Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-84/2025 29.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İbrahı̇ mova Yazgülü Hümbətalı qızının Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınması, torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi və plan-sxemin etibarsız hesab olunması) X8 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh iştirakları ilə, İddiaçı İbrahı̇ mova Yazgülü Hümbətalı qızının Cavabdeh qarşı "torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınması, torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi və plan-sxemin etibarsız hesab olunması" tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(074)-50/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınması, torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi, plan-sxemin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Şamaxı şəhəri, “Yurd Yeri” yaşayış massivində Şamaxı Bələdiyyəsinin 11 may 2005-ci il tarixli, 81 saylı qərarına əsasən Şamaxı şəhərinin şimal-qərb hissəsində ayrılmış 0,06 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, əsassız və qanunsuz zəbt etdiyi sahədə inşa etdiyi tikili özülün sökülməsi və Şamaxı Bələdiyyəsi tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə verilmiş “verilir Cavabdeh ondan ötrü ki, o, Şamaxı şəhəri, 25 “A” saylı məhəllədə 0,08 ha torpaq sahəsində 110 kv.m. sahəsi olan fərdi yaşayış evi inşa etdirmişdir” məzmunlu arayışın və həmin tikilinin yerləşdiyi yerin cavabdehə ayrılmış sahə kimi Bələdiyyənin möhürü ilə 2023cü ildə təsdiqlənmiş plan-sxeminin Şamaxı rayon İcra Hakimiyyətinin memarlıq və arxitektura şöbəsində qeydə alınmadığından, etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona fərdi yaşayış evinin tikintisi üçün Şamaxı Bələdiyyəsinə 2005-ci ilin may ayında etdiyi yazılı müraciəti əsasında, Şamaxı Bələdiyyəsinin 11 may 2005-ci il tarixli, 81 saylı qərarına əsasən, Şamaxı şəhərinin şimal qərb hissəsində, “Yurd Yeri” adlanan ərazidə 0,06 kv metr torpaq sahəsi ayrılmış və Bələdiyyənin bu Qərarı ilə birlikdə ona “Bələdiyyə torpaqlarının kadastr məlumatlarının saxlayıcısı” olan Şamaxı Rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin möhürü ilə təsdiq edilmiş rəyi, satılması nəzərdə tutulmuş ərazidə 0,06 ha torpaq sahəsinin normativ qiymətinin müəyyən edilməsi üçün Şamaxı Bələdiyyəsinin Azərbaycan Respublikası sabiq Torpaq və Xəritəçəkmə Komitəsinə ünvanladığı xx.xx.2005-ci il tarixli, 163 nömrəli məktubunun surəti; torpağın İddiaçı satılmasına dair Şamaxı Bələdiyyəsinin və Şamaxı Rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin müdirinin iştirakı ilə tərtib edilmiş “Torpağın alqı-satqısına dair Akt”ın surəti; həmin torpağa görə İddiaçı tərəfindən 03 may 2005-ci il tarixli, 07 saylı qəbzlə Şamaxı Bələdiyyəsinin Azərbaycan Respublikası Beynəlxalq Bankının Şamaxı filialındakı hesabına ödədiyi 1.500.000 manat pulun mədaxil edilməsinə dair qəbzin surəti; satılmış sahənin Şamaxı Rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin və Şamaxı Bələdiyyəsinin möhürləri ilə təsdiq edilmiş Şamaxı şəhər Baş Planından Çıxarışının (xəritənin) və torpağın yerində dəqiq Planı verilmişdir. Azərbaycan Respublikası sabiq Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsinə ona satılmış torpaq sahəsinə kadastr planı hazırlanmasına köməklik göstərilməsi barədəki ərizəsinə Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsi tərəfindən 17-3/185 saylı 06 sentyabr 2010-cu il tarixli cavabında göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli, 158 saylı Qərarına müvafiq olaraq Şamaxı rayonunun Şamaxı Bələdiyyəsisinin qərarı ilə İddiaçı satılmış 0,06 ha torpaq sahəsinin “Dağ Şirvan” kadastr qiymət rayonuna aiddir. Həmin torpaq sahəsi Şamaxı Bələdiyyəsinin mülkiyyətinə aiddir. Arayış üç (3) nüsxədən ibarət tərtib edilmişdir. Onun bir nüsxəsi torpaq sahəsinin Normativ qiyməti barədə arayış verilməsi üçün müraciət edən Şamaxı Bələdiyyəsinə təqdim etmək üçündür. Arayışın ikinci nüsxəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsində saxlanılır. Üçüncü nüsxəsi Ağsu regional torpaq qeydiyyiat mərkəzinə təqdim edilir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsinin müdiri “imza-möhür” M. Əfəndiyev”. Lakin 2023-cü ilin aprel-may ayında Ağsu rayonu, Suraxanı kənd sakini Cavabdeh Şamaxı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 36 saylı Qərarına əsasən, ona satılmış 0,08 ha (800 kv metr) torpaq sahəsinin (lakin onun tərəfindən həmin torpaq sahəsinin dəyərinin Şamaxı Bələdiyyəsinə ödənilməsini təsdiq edən köçürmə sənədi, həmin vəsaitin Bələdiyyənin hesabına mədaxil edilməsini təsdiq edən qəbz, bank sənədi yoxdur) yerləşməsinə dair sxemdə Şamaxı Rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin müdiri M.Əfəndiyevin imzası olduğu halda, Şamaxı şəhər Baş Planından Çıxarış verilməmiş və yalnız torpağın İddiaçı ayrılmış torpaq sahəsinin plan və sxeminə uyğun gəlməyən yerdə olması barədə cizgisi verilsə də, o özbaşına olaraq İddiaçı məxsus 0,06 ha torpağı və həmin torpağa bitişik, başqasına məxsus torpaq sahəsinin 0,02 ha ərazisini də dəmir üstlərlə hasarlayaraq, orada müvafiq orqanların icazəsi olmadan 110 kv m evin tikintisinin aparılması məqsədilə ilkin özül qoyma işi aparmışdır. Eyni zamanda, Şamaxı Bələdiyyəsinin sədri X2 da, Cavabdeh guya “xx.xx.2023-cü ıl tarixdə 25 “A” saylı məhəllədə 0,08 ha torpaq sahəsində 110 kv.m sahəsi olan fərdi yaşayış evi inşa etdirməsi barədə obyektiv həqiqətə uyğun gəlməyən Arayış və həmçinin həmin tikilinin yerləşdiyi yerin yalnız özü tərəfindən təsdiq edilmiş sxemini vermişdir. Halbuki, xx.xx.2006-cı il tarixdən 2023-cü ilin mart ayına kimi olan dövrə qədər cavabdeh bir dəfə də olsun həmin əraziyə gəiməmiş, həmin torpaq sahəsi ilə bağlı nəinki iddiaçıya, eləcə də, hər hansı bir orqana qarşı tələb irəli sürməmişdir. Cavabdeh ayrılmış torpaq sahəsinin sxemi İddiaçının torpaq sahəsinin sxemi ilə üst-üstə düşməməsinə baxmayaraq, cavabdeh əsassız və qanunsuz olaraq iddiaçıya ayrılmış torpaq sahəsini zəbt edərək onu hasarlamış və ilkin özülqoyma işi aparmışdır.Odur ki, ona məxsus torpaq sahəsinin Cavabdeh qeyri qanuni sahibliyindən alınmalı, o, əsassız və qanunsuz zəbt etdiyi sahədən çıxarılmalı və onun inşa etdiyi tikili sökülməlidir. Cavabdeh Ağsu rayonunda yaşayır. Şamaxı Bələdiyyəsi tərəfindən Cavabdeh “xx.xx.2023-cü il tarixdə verilmiş “Verilir Cavabdeh ondan ötrü ki, o, Şamaxı şəhəri 25 a saylı məhəllədə 0,08 ha torpaq sahəsində 110 kv.m sahəsi olan fərdi yaşayış evi inşa etdirmişdir” məzmunlu arayışın və həmin tikilinin yerləşdiyi yerin cavabdehə ayrılmış sahə kimi Bələdiyyənin möhürü ilə 2023-cü ildə təsdiqlənmiş plan-sxemi də Şamaxı rayonu ərazisində Bələdiyyə torpaqlarının kadastr saxlayıcısı olan Şamaxı rayon İcra Hakimiyyətinin memarlıq və arxitektura şöbəsində qeydə alınmadığından etibarsız sayılmalıdır.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
4. Şamaxı Bələdiyyəsinin 11 may 2005-ci il tarilxi 81 saylı qərarından görünür ki, Şamaxı rayon sakini İddiaçı şəhərin şimal-qərb hissəsində fərdi yaşayış evi tikmək üçün 30 metr uzunluğunda 20,0 metr enində olmaqla 600 kv.metr torpaq sahəsi ayrılmışdır.
5. Şamaxı Bələdiyyəsinin 27 fevral 2006-cı il tarixli 36 saylı qərarından görünür ki, Ağsu rayonu Suraxanı kənd sakini Cavabdeh şəhərin 25a saylı məhəlləsində fərdi yaaşyış evi tikmək üçün 800 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə satılmışdır.
6. Şamaxı Bələdiyyəsinin 09 mart 2023-cü il tarixli 33 saylı arayışından görünür ki, Cavabdeh həqiqətən Şamaxı şəhəri 25 a saylı məhəllədə 800 kv.metr torpaq sahəsində 110 kv.metr fərdi yaşayış evi inşa etdirmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarilxi 3-16-16/2-10/467 saylı ekspert rəyində göstərilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət reyestri” publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 27 devral 2024-cü il tarixli 3-21-3-41/2-358/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı naturada faktiki istifadəsində torpaq sahəsi yoxdur. Lakin iddiaçının iddia etdiyi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları naturada müəyyənləşdirilmiş, iddiaçı cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin cənub hissəsinin ona məxsus olduğunu bildirmişdir. - Şamaxı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 81 saylı Qərarı ilə İddiaçı verilmiş 0.06 ha torpaq sahəsinə aid sxemlər yerquruluşu qaydasında hazırlanmadığından (miqyas, ayrılmış torpaq sahələrinin ölçüləri, yerləşdiyi ərazi və qonşuluqları, hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi) torpaq sahəsinin naturada dəqiq yerini müəyyən etmək mümkün deyildir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, cavabdeh X5 faktiki naturada istifadə etdiyi və ətrafı şiferlə hasara alınmış torpaq sahəsinin koordinatları müəyyənləşdirildi. Cavabdehin faktiki istfadəsındə olan torpaq sahəsi 0.1122 ha təşkil edir. - Şamaxı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 36 saylı Qərarı ilə Cavabdeh verilmiş 0.08 ha torpaq sahəsinə aid sxemlər yerquruluşu qaydasında hazırlanmadığından (miqyas, ayrılmış torpaq sahələrinin ölçüləri, yerləşdiyi ərazi və qonşuluqları, hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi) torpaq sahəsinin naturada dəqiq yerini müəyyən etmək mümkün deyildir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh faktiki naturada istifadə etdiyi torpaq sahəsinin ətrafını şiferlə hasara almış və həmin torpaq sahəsi üzərində tikinti (yarımtikiii) işi aparmışdır. Əlavə olaraq bildiririk ki, elektron baza məlumatlarına əsasən mübahisə predmeti olan torpaq sahəsi meşə fondu torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyətidir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Şamaxı rayonu Şamaxı Bələdiyyəsinə və üçüncü şəxs Cavabdeh qarşı “Ağsu rayonu, Suraxanı kəndində yaşayan Cavabdeh Şamaxı şəhərinin 25a saylı məhəlləsində 0.08 ha torpaq sahəsinin satılması haqda Şamaxı Bələdiyyəsinin xx.xx.2006-cı tarixli, 36 saylı Qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə mahiyyəti üzrə baxılıb, çıxarılacaq yekun qərar qüvvəyə minənədək iddiaçı İ̇brahı̇ mova Yazgülü Hümbətalı qızının Cavabdeh Xəlı̇ l oğluna qarşı “torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınması, torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi və plan-sxemin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır.
9. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-2993/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Şamaxı rayon Şamaxı Bələdiyyəsinə qarşı “Ağsu rayonu, Suraxanı kəndində yaşayan Cavabdeh Şamaxı şəhərinin 25 a saylı məhəlləsində 0,08 ha torpaq sahəsi satılması haqda Şamaxı Bələdiyyəsinin 27 fevral 2006-cı il tarixli, 36 saylı qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinin mümkün sayılmaması qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
10. Şamaxı Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(074)-50/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınması, torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi, plan-sxemin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pulun İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X3 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 148.2 və 149.2-ci maddələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1, 2.3 və 2.4-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 119.1, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
12. Şamaxı Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(074)-50/2024 nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı İ̇brahı̇ mova Yazgülü Hümbətalı qızının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı dəfələrlə Ağsu regional qruma gedib kadastr planının nə vaxt hazırlanacağını öyrənmək istəsə də, hər dəfə məsələnin tezliklə həll olacağı barədə verilən vədlərdən bezib bir daha ora getməmiş və sonradan da ona rəsmi cavab da verilməmişdir. Bir müddət sonra isə “Ağsu Regional torpaq qeydiyyatı Mərkəzi” ləğv edilmişdir. Maddi imkanı olmadığından ərazidə tikinti işi apara bilməsə də, onun kənarına məftillərdən mərz çəkmiş və sonralar bu mərz nişanları olan məftilləri də dəmir yığıb satan naməlum şəxslər gizlincə söküb aparmışlar. Buna baxmayaraq torpağına tez-tez baş çəkməklə onu mühafizə etmişdir. Oğlu Türkiyədə litseydə oxuduğundan və o da heç bir yerdə iş tapa bilmədiyindən, 2022-ci ildə Türkiyəyə getmiş və 2023-cü ilin martında, Türkiyədə olanda Ağsu rayonu, Suraxanı kənd sakini Cavabdeh adında şəxsin onun torpağını tutub orada 110 kv.m ev tikmək üçün beton özül tökdüyünü eşitmiş, həmin ilin aprel ayında Şamaxıya qayıdıb torpağına baxış keçirərkən naməlum şəxsin onun torpaq sahəsindən başqa, qonşuluqda yerləşən torpağın 0,02 ha., baxış zamanı isə onun 1132 kv.m torpağı zəbt edərək kənarına bəzi yerdə məftil, bəzi yerdə köhnə şifer, bəzi yerində setka, bəzi yeri də açıq qalmaqla hasara aldığını görmüş və Şamaxı Bələdiyyəsinə gedib sənədlərini təqdim edərək yerini zəbt etmiş şəxsin torpağından çıxarılmasını tələb edəndə Bələdiyyə sədri həmin şəxsi tanımadığını bildirmiş, səhəri günü gəlməyini xahiş etmiş və səhəri günü Şamaxı Bələdiyyəsinin binasına gələndə biri orta yaşlı, digəri isə 60-65 yaşlı şəxslə qarşılaşaraq, torpağa dair hər hansı bir hüququ olmayan, orta yaşlı şəxs Bələdiyyə sədrinin yanında üstünə hücum çəkib torpağın onun olduğunu, bunu təsdiq edən sənədini göstərmək tələbinə isə “siz kimsiniz ki, sizə sənəd göstərim” deyərək onu hədələmiş və Bələdiyyə sədri də məsələyə qarışmadığını bildirmişdir. Sonradan o, torpağının zəbt edilməsi barədə Şamaxı RPİ-nə ərizə vermiş və təhqiqatçı xx.xx.2023-cü il tarixli qərarla material üzrə cinayət işinin başlanılmasını rədd etmişdir. Həmin qərar əsassız olduğundan rayon prokurorunun qərarı ilə ləğv edilmiş və əlavə araşdırma zamanı 2005-2006-cı illərdə Şamaxı Bələdiyyəsinin sədri vəzifəsində işləmiş X7 izahatında Ağsu rayon sakini Cavabdeh xx.xx.2006-cı il tarixdə Şamaxı Bələdiyyəsi tərəfindən torpaq sahəsi satılmadığını, Bələdiyyənin ona torpaq satılmasına dair xx.xx.2006-cı il tarixli, 36 saylı Qərarındakı imzanın da onun olmadığını göstərdiyindən material araşdırılma davam etdirilməsi üçün Şamaxı RPİ-nin istintaq Şöbəsinə göndərilmişdir. Araşdırma materialları ilə tanışlıq zamanı müəyyən edilmişdir kı, cavabdehin əlində onu Şamaxı şəhərinin 25a saylı məhəlləsində fərdi yaşayış evi tikmək üçün 800 kv.m torpaq sahəsi ayrılması uçun Şamaxı Bələdiyyəsinin (sədr M.M.Zeynalov) xx.xx.2006-cı il tarixli, 36 saylı Qərarı, “Torpaqların alqı-satqısına dair” Şamaxı Bələdiyyəsinin sədri M.Zeynalov, alıcı Cavabdeh və Şamaxı rayon Torpaq Şöbəsinin mudırı M.Əfəndiyev soyadları göstərilən, lakin yalnız M.Zeynalov və M.Əfəndiyev tərəfindən imzalanmış və DT və XK-nin Şamaxı rayon Şöbəsinin rəsmi möhürü ilə möhürlənmiş, Şamaxı Bələdiyyəsinin 3,8 x 3,8 mm-lik girdə möhürü əvəzinə, oturacağındakı yazılar 2005-ci ildəki möhürün yazılarından fərqli oİmaqla, hündürlüyü 33 (otuz üç) mm, eni isə 31 (otuz bır) mm olan və girdə əvəzinə oval şəkilli möhürü və Bələdiyyə sədrinin imzası ilə təsdiq edilmiş AKT, Şamaxı rayon icra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin müdiri Musayev və Aparıcı mühəndis S.Səmədovun imzaları və oturacağında “Şamaxı rayon icra hakimiyyəti Baş Memar” sözləri yazılmış möhürlə təsdiqlənmiş “RƏY” (2006-cı ildə PİH-nin Tikinti və Memarlıq Şöbələrinin belə səlahiyyəti olmamışdır), Azərbaycan Respublikası DT və XK-nin Şamaxı rayon Şöbəsinin müdiri M.Əfəndiyevin imzası və möhürü ilə təsdiqlənmiş RƏY, üzərində “PLAN kv 25a vətəndaş Cavabdeh (vətəndaşın soyadı, adı və atasının adı başqa şəxs tərəfindən başqa xəttlə və başqa rəngli qələmlə icra edilib) ayrılıb-satılan torpaq sahəsi 800 kv m 40m x 20 m yer, yol cizgisi və ona paralel 20 m, perpendikulyar isə 40 m, ən aşağıda isə Şamaxı rayon Torpaq və Xəntəçəkmə Şöbəsi mudiri imza var M.Əfəndiyev” sözləri yazılmış, Plan-sxem, Şamaxı Bələdiyyəsinin hazırkı sədri X2 tərəfindən verilmiş “Verilir Cavabdeh ondan ötrü ki, o, Şamaxı şəhəri, 25 “A” saylı məhəllədə 0,08 ha torpaq sahəsində 110 (yüz on) kv.m sahəsi olan fərdi yaşayış evi inşa etdirmişdir. Arayış lazımi dövlət orqanlarına təqdim edilməsi üçün verilir” məzmunlu 33 saylı, xx.xx.2023-cü il tarixli saxta arayış da vardır. Arayışın saxtalığı ondandır ki, bundan 4 ay yarım sonra onun Şamaxı RPİ-nə verdiyi ərizə ilə bağlı həmin torpağa baxış keçirilərkən orada özüldən başqa heç nə aşkar edilməmişdir və bu barədə Şamaxı RPİ-nin ləhqiqatçısının tərtib etdiyi X12 var və həmin material Şamaxı rayon Məhkəməsinin sorğusuna əsasən məhkəməyə göndərilmişdi, məhkəmə də həmin protokolla tanış olmuşdur. Cavabdeh xx.xx.2006-cı ildə torpaq satılarkən ona Şamaxı şəhərinin baş planından ayrılmış torpağın şəhərin hansı yerində yerləşməsini təsdiq edən Xəritə-Çıxarışın verilmədiyini, belə bir sənədi yalnız 2023-cü ildə Şamaxı Bələdiyyəsinin hazırkı sədri Rövşən Yolçiyevin verdiyini göstərmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-50/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsassız, qanunsuz və ədalətsizdir, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmənin Qətnaməsi işin hallarına uyğun gəlmir, mülki qanunvericiliyə ziddir, hüquqdan sui-istifadədir. Əks mövqe kimi mülki dövriyyənin iştirakçıları arasında inamsızlığa, vətəndaşların dövlət orqanlarına, məhkəməyə etibarına xələl gətirə bilər. Məhkəmədə cavabdeh guya xx.xx.2006-cı ildə ona satılmış torpaq sahəsinin dəyərini ödəmədiyini, həmin vaxt pulu olmadığından torpağın ona nisyə satıldığını, Bələdiyyəyə olan borcunu guya sonrakı illərdə hissə-hissə ödədiyini (lakin hansı ildə hansı bankda, hansı müəssisənin hansı hesabına ödəməsini xatırlamır və qəbzləri də təqdim edə bilmir), alqı-satqı zamanı ona Şamaxı şəhərinin baş planından ayrılmış torpağın şəhərin hansı yerində yerləşməsini təsdiq edən Xəritə-Çıxarışın verilmədiyini, belə bir sənədi yalnız 2023-cü ildə Şamaxı Bələdiyyəsinin hazırkı sədri Rövşən Yolçiyevin verdiyini göstərmişdir. Təcrübədə Bələdiyyə torpaqları nisyə satılması faktı olmamışdır və belə bir fakt olarsa, bu “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.4-cü maddəsinin tələbinə ziddir. Bundan başqa, cavabdeh Şamaxı Bələdiyyəsinin ərazisində bir gün də belə olsa yaşamayıb və ona torpaq satılması “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbinin pozulmasıdır və belə bir əqd bağlandığı andan da etibarsızdır. Bütün bu göstərilənlər cavabdehin torpaq alqı-satqı sənədlərinin saxtalığını tam sübut edir. Bundan başqa, əgər bu torpaq dövlətin torpağıdırsa, onda dövlətin adından qətnamə çıxaran məhkəmə Şamaxı Bələdiyyəsinin həmin sahəni bələdiyyə torpağı kimi qələmə verərək, cavabdehə məzmununda saxta məlumat daşıyan arayış verildiyini görmür? Həmçinin, 2006-cı ildə Şamaxı Bələdiyyəsinin sədri vəzifəsində işləmiş X17 rayon sakini Cavabdeh adlı şıxsə xx.xx.2006-cı il tarixdə, 36 saylı Qərarla torpaq sahəsi satılması barədə qərar vermədiyini, həmin qərarda adının qarşısındakı imzanın onun imzası olmadığını bildirmişdir. İddiaçının xx.xx.2005-ci il tarixdə torpaq alma prosesində, həmçinin aldığı torpağa kadastr planı verilməsinə dair Azərbaycan Respublikasının sabiq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə 2010-cu ildə etdiyi müraciətə Komitənin Şamaxı Rayon Şöbəsinin müdirinin xx.xx.2010-cu ildə ərizəsinə baxılmasında, yəni aldığı torpaqla bağlı müraciətlərinə müxtəlif illərdə baxılmasında dövlət orqanı iştirak etmiş və hər iki halda dövlət orqanı ona satılmış torpaq sahəsinin Şamaxı Bələdiyyəsinin torpağı olmasını təsdiq etmişdir. Hətta, xx.xx.2010-cu ildə Azərbaycan Respublikası sabiq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsi tərəfindən ona verilmiş 17-3/185 saylı, 06 sentyabr 2010-cu il tarixli cavabda göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli, 158 saylı Qərarına müvafiq olaraq Şamaxı rayonunun Şamaxı Bələdiyyəsinin qərarı ilə İddiaçı satılmış 0,06 ha torpaq sahəsi “Dağ Şirvan” kadastr qiymət rayonuna aiddir. Həmin torpaq sahəsi Şamaxı Bələdiyyəsinin mülkiyyətinə aiddir. Arayış üç (3) nüsxədən ibarət tərtib edilmişdir.Onun bir nüsxəsi torpaq sahəsinin Normativ qiyməti barədə arayış verilməsi üçün müraciət edən Şamaxı Bələdiyyəsinə təqdim etmək üçündür. Arayışın ikinci nüsxəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsində saxlanılır. Üçüncü nüsxəsi “Ağsu regional torpaq qeydiyyat mərkəzi”nə təqdim edilir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsinin müdiri “imza-möhür” M.Əfəndiyev” sənədi də ona satılmış torpağı qanuni yolla əldə etdiyini göstərir. Məhkəmə isə bunu nəzərə almaq istəmir və Əmlak Məsələləri Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi İdarəsinin hər hansı bir qanuni sənədə əsaslanmayan, yalnız “mütəxəssis rəyi” adlanan sənədini əsas götürərək yaşayış massivinin mərkəzində olmaqla bütün ətrafı yaşayış sahəsi olan kiçik bir torpağı dövlət torpağı kimi təqdim edən fikri əsas götürür. Belə bir sual ortaya çıxır ki, bu torpaq sahəsi yalnız ona münasibətdə dövlət torpağıdır? Əgər həmin torpaq dövlət torpağıdırsa, onda məhkəmə nə üçün cavabdehin həmin torpaqdan istifadə etməsini əsas gətirib onun həmin torpaqdan çıxarılması üçün zəruri tədbir görmür? Şamaxı Bələdiyyəsi onun torpaq almaqla bağlı, xx.xx.2005-ci ildə məktubla Azərbaycan Reapublikasmm sabiq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etmiş və həmin Komitənin rəsmi nümayəndəsi, Şamaxı Rayon Şöbəsinin müdiri M.Ə.Əfəndiyevin imzası və möhürü ilə təsdiq edilmiş “RƏY”lə torpağın ona satılmasına etiraz edilməmişdir. Ona torpaq satılmasına dair alqı-satqı həmin şöbənin müdirinin iştirakı ilə aparılmış və o, da həmin alqı-satqı müqaviləsinə imza edib möhürü ilə təsdiq edilmişdir. Həmin Şöbənin müdirinin imzası ilə ona Şamaxı şəhərinin baş Planından torpağın Şamaxı şəhərinin hüdudlarında yerləşməklə Bələdiyyə torpağı olmasını təsdiq edən Çıxarış vermişdir. Bundan başqa, onun torpağı yerləşən ərazinin sağındakı, solundakı, arxasındakı, qarşısındakı yolun əks tərəfindəki torpaqlar satılmış, orada evlər tikilmiş və insanlar yaşayırlar. Həmin ərazilər şəhərin ərazisinə daxildir. İddiaçı bir vətəndaş kimi torpaq sahəsi aldığı vaxt ona ayrılan torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olmasını həmin alqı-satqıda Azərbaycan Reapublikasının sabiq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı Rayon Şöbəsinin müdirinin iştirak etməsinə görə qanuni bilmiş və həmin Komitənin adından da ona xx.xx.2010-cu ildə verilən cavab da bunu təsdiq edir. Bu alqı-satqıda dövlətin də nümayəndəsi iştirak edib. Əgər həmin torpaq sahəsi meşə torpağı olmuşdursa, onda nə üçün meşə idarəsi bu məsələyə müdaxilə etməmişdir? Məhkəmə yazır ki, torpaq cavabdehin istifadəsindədir. Əgər həmin torpağı cavabdeh zəbt etməsəydi, onda daha iddiaçı məhkəmədə niyə iddia qaldırırdı? Cavabdeh onun torpağını zəbt etməsəydi, onda torpaq elə onun öz istifadəsində idi. Məhkəmə iddianı təmin etsəydi, onda torpaq onun istifadəsinə qaytarılacaqdı. Məhkəmə yazır ki, cavabdeh həmin ərazidə sahəsi 110 kv.m olan ev tikmişdir. O, iddiasında yazmışdır ki, Şamaxı rayon Polis İdarəsinin təhqiqatçısı hadisə yerinə xx.xx.2023-cü il tarixdə baxış keçirərkən orada yalnız 110 kv.m ev tikmək özül olmasını müşahidə edərək bunu protokollaşdırmışdır. İşin məhkəmə baxışı zamanı məhkəmənin həmin torpaqda hər hansı bir tikinti işi aparılmasının qadağan edilməsi barədə Qərardad qəbul edilməsinə baxmayaraq, bundan sonra cavabdeh orada həmin özülün üstündə əlavə olaraq 1 metr hündürlüyündə divar tikdirdi, torpağın yanını 80-90 faiz hissədə köhnə şifer və dəmirlə əhatə edib qapı qoydurdu. Bunlar məhkəmənin nəzərinə çatdırılsa da, məhkəmə heç bir tədbir görməmişdir. Məhkəmə nəzərə almalı idi ki, o, torpaq sahəsi alarkən Cavabdeh belə bir qərar verilməmişdir və torpaq sahəsi də ayrılmamışdır. Bundan başqa, cavabdehin xəritəsində sahə yol boyu 20 metr, yola perpendikulyar isə 40 metr kimi göstərilir. İdiaçının xəritəsində isə əksinə, yol boyu 30 m, yola perpendikulyar isə 20 metr. Cavabdehin zəbt etdiyi torpağın yola perpendikulyar hissəsi 20 metrdir və orada 40 metrlik dərinlik yoxdur. Cavabeh isə yol boyu 60 metrə yaxın sahəni zəbt edib ki, hətta bunun 10-15 metri içərisində 2 mərtəbəli ev tikilmiş, sahibi də hazırda başqa dövlətdə olan şəxsin ərazisinə düşür. İkincisi, əgər məhkəmə hesab edirsə ki, bu torpaq dövlət torpağıdır, onda yəqin ki, dövlətin mənafeyinin müdafiəsi üçün cavabdehin həmin torpaqda guya 110 kv.m sahəsi olan ev tikməsi barədə Şamaxı Bələdiyyəsinin sədri Rövşən Yolçiyevin verdiyi saxta məzmunlu 33 saylı, xx.xx.2023-cü il tarixli arayışını ləğv etməli idi və həmin torpağın cavabdehin istifadəsində olmasını da qətnaməsində iddia tələbinin təmin edilməməsinin əsaslarından biri kimi götürməli deyildi. Bundan başqa, Şamaxı Bələdiyyəsinin hazırkı sədri Rövşən Yolçiyevin cavabdehə 2023-cü ildə verdiyi Şamaxı şəhərinin Baş Planından çıxarışda həmin torpağın Bələdiyyə torpağı kimi qeyd olunması aşkar görünür. Əgər bu döğrudursa, onda məhkəmə iddiaçının iddiasını təmin etməli idi. Yox əgər Şamaxı Bələdiyyəsinin hazırkı sədri Rövşən Yolçiyevin cavabdehə 2023-cü ildə verdiyi Şamaxı şəhərinin Baş Planından çıxarışın məzmununa saxta məlumat yerləşdirilmişdisə, onda məhkəmə Bələdiyyə sədrini mütləq dindirib qanuni tədbir görülməsini təmin etməli idi. Cavabdehin sənədinin saxtalığı iş materiallarında açıq-aşkar görünür. Lakin məhkəmə bu barədə hər hansı bir qanuni tədbir görməmiş və hətta bu qanunsuzluğun iştirakçılarından biri olan Şamaxı Bələdiyyəsinin sədri Rövşən Yolçiyevin məhkəmədə iştirakını da təmin etməkdən boyun qaçırmışdır. Məhkəmə Şamaxı Bələdiyyəsinin sədri Rövşən Yolçiyevin saxtakarlıqları, cavabdehin isə saxta sənədlərdən istifadə etmələri faktında cinayət xarakterli məlumat aşkar etsə də, bu barədə MPM-nin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad çıxarıb prokurora məlumat verməli olduğu halda bunu da etməmişdir. Göstərilən faktlardan göründüyü kimi Məhkəmə qətnamə çıxararkən Azərbaycan Respublikası MPMnin 217-ci maddəsinin də tələblərini pozmuşdur. Zəbt edilmiş torpaq sahəsi əsl sahibinə qaytarılmamışdır. Cavabdehin təqdim etdiyi sənədlər qanuni sənədlər olmamışdır. Cavabdeh ən azı 5 il Şamaxı Bələdiyyəsinin ərazisində yaşamalı idi. İddiaçı mülkiyyətinə olan hüquqlarından əsassız və qanunsuz məhrum edilmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Üçüncü şəxs Şamaxı Bələdiyyəsinin sədri R.N.Yolçiyev tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
15. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Hümbatalı qızının müraciəti əsasında Şamaxı Bələdiyyəsinin 11 may 2005-ci il tarixli 81 saylı qərarına əsasən ona Şamaxı şəhərin şimal-qərb hissəsində 0.06 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılarkən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” 15 mart 2002-ci il tarixli Əsasnamənin tələblərinə uyğun olaraq bələdiyyə, ləğv olunmuş DTXK-nin Şamaxı rayon şöbəsinə müraciət etmiş, ləğv olunmuş DTXK-nın Şamaxı rayon şöbəsinin rəyində torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu göstərilmiş və bələdiyyə tərəfindən torpaq sahəsinin alqı-satqı olunmasına dair müsbət rəy verilmişdir. Şamaxı Bələdiyyəsinin 27 fevral 2006-cı il tarixli 36 saylı qərarı ilə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” 15 mart 2002-ci il tarixli Əsasnamənin tələblərinə uyğun olaraq Cavabdeh şəhərin 25A saylı məhəlləsindən 800 kv.m torpaq sahəsi satılmışdır. Cavabdeh Şamaxı Bələdiyyəsi müraciətində ona ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılması üçün elektrik enerjisinə və suya ehtiyacının olduğunu bildirmiş və qeyd etmişdir ki, həmin təşkilatlar tərəfindən elektrik enerjisinin və su xəttinin çəkilməsinə bələdiyyə tərəfindən etiraz olunmaması barədə arayış tələb olunur. Bununla əlaqədar ona arayış verilmiş və faktiki tikinti yerləşən ərazinin sxemi verilmişdir. İddiaçı Hümbatalı qızı ilə Cavabdeh arasında həmin torpaq sahəsi ilə mübahisə yaranmış və bununla əlaqədar İbrahimova X4 rayon Məhkəməsinə iddia ilə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə məhkəmə texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi idarəsinin mütəxəssislərinin verdiyi rəydə torpaq sahəsinin meşə fondu torpaqları olmaqla dövlətə məxsus olması barədə rəy verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən üçüncü şəxs Şamaxı Bələdiyyəsi İddiaçı Hümbatalı qızının apellyasiya şikayətinə əsassız olduğu üçün etiraz edir və bələdiyyənin etiraz ərizəsini nəzərə alaraq qanuna müvafiq qərar qəbul edilməsi xahiş olunur.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
17. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
18. İş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı nümayəndəsi və vəkili Vəkil1 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 238.1 daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 241.2 Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.
21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 4. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Maddə 5. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə ə xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 80. Torpaq mülkiyyətçilərinin torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-məişət təyinatlı və digər tikililər və qurğular inşa etmək hüquqları vardır. Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Maddə 84.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
24. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınması, torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi, plan-sxemin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Şamaxı şəhəri, “Yurd Yeri” yaşayış massivində Şamaxı Bələdiyyəsinin 11 may 2005-ci il tarixli, 81 saylı qərarına əsasən Şamaxı şəhərinin şimal-qərb hissəsində ayrılmış 0,06 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, əsassız və qanunsuz zəbt etdiyi sahədə inşa etdiyi tikiliözülün sökülməsi və Şamaxı Bələdiyyəsi tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə verilmiş “verilir Cavabdeh ondan ötrü ki, o, Şamaxı şəhəri, 25 “A” saylı məhəllədə 0,08 ha torpaq sahəsində 110 kv.m. sahəsi olan fərdi yaşayış evi inşa etdirmişdir” məzmunlu arayışın və həmin tikilinin yerləşdiyi yerin cavabdehə ayrılmış sahə kimi Bələdiyyənin möhürü ilə 2023-cü ildə təsdiqlənmiş plan-sxeminin Şamaxı rayon İcra Hakimiyyətinin memarlıq və arxitektura şöbəsində qeydə alınmadığından, etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Birinci instansiya məhkəməsinin mübahisəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
27. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırda iddiaçı dövlət mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edir, bununla da iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olması istisna edilir.
28. Şamaxı Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(074)-50/2024 nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı İbrahı̇ mova Yazgülü Hümbətalı qızının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlinmiş və tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
30. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğvi və şikayətin təmin olunması üçün əsaslı sayıla bilməz.
31. Belə ki, şərh olunan hüquq normalarının məzmunundan göründüyü kimi torpaq sahəsi üzərində hüquq bilavasitə torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən sonra yaranır. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində həmin sahələrin sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks olunmalıdır. Qanunun göstərişinə əsasən torpaq sahəsinin ərazi sərhədləri ixtiyarlı şəxsin verdiyi sənədlər əsasında təyin edilir.
32. İşin hallarından göründüyü kimi iddiaçı tərəfindən torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin plan və ölçüsü, koordinatları və s.) təqdim olunmadığından həmin torpaq sahəsinin sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bu isə cavabdeh tərəfindən iddia edilən torpaq sahəsinə müdaxilə olub-olmamasını, həmin torpaq sahəsinin iddiasının qanuni sahibliyində olmasını müəyyən etməyə imkan vermir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir.
34. Göründüyü kimi mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Avropa Məhkəməsinin qərarlarından formalaşmış hüquqi mövqeyə görə də bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı iddia tələbini – mübahisələndirilən ərazinin ona məxsus olduğunu və cavabdeh tərəfindən həmin əraziyə müdaxilə olunaraq özbaşına tikili inşa edildiyini məhkəmədə sübuta yetirə bilmədi. İddiaçının tələbin əsası olaraq təqdim etdiyi bələdiyyə qərarı isə iddianın təmin edilməsi üçün yetərli sübut kimi qəbul edilə bilməz.
35. Belə ki, iddiaçının istinad etdiyi bələdiyyə qərarı ilə mübahisələndirilən torpaq sahələrinin sərhədlərini, yerləşmə vəziyyətini müəyyən etmək mümkün deyildir. İddiaçı tərəfindən mübahisələndirilən ərazinin ona ayrılmasını təsdiq edən ixtiyarlı subyekt tərəfindən təqdim edilmiş plan və ölçü məhkəməyə təqdim edilməmişdir. Bununla da iddia edildiyi kimi cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə olubolmadığını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, göründüyü kimi həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid olmaqla meşə fondu torpağıdır.
36. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı İ̇brahı̇ mova Yazgülü Hümbətalı qızının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(074)-50/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.