Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-833/2023 14.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən tikinti materiallarının çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən tikinti materiallarının çıxarılması, sübutetmə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən tikinti materiallarının çıxarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-285/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli № AA015718 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1ində yerləşən 0.118136 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas 132 saylı şəhadətnamə, xx.xx.2014-cü il tarixli 4Ə/2579 nömrəli alqı-satqı müqaviləsi olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1ində yerləşən 0.118136 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 22 saylı reyestr kitabının 56 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********36 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli № AA373863 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1ində yerləşən 0.0550 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas 078 saylı şəhadətnamə, xx.xx.2019-cu il tarixli 4Ə/355 nömrəli alqı-satqı müqaviləsi olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1ində yerləşən 0.0550 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********45 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli № AA013530 saylı plan və ölçünün surətindən görünür ki, ünvan 1ində yerləşən 1.23 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas 089 saylı şəhadətnamə, 4Ə/860 nömrəli alqı-satqı müqaviləsi olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 1.23 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 542 saylı reyestr kitabının 33 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********73 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli plan və ölçünün surətindən görünür ki, ünvan 1ində yerləşən 0.077 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas 132 saylı şəhadətnamə, xx.xx.2020-ci il tarixli 4Ə/473 nömrəli alqı-satqı müqaviləsi olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0.077 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1088 saylı reyestr kitabının 17 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********14 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki iş materiallarına əlavə olunmuş 6 (altı) ədəd fotoşəkildən görünür ki, torpaq sahəsinə daş materialları boşaldılmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********47 saylı rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/7183 saylı rəyindən görünür ki, "xxxx" MMC-nin Bakı LTİ-nin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət reyestrindən xx.xx.2014cü il tarixli RX seriyalı ******* saylı, daşınmaz əmlakın dövlət reyestrində 22 saylı reyestr kitabının 56 saylı vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan 0.118136 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində 0.0909 ha hissəsi yerində (naturada) İddiaçı faktiki istifadəsində olan 0.1835 ha hissəsi ilə üstüstə düşür. 4 saylı Abşeron Ərazi İdarəsindən alınmış sorğuya əsasən, daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı, daşınmaz əmlakın dövlət reyestrində 542 saylı reyestr kitabının 33 saylı vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh mülkiyyətində olan 1.23 ha torpaq sahəsindən alqı-satqılar olunduğundan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı, daşınmaz əmlakın dövlət reyestrində 22 saylı reyestr kitabının 56 saylı vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan 0.118136 ha torpaq sahəsi ilə ölçüsü yerində (naturada) üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallarla əlaqədar tədqiq olunan torpaq sahəsinə dair faktiki koordinatların, baza məlumatlarının, mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi zəruridir, mütəxəssis rəyi təqdim olunmadığından ekspertizanın aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron ərazi İdarəsinin xx.xx.2023-cü il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuş cavab məktubunda göstərilmişdir ki, sözügedən torpaq sahəsinə texniki baxış keçirilmiş və məlumatlar idarənin elektron kadastr xəritəsi əsasında araşdırılmışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Məmmədlki kəndi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan sonar torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən tikinti materiallarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən torpaq sahəsindən Cavabdeh tərəfindən boşaldılan tikinti materiallarının çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1ində yerləşən ümumi sahəsi 0.118136 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarış əsasında, ünvan 1ində yerləşən ümumi sahəsi 0.0550 ha torpaq sahəsi isə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019cu il tarixli çıxarış əsasında İddiaçı mülkiyyətindədir. Qeyd olunan torpaq sahələri iddiaçının öz hesabına çəkdirdiyi daş hasarla əhatə olunmuşdur. Hazırki vaxta qədər iddiaçının mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən tikinti materialları boşaldılmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh buna məhəl qoymamış, boşaltdığı tikinti materiallarını torpaq sahəsindən çıxarmamışdır. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuş, bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-285/2022 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.118136 ha torpaq sahəsinin 0.0909 ha hissəsinə Cavabdeh tərəfindən boşaldılmış tikinti materiallarının çıxarılması, aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaitinin 25 (iyirmi beş) manat hissəsinin İddiaçı, 25 (iyirmi beş) manat hissəsinin isə Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə ekspert və mütəxəssis rəylərini digər sübutlarla paralel şəkildə qiymətləndirib Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, əsas sübut növü kimi qiymətləndirib nəzərə alır. Bu səbəbdən də, iddiaçının mülkiyyətində olan ümumi sahəsi 0.118136 ha torpaq sahəsinin 0.0909 ha hissəsi qədərində cavabdehin torpaq sahəsi üst-üstə düşdüyündən və cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin həmin hissəsinə daş tikinti materiallarının qoyulması etiraf olunduğundan, başqa sözlə, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə ilə bağlı maneələrin yaradılması iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələndiyindən iddia tələbləri əsaslıdır, ona görə də qismən təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.118136 ha torpaq sahəsinin 0.0909 ha hissəsinə düşən, Cavabdeh tərəfindən boşaldılmış tikinti materialları çıxarılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, Torpaq Məcəlləsinin 9, 10, 13 və 80-ci maddələrinə istinad etmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə çıxarmışdır. Belə ki, torpaq sahəsinin dönmə nöqtələri ola-ola ekspert qeyri-müəyyən rəy vermişdir. Rəy verilərkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli AA537757 saylı torpaq sahəsinin planı və ölçüsü X5 kitabını nəzərə almamışdır. Ekspert 4 saylı Abşeron ərazi İdarəsinin, Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı Daşınmaz əmlakın Dövlət Reyestrində 542 saylı reyestr kitabının 33 saylı vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh mülkiyyətində olan 1.23 ha torpaq sahəsindən alqı-satqılar olunduğundan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrində 22 saylı reyestr kitabının 56 saylı vərəqində qeydiyyata alınmış çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.118136 ha torpaq sahəsi ilə ölçüsü yerində (naturada) üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır kimi rəy verməklə mülkiyyətçinin hüquqlarını kobud şəkildə pozmuşdur. Belə olan halda məhkəmə Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AA537757 saylı Torpaq sahəsinin planı və ölçüsü X5 kitabında göstərilən dönmə nöqtələri əsasında təkrar ekspertiza təyin etməlidir. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasında Cavabdeh verilmiş apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında mülahizə təqdim edərək izahatında apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmadığını bildirmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Apellyasiya baxışının həddi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən, hazırki apellyasiya baxışının həddini qətnamənin həmin hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materialarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar çıxarılmalı, iddia tələbi təmin edilməməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1i ünvanında 0,0550 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,077 ha torpaq sahəsi isə cavabdehə məxsus olmaqla, hər iki şəxsə aid olan hüquq dövlət qeydiyyatına alınmışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı ona məxsus olan torpaq sahəsində cavabdeh tərəfindən tikinti materiallarının boşaldıldığını əsas gətirərək, belə bir iddia tələbini irəli sürmüşdür. Cavabdeh isə iddia tələbinə etiraz edərək, həmin torpaq sahəsinin onun özünə məxsus olması halına istinad etmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Belə ki, hazırki mülki iş üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür, başqa sözlə, məhz iddiaçı cavabdeh tərəfindən ona məxsus olan torpaq sahəsinə tikinti materiallarını boşaltması, bununla da cavabdehin hərəkətləri nəticəsində mülkiyyət hüququnun pozulması hallarını sübutetmək öhdəliyini daşıyır. Lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən bununla bağlı hər hansı mötəbər sübuta istinad edilməmişdir. Bununla bağlı yalnız fotoşəkillər təqdim edilmişdir ki, həmin fotoşəkillər isə iddia tələbinin əsası kimi istinad edilən halları birbaşa təsdiq edən sübut qismində çıxış etməmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən halların müəyyən edilməsi məqsədilə müvafiq məhkəmə ekspertizası təyin edilmiş, mütəxəssis rəyi tərtib edilmədiyindən, həmin ekspertizanın keçirilməsi mümkün olmamışdır. Mütəxəssis rəyinin tərtib edilməməsi səbəbi isə Abşeron rayonu, o cümlədən Məmmədlki kəndi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmaqla, hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılması ilə bağlı olmuş, o cümlədən. torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılmasının təmin edilməsinin mümkünlüyü qeyd edilmişdir. Göründüyü kimi indiki halda həmin torpaq sahələrinin naturada yerləşmə mövqeyi ilə faktiki istifadədə olan yerləşmə mövqeyi arasında uyğunzusluq olduğundan, mübahisə predmeti olan torpaq sahəsinin sənəd əsasında iddiaçıya və ya cavabdehə məxsus olan torpaq sahəsi olması halının müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda isə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları müəyyən etmək mümkün olmamışdır. Başqa sözlə, müvafiq tikinti materiallarının cavabdeh tərəfindən torpaq sahəsinə boşaldılması halı işin mübahisəsiz halı olsa da, həmin torpaq sahəsinin müvafiq sənəd üzrə iddiaçıya məxsus olması halının müəyyən edilməsi mümkün olmamışdır. Qeyd edilən halın müəyyən edilməsi isə xüsusi bilik tələb etdiyindən, hazırki iş üzrə ekspert rəyi sübutetmə vasitəsi qismində çıxış etsə də (bununla bağlı müvafiq ekspertiza təyin edilsə də), yuxarıda istinad edilən hallar müvafiq ekspert rəyinin əldə edilməsini mümkünsüz etmişdir. Nəticə etibarilə iddia tələbinin əsası kimi istinad edilən halların, yəni hazırda cavabdeh tərəfindən tikinti materialları boşaldılan torpaq sahəsinin iddiaçıya məxsus olan torpaq sahəsi olması halının (mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsi ilə eynilik təşkil etməsini) müəyyən etmək mümkün olmamışdır. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157.4-ci maddəsinə əsasən mülkiyyətçi məhz mülkiyyət hüququ əsasında ona məxsus olan əmlaka qəsd edən hərəkətlərə son qoyulmasını, başqa sözlə mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törədən hərəkətlərə son qoyulmasını tələb edə bilər. Hazırkı iş üzrə isə sözügedən torpaq sahəsinin məhz xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan torpaq sahəsi ilə eynilik təşkil etməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin istinad etdiyi ekspert rəyi ilə bağlı qeyd edir ki, həmin ekspert rəyinin məzmununda İddiaçı məxsus olan 0,118136 ha torpaq shaəsinin 0,0909 ha hissəsinin yerində iddiaçının faktiki istifadəsində olan torpaq shaəsi ilə üst-üstə düşdüyü müəyyən edilmiş, lakin cavabdehə məxsus olan torpaq sahəsinin iddiaçıya məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsi halının müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi məhz həmin ekspert rəyinə istinad edərək, yalnışlıqla cavabdehin 0,0909 ha torpaq sahəsinə tikinti materialları boşaldılması qənaətinə gələrək, həmin hissədə düzgün olmayaraq iddia tələbini təmin etmişdir. Belə ki, iş materiallarında olan heç bir sənədlə, o cümlədən məhkəmə araşdırması zamanı qeyd edilən hal öz təsdiqini tapmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etdiyi hissədə işin hallarına düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır, nəticə etibarilə iş üzrə iddia tələbinin təmin edilməsi hissəsində düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instasiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməli, bu hissədə yenidən qərar qəbul edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti iddia tələbi təmin edilmədiyindən, iddiaçıdan tutularaq dövlət büdcəsinə köçürülməlidir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-285/2022 nömrəli qətnaməsi qismən-iddia tələbinin təmin edildiyi hissədə ləğv edilsin, bu hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-833/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-833/2023
14.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver