ci il tarixli, 2(029)-354/2012 saylı qətnaməsi iş üzrə maraqlı tərəf tərəf Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinə gödərilmiş, maraqlı tərəf həmin qətnaməni mübahisələndirməmiş, qətnamə ilə razılaşmışdır. İş materiallarına əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı Qusar rayonu Zindanmuruq kənd ərazisindən fərdi yaşayış evi tikmək üçün 3000 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş, X7 kitabında 05 fevral 2014-cü il tarixdə 64 nömrə ilə uçota alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin hüquqi varisi olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Qəbul olunmuş qərardadı aşağıdakı hallara görə əsassız və qanunsuz hesab edir: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü texniki sənəddir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmamışdır. Belə ki, həmin dövrdə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması funksiyası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin səlahiyyətlərinə aid deyildir. Göstərilən hal apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması kimi qiymətləndirilə bilməz. Bildirir ki, daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Ərazi İdarələri tərəfindən aparılır. Belə halda təbii ki, qəbul olunmuş məhkəmə qətnaməsi onların hüquq və vəzifələrinə toxunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsinə əsasən onlar bu işdə üçüncü şəxs tərəfidilər və apellyasiya şikayəti vermək hüquqları var. Məhkəmə torpaq sahəsinə ərizəçinin mülkiyyət hüquqlarını tanımaqla hansı hüquqmüəyyənedici sənədə əsaslandığını qətnamədə göstərməmişdir. Belə ki, iş materiallarında torpaq sahəsinin ayrılmasına dair heç bir sənəd yoxdur, həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququna malik deyildir və torpaq sahəsinin bələdiyyə tərəfindən ayrılması ilə bağlı sənəd təqdim edilməmişdir. Hesab edir ki, ilk növbədə mübahisənin ümumi və ya inzibati-iqtisadi məhkəməyə aidiyyatı, o çümlədən ərazi aidiyyatı müəyyən edilməli və bundan sonra iddiaçının iddia tələblərinə səlahiyyətli məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla, hüquqi qiymət verilməlidir.
Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
11. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Qusar Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(029)-354/2012 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Qusar Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(029)-354/2012 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(029)-354/2012 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. İş materialları ilə müəyyən edilir ki, maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 5 saylı Xaçmaz Ərazi İdarəsi Qusar Rayon Məhkəməsinin 07 iyun 2012-ci il tarixli, 2(029)-354/2012 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş və prosessual müddətin bərpasına dair ərizə verməmişdir.
14. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 fevral 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya şikayətilə bağlı konstitusiya məhkəmə icraatının predmeti olan mülki iş üzrə qəbul olunmuş məhkəmə aktları ilə işin mahiyyət üzrə düzgün həll edilib-edilməməsi məsələsinə toxunmayaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət verilməsi qaydalarını, habelə məhkəmə aktlarının qanuni qüvvəyə minməsi anını tənzimləyən normalarının təhlil olunması zəruridir. Həmin Qərarda məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq instansiyalara şikayətlərin verilə bilməsi hüququ öz təsdiqini tapmış, lakin onun zamana görə qeyri-müəyyən hədlərdə deyil, yalnız Mülki Prosessual Məcəllədə nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. Qanunverici Mülki Prosessual Məcəllədə qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.».
16. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xdmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Qusar Rayon Məhkəməsinin 07 iyun 2012-ci il tarixli, 2(029)-354/2012 nömrəli qətnaməsindən verilən apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır.
17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xdmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi şikayətində barəsində şikayət verilən Qusar Rayon Məhkəməsinin 07 iyun 2012-ci il tarixli, 2(029)-354/2012 nömrəli qətnaməsini düzgün hesab etmədiyi əsaslar göstərilməmiş, həmin qətnamənin mahiyyəti üzrə məhz hansı hissədə mübahisələndirildiyi, qətnamənin həmin İdarənin maraq və mənafeyini hansı hissədə pozduğu göstərilməmişdir.
18. Bundan başqa Qusar Rayon Məhkəməsinin 07 iyun 2012-ci il tarixli, 2(029)- 354/2012 nömrəli qətnaməsi iş üzrə maraqlı tərəf olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinə göndərilmiş, maraqlı tərəf həmin qətnaməni mübahisələndirməmiş, qətnamə ilə razılaşmışdır.
19. İş materiallarına əlavə edilmiş torpaq sahəsinin plan və ölçüsündən görünür ki, həmin plan və ölçü Qusar Rayon Məhkəməsinin 07 iyun 2012-ci il tarixli, 2(029)- 354/2012 nömrəli qətnaməsi ilə VəkilovBalamirzə İbrahimxəlil oğluna Qusar rayonu Zindanmuruq kənd ərazisindən fərdi yaşayış evi tikmək üçün 3000 kv.m torpaq sahəsi ilə tərtib edilmiş, X7 kitabında 05 fevral 2014-cü il tarixində 64 nömrə ilə uçota alınmışdır.
20. Belə olan halda məhkəmə hüsab etmişdir ki, Qusar Rayon Məhkəməsinin 07 iyun 2012-ci il tarixli, 2(029)-354/2012 nömrəli qətnaməsindən iş üzrə maraqlı tərəf olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi qətnamə ilə razı olduğuna görə İddiaçı Qusar rayonu Zindanmuruq kənd ərazisindən fərdi yaşayış evi tikmək üçün 3000 kv.m torpaq sahəsi ilə tərtib edilmiş, X7 kitabında 05 fevral 2014-cü il tarixində 64 nömrə ilə uçota alınmışdır.
21. Əgər Qusar Rayon Məhkəməsinin 07 iyun 2012-ci il tarixli, 2(029)-354/2012 nömrəli qətnaməsindən iş üzrə maraqlı tərəf olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi qətnamə ilə razı olmasa idi, İddiaçı Qusar rayonu Zindanmuruq kənd ərazisindən fərdi yaşayış evi tikmək üçün 3000 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilməzdi, X7 kitabında 05 fevral 2014-cü il tarixində 64 nömrə ilə uçota alınmazdı.
22. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının qeyri-müəyyən vaxtdan sonra onlara yenidən baxılması hüquqi müəyyənlik prinsipini pozur. Bu cür hallar Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə baxışına olan hüququnun mahiyyətinə ziddir.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı 20 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi - 17 iyul 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 54 saylı Fərmanı ilə yaradılan qurum, X3 fərmanı ilə 2015-ci ildə ləğv edilib. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi “Əmlak Məsələləri Dövlət Komitəsi” ilə əvəz edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri “Əmlak Məsələləri Dövlət Komitəsi”nə ötürülmüşdür.
25. Göründüyü kimi 2015-ci ildən səlahiyyətlər “Əmlak Məsələləri Dövlət Komitəsi” nə keçməsinə baxmayaraq, həmin vaxtdan araşdırlan mülki iş üzrə qəbul edilmiş məhkəmə aktı mübahisələndirilməmişdir.
26. Bununla yanaşı kollegiya vurğulayır ki, tərəf marağına toxunduğu halda bunu əsaslandırmaqla müvafiq prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şkayəti vermək hüququna malikdir.
27. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir.
28. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı:
Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(029)-354/2012 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.