Məhkəmə qərarları › İş №2(105)-844/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-844/2025

09.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-844/2025 09.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X12-Xızı Regional Təhsil İdarəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti cəlb olunmaqla) qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və gecikdirilmiş hər gün üçün ödənişin verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X25 (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin nümayəndəsi Nümayəndə2, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1076/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İşəgötürən Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin direktoru X14 ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixində Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbində riyaziyyat müəlliməsi olaraq işə qəbul edilmişdir.

2. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 259 saylı əmrdən çıxarışdan görünür ki, Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbində məktəbin riyaziyyat müəllimi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, xx.xx.2024-cü il tarixindən ləğv edilməsi qərara alınmışdır.

3. Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin həmkarlar Komitəsinin sədrinin məktəbin direktoruna ünvanladığı məktubdan görünür ki, xx.xx.2024cü il tarixli, 2302 nömrəli məktuba cavab olaraq bildirirlər ki, Abşeron rayon, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi vəzifəsində çalışan İddiaçı əmək funksiyalarını və xidməti vəzifəsini icra etməməsi, o cümlədən “Ümumi Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 23.3.5, 23.3.8-ci maddələri ilə müəyyən edilmiş vəzifələrinə və “Təhsilverənlərin etik davranış Qaydaları”na əməl etməməsi əmək vəzifələrini kobud şəkildə pozma hesab olunduğuna görə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi məsələsinə Abşeron rayon, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin Həmkarlar Komitəsinin xx.xx.2024-cü il tarixli iclasında baxılmış və İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsası ilə ləğv olunması məqsədəmüvafiq hesab edilmişdir.

4. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

5. Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-4443/2024 saylı qətnaməsindən görünür ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin İddiaçı barəsində «töhmət» intizam tənbeh tədbirinin verilməsi barədə xx.xx.2024-cü il tarixli 125 saylı əmrinin ləğv edilməsi qət edilmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-271/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Xırdalan şəhər 2 saylı tam orta məktəbin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2(012)- 4443/2024 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Xırdalan Şəhər 2 saylı tam orta məktəbinə qarşı “töhmət” intizam tənbehi haqqında əmrin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

7. İş materiallarına əlavə edilmiş diskə baxış keçirilən zaman səs və videogörüntülərdən görünür ki, iddiaçı bu ifadələri səsləndirmişdir: 1-ci səs yazısı-“Həmin o müdürün mənə dedi ki, bu məktəbdə inandığım, güvəndiyim yeganə zavuc Nisə müəllimədir, başqa heç kimə inanmır, Könül də gəlib müəllimlərlə çaşka-loşkadır, bir-birlərinə Könka filan deyirlər, Könül özünə hörmət qoymur, hamısını əlimin altında işlədirəm. Bax sənin haqqında bunları deyirlər. Könül, sən mənim əxlaqım haqqında, həyat yoldaşının guya ki məni döyməsi haqqında sözlər desən də, gözünlə görməmisən. Çox sagol hər şeyə görə”. 2-ci səs yazısı-“Hər vaxtınız xeyir, yeri gəlsə mən 04 noyabr tarixindən məktəbdən qanuni uzaqlaşmışdır. Lakin bundan 10-15 gün əvvəl mən uşaqlara ev tapşırığı vermişdim. Orada yüz faiz özünü axırıncı yola qoyan Aygün müəllimə olacaq, bir də gücləri idman müəlliminə çatır, bir də ki hərbi müəllimi belə deyək ki, onların buyruqçusudur. Bu müəlimlər uşaqların qiymətini kəsəcəklər. Lakin digər müəllimlərə qiymətlə bağlı tapşırıq vermişdim. Onun Arzunun qiymətlərindən xəbəri yoxdur. Sadəcə olaraq siz niyə susursuz, bu sizin uşaqlarınıza yazılan qiymətdir. Yeganə bu sinifdir ki, tapşırıq altında qiymətlər yazılmışdır. Göz görə-görə içəri girir ancaq İsmayılın başını sığallayır. 3-cü səs yazısı-“Uşaqlar, kimsə bir söz deyirsə, onu isbat etməlidir, isbat edə bilmirsə birbaşa cinayət məsuliyyəti daşıyır. Bunu ona görə sizə bildirirəm ki, siz artıq həddi-buluğa çatmış uşaqlarsız və bu sizin üçün təcrübədir. Sizin valideynlərinizə hörmətim isə sonsuzdur. Siz mənim dərsimdə iştirak etməlisiz. Sizin summativləriniz pis vəziyyətdədir. Başınızı salın aşağı dərsinizi oxuyun, boş-boş məsələlərə qulaq asmayın. 18 oktyabr tarixində o qadın sizin valideynləriniz olmadığı halda, valideynləri kimi təqdim etdiyi şəxsləri şahid kimi gətirmişdir. Mən sizə dərs keçmişəm, aqresiv olmamışam, amma sizin valideynləriniz niyə belə edir. Sizin sinif birbaşa nazirlik tərəfindən nəzarətə götürüləcək. Direktorunuz da cavab verəcək”

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X12-Xızı Regional Təhsil İdarəsi) qarşı əmrin ləğv edilməsi, işə bərpa və gecikdirilmiş hər gün üçün ödənişin verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Xırdalan şəhər 2 saylı tam orta məktəbin direktoru Nümayəndə2 onun işdən azad edilməyi barədə xx.xx.2024-cü il tarixli 259 nömrəli əmrinin ləğv edilməsi, onun Xırdalan şəhəri 2 nömrəli məktəbin riyaziyyat müəllimi vəzifəsinə işinə bərpa edilməyi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2008-ci ildə Xırdalan şəhəri 2 saylı tam orta məktəbində riyaziyyat fənni üzrə müəllim təyin edilmiş, üzərinə düşən vəzifələri layiqincə və bacarıqla yerinə yetirmişdir. İşlədiyi müddət ərzində heç bir əmək intizamı qaydasının pozuntusuna yol verməmiş və ona görə də intizam cəzası almamışdır. Məktəbdə bu sahədə yaranmış nöqsan və qanunsuzluqlara qarşı çıxmağı məktəb direktoru Nümayəndə2 xoşuna gəlməmiş, ona qərəzli münasibət sərgiləmişdir. Həmin qərəzli münasibətdən məktəbin direktoru tərəfindən barəsində 22 may 2024-cü il tarixli 125 saylı əmrlə töhmət intizam tənbeh tətbiq edimişdir. Əmrin ləğv edilməsi üçün Abşeron rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4443/2024 saylı qətnaməsinə əsasən iddia ərizəsi təmin edilmiş, cavabdeh Xırdalan şəhəri 2 saylı tam orta məktəbinin onun barəsində töhmət intizam tənbeh tədbirinin tətbiq edilməsi barədə 22 may 2024-cü il tarixli 125 saylı əmri ləğv edilmişdir. İddianı təmin edərkən məhkəmə qeyd edir ki, töhmət “Müəllimələrin etik davranış qaydaları” haqqında qərara əsasən verilmişdir. Lakin, sözügedən qərar ləğv olunaraq qüvvədən düşmüş və onun yerinə “Təhsilverənlərin etik davranış qaydaları” təsdiq edilmişdir. Amma Xırdalan şəhər 2 saylı tam orta məktəbin 22 may 2024-cü il tarixli 125 saylı əmrində ona töhmət verilmənin əsaslarında “Təhsilverənlərin etik davranış qaydaları”na istinad olunmuş, əvvəlki qüvvədən düşmüş qaydalara əsaslanılmışdır. Beləliklə, əmr maddi hüquq normalarının pozulması ilə verilmişdir. Buna görə məhkəmə iddianı əsaslı hesab etmişdir. Qətnamədən aydın görünür ki, məhkəmədə cavabdeh intizam tənbehi verilməsini onunla əsaslandırmışdır ki, guya o, davamlı olaraq özünə məxsus sosial media səhifəsində işlədiyi şagird və müəllim kontingenti arasında heç bir sübut olmadan rəhbərliyinin rüşvətxor olmasına dair həqiqətə uyğun olmayan və böhtan mənfi fikirlər formalaşdırmağa çalışmış, valideynlərin və müəllimlərin şəxsi həyatlarına müdaxilə etmişdir. Məhkəmə tərəfindən həmin töhmət əsassız və qanunsuz olduğundan ləğv edildiyi halda, az keçməmiş tənqidlərinə görə onu təqib edən məktəbin direktoru Nümayəndə2 məhkəmədə səsləndirdiyi eyni əsaslara istinad etməklə onu işdən azad etmişdir. Halbuki gətirdiyi dəlillər onun işdən azad edilməyi üçün heç vaxt əsas ola bilməz. Əgər direktor hesab edirsə ki, o, böhtan atır və məktəb müəllimləri, valideyn və şagirdlər arasında nüfuzuna xələl gətirən əməllərə yol vermiş, onda bununla bağlı director məhkəməyə müraciət edə bilərdi. Lakin direktor Nümayəndə2 04 noyabr 2024-cü il tarixli, 259 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək tutduğu peşədən azad edilmişdir. İşdən azad edilməyinin əsasları barədə ona tələb etsə də heç bir məlumat verilməmişdir. Bildirir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Lakin cavabdehin əsaslandırmalarından görünür ki, onun işdən azad edilməyi heç də əmək funksiyalarını və ya üzərinə düşən öhdəliklərini yerinə yetirməməyi ilə bağlı olmamışdır. Onun dərs verdiyi sinif göstəricilərinə görə məktəbdə qabaqcıl sinif olmaqla nümunəvidir. Şagird və valideynlər arasında yüksək nüfuza və hörmətə malikdir. Onu direktor məktəbdəki qanunsuzluq və nöqsanları işıqlandırdığı, buna görə onları tənqid etdiyi üçün habelə onu təhqir etdiyinə görə onu məhkəməyə verdiyi üçün təqib edərək işdən azad etmişdir. Nöqsan və qanunsuzluqlara göz yummaq, məktəb rəhbərliyini qanunsuz əməllərinə görə tənqid etməmək onun əmək funksiyalarına daxil deyildir və üzərinə əmək müqaviləsi ilə belə bir öhdəlik də qoyulmamışdır. Direktor Nümayəndə2 onu öz vəzifə səlahiyyətlərindən istifadə edərək haqlı tənqidlərinə görə vəzifədən azad etməsi sırf qanunsuz əməldir, vəsifəsindən sui-istifadə etmədir. O, bu əmək mübahisəsinin sonunda qanun qarşısında cavab verməlidir. Qanunverciliyin tələbinə əsasən, əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin işdən azad olduqdan sonra əmək kitabçası vaxtında ona təqdim edilməmişdir. Onu xx.xx.2024-cü il tarixdə tələbindən sonra ona vermişlər. MPM-nin 149.2.4-1-ci maddəsinə müvafiq olaraq "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək mübahisələri üzrə tərəflər məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməlidirlər. Mübahisənin sülh yolu ilə həll edilməsi üçün mediasiya təşkilatına müraciət etsə də, qarşı tərəf mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. Bu barədə mediasiya təşkilatından ona 02 dekabr 2024-cü il tarixdə müvafiq arayış verilmişdir. Odur ki, iddia ərizəsinin təmin edilməsi xahiş olunmuşdur.

10. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş İddiaçı iddia ərizəsini müdafiə edərək iddiasında qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

11. Məhkəmə iclasında cavabdeh Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Nümayəndə2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, 2-3 ildir ki, Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyir. Həmin vaxtdan etibarən həmin məktəbdə riyaziyyat müəlliməsi işləyən İddiaçı davranışları və hərəkətləri barəsində məlumatı olmuşdur. Lakin o, məsələnin böyüməməsi üçün əlindən gələni etmişdir. İddiaçının onu təhqir etməsinə, şagird və müəllim kollektivi arasında nüfuzunu aşağı salmasına baxmayaraq, onun iddiaçıya qarşı heç bir qərəzi olmamışdır. Lakin iş o yerə gəlmişdir ki, artıq kütləvi şəkildə valideynlər, müəllimlər iddiaçı ilə bağlı şikayətlərlə, ərizələrlə ona müraciət etmişlər. Bundan əlavə qeyd edir ki, töhmətlə bağlı digər məhkəmə prossesindəd iştirak etmiş 63 yaşlı Mətanət adlı müəlliməyə qiymətləndirmədən 59 bal topladığına görə təhqirəmaniz və alçaldıcı sözlər demişdir. İddiaçının hərəkətləri son həddədir. Hətta ondan əvvəlki rəhbərliyin iddiaçının hərəkələrinə göz yumması qəribədir, ola bilər ki, həmin rəhbərliyin iddiaçıdan çəkindiyi hallar olmuşdur. Bundan əlavə, iddiaçı Aysel adlı müəllimənin 9-cu sinifinə daxil olaraq şagirdləri təhdid etmişdir. Bundan başqa qeyd edir ki, iddiaçı ona yaxınlaşaraq 5e sinfinin ona verilməsini istəmişdir. O isə iddiaçıya 5ə sinfini verə biləcəyini bildirmişdir. Otaqdan çıxdıqdan sonra iddiaçı onun 5e sinfini satdığını deyərək qışqırmışdır. Bu məsələlər 2024-cü ilin aprel ayından başlamışdır. İddiaçı ona “Paşinyanın yerlisisən, ermənisən” sözlərini işlətməsi ona ən çox təsir edən və toxunan haldır. İddiaçı müəllim adına layiq deyil, müəllim adına yaraşmayan hərəkətlər etmiş, nalayiq ifadələr səsləndirmişdir. Bu səbəbdən iddiaçının məktəbdə işləməsi qəbuledilməzdir. Odur ki, o, iddiaçının iştirakı olmamasına baxmayaraq, işə baxılaraq yekun qərar qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş cavabdeh Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Nümayəndə2 vəkili və nümayəndəsi Vəkil2 izahatında və etirazında bildirmişdir ki, iddia ərizəsində iddiaçının istinad etdiyi fakt və hallarını nəzədən keçirərkən ınəiıım olur ki, iddia ərizəsinin dəlilləri ilə açıq-aşkar qanunsuz olduğuna görə razılaşmır, onu qəbul etmir və etirazını aşağıdakılarla əsaslandırır. İlk öncə qeyd edir ki, xx.xx.2024-cü il tarixli töhmət intizam cəzasının verilməsi ilə bağlı Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin əsassızlığı barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilmiş və sözügedən qətnaməyə apellyasiya məhkəməsində baxılacaqdır. Bu səbəbdən İddiaçı verilmiş intizam cəzası hüquqi mövqe baxımından hazırkı vaxtadək öz qüvvəsindədir. Eyni zamanda diqqətə çatdırır ki, xx.xx.2024-cii il tarixdə İddiaçı verilmiş töhmət intizam cəzası hazırkı iddia tələbinin predmetinə daxil deyildir və həmin faktla heç bir əlaqəsi və bağlılığı yoxdur. İddiaçı işdən azad olunmasına səbəb davamlı olaraq etik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, yaratdığı özünə məxsus sosial media səhifəsində işlədiyi məktəbin adına xələl gətirən və nüfuzunu aşağı salan, məktəb rəhbərliyi və pedaqoji kollektivin digər üzvləri barədə müəllim adına yaraşmayan qeyri-etik və təhqiramiz məzmunlu idafələr paylaşması, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi və bununla bağlı məktəb rəhbərliyinə daxil olmuş çoxsaylı şikayətlər, sənədlər və barəsində toplanmış material olmuşdur. Qanunun tələbi baxımından iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edir ki, iddia ərizəsi ümumi, qeyri-müəyyən və mücərrəd fikirlərdən ibarət olmaqla, orada qanuniliyi mübahisələndirilən əmrin ləğv edilməsi üçün konkret və aydın dəlilə və ya fakta istinad edlməmişdir. Ona görə də iddiaçının tələbi qanuni və əsaslı sayıla bilməz. İşin faktiki halları ilə bağlı bildirir ki, Xırdalan şəhər 2 nömrəli Tam Orta məktəbin riyaziyyat müəllimi işləyərkən İddiaçı tərəfindən “Təhsilverənlərin etik davranış Qaydaları»tın tələbləri davamlı olaraq pozularaq, özünə məxsus sosial media səhifəsində işlədiyi məktəbin direktorunun, müavinlərinin, müəllimlərin əmək fəaliyyətinə və nüfuzuna xələl gətirən, müəllim adına yaraşmayan qeyrietik və təhqiramiz ifadələr işlətməsi, işlədiyi məktəbin şagird və valideyn kontingenti arasında heç bir sübut olmadan məktəbin rəhbərliyinin rüşvətxor olmasına dair həqiqətə uyğun olmayan və böhtan xarakterli mənfi fikirlər formalaşdırmağa çalışması, valdeynlərin və müəllimlərin şəxsi həyatlarına müdaxilə etməsi müəyyən edilmişdir. Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləyərkən İddiaçı elik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi və kobud şəkildə pozması, o cümlədən, “Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 23.3.5-ci və 23.3.8-ci maddələri ilə müəyyən edilmiş vəzifələrinə və “Təhsilverənlərin etik davranış Qaydalar»ının loyallıq etik davranış prinsipinə dair 2.3-cti və 2.3.2-ci bəndlərinin, mədəni davranış prinsipinə dair 2.4. 2.4.1 -ci və 2.4.2-ci bəndlərinin, ictimai etimad davranış prinsipinə dair 2.6, 2.6.2-ci və 2.6.3-cti bəndlərinin, xidməti davranış qaydasına dair 3.3-cü bəndinin və xidməti fəaliyyətdən kənar davranış qaydasına dair 4.3-cii bəndinin tələblərinə əməl etməməsi barədə yazılı müraciətlər (ərizə, təqdimat, məlumat, arayış, protokol, akt və s.) Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinə daxil olmuşdur. Bundan başqa etik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, yaratdığı özünə məxsus sosial media səhifəsində işlədiyi məktəbin adına xələl gətirən və nüfuzunu aşağı salan, məktəb rəhbərliyi və pedaqoji kollektivin digər üzvləri barədə müəllim adına yaraşmayan qeyri-etik və təhqiramiz məzmunlu idafələr paylaşması, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi və kobud şəkildə pozması ilə əlaqədar riyaziyyat müəllimi vəzifəsində işləyərkən İddiaçı səbəbini göstərmədən izahat verməkdən, dəfələrlə dəvət edilməsinə baxmayaraq, onunla bağlı məsələnin məktəbin pedaqoji şurasının yığıncağında və həmkarlar təşkilatının yığıncağında müzakirəsi zamanı orada iştirak etməkdən səbəblərini göstərmədən imtina etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” yarımbəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, mıiəssisədaxili intizam qaydalarını pozduqda, işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər. Beləliklə, riyaziyyat müəllimi vəzifəsində işləyən İddiaçı yuxarıda qeyd olunan hərəkətləri onunla bağlanmış əmək müqaviləsində müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) kobud şəkildə pozması kimi qiymətləndirilərək onunla əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin qeyd edir ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi işləmiş İddiaçı davranışına mövqe bildiriləndə nəzərə alınmalıdır ki, hal-hazırda Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə 6000-nə yaxın şagird təhsil alır, pedaqoji kollektiv üzvlərinin sayı isə 450 nəfərdən artıqdır. Beləliklə, hesab edir ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi işləmiş İddiaçı tərəfindən “Təhsilverənlərin etik davranış Qaydaları" nın tələblərinin pozulduğu təsdiqini tapdığına görə Əmək Məcəlləsinə əsasən onun əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslı sayılacaqdır. Göstərilənlərə əsaslanaraq, məhkəmədən İddiaçı iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

13. Məhkəmə iclasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X12-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında əmr xx.xx.2024-cü il tarixində imzalanmışdır. Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Nümayəndə2 04 oktyabrda onlara həmin məktəbin riyaziyyat müəllimi olan İddiaçı mütəmadi olaraq etik davranış qaydalarını pozmasına dair müraciət ünvanlamış və idarə tərəfindən qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Sözügedən məsələ ilə bağlı müvafiq araşdırma aparılmış və iddiaçının mütəmadi olaraq məktəb, direktor, müəllimlər və Abşeron-Xızı Regional Təhsil İdarəsi barəsində social şəbəkələrdə paylaşımlar etdiyi məlum olmuşdur. Odur ki, iddiaçının əmək qanunvericiliyini pozması halları nəzərə alınmış, lakin əmək müqaviləsinə xitam verilməsi səlahiyyətinin məktəb direktorunda olması, müəllimənin izahatı alındıqdan sonra intizam məsuliyyətinin olub-olmamasının müəyyən ediləcəyi direktora bildirilmişdir. Bundan əlavə Təhsil nazirinin 05 mart 2009-cu il tarixli, 270 №-li əmri ilə təsdiq edilmiş “Sinif rəhbərinin əsasnaməsi”ndən də davranış qaydaları barədə məlumat öz əskini tapmışdır.

14. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X10 ifadəsində bildirmişdir ki, o, Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin 9a sinfinin sinif rəhbəridir. Onun əvvəllər iddiaçı ilə münasibəti yaxşı olsa da, hazırda münasibətləri yoxdur. Belə ki, iddiaçı onun sinfinin riyaziyyat müəlliməsidir. Hər dəfə sinfinin şagirdlərinin yanında onu, rəhbərliyi pisləmiş və uşaqlara mənfi təsir göstərmişdir. Qeyd edir ki, sinfin şagidləri iddiaçının onun barəsində “it balası sinif rəhbəriniz” ifadəsini işlətmişdir. İddiaçı şəxsi ədavət məsələlərini şagirdlərin yanında danışır. Sosial şəbəkədə onu paylaşaraq onun köstəbəyə oxşadığını demişdir. Direktorun nəinki iddiaçıya, heç bir müəlliməyə qarşı qərəzi, pis münasibəti olmamışdır. İddiaçının məktəbin 80 faizi ilə münasibəti pisdir. İddiaçı məktəbin direktora, direktor müavininə, müəllimlərə təhqiramiz adlar qoymuş, ələ salmışdır. Odur ki, valideynlər iddiaçının həmin sinfə dərs keçməməsi barədə ərizələr yazmışlar.

15. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X20 ifadəsində bildirmişdir ki, onun oğlu X28 rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbində X1 oxuyur. Həmin sinifdə riyaziyyat dərsini iddiaçı keçir. Belə ki, onun övladı epilepsiya xəstəsidir. Oğlu dərsdən gələndə həyəcanlı və pis vəziyyətdə gəlmişdir. İddiaçı dərsdə uşaqlara direktorun və müəllimlərin haqqında danışmış və təhqiramiz ifadələr səsləndirmişdir. İddiaçı Aysel müəllimə haqqında “it balası” ifadəsini səsləndirmişdir. Bundan əlavə övladı dərsə 1 dəq gecikmiş və iddiaçı heç bir güzəşt etmədən və qayib çox olarsa buraxılış imtahanına buraxılmayacağını bilərək qayib yazmışdır. İddiaçı riyaziyyat dərsini keçmək əvəzinə uşaqların yanında onlara aidiyyəti olmayan məsələlər danışır.

16. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X15 ifadəsində bildirmişdir ki, onun oğlu Aysel müəllimənin sinfində oxuyur. Belə ki, övladı evə gələndə Vəfa müəllimənin onlara dərs keçmədiyini və yalnız müəllimlər barəsində təhqirlər etdiyini bildirmişdir. İddiaçının etdikləri onun övladına çox təsir etmişdir. Odur ki, onun iddiaçı ilə şəxsi qərəzi yoxdur, sadəcə iddiaçı dərs keçmir, yalnız telefonda sosial şəbəkələrə daxil olur və müəllimləri, sinif rəhbərini pisləyir.

17. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X18 ifadəsində bildirmişdir ki, onun övladı 11-ci sinifdə oxuyur və iddiaçı həmin sinfin sinif rəhbəridir. Onun övladı əlaçıdır və qırmızı attestat almışdır. Lakin iddiaçının müəllimlər, direktor barədə dedikləri onun övladına təsir göstərmişdir və hazırda övladı iddiaçıya görə psixoloji təzyiq altındadır.

18. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1076/2025 nömrəli qətnaməsi ilə iddianın tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov).

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu madəsinə, 12-ci maddəsinin İ hissəsinin “b” bəndinə, 68-ci maddəsinin İ hissəsinə, 76, 311-ci maddələrinə 186-cı maddəsinin İ, İİİ hissələrinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin İİ hissəsinə, 72-ci maddəyə, 186-cı maddənin İİİ hissəsinə, 87-ci maddənin İ hissəsinə, 300-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 80, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1076/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Hesab edir ki, ədalətli məhkəmə araşdırma hüququnun pozuntusuna yol verilmişdir. Belə ki, cavabdehin gətirdiyi şahidlərin qərəzli yanaşmaları olmuşdur, məhkəmədə təqdim edilən şahid ifadələri əsasən məktəb rəhbərliyinə yaxın şəxslərdən ibarət olmuşdur. Bütün şahidlərin mövqeləri vahid, təlimatlandırılmış formada idi və onların ifadələri arasında obyektiv müstəqil müşahidə fərqliliyi yox idi. Qeyd edilənlər şahid ifadələrinin mötəbərliyi üçün əsaslı şübhədir. Bu hallara əsasən məhkəmənin verdiyi qərar ədalətsizdir, məhkəmə qeyd edilən halları nəzərə almadan qərar qəbul etmişdir.

22. İddiaçının sosial şəbəkələrdə ifadə etdiyi fikirlər Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddələrinə əsasən qorunan ifadə və fikir azadlığı hüququnun təzahürüdür. Qətnamədən açıq görünür ki, işdən azad edilmənin əsas motivlərindən biri iddiaçının sosial şəbəkə yazıları olmuşdur. Halbuki bu paylaşımlar ədavət, zorakılıq və ya nifrət çağırışları xarakteri daşımamış, yalnız ictimai əhəmiyyət daşıyan məsələlərə şəxsi münasibətin ifadəsi olmuşdur. Qarşı tərəfin iddialarında və məhkəmə çıxışlarında dəfələrlə vurğulanmışdır ki, iddiaçının işdən azad edilməsinə səbəb onun məktəb kollektivi ilə münasibətlərindəki guya problemlər deyil, daha çox iddiaçının məktəb rəhbərliyinə qarşı sosial şəbəkələrdə və digər vasitələrlə tənqidi ifadələr işlətməsi olmuşdur. Bu hal göstərir ki, cavabdeh (direktor) əmək funksiyalarının icrasından kənar, sırf şəxsi maraqlardan çıxış edərək, öz vəzifə səlahiyyətlərini aşmış və iddiaçının ifadə etdiyi tənqidi fikirlərə qarşı cavab vermişdir. Beləliklə, direktorun hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi (fikir və söz azadlığı) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsinin (ifadə azadlığı hüququnun müdafiəsi) kobud şəkildə pozulmasına səbəb olmuşdur. Hüquqi baxımdan vurğulanmalıdır ki, işəgötürənin işçiyə qarşı hər hansı intizam tənbehi və ya əmək müqaviləsinə xitam tədbiri yalnız obyektiv, qanuni əsaslarla həyata keçirilməli, şəxsi zəmində, xüsusilə də ifadə azadlığına görə qisas məqsədi ilə edilən tədbirlər əmək hüquqlarının kobud şəkildə pozulması hesab edilir. Cavabdeh tərəfindən iddiaçının işdən çıxarılmasının hüquqi baxımdan əsaslandırılmadığı, tənqidi ifadələrə şəxsi qərəzlə cavab verildiyi və nəticədə əmək qanunvericiliyi ilə təmin edilmiş bərabərlik və azadlıq prinsiplərinin pozulduğu tam aşkar görünməkdədir.

23. “Alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir.” Bu norma aydın şəkildə deyir ki, şahid hansı məlumatı verirsə, onun hardan, necə əldə olunduğunu dəqiq izah etməlidir. Əgər şahid bu mənbəni dəqiq göstərmirsə, onun dedikləri hüquqi cəhətdən sübut sayıla bilməz. Burada “alınma mənbəyi” dedikdə, şahidin şəxsi müşahidəsi, bilavasitə iştirak etdiyi hadisə və ya dəqiq mənbəyi (məsələn: kimdən, necə, nə zaman, hansı şəraitdə eşitdiyi) göstərməsi nəzərdə tutulur. Şahid ifadəsi şəxsin öz müşahidəsinə əsaslanmalıdır. Əgər ifadələr standart, şablon və təkrar xarakter daşıyırsa, bu onların təlimatlandırılmış və qeyri-obyektiv olduğuna dəlalət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 104.3-cü maddəsinə əsasən alınma mənbəyini göstərməyən şahidin verdiyi məlumatlar sübut hesab edilə bilməz. İş materiallarından görünür ki, məhkəmə tərəfindən qəbul edilən şahid ifadələri dəqiq müşahidəyə və ya bilavasitə əldə olunmuş məlumata deyil, şayiə xarakterli, qeyri-müəyyən “uşaqlar danışıb”, “eşitmişəm” kimi dolayı məlumatlara əsaslanır. Bu cür ifadələr 104.3-cü maddəyə əsasən sübut hesab edilməməli və hökmün əsaslandırılmasında nəzərə alınmamalı idi. Məhkəmə bu hüquqi tələbi pozaraq, sübutsuz, qeyri-mənbəyi təsdiqlənməmiş ifadələrə əsaslanaraq qətnamə çıxarmışdır. Heç bir şahid hadisənin bilavasitə şahidi olmamış, öz şəxsi müşahidəsi ilə faktları təsdiqləməmişdir. Hesab edir ki, göstərilən hallara əsasən məhkəmənin verdiyi qərar ədalətsizdir, məhkəmə qeyd edilən halları nəzərə almadan qərar qəbuletmişdir.

24. “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir”. Məhkəmənin cavabdehlərin izahatlarına qeyri-obyektiv yanaşmışdır. Qətnamədən görünür ki, cavabdeh tərəfin, xüsusən məktəb direktoru və Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsinin izahatları əsasında nəticəyə gəlinmişdir. Halbuki, bu şəxslər cavabdeh statusunda olduqları üçün, onların ifadələri prosessual baxımdan işin nəticəsində birbaşa maraqlı şəxslərin izahatı hesab olunur və onların izahatları yalnız başqa obyektiv sübutlarla təsdiqləndiyi halda sübut kimi qəbul edilə bilərdi. Hazırkı iş üzrə isə bu izahatlar heç bir obyektiv sübutla təsdiqlənməmiş, sadəcə subyektiv bəyanatlara istinad olunmuşdur.

25. Şahidlərin işəgötürənlə asılılığı vardır və ifadələrin obyektiv olmamışdır. Şahid qismində ifadə verən şəxslər (Süleymanova Aysel və başqaları) işəgötürənin birbaşa tabeliyində olan şəxslər olmuş, onların ifadələrinin azad, təzyiqsiz və qərəzsiz verilməsi təmin edilməmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş şahid ifadələri təbii müşahidəyə deyil, əvvəlcədən hazırlanmış və təlimatlandırılmış ümumi ittihamlara əsaslanır. İfadələrdəki eyniliklər və təkrarlar şahid ifadələrinin mötəbərliyində şübhə üçün əsasdır. İfadələrdən də göründüyü kimi, şahidlərin fərdi müşahidəsi olmamışdır. Bu hallar Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) və Mülki Prosessual Məcəllənin sübutların mötəbərliyi tələbləri baxımından ciddi pozuntu sayılır.

26. Məhkəmənin sübutları birgə və hərtərəfli qiymətləndirməmişdir. 88-ci maddəyə görə, məhkəmə sübutlara bütöv kompleks şəkildə, obyektiv yanaşmalı idi. Ancaq burada təkcə cavabdeh və onun marağında olan şəxslərin ifadələri əsasında subyektiv qərar verilib, iddiaçının irəli sürdüyü dəlillər, müdafiə mövqeyi və hüquq prinsipləri lazımi qaydada nəzərə alınmayıb. Nəticə olaraq, 88-ci maddənin tələb etdiyi obyektivlik, qərəzsizlik, tamlıq və hərtərəflilik prinsipləri pozulmuşdur. Məhkəmə yalnız birtərəfli izahatlara əsaslanmış, sübutların məcmusunu tam, qərəzsiz və obyektiv qiymətləndirməmişdir.

27. Məhkəmə tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. Belə ki, işdən azad edilmənin əsas səbəbi kimi göstərilən əmək funksiyalarının pozulması dəqiqləşdirilməmiş, iddiaçının hansı öhdəliyi necə və hansı nəticə ilə pozduğu dəqiq müəyyən edilməmiş, eyni zamanda iddiaçının ifadə azadlığı çərçivəsində sosial şəbəkələrdə səsləndirdiyi tənqidi fikirlərin işdən çıxarılma üçün əsas olub-olmaması hüquqi baxımdan qiymətləndirilməmişdir. Cavabdehin tabeliyində olan və tərəfsizliyi şübhə doğuran şahidlərin ifadələri arasında fərqlilik olmaması, ifadələrin standart və təlimatlandırılmış olması, mənbələrin göstərilməməsi (Mülki Prosessual Məcəllənin 104.3-cü maddəsinin pozulması), işəgötürənin qərəzli davranışının, mediasiya prosedurundan yayınmanın nəticələrinin nəzərə alınmaması, iddiaçının peşəkar fəaliyyətinə və şagird nailiyyətlərinə obyektiv qiymət verilməməsi halları da araşdırılmamışdır. Həmçinin, xx.xx.2024-cü il tarixli intizam tənbehi töhmət barədə Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə həmin töhmət ləğv edildikdən bir müddət sonra xx.xx.2024-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi faktı cavabdeh tərəfindən iddiaçıya qarşı davamlı qərəzli münasibətin mövcudluğunu açıq surətdə sübut edir. Əgər töhmət tədbiri artıq məhkəmə tərəfindən qanunsuz sayılıbsa, buna əsaslanan və ardıcıl şəkildə verilən daha ağır tədbirin işdən azad etmənin da eyni motivlərlə, şəxsi qərəzlə həyata keçirildiyi araşdırılmalı idi. Məhkəmə bu zəruri faktı araşdırmadan, cavabdehin iddiaçıya qarşı qərəzli münasibətini qiymətləndirmədən qərar qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

28. Cavabdeh Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012)-1076/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

29. Etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradıldığına, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verildiyinə, gəlinən nəticə faktlara və sübutlara əsaslandığına görə qəbul edilmiş qətnamə qanuni və əsaslı sayılmalı, iddiaçı tərəfin apellyasiya şikayəti isə təmin edilməməlidir.

30. Apellyasiya şikayətinin dəlillərindən biri onunla əlaqədardır ki, onun ədalətli məhkəmə araşdırma hüququnun pozuntusuna yol verilmişdir. Cavabdehin gətirdiyi şahidlərin qərəzli yanaşmaları olmuşdur. Məhkəmədə təqdim edilən şahid ifadələri əsasən məktəb rəhbərliyinə yaxın şəxslərdən ibarət olmuşdur. Bütün şahidlərin mövqeləri vahid, təlimatlandırılmış formada idi və onların ifadələri arasında obyektiv müstəqil müşahidə fərqliliyi yox idi. Qeyd edilənlər şahid ifadələrinin mötəbərliyi üçün əsaslı şübhədir. Göstərilən hallara əsasən məhkəmənin verdiyi qərar ədalətsizdir, məhkəmə yuxarıda qeyd edilən halları nəzərə almadan qərar qəbul etmişdir.

31. İlk növbədə qeyd edirlər ki, hazırda Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə 6000-nə yaxın şagird təhsil alır, pedaqoji kollektiv üzvlərinin sayı isə 450 nəfərdən artıqdır. İddiaçı Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi işləyərkən onun tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının (bundan sonra-ETN) Kollegiyasının KQ-07 nömrəli 2 xx.xx.2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları»tın tələbləri davamlı olaraq pozulmuşdur. Belə ki, onun özünün sosial media səhifəsində işlədiyi məktəb rəhbərliyinin, müəllimlərin əmək fəaliyyətinə və nüfuzuna xələl gətirən qeyri-etik və təhqiramiz ifadələr işlətməsi, valdeynlərin və müəllimlərin şəxsi həyatlarına müdaxilə etməsi, şagirdləri təhdid etməsi müəyyən edilmişdir. Müəllim işləyərkən İddiaçı etik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi və kobud şəkildə pozması barədə yazılı müraciətlər (ərizə, təqdimat, məlumat, arayış, protokol, akt və s.) Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinə daxil olmuşdur. Bundan başqa, etik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, sosial media səhifəsində işlədiyi məktəbin adına xələl gətirən və nüfuzunu aşağı salan, məktəb rəhbərliyi və pedaqoji kollektivin digər üzvləri barədə qeyri-etik və təhqiramiz məzmunlu idafələr paylaşması, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi və kobud şəkildə pozması ilə bağlı İddiaçı səbəbini göstərmədən izahat verməkdən, dəfələrlə dəvət edilməsinə baxmayaraq, onunla bağlı məsələnin məktəbin pedaqoji şurasının yığıncağında və həmkarlar təşkilatının yığıncağında müzakirəsi zamanı orada iştirak etməkdən səbəblərini göstərmədən imtina etmişdir. Ona görə də şahidlərin kontingetinin həmin məktəbin müəllimlərindən ibarət olması təəccüb doğurmamalıdır. Apellyasiya şikayətində iddiaçı tərəf cavabdehin gətirdiyi şahidlərin qərəzli yanaşmalarını qeyd etsə də, bununla bağlı konkret fakta və sübuta istinad etməmişdir. Bundan başqa, iddiaçı tərəf nə işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində, nə də məhkəmə baxışında hansısa, şahidin çağırılması və dindirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Bundan əlavə, məhkəmə araşdırılmasında cavabdehin təqdim etdiyi şahidlərə iddiaçı tərəf də suallar vermiş və onların suallarını şahidlər cavablandırmışdır. Bu zaman iddiaçının işə aid verdiyi suallara məhdudiyyət qoyulmayıbdır. Ümumiyyətlə, iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinə onun təqdim etdiyi hansı sübutun araşdırılmasından imtina edildiyi barədə də heç bir fakta və dəlilə əsaslanmayıbdır. İddiaçı ədalətli məhkəmə araşdırılmasını keçirilmədiyinə dair hər hansı fakta və ya sübuta istinad etməmişdir. Əksinə mülki işə məhkəmədə baxılanda məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, işdə iştirak edən hər iki tərəf prosessual hüquqlarından tam və müstəqil istifadə etmiş, mübahisəyə dair hər bir tərəf öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə sərbəst izahatlar vermiş, sübutlar təqdim etmiş, tərəflərin bir-birlərinə sual vermələrinə imkan yaradılmış, onların iştirakı ilə sübutlar araşdırılmışdır.

32. Apellyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, iddiaçının sosial şəbəkələrdə ifadə etdiyi fikirlər Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu və Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddələrinə əsasən qorunan ifadə və fikir azadlığı hüququnun təzahürüdür. Məlum olur ki, işdən azad edilmənin əsas motivlərindən biri iddiaçının sosial şəbəkə yazıları olmuşdur. Halbuki, bu paylaşımlar zorakılıq və ya nifrət çağırışları xarakteri daşımamış, yalnız ictimai əhəmiyyət daşıyan məsələlərə şəxsi münasibətin ifadəsi olmuşdur.

33. İlk növbədə qeyd edir ki, ifadə və fkir azadlığı hüquqularının pozulduğunu qeyd edən iddiaçı apellyasiya şikayətində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonraAvropa Konvensiyası) “Fikri ifadə etmək azadlığı” adlanan 10-cu maddəsinin 1-ci hissəsinə müddəalarına istinad etsə də, nəzərə almayıb ki, həmin maddənin 2-ci hissəsinə görə bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin 3 qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Bundan başqa, Avropa Konvensiyasının “Hüquqlardan sui-istifadənin qadağan olunması” adlanan 17-ci maddəsinin tələbinə görə bu Konvensiyada heç nə hər hansı dövlətin, qrupun və ya şəxsin burada təsbit olunan hüquq və azadlıqlarının ləğvinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər hansı əməl törətmək və ya onları Konvensiyada nəzərdə tutulandan daha artıq məhdudlaşdırmaq hüququna malik olması kimi şərh oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsində təsbit edilmişdir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Yenə Konstitusiyanın 72-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Eyni müddəlara digər Qanunlarımızda da əksini tapmışdır. İşdə olan diskə baxış keçirilən zaman idiaçının üç səs səsləndirilmişdir. Həmin səs danışığı və paylaşımlar iddiaçının “WhatsApp” səhifəsində paylaşdığı məlumatlardan olduğuna görə onlara məktəbin müəllimləri, şagirdləri və onların valideynləri də baxmaları halı inkar edilmir və bu paylaşmalar məhkəmə tərəfindən iddiaçının işlədiyi məktəbin adına xələl gətirən və nüfuzunu aşağı salan, məktəb rəhbərliyi və pedaqoji kollektivin digər üzvləri barədə müəllim adına yaraşmayan qeyri-etik və təhqiramiz məzmunlu idafələr kimi qiymətləndirilmişdir. Həmçinin diqqətə çatdırırlar ki, xx.xx.2024-cü il tarixdə İddiaçı verilmiş töhmət intizam tənbeh hazırkı iddia tələbinin predmetinə daxil deyildir və həmin faktla heç bir əlaqəsi və bağlılığı yoxdur. İddiaçı işdən azad olunmasına səbəb onun davamlı olaraq etik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, sosial media səhifəsində işlədiyi məktəbin adına xələl gətirən və nüfuzunu aşağı salan, məktəb rəhbərliyi və pedaqoji kollektivin digər üzvləri barədə qeyri-etik və təhqiramiz məzmunlu idafələr paylaşması, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) lazımınca yerinə yetirməməsi, şagirlərlə, onların valideynləri ilə və müəllimlərlə kobud və qeyri-etik davranışları, onlarla mütəmadi olaraq münaqişələrə və mübahisələrə səbəb olması və bununla bağlı məktəb rəhbərliyinə daxil olmuş çoxsaylı şikayətlər, sənədlər və barəsində toplanmış material olmuşdur. Məhkəmə iclasında məlum oldu ki, Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Nümayəndə2 2024-cü il 04 oktyabrda Abşeron-Xızı Regional Təhsil İdarəsinə həmin məktəbin riyaziyyat müəllimi İddiaçı mütəmadi olaraq etik davranış qaydalarını pozmasına dair müraciət ünvanlayaraq, idarə tərəfindən qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Sözügedən məsələ ilə bağlı müvafiq araşdırma aparılmış və iddiaçının mütəmadi olaraq məktəb, direktor, müəllimlər və Abşeron-Xızı Regional Təhsil İdarəsi barəsində sosial şəbəkələrdə paylaşımlar etdiyi məlum olmuşdur. Odur ki, iddiaçının əmək qanunvericiliyini pozması halları nəzərə alınmış, lakin əmək müqaviləsinə xitam verilməsi səlahiyyətinin məktəb direktorunda olması, müəllimənin izahatı alındıqdan sonra intizam məsuliyyətinin olub-olmamasının müəyyən ediləcəyi direktora bildirilmişdir. Bundan əlavə, Təhsil nazirinin 05 mart 2009-cu il tarixli 270 №-li əmri ilə təsdiq edilmiş “Sinif rəhbərinin əsasnaməsi”ndən də davranış qaydaları barədə məlumat öz əskini tapmışdır.

34. Bir neçə faktı da diqqətə çatdırır ki, məktəbin dərs tədris hissə üzrə direktor müavini vəzifəsində işləmiş X5 cavabdeh İddiaçı qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi, mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə 4 dair iddia ərizəsi Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012)-364/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək,“MilliTV”tərəfindən qeydə alınmış video görüntülərdə cavabdeh İddiaçı tərəfindən iddiaçı X7 ünvanlanan “Siniflər, smenlər 1500 manata satıldı. Biz alverdəyik. Nərgiz müəllimə 7 ədəd ibtidai sinifdən 1500 manat qatladı, qoydu cibinə” və “Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləyən Həsənova Elnarə işə gəlmir, adını xaricdə kurslara yazdıraraq keyf eləyir, direktor Gülnaz xanım isə onu yola verir” kimi istifadə olunmuş ifadənin iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzunuləkələyən məlumatlar hesab edilmiş, vurulmuş mənəvi ziyana görə İddiaçı 500 (beş yüz)manat məbləğində pulun alınaraq, X7 ödənilməsi qət edilmişdir. Bundan başqa, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(012)-932/2024 nömrəli qərarı ilə xüsusi ittihamçı İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri 2 saylı tam orta məktəbin direktoru Nümayəndə2 və tədris hissə müdiri X6 Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilərək cəzalandırılmasına dair şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və ərizənin icraata qəbul olunmasından imtina edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli1(105)- 136/2025 nömrəli qərarı ilə İddiaçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(012)- 932/2024 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış. İddiaçı apellyasiya şikayəti təmin olunmamışdır.

35. Apellyasiya şikayətinin üçüncü dəlili onunla əlaqədardır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən şahid ifadələri dəqiq müşahidəyə və ya bilavasitə əldə olunmuş məlumata deyil, şaiyə xarakterli, qeyri-müəyyən “uşaqlar danışıb”, “eşitmişəm” kimi dolayı məlumatlara əsaslanır. Şahid qismində ifadə verən şəxslər (Süleymanova Aysel və başqaları) işə götürənin birbaşa tabeliyində olan şəxslər olmuş onların ifadələrinin azad, təzyiqsiz və qərəzsiz verilməsi təmin edilməmişdir. Qeyd edirlər ki, apellyasiya şikayətinin bu dəlilləri də tamamilə əsassızdır və onlarla razılaşmırlar. İlk növbədə qeyd edirlər ki, iddia ərizəsi ümumi, qeyri-müəyyən və mücərrəd fikirlərdən ibarət olmaqla, orada qanuniliyi mübahisələndirilən əmrin ləğv edilməsi üçün konkret və aydın dəlilə və ya fakta istinad edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 9a sinfin sinif rəhbəri müəllim X4 dediklərindən aydın olur ki, iddiaçının məktəbin 80 faizi ilə münasibəti pisdir. İddiaçının ona sinfdə “it balası sinif rəhbəriniz” ifadəsini işlətməsi və sosial şəbəkədə onu paylaşaraq, onun köstəbəyə oxşadığını deməsini təsdiq edən kifayət qədər sübut mənbələri vardır. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş valideyn X16 ifadəsində şagird övladı Əkbər Babayevin dediklərini səsləndirmişdir. Belə ki, onun övladı evə gələndə riyaziyyat dərsinin tədrisi zamanı iddiaçının şagirdlərə məktəbin direktoru və müəllimləri haqqında təhqiramiz ifadələr işlətdiyini, Aysel müəllimə haqqında isə:“it balası”sözlərini dediyini anasına bildirmişdir. Əgər yetkinlik yaşına çatmayan şahidin dediklərini qərəzli hesab edirdisə, onda iddiaçı həmin şagirdin məhkəmə icalsında şahid qismində dindirilməsi barədə vəsatət qaldıra bilərdi. Lakin iddiaçı məhkəməyə belə vəsatətlə müraciət etməmişdir. İddiaçı A.Süleymanovaya dediyi həmin sözü sosial paylaşımında da etmişdir. Qeyd edilənlərlə təsdiq edilir ki, məhkəmə iclasında dindirilmiş şahidlər barədə apellyasiya şikayətində göstərilənlər həqiqətə uyğun deyildir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Hazırki iş üzrə dindirilmiş 5 şahidlərin göstərdikləri şübhədən kənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmasını,iddiaçının qeyri-etik hərəkətləri ilə bildiklərini aydın və müfəssəl təsvir etməsini, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmasını və hadisələr məntiqi ardıcıllıqla əks etdirilməsini nəzərə alaraq şahid ifadələrini mötəbər sübut kimi qiymətləndirir. Bundan başqa, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-4443/2024 nömrəli qətnaməsi ilə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin İddiaçı barəsində töhmət intizam tənbeh tədbirinin verilməsi barədə xx.xx.2024-cü il tarixli 125 saylı əmrinin ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən verdiyimiz apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-271/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-4443/2024 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Xırdalan Şəhər 2 saylı tam orta məktəbinə qarşı töhmət intizam tənbehi haqqında əmrin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

36. Apellyasiya şikayətinin sonuncu dəlili onunla bağlıdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmayıb və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməmişdir. Belə ki, işdən azad edilmənin əsas səbəbi kimi göstərilən əmək funksiyalarının pozulması dəqiqləşdirilməmiş, iddiaçının hansı öhdəliyi necə və hansı nəticə ilə pozduğu dəqiq müəyyən edilməmiş, eyni zamanda iddiaçının ifadə azadlığı çərçivəsində sosial şəbəkələrdə səsləndirdiyi tənqidi fikirlərin işdən çıxarılma üçün əsas olub-olmaması hüquqi baxımdan qiymətləndirilməmişdir. Hesab edirlər ki, apelyasiya şikayətinin bu dəlili ilə də razılaşmaq olmaz. İlk növbədə qeyd edirlər ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə müvafiq qaydada əmrlə rəsmiləşdirilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məzmunu Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə tam uyğundur.Əmrdən görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə onun əmək funksiyalarını və xidməti vəzifəsini lazımınca icra etməməsi, əmək müqaviləsi üzrə öhdəliklərini və “Təhsilverənlərin etik davranış Qaydaları”nı pozması səbəb olmuşdur. Belə ki, həmin əmrin verilməsinə əsas olmuş sənədlərə İddiaçı “Whatsapp”da paylaşdığı məlumatlar, şagird valideynlərinin yazılı şikayətləri, müəllim Aysel Süleymanovanın yazılı şikayəti, direktor müavinlərinin təqdimatları, aktlar, araşdırma komissiyasının xx.xx.2024-cü il tarixli arayışı və akt, məktəb Həmkarlar Komətəsinin xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli protokollarından çıxarışları aiddir. Əmək Məcəlləsinin 57-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X2 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. İddiaçı ilə bağlanılmış onlayn əmək müqaviləsində də onun vəzifə funksiyaları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli, № 18-1 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X9”na əsasən göstərilmişdir. Həmin Kitabçanın “Ümumi təhsil müəssisələri” adlanan Vİİ hissəsinə əsasən “mütəxəssislər”ə aid edilən “müəllim”in əmək funksiyaları kimi aşağıdakılar qeyd edilmişdir: “Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir. Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırılmasını, onların müstəqil həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir. Tədris edilən fənnin spesifik xüsusiyyətləri nəzərə alınmaqla şagirdlərlə təlim məşğələləri aparır. Təlim prosesində müxtəlif formalardan, üsullardan, metodlardan, təlim strategiyalarından istifadə edir. Keçdiyi fənn üzrə tədris materiallarını planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini, bütün şagirdlərin dövlət standartları səviyyəsində mənimsəməsini təmin edir. Tədris 6 etdiyi fənnə dair sinifdənkənar tədbirlər üzrə iş aparır. Şagirdlərin valideynləri, yaxud onları əvəz edən şəxslərlə müntəzəm əlaqə saxlayır. Tədris intizamına riayət edilməsini və məşğələlərə davamiyyət rejiminə əməl olunmasını təmin edir. Tədris avadanlıqlarından istifadə zamanı təhlükəsizlik texnikası və sanitariya tələblərinin yerinə yetirilməsinə nəzarət edir. Metodbirləşmələrin fəaliyyətində və həyata keçirilən digər metodik işlərin təşkilində iştirak edir. Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə yönəldilən təkliflər irəli sürür, müntəzəm surətdə özünün peşə ixtisasını yüksəltməyə çalışır”. Məktəbin fizika müəllimi X8 xx.xx.2024-cü il tarixli xidməti yazısından aydın olur ki, xx.xx.2024-cü il tarixdə iş vaxtında məktəbin riyaziyyat müəllimi İddiaçı onun sinif rəhbəri olduğu 9a sinfində dərs tədrisi zamanı dərsdənkənar məsələlərlə bağlı mülahizlərini səsləndirmiş və şagirdlərin yanında onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən “it balası” ifadəsini işlətmişdir. Müəllim İddiaçı bu davarnışını həm bütün dərs saatlarında şagirdlərin yanında, həm də işdən sonra şəxsi sosial səhifəsində qeyri-etik paylaşımlar etməklə davam etmişdir. Artıq şagirdlərin valideynləri bu vəziyyətin dözülməz hal aldığını, İddiaçı davranışlarının uşaqların psixoloji vəziyyətinə pis təsir etdiyini, bu səbəbdən də narazılıqlarını bildirmişlər. Bu hadisə ilə bağlı məktəbdə yaradılmış araşdırma komissiyasının tərtib etdiyi xx.xx.2025-ci il tarixli aktda bildirilir ki, riyaziyyat müəllimi İddiaçı məktəbin fizika müəllimi Aysel Süleymanovanın sinif rəhbəri olduğu məktəbin 9a sinfinin şagirdlərinə dərs saatında dərs tədris etmək, əmək funksiyalarını və onunla bağlanılmış əmək müqaviləsi üzrə öhdəliklərini icra etmək əvəzinə şagirdlərə dərsdənkənar və tədrisə heç bir aidiyyəti olmayan mövzularla bağlı mülahizələrini səsləndirmiş, dərs saatında tədrislə məşğul olmamış, şagirdlərlə təlim aparmamışdır. Riyaziyyat müəllimi İddiaçı qeyd olunanlarla əlaqədar izahat verməkdən imtina etmiş (imtina aktlaşdırılmışdır), bundan başqa öz “whatsapp” səhifəsində davamlı olaraq qeyrietik ifadələr işlətməklə “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərini pozmağa davam etmişdir. Məktəbin 9a sinfinin şagirdlərinin valideynləri də müəllim İddiaçı hərəkətləri ilə bağlı məktəb rəhbərliyinə ərizələr və şikayətlər təqdim etmişlər. Bu hadisəyədək və bundan sonra da müəllim İddiaçı bir çox hallarda işinə qeyri-ciddi yanaşmış, ona bir neçə dəfə şifahi xəbərdarlıqlar edilmişdir. Qeyd edilənlərə əsasən, komissiya hesab etmişdir ki, İddiaçıı əmək və icra intizamını, eləcə də “Təhsilverənlərin etik davranış Qaydaları”nı pozmuşdur. Akta A.Süleymanovanın xidməti məlumatı, hadisə ilə bağlı valideynlərin müraciətləri, müəllimlərin izahatları, İddiaçı “whatsapp” səhifəsindən çıxarışlar əlavə edilmişdir. Araşdırılma komissiyasının xx.xx.2025-ci il tarixli arayışında qeyd edilənlər nəzərə alınaraq, əmək funksiyalarını, xidməti vəzifəsini icra etməməsi, daxili nizam- intizam qaydalarını və “Təhsilverənlərin etik davranış Qaydaları”nı pozması sübut olunduğuna görə məktəbin riyaziyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsi məqsədəuyğun hesab edilmişdir. Məktəbin Həmkarlar Komitəsinin iclasına dəvət olunmuş müəllim İddiaçı üzrsüz səbəbdən gəlmədiyinə görə xx.xx.2024-cü il tarixdən xx.xx.2024- cü il tarixə, sonra isə xx.xx.2024- cü il tarixə təyin edilmişdir. Lakin müəllimi İddiaçı xx.xx.2024- cü il tarixdə də üzrsüz səbədən Həmkarlar Komitəsinin iclasına gəlmədiyinə görə təqdimata baxılaraq, xx.xx.2024-cü il tarixli 63 nömrəli qərarla işəgötürən tərəfindən məktəbin riyaziyyat müəllimi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir.

37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 2.4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq 7 işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir hüquqi əsas yoxdur.

Apellyasiya icraatı iştirakçılarının izahatları

38. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

39. Məhkəmə kollegiyasının iclasında cavabdeh Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin nümayəndəsi Nümayəndə2, nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

40. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü səxslər üçüncü şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X12-Xızı Regional Təhsil İdarəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

41. Maddə 35. (İ, İİ və Vİİ hissələri) Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

Azərbaycan Respublikası Əmək Məcəlləsi

42. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir.

43. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

44. Maddə 70 “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.

45. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

46. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

47. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

48. Maddə 186.2 İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının KQ-07 nömrəli 15 may 2024-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydalar’: 49.- 4.3-cü bəndinə əsasən təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır. 50.- 3.5-ci bəndində göstərilir ki, müəssisə rəhbərinin qanuni göstərişlərinin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. 51.- 5.1-ci bəndinə əsasən, etik davranış qaydalarına əməl olunmasına nəzarəti müəssisə rəhbəri həyata keçirir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

56. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

57. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

59. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

60. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1076/2025 nömrəli qətnaməsi tam mübahisələndirmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşır.

63. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər ciddi əsaslar mövcud olmuşdur. Belə ki, əvvəla müəyyən edilmişdir ki, iddiaçı barəsində xx.xx.2024-ci il tarixdə verilmiş töhmət intizam tənbehinin ləğv edilməsinə dair Abşeron rayon məhkəməsinin qətnaməsi Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-271/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almasa da, faktiki olaraq iddiaçıya xx.xx.2024-cü il tarixli 125 saylı əmrlə verilmiş «töhmət» intizam təhbehi qüvvədədir. İntizam təhbehi ona görə verilmişdir ki, İddiaçı əmək inztizamını kobud şəkildə pozmuş, nəticədə müəllimlərin və valideynlərin narazılıqlarına səbəb olmuşdur.

64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən “WhatsApp” səhifəsində paylaşılan qeyri-etik və təhqiramiz məzmunlu idafələr iddiaçının ifadə azadlığı çərçivəsində sosial şəbəkələrdə səsləndirdiyi tənqidi fikirlər kimi qiymətləndirilə bilməz.

65. Digər tərəfdən, iddiaçı şikayətin dəlillərində şahid ifadələrinin şübhə doğurmasını göstərsə də, buna dair məhkəməyə mötəbər və təkzibolunmaz sübutlar təqdim etməmişdir. Belə ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Kollegiya qeyd edir ki, şahid ifadələri məhkəmə tərəfindən digər sübutlarla yanaşı qiymətləndirilir.

66. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqe ilə razılaşaraq hesab edir ki, iddiaçının yol verdiyi araşdırma zamanı müəyyən edilən pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların xarakterinə adekvat olmuşdur.

67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

68. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

69. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

70. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

71. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1076/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar