Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-843/2021 21.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə, məhkəmə katibi X2 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-103/2020 saylı qərardadından iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi R.M.Sadıxzadənin verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-103/2020 saylı qərardadı ilə (hakim İ.Ə.Xəlilov) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və “xxxx” MMC-yə qarşı zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və qətnamə üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması haqqında Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-103/2020 saylı qərardadının ləğv edilməsi barədə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ərizəsi təmin olunmamış və iddiaçıya ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi R.Sadıxzadə şikayət verib, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-103/2020 saylı qərardadının ləğv edilməsini və iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-103/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və “xxxx” MMC-yə qarşı iddia qaldıraraq bağlanmış krdit müqaviləsi əsasında cavabdeh “xxxx” MMC-dən 540 manat əsas borc, 346 manat faiz borcu, 10 manat gecikdirilmiş faiz borcu, ümumilik dədövlət rüsumu ilə birlikdə 926 manat borcun, borcun mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün sözü gedən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş 41,4 manat rüsum məbləğinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi və ödəmənin İddiaçı ASC-nin Xaçmaz filialı ilə “xxxx” MMC arasında bağlanmış “X1 X3”nə dair xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş cavabdeh, Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsitərəfindən xx.xx.2009-cu il tarixli, MH seriyalı, ******* №-li çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Xaçmaz şəhəri, Süleyman Ələskərov küçəsində mülkiyyətində olan 0,065 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 77,7 kv.m yaşayış, 43,90 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinə (fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə) yönəldilərək həmin ipoteka predmetinin ilkin satış qiyməti kimi 91600 manat məbləğində müəyyən olunmaqla açıq hərrəcdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHAT İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi R.M.Sadıxzadə şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 259.0.6, 259.0.7, 260.5-ci maddələrinin tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı LPO İddiaçı ASC ərizəsində koronavirus infeksasiyasının (COVİD-19) ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadlarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti xx xxxxxxxx 2020-ci il tarixə saat 00:00dək uzadıldığından təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən nümayəndənin iştirakı təmin edilmədiyi qeyd edilsə də, məhkəmə bu hala əhəmiyyət verməmiş və qərəzli şəkildə iddia ərizəsini təmin etməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(067)-103/2020 saylı qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(067)-103/2020 saylı qərardadının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(067)-103/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(067)-103/2020 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və icraatın təzələnməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, koronovirus infeksiyasının (COVİD-19) ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 sentyabr saat 00:00-dək uzadıldığından təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən nümayəndənin iştirakı təmin edilə bilməmişdir. Məhkəmə qeyd edilən halları nəzərə almamış və əsassız olaraq işin icraatını təzələməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə və işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materialları ilə müəyyən edilir ki, xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə vaxtında və lazımi qaydada məlumat verilmişdir. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 03 saylı qərarının 9.2.-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Mövcud prosessual qanunvericiliyin tələbinə əsasən ərizənin baxılmamış saxlanması haqqında qərardadın ləğv olunmasına dair tərəfin vəsatətinin təmin edilməməsi barədə qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, qərardadın ləğv edilməsi üçün əsas olmadığından şikayət əsassız hesab edilib təmin edilməməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası MPM-in 259.0.1, 260, 263-264, 365, 384.0.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi R.M.Sadıxzadənin verdiyi şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-103/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Zaur Məmmədov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-843/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-843/2021
21.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver