Məhkəmə qərarları › İş №2(105)-837/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-837/2020

14.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-837/2020 14.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı4, Cavabdeh4 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 Cavabdeh4 qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-636/2019 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-636/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh4 Sumqayıt şəhəri, Novxanı bağlar zonasında yerləşən 4041 saylı JN-918B şəhadətnaməli torpaq sahəsinin 326 m2 hissəsindən və P-4041 saylı JN-917B şəhadətnaməli torpaq sahəsinin 207 kv.m hissəsindən çıxarılması, həmin torpaq sahələrində inşa edilmiş qanunsuz tikililərin Cavabdeh4 öz hesabına sökülməsi və həmin torpaq sahələrinin iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 qaytarılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin Cavabdeh4 tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına və 60 manat məbləğində torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci Cavabdeh4 tutularaq “kapitalbank”-ın 1 saylı Xətai filialı, KOD: 200071, VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZO013501**********1944, SWİFT:AİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyyə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** hesabına köçürülməsi qət edilmişdir. (hakim A.İ.İsmayılov) Qətnamədən narazı qalan Cavabdeh4 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-636/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi,iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.2019-cu ildə vəfat etmişdir. İşə apelyasiya qaydasında baxılarkən, məhkəmə kollegiyasının iclasında tərəflər barışıq sazişi təqdim edərək təsdiq olunmasını, iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Tərəflərin məhkəmə kollegiyasına təqdim etdikləri xx.xx.2020-ci il tarixli barışıq sazişi İddiaçı3, X2, İddiaçı2, İddiaçı4 və Cavabdeh4 tərəfindən imzalanmışdır. Tərəflər arasında bağlanmış barışıq sazişindən görünür ki, hər iki tərəfin təşəbbüsü ilə hazırkı mübahisə ilə əlaqədar onların arasında barışıq əldə olunmuşdur. Barışıq sazişinin şərtlərinə görə, İddiaçı3, İddiaçı2, X2 və İddiaçı4 onlara məxsus Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi, 9-cu dayanacaqda yerləşən 917B və 918B ünvanında yerləşən 0,06 ha torpaq sahəsini Cavabdeh4 satmağı öhdələrinə götürürlər. Cavabdeh4 isə bunun əvəzində Sumqayıt Bələdiyyəsinin qərarı ilə ona ayrılan Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi, 9-cu dayanacaqda 40-41B ünvanında yerləşən 0,04 ha torpaq sahəsini özəlləşdirib satmağı və 0,02 ha torpaq sahəsinə görə 5600 manat məbləği İddiaçı3, İddiaçı2, X2 və İddiaçı4 verməyi öhdəsinə götürür. İddiaçı3, X2, İddiaçı2, İddiaçı4 və Cavabdeh4 həmin torpaq sahələrinə dair heç bir pul tələblərinin olmayacağını və bu işlə əlaqədar şikayət etməyəcəklərini, hər hansı bir iddia qaldırmayacaqlarını və gələcəkdə məhkəməyə müraciət etməyəcəklərini öhdələrinə götürürlər. Məmmədov X3 Sevda Mirzə qızı, İddiaçı2, X2 və İddiaçı4 5600 manat məbləğini xx.xx.2020-ci il tarixədək verməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası tərəflərin barışıq sazişini araşdıraraq müəyyən etdi ki, saziş Azərbaycan Respublikası MPM-nin 370.1-ci və 191.1-ci maddələrinin tələblərinə uyğun tərtib edilmiş, barışıq sazişinin təsdiqlənməsinin hüquqi nəticələri aydın surətdə ifadə olunmuşdur. Barışıq sazişinin şərtlərinin təhlili ilə müəyyən edildi ki, tərəflərin barışıq sazişinin şərtləri qanuna zidd deyildir və digər şəxslərin mənafelərinə toxunmur və deməli, barışıq sazişi təsdiq oluna bilər. Yenə həmin Məcəllənin 370.2-ci maddəsinin tələblərinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 191.2-ci və 261.0.5-ci maddələrinə əsasən tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Yenə həmin Məcəllənin 391-ci maddəsinin tələblərinə görə Məcəllənin 19-cu və 20ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 191.1, 191.2, 261.0.5, 370, 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “1. İddiaçı3, İddiaçı2, X2 və İddiaçı4 onlara məxsus Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi, 9-cu dayanacaqda yerləşən 917B və 918B ünvanında yerləşən 0,06 ha torpaq sahəsini Cavabdeh4 satmağı öhdələrinə götürürlər.

2. Cavabdeh4 bunun əvəzində Sumqayıt Bələdiyyəsinin qərarı ilə ona ayrılan Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi, 9-cu dayanacaqda 40-41B ünvanında yerləşən 0,04 ha torpaq sahəsini özəlləşdirib satmağı və 0,02 ha torpaq sahəsinə görə 5600 manat məbləği İddiaçı3, İddiaçı2, X2 və İddiaçı4 verməyi öhdəsinə götürür.

3. İddiaçı3, X2, İddiaçı2, İddiaçı4 və Cavabdeh4 həmin torpaq sahələrinə dair heç bir pul tələblərinin olmayacağını və bu işlə əlaqədar şikayət etməyəcəklərini, hər hansı bir iddia qaldırmayacaqlarını və gələcəkdə məhkəməyə müraciət etməyəcəklərini öhdələrinə götürürlər.

4. Məmmədov X3 Sevda Mirzə qızı, İddiaçı2, X2 və İddiaçı4 5600 manat məbləğini xx.xx.2020-ci il tarixədək verməyi öhdəsinə götürür.

5. Sazişin rəsmiləşdirilməsi ilə əlaqədar xərclər İddiaçı2 tərəfindən ödənildi.

6. Bu saziş 5 (beş) nüsxədə tərtib edilir, onlardan biri notariat kontorunda saxlanılır, digər nüsxələr isə tərəflərə verildi.” Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-636/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apelya--si-ya Məhkəmə-si vasitəsi ilə Azərbaycan Respublikası Ali Məh-kəməsinin Mülki Kollegiyasına kassasiya şi-ka--yəti verilə bilər.

Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Məmmədov Zaur Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar