Məhkəmə qərarları › İş №2(105)-851/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-851/2021

21.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-851/2021 21.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə, məhkəmə katibi X2 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-99/2020 saylı qərardadından İddiaçı ASC-nin nümayəndəsi R.Sadıxzadənin verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-99/2020 saylı qərardadı ilə (hakim İ.Ə.Xəlilov) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və qətnamə üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması haqqında Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-99/2020 saylı qərardadının ləğv edilməsi barədə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ərizəsi təmin olunmamış və iddiaçıya ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi R.Sadıxzadə şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-99/2020 saylı qərardadının ləğv edilməsini və iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-99/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq, kredit müqaviləsi üzrə cavabdeh “xxxx” MMC-dən 603,40 ABŞ dolları əsas borc, 251 ABŞ dolları faiz borcu, ümumilikdə 854,40 ABŞ dolları və 20 manat dədövlət rüsumu borcun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün sözü gedən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş 39,4 manat rüsum məbləğinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi və ödəmənin İddiaçı ASC-nin Xaçmaz filialı ilə “xxxx” MMC arasında bağlanmış “X1 X3”nə dair xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş cavabdeh, Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixli, MH seriyalı, ******* №-li çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Xaçmaz şəhəri, Süleyman Ələskərov küçəsində mülkiyyətində olan 0,065 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 77,7 kv.m yaşayış, 43,90 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinə (fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə) yönəldilərək həmin ipoteka predmetinin ilkin satış qiyməti kimi 91600 manat məbləğində müəyyən olunmaqla açıq hərrəcdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-99/2020 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizə ilə məhkəməyə müraciət edib, iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardadın ləğv edilərək mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı ASC-nin nümayəndəsi R.Sadıxzadə verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı ASC ərizəsində koronavirus infeksiyasının (COVİD-19) ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə Azərbaycan Respublikasının ərzisində xüsusi karantin rejiminin müddəti xx xxxxxxxx 2020-ci il tarixə saat 00:00-dək uzadıldığından təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən nümayəndəsinin iştirakını təmin edə bilmədiyini qeyd etsə də, məhkəmə bu hala əhəmiyyət verməmiş qərəzli şəkildə iddiaçının ərizəsini təmin etməmişdir. Ona görə də, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)- 99/2020 saylı qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-99/2020 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və qətnamə üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(067)-99/2020 saylı qərardadının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, koronovirus infeksiyasının (COVİD-19) ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 sentyabr saat 00:00dək uzadıldığından təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən nümayəndənin iştirakı təmin edilə bilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsi üzrə mülki işin icraatının təzələnməsi barədə ərizənin təmin edilməsindən imtina etdikdə göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə vaxtında və lazımi qaydada məlumat verilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə ölkə ərazisində məhkəmə iclaslarının keçirilməsinə heç bir məhdudiyyət qoyulmamış və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən məhkəmə iclaslarına iştirak edən şəxslərin məhkəmə iclaslarında iştirak etmək üçün gediş-gəlişinə icazə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə və işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materialları ilə müəyyən edilir ki, xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə vaxtında və lazımi qaydada məlumat verilmişdir. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011ci il tarixli, 03 saylı qərarının 9.2.-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Mövcud prosessual qanunvericiliyin tələbinə əsasən ərizənin baxılmamış saxlanması haqqında qərardadın ləğv olunmasına dair tərəfin vəsatətinin təmin edilməməsi barədə qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı ASC-nin nümayəndəsi R.Sadıxzadənin verdiyi şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-99/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Zaur Məmmədov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar