Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-838/2021 31.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində sahiblik, istifadə və sərəncam faktının müəyyən olunması tələbinə dair mülki iş üzrə Şamaxı rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(074)-673/2020 saylı qətnaməsindən maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) ərizənin təmin edilməsi, Ərizəçi Şamaxı şəhəri, 26 saylı məhəllədə yerləşən 144 kv.m sahəsi olan tikili üzərində sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ Ərizəçi maraqlı şəxs DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində sahiblik, istifadə və sərərəncam faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı şəhəri 26 saylı məhllədə yerləşən, 160 kv.m. sahəsi olan tikili və altındakı torpaq sahəsi (keçmiş sürücülük məktəbi) üzərində sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbin həcminin azaldılmasına dair ərizə təqdim edərək, Şamaxı şəhəri, 26 saylı məhəllədə yerləşən 144 kv.m sahəsi olan tikili üzərində sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəfindən ona məxsus ərazidə, yəni hazırkı Heydər Əliyev parkının ərazisində “əl oyunları və ictimai iaşə xidməti” fəaliyyəti göstərdikdən sonra, həmin torpaq sahəsinin 306 kv.m hissəsi H.Əliyev parkının genişləndirilməsi və yenidənqurulması ilə əlaqədar ondan geri alınmış və bunun əvəzində isə, Şamaxı şəhəri 26-cı məhəllədə olan yararsız tikili (köhnə sürücülük məktəbi) əvəzsiz olaraq bütünlüklə Şamaxı rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2007-ci il tarixli, 141 saylı Sərəncamı ilə ona verilmişdir. Bundan sonra müvafiq idarə və qurumlardan rəsmi icazə aldıqdan sonra həmin torpaq sahəsində hətta fərdi ev tikmişdir. Daşınmaz əmlak (əvəzsiz verilmiş tikili ) üzərində mülkiyyət hüquqlarını qeydə almaq üçün DƏRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etdikdə, ona bildirmişlər ki, 160 kv.m. sahəsi olan tikili və altındakı torpaq sahəsi dövlət əmlakına aiddir və qeydə alına bilməz və bu məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməlidir. Bütün bunlar əsassızdır. Belə ki, qeyd etdiyi kimi, tikili və torpaq sahəsi ona əvəzsiz olaraq verilmişdir və faktiki olaraq özünə məxsusdur. Bundan əlavə qonşusu D.Heybətova ilə olan mülki mübahisə zamanı, tələbi məhkəmədə təmin edilmiş, həmin iş üzrə xx xxxxxx 2019-cu il tarixli ekspert rəyi və xx xxxxxxx 2019-cu il tarixli qətnamə ilə qeyd edilən əmlakın ona məxsus olması öz təsdiqini tapmışdır İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi Şamaxı rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, işə obyektiv, tam və hərtərəfli baxmamışdır. İş üçün əhəmiyyətli olan hallar tam araşdırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən maraqlı şəxsin nümayəndəsi X2 apellyasiya şikayətinin müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Ərizəçi apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçi, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxx 2013-cü il tarixli qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini iş üzrə toplanmış sübutlarla faktın təsdiq edilməsi və faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). İşdən görünür ki, ərizəçilərə Şamaxı rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2007-ci il tarixli, 141 saylı Sərəncamı əsasında Şamaxı şəhəri, 26 saylı məhəllədə yerləşən 144 kv.m sahəsi olan tikili ayrılmışdır. Ərizəçi həmin torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən edilməsinin mümkün olmadığına görə, həmin faktın məhkəmə qaydasında müəyyən edilməsindən ötrü hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 307.1. maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəllənin 307.2.6. maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (Mülki Prosessual Məcəllənin 308-ci maddəsi). Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi üçün ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalı və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməli, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Ərizəçi hüquqi əhəmiyyətli faktın təsdiq etdiyi torpaq sahəsini maraqlı şəxs dövlət mülkiyyətinə aid olması ilə əlaqələndirərək, ərizəni mübahisələndirmişdir. Azərbaycan Respublikası MPM-nin 306.4. maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 384.0.4. maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Ərizənin baxılmamış saxlanılmasının əsaslarını nəzərədə tutuan Mülki Prosessual Məcəlləsinin 19-cu fəslinin 259.0.10. maddəsinə görə hüquq əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respulbikası Mülki Prosessual Məcəlləsinin 260.4. maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 259.0.10, 306.4, 384.0.4, 391, 402-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində sahiblik, istifadə və sərəncam faktının müəyyən olunması barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi yenidən ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-838/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-838/2021
31.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver