Məhkəmə qərarları › İş №2(105)-84/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-84/2023

19.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-84/2023 19.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X5 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(012)- 183/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) Cavabdeh İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 0,00075 ha hissəsindən çıxarılması və həmin torpaqda tikilmiş tikili Cavabdeh hesabına sökülməsi, məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 10/2684 saylı, 25 iyun 2021-ci il tarixli tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi SAP (XİİS) hesabı X1, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesabAZ34CTRE******************** qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh DƏDRX-nin verdiyi MA seriyalı, ******* №-li çıxarışa əsasən ona məxsus olan 0.03 ha torpaq sahəsinin 50 sm hissəsindən çıxarılması və həmin torpaqda özbaşına tikilmiş olan tikilinin cavabdehin hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən İddiaçı məxsus 0,03 ha torpaq sahəsinin 0,00075 ha hissəsindən Cavabdeh çıxarılması və həmin torpaqda tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ildə Qasımov X3 rayonu, Masazır qəsəbəsində 0,03 ha torpaq sahəsi almışdır. Torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının ƏMDK-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və 04 noyabr 2011-ci ildə MA seriyalı ******* saylı çıxarış verilmişdir. Çıxarışa əsasən 0,03 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin torpaq sahəsinin planı və ölçüsü ilə bağlı sənəddə torpaq sahəsinin AA seriyalı 033487 saylı reyestr nömrəsinə ünvan 3ində yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçıya məxsus torpaq sahəsində qonşusu cavabdeh X4 0,00075 ha hissəsinə keçərək özünə özbaşına tikili inşa etmişdir. Cavabdehin iddiaçıya məxsus olan torpaq sahəsinin müəyyən hissəsində inşa etdiyi tikili mülkiyyətdən maneəsiz istifadəyə mane olur, bu da konstitusion iddiaçının hüquqlarının pozulması deməkdir. Nəticə etibari ilə cavabdeh həmin ərazidə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinə qeyri-qanuni sahiblik edir. Dəfələrlə iddiaçıya məxsus olan torpaq sahəsində yerləşən tikilinin sökülməsi ilə bağlı müraciət edilsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. Ancaq cavabdeh bütün bunlara baxmayaraq iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsini boşaltmır. İddiaçı cavabdehlə razılığa gəlmək fikrində deyildir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin həmin nəticəsi tamamilə əsassızdır. Belə ki, məhkəmə işə baxarkən iş üzrə ekspert rəyi əsasında araşdırılmalı hallara diqqət etməmiş və araşdırmanı heç bir sübutla aparmamışdır. Belə ki, mübahisəli torpaq sahəsinin dəqiq kordinatları müəyyən edilmədiyindən ərazinin məhz onun torpağında olması heç bir sübutla təsdiq olunmur. Məhkəmə tərəfindən bununla bağlı Abşeron rayon DƏDRX-nə sorğu ünvanlanmamış, sənədlər toplusuna tərəflərə aid hüquqmüəyyənedici səbədlər əlavə edilməmişdir (torpağın texniki pasportu, torpaq sahəsinin döngə nöqtələrinin kordinatları və.s). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10\2684 saylı, 25 iyun 2021-ci il tarixli ekspert rəyi belə özü-özünü təkzib edir. Belə ki, “koordinatlar uyğun gəlir”, “üst-üstə düşür” kimi ifaddələr işlətsələr də, qeyd olunan qərarda ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahəsinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümükün deyildir. Halbuki, məhkəmə bu cür məsələlərin həll edilməsi ilə əlaqədar məsələ qaldıra mübahisəli ərazinin dəqiqləşdirilməsini aparmalı idi. Məhkəmə mübahisəli əraziyə dair baza məlumatların olmadığını nəzərə almayaraq, işi tam, hərtərəfli və obyektiv araşdırmadan iddia tələbinin təmin olunması barədə əsassız qərar çıxarmışdır. Qeyd olunmalıdır ki, iddiaçı və cavabdeh mübahisəli torpaq sahəsini 0,06 ha olmaqla birlikdə əldə edərək, birlikdə DƏDRX-nə müraciət etmişlər və tərəflərin hər ikisinin iştirakı ilə sonradan bərabər 0,03 ha – 0,03 ha bölüşdürülməsi bölünmüşdür. Eləcə də torpaq sahəsinin sərhədlərini qərəzsiz pozmağı və iddiaçının buna etiraz etməməsini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh həmin ərazini öz ərazisi hesab etmiş və tikinti aparmış, iddiaçı isə buna etirazını bildirməmişdir. İşdən göründüyü kimi, birinci instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılma aparılmamış, işə tez-tələsik baxılaraq qərar verilmişdir. Qeyd olunan faktların nəzərə alınması eləcədə cavabdehin barışıq təklifi birinci instansiya məhkəməsi nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən bir sıra maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamamış, bu halın isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti vardır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin qərəzli hərəkətlərinin olub-olmamasını araşdırmamıış, göstərilənlərlə bağlı xüsusatı tam və obyektiv araşdırmamış, bununla da məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə nəticələnmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini hal-hazırda Cavabdeh özbaşına zəbt edilmiş iddiaçıya məxsus torpaq sahəsindən və həmin torpaq sahəsindəki tikintidən könüllü çıxmaması İddiaçı daxili və beynəlxalq qanunvericiliklə qorunan mülkiyyət hüququnun pozulması ilə nəticələnməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Abşeron rayonu, Masazır qəsəbəsində 0,03 ha həyətyanı torpaq sahəsinin 2011-ci ildən İddiaçı xüsusi mülkiyyətində olması, qonşu ərazidə yerləşən 0,03 ha torpaq sahəsinin isə xx.xx.2013-cü il tarixdə Cavabdeh xüsusi mülkiyyətində olması işin mübahisəsiz hallarıdır. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2., 172.3, 173.3-cü maddələri təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Həmin maddənin dizpozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçılar ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçının mülkiyyətində 0,03 ha torpaq sahəsinin olduğu, həmin torpaq sahəsinin mübahisələndirilən hissəsinin cavabdehin sahibliyində olması və bu sahibliyin qanunsuz olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023-cü il tarixli 10/425 №li ekspert rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 24 fevral 2023-cü il tarixli 3-21-3-32/2- 2076/2023 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı faktiki istifadəsini olan 0,0294 ha torpaq sahəsinin 0.0282 ha hissəsinin İddiaçı məxsus ünvan 3ində yerləşən torpaq sahəsi ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş, № AA 033487 saylı, **********35 reyestr nömrəli 0,03 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatları daxilində yerləşdiyi müəyyən edildi. Mütəxəssis rəyinə əsasən, Cavabdeh faktiki istifadəsində olan 0,0315 ha torpaq sahəsinin 0.0291 ha hissəsinin Cavabdeh məxsus ünvan 3i ünvanında yerləşən torpaq sahəsi ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş, **********02-10301 reyestr nömrəli, 9112 inventar nömrəli, xx.xx.2013-cü il tarixli texniki pasportda göstərilən 0,03 ha torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən edildi. Mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyət hüququ məxsus olan (MA seriyalı, ******* №-li, xx.xx.2011-ci il qeydiyyat tarix **********35 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ünvan 3ində yerləşən 0,03 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatlarının Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan RX seriyalı, ******* №-li, xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (**********02-10301 reyestr reyestr nömrəli, 9112 inventar nömrəli, xx.xx.2013-cü tarixli texniki pasportda göstərilən) ünvan 3ində yerləşən 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olundu. Lakin Cavabdeh faktiki istifadəsində olan 0,0315 ha torpaq sahəsinin 16 kv.m. hissəsinin (0,0016 ha) İddiaçı məxsus ünvan 3ində yerləşən torpaq sahəsi ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş, № AA 033487 saylı, **********35 reyestr nömrəli 0,03 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatları daxilində yerləşdiyi müəyyən edildi. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər (Mülki Məcəllənin 172.3., 173.3-cü maddələri). Qeyd olunmalıdır ki, qonşu torpaq sahələrinin mülkiyyətçiləri şübhəsiz ki qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və qazıntı işləri apara bilərlər. Lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bir təhlükəyə məruz qoymamalıdır. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər. Lakin öz torpaq sahəsində yaşayış evi tikən mülkiyyətçi qərəzsiz olaraq qonşu torpaq sahəsinin sərhədini pozduqda və bunu görərək qonşu mülkiyyətçi etiraz etməzsə ağır məsrəflər hesabına başa gələn bina tikilib istifadəyə verildikdən sonra, şübhəsiz ki, onun sökülməsini tələb etmək ədalətsiz olardı. Buna görə də qanunvericilikdə nəzərdə tutulmuşdur ki, belə halda sərhədi pozulmuş qonşu müəyyən pul kompensasiyası almaqla həmin pozuntuya dözməlidir. Qeyd olunan hallar mübahisəli əraziyə yerli baxışın keçirilməsi ilə, eləcə də iddiaçının sökülməsini tələb etdiyi 0,00075 ha hissəsinin cavabdehin hazırda mövcud olan iki mərtəbəli fərdi yaşayış evinin altında yerləşməsi ilə öz təsdiqini tapır. Həmçinin o vurğulanmalıdır ki, sərhədi pozulmuş qonşu (iddiaçı) sərhəddi pozmuş cavabdehdən müəyyən pul kompensasiyası almaqla həmin pozuntuya dözməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ağır məsrəflər hesabına başa gələn tikilib istifadəyə verilən iki mərtəbəli fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə düşən 0,00075 ha hissəsində sökülərək, cavabdehin həmin ərazidən çıxarılması iddiaçının hüququnu əhəmiyyətli dərəcədə pozmadığından, iddia tələbləri təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50+50=100 (yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar