Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-852/2021 16.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və qətnamə üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)98/2020 saylı qərardadından iddiaçı ləğv edilməsi barədə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və “xxxx” MMCyə qarşı zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və qətnamə üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən 1750 manat əsas borc, 637 manat faiz borcu, 104 manat gecikdirilmiş faiz borcu, dövlət rüsumu ilə birlikdə ümumilikdə 2511 manat, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün sözü gedən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş 39,4 manat rüsum məbləğinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi və ödəmənin İddiaçı ASC-nin Xaçmaz filialı ilə “xxxx” MMC arasında bağlanmış “X1 X3”nə dair xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş cavabdeh, Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın DövlətReyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixli, MH seriyalı, ******* №-li çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Xaçmaz şəhəri, Süleyman Ələskərov küçəsində mülkiyyətində olan 0,065 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 77,7 kv.m yaşayış, 43,90 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinə (fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə) yönəldilərək həmin ipoteka predmetinin ilkin satış qiyməti kimi 91600 manat məbləğində müəyyən olunmaqla açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(067)-98/2020 saylı qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(067)-98/2020 saylı qərardadının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)98/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)98/2020 saylı qərardadı şikayət təmin edilməmiş və şikayət baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 şikayəti müdafiə edərək göstərdi ki, işə baxılarkən bir neçə iş bir icraatda birləşdirilmiş, daha sonra məhkəmə qərardadı ilə iş üzrə ekspertiza təyin edilmişdir. İş üzrə rəy alınmış və icraat təzələnmişdir. Bundan sonra İddiaçı ASC məhkəmə qərarı ilə müflis elan edilmiş və banka Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Bundan sonra Fond tərəfindən Xaçmaz Rayon Məhkəməsinə ərizə göndərilərək bütün iddiaların dayandırılması xahiş edilmişdir. Lakin məhkəmə iş üzrə tərəflərin məhkəmə prosesinə gəlməməsi əsası ilə işi baxılmamış saxlamışdır. Bundan sonra qərardadın ləğv edilməsi, işə baxılması barədə ərizə verilsə də ərizəni təmin etməmişdir. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)98/2020 saylı qərardadının ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi barədə ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə iş üzrə tərəflərin məhkəmə iclasına gəlməməsi əsası ilə ərizəni baxılmamış saxlamış, gəldiyi nəticəni də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı. maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qeyd edilən əsaslarla baxılmamış saxlanılması barədə düzgün nəticəyə gəlməmişdir. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)2350/2019 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və qətnamə üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işlər bir icraatda birləşdirilmişdir. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)98/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir, qərardad qəbul edilən tarixdə iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. İş üzrə ekspert rəyi daxil olduqdan sonra Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)98/2020 saylı qərardadı ilə iş üzrə icraat təzələnərək məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********496 saylı məktubdan (i.v.130) görünür ki, İddiaçı ASC Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinin 2- 3(103)129/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qərarı ilə müflis elan edilmiş, barəsində iflas proseduru başlanılmış və banka Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası “Banklar haqqında” Qanununun 68 və 72-ci maddələrinin tələblərini nəzərə alaraq İddiaçı ASC-yə qarşı məhkəmə icraatı prosesində olan bütün iddiların dayandırılması xahiş olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından müəyyən edilir ki, təyin edilmiş məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iştirak etmiş, daha sonra iddiaçı bank məhkəmə qərarı ilə müflis elan edildiyindən banka aid iddialar üzrə icraatın dayandırılması barədə ərizə verilmiş, bununla da məhkəmə məlumatlandırılmışdır. Bu səbəbdən də hazırki iş üzrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı. maddəsinin tətbiq edilməsi düzgün hesab edilə bilməz. Çünki, iş materiallarından iddialar üzrə məhkəmə icraatının dayandırılması barədə ərizə olmuşdur. İddiaçının nümayəndəsinin sonuncu məhkəmə iclasına gəlməməsi əsası ilə ərizənin baxılmamış saxlanılması qanunvericiliyə uyğun deyildir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır və hesab edir ki, iddiaçının şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)98/2020 saylı qərardadı və Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(067)-98/2020 saylı qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)98/2020 saylı qərardadı və Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(067)-98/2020 saylı qərardadı ləğv edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-852/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-852/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver