Məhkəmə qərarları › İş №2(105)-850/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-850/2024

23.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-850/2024 23.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X13 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi , Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb etməyən üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(012)-383/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən 170 kv.m. torpaq sahəsinin 40 kv.m. hissəsinin üzərində olan tikilidən öz əşyalarını çıxararaq həmin tikilinin giriş qapısının açarlarının İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması (həvalə edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh ünvan 1 ünvanında yerləşən 170 kv.m. torpaq sahəsinin 40 kv.m. hissəsi və həmin 40 kv.m. torpaq sahəsi üzərində olan tikilinin alqı-satqısı barədə razılığa gəlmişlər. Alqı-satqı müqaviləsini rəsmiləşdirmək üçün notariusa gedilsə də, sənədləşmədə müəyyən çatışmazlıqlar olduğu üçün notarial qaydada rəsmiləşdirmə aparılmamışdır. Ancaq cavabdeh həmin torpaq sahəsi və üzərindəki tikili ilə bağlı xx.xx.2021-ci il tarixində Bakı şəhəri 15 saylı notariat ofisində ona AR-İİ ******* saylı etibarnamə vermişdir. Cavabdeh pula ehtiyaclarının olmasını, xüsusən də ərinin ondan götürdüyü borcun qaytarılması, o cümlədən bizneslərinin yenidən qurulması üçün bu vəsaitə ehtiyac olduğunu bildirmişdir. Buna görə də, sənədləşməni ən qısa zamanda başa çatdıraraq qeyd edilən torpaq sahəsi və üzərindəki evi ona təhvil verəcəyini bildirmişdir. O, cavabdehin həyat yoldaşı X4 əvvəlcədən tanıdığı və onunla aralarında külli miqdarda borc münasibətlərinin yarandığı, ən əsası cavabdeh və həyat yoldaşının onda inam yaratdıqları üçün xx.xx.2021-ci il tarixdə torpaq sahəsi və onun üzərindəki tikilinin dəyəri olan 40000 (qırx min) manatı tam şəkildə cavabdehə ödəmişdir. Torpaq sahəsinin və üzərindəki tikilinin dəyərinin tam şəkildə ödənilməsi ilə bağlı cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə yazılı iltizam verilmişdir. Həmin iltizam cavabdeh və əri tərəfindən imzalanmışdır. Eyni zamanda, qeyd edilən tikilinin ona satıldığı vaxt cavabdeh və həyat yoldaşı onun razılığı ilə ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 687B, mənzil 27 və 28-də yaşamışlar. Cavabdehin yoldaşı Rusif Abuzərov ondan xahiş etmişdir ki, öz evi təhvil verilənədək həmin mənzillərdə yaşamağa icazə versin, və gələcəkdə mənzillərin kirayəsini ödəyəcəyinə söz vermişdir. O, da X4 uzun müddət öncə tanıdığını və inandığı üçün ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 687B, mənzil 27 və mənzil 28-də yaşamalarına icazə vermişdir. Tərəflər arasında yaranmış bu münasibətlərə görə də, o, cavabdehin ünvan 1 ünvanında yerləşən 170 kv. m. torpaq sahəsinin 40 kv.m. hissəsini və həmin 40 kv.m. torpaq sahəsi üzərində olan tikilinin ən qısa zamanda ona təhvil veriləcəyinə inanmışdır. Bundan bir müddət keçdikdən sonra, onun səhhətində ciddi problemlər yarandığı üçün bir müddət cavabdeh və əri ilə görüşə bilməmişdir. O, həmin 40 kv.m. tikilidəki kommunal xidmətlərlə bağlı sənədləşməni öz adına keçirmək üçün aidiyyəti üzrə müraciət etmiş və su təchizatı ilə bağlı müvafiq müqavilə bağlayaraq öz adına abonent kodu almışdır. Cavabdehin həyat yoldaşı X9 da ondan aldığı 255200 (iki yüz əlli beş min iki yüz) manatı söz verdiyi müddətdə qaytarmadığı üçün o, cavabdehdən aldığı ünvan 1 ünvanında yerləşən 170 kv.m. torpaq sahəsinin 40 kv.m. hissəsini və həmin 40 kv.m. torpaq sahəsi üzərində olan tikilinin boşaldaraq açarlarının ona təhvil verilməsini tələb etmişdir. Cavabdeh və əri hər dəfə ona ən qısa zamanda satdıqları evi təhvil verəcəklərini bildirsələr də, bu vaxtadək həmin ev ona təhvil verilməmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində ona xx.xx.2021-ci il tarixində Bakı şəhəri, 15 saylı notariat ofisində verilən AR-İİ ******* saylı etibarnaməyə əsasən tikili və torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını reallaşdıra bilmir. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(012)-383/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma barədə iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(012)-383/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni qaydada əsaslandıraraq həmçinin qeyd etmişdir ki, hazırkı işdə məhkəmə onun iddia tələbinin rədd edilməsi barədə qətnaməsini ümumi maddi hüquq normaları ilə əsaslandırmışdır. Hətta məhkəmənin qətnaməsinin əsaslandırıcı hissəsində onun həmin mənzillə hüquq bağlılığını, orada yaşamaq və istifadə hüququnun olmasını təsbit etsə də, buna zidd nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qətnaməsində həmin evlə bağlı onun və cavabdehin bərabər hüquqlara malik olduqlarını qeyd etmişdir və sonda iddianı rədd etmişdir. Məhkəmə qətnaməsində xüsusi ilə onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmadığını vurğulamışdır. Mübahisəli tikili üzərində hüquqlarının qeydiyyata alınmadığını isə əsas götürmüşdür. Hesab edirik ki, məhkəmə bununla bağlı qanun pozuntusuna yol verməklə işdə olan sübutlara düzgün qiymət verməmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, AR-İİ 300336 saylı etibarnamə ilə mülkiyyətçi qismində X14 ƏMDK yanında DƏDRX-nin ərazi idarəsindən Reyestr nömrəsi 30801201GT54-10301 Qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2014-cü ildə verilmiş çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən yaşayış evinin həyətyanı sahəsindən ona ayrılmış 170 kv.metr torpaq sahəsindən 40 kv.metr torpaq sahəsini və üzərində yerləşən tikilini sənədləşdirmə işləri aparmağı, həbsdə və girovda olmaması barədə arayışı aldıqda sərəncam verməyi, bank əməliyyatlarını aparmağı, reyestrdən çıxarışı almağı, tikinti işlərini aparmağı, notariat kontorunda alqısatqı müqaviləsini rəsmiləşdirməyi, bu barədə müqavilə imzalamağı və s. digər hərəkətləri etmək səlahiyyətləri Cavabdeh vasitəsi ilə İddiaçı ötürmüşdür Beləliklə, həmin etibarnamə ilə iddiaçının mübahisəli tikili və onun yerləşdiyi torpaq sahəsi ilə bağlı sənədləşdirmə işləri aparmağı, həbsdə və girovda olmaması barədə arayışı aldıqda sərəncam verməyi, bank əməliyyatlarını aparmağı, reyestrdən çıxarışı almağı, tikinti işlərini aparmağı, notariat kontorunda alqı-satqı müqaviləsini rəsmiləşdirməyi, bu barədə müqavilə imzalamağı və s. digər hərəkətləri etmək hüququ olub. Bu hüququ həyata keçirmək və cavabdeh tərəfindən yaranan maneənin aradan qaldırılması üçün o, “mübahisəli tikilidən öz əşyalarını çıxararaq həmin tikilinin giriş qapısının açarlarının iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması (həvalə edilməsi) barədə”iddia qaldırıb. Cavabdehin tikilinin açarının özündə saxlaması və əşyalarını ora yerləşdirməsi onun hüquqlarını pozub və məhkəmə nəzərə almayıb ki, bu hüquq pozuntusunun aradan qaldırılması üçün onun subyektiv hüququ mövcuddur. Həmçinin məhkəmə tikilinin dəyərinin cavabdeh tərəfindən alınmasına və bununla bağlı iddiaçının təqdim etdiyi və heç bir şübhə doğurmayan sübutları nəzərə almayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddiaçı ilə keçmiş əri Abuzərov Rusif arasında borc pul məsələləri olduğunu, həmin məsələnin həll edilməsi üsulu kimi keçmiş ərinin dəmir materiallarının satışı ilə məşğul olduğundan iddiaçı dövlət tərəfindən ona ayrılacaq binaların təmiri və tikintisi üçün istifadə olunacaq dəmir materiallarının keçmiş ərindən almaqla aralarında mübahisə olunan 40 min manatın həmin haqq hesabdan çıxılacağı razılığına gəlindiyini, iddia ərizəsində qeyd olunan pul məbləğinin kifayət qədər çox olduğunu və bu məbləğin alınması və verilməsinin şahidlərin iştirakı və ya rəsmi notarial qaydada olmasını bildirmişdir. Həmçinin bildirmişdir ki, yaşadığı evin hazırki bazar qiyməti 40 min manatdan dəfələrlə çoxdur. Buna görə borc pul məsələsinin iddiaçı ilə keçmiş əri arasında olmasını, qeyd edilən məbləğin onun tərəfindən alınmasına dair heç bir sübutun olmamasını nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb etməyən üçüncü şəxs X14 apellyasiya şikayətinin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan X1, X6 və X2 notarial qaydada təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizələrindən görünür ki, İddiaçı həqiqətən də ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini öz pulu hesabına inşa etdirmişdir. İş materiallarında olan su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivindəki 91 saylı evin su ilə təchiz olunması məqsədilə "xxxx" ASC ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Ailə tərkibi 4 nəfərdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı X5 1 ay müddətinə qaytarmaq şərtilə 50000 manat borc vermişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, ona etibarnamə əsasında verilmiş 1,5 sot torpaq sahəsindəki 44 kv.metrlik tikilini Cavabdeh 40000 manata İddiaçı satmışdır. Həmin tarixdən onun və ya əri X3 bu əmlaka hər hansı iddiası olmayacaqdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli etibarnamədən görünür ki, X14 ƏMDK yanında DƏDRX-nin ərazi idarəsindən Reyestr nömrəsi 30801201GT54-10301 Qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2014-cü ildə verilmiş çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən yaşayış evinin həyətyanı sahəsindən ona ayrılmış 170 kv.metr torpaq sahəsindən 40 kv.metr torpaq sahəsini və üzərində yerləşən tikilini sənədləşdirmə işləri aparmağı, həbsdə və girovda olmaması barədə arayışı aldıqda sərəncam verməyi, bank əməliyyatlarını aparmağı, reyestrdən çıxarışı almağı, tikinti işlərini aparmağı, notariat kontorunda alqı-satqı müqaviləsini rəsmiləşdirməyi, bu barədə müqavilə imzalamağı və s. digər hərəkətləri etməyi X10 verdiyi səlahiyyətləri Cavabdeh ötürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AR-İİ 300336 saylı etibarnamənin surətindən görünür ki, X14 ƏMDK yanında DƏDRX-nin ərazi idarəsindən Reyestr nömrəsi 30801201GT54-10301 Qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2014-cü ildə verilmiş çixarişa əsasən ünvan 2 ünvanında yerləşən yaşayış evinin həyətyanı sahəsindən ona ayrılmış 170 kv.metr torpaq sahəsindən 40 kv.metr torpaq sahəsini və üzərində yerləşən tikilini sənədləşdirmə işləri aparmağı, həbsdə və girovda olmaması barədə arayışı aldıqda sərəncam verməyi, bank əməliyyatlarını aparmağı, reyestrdən çıxarışı almağı, tikinti işlərini aparmağı, notariat kontorunda alqı-satqı müqaviləsini rəsmiləşdirməyi, bu barədə müqavilə imzalamağı və s. digər hərəkətləri etməyi Cavabdeh verdiyi səlahiyyətləri İddiaçı ötürmüşdür. İş materiallarında olan AZ-İ 227934 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 xx.xx.2006-cı il tarixdə nikaha girmişlər. İş materialları ilə müəyyən olunmuşdur ki, mübahisə predmetini təşkil edən torpaq sahəsinin mülkiyyətçisi X11r. F.M.Əsgərov özünə məxsus torpaq sahəsinə və orada yerləşən tikiliyə dair bəzi səlahiyyətləri xx.xx.2018-ci il tarixli etibarnamə ilə Cavabdeh, xx.xx.2021-ci il tarixli etibarnamə ilə isə İddiaçı vermişdir. Bu səlahiyyətlərin içində torpaq sahəsinə dair alqı-satqı müqaviləsini rəsmiləşdirmək, bu barədə müqavilə imzalamaq səlahiyyətləri də vardır. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının cavabdehin əri ilə borc münasibətləri olmuş, bu barədə aralarında kredit müqaviləsi imzalanmışdır. İddiaçının deməsinə görə cavabdehin əri borcu vaxtında qaytarmadığından o, Cavabdeh qeyd edilən əmlakı etibarnamə və iltizam əsasında almışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı»na istinad edərək qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcudluğu əmlak sahibinin hüquqlarının mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərək onunla əsaslandırmışdır ki, mübahisəli evin hüquqmüəyyənedici sənədləri mövcud olmasa da, həmin ev faktiki olaraq mövcuddur, hazırda yaşayış sahəsi kimi istifadə olunur. Bununla belə, həmin evin iddiaçının sahibliyində olması barədə o, məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İş materiallarında mübahisəli yaşayış evinin iddiaçının faktiki sahibliyində olmasını təsdiq edən hər hansı sənəd mövcud deyildir. İddiaçı tərəfindən təqdim edilmiş qonşuların notarial qaydada təsdiq etdikləri ərizələri isə iddiaçının mübahisəli tikilinin sahibi olması nəticəsinə gəlməyə yetərli deyildir. Başqa sözlə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmək baxımından iddiaçı ilə cavabdehin hər hansı birinin üstünlük hüququ mövcud deyil və onların normal şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Mübahisə predmeti olan yaşayış evi hər hansı şəxsin adına qeydə alınmadığından, əmlakın iddiaçının faktiki sahiblik və istifadəsində olduğunu təsdiq edən mötəbər sübutlar olmadığından, tərəflərin bu evlə bağlı hüquqları bərabər hesab edilməlidir. Mübahisəyə bu baxımdan yanaşıldığında isə cavabdehin əşyalarının həmin mübahisəli yaşayış sahəsindən çıxarılması barədə İddiaçı iddia tələbinin əsassız olması şübhə doğurmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında notarial qaydada bağlanmış hər hansı müqavilənin olduğu müəyyən edilməmişdir və bu baxımdan birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Buna görə də iddiaçı daşınmaz əmlaka sahiblik və istifadə hüququnu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi əsaslı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən düzgün olan qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(012)-383/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar