Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-853/2021 18.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və X1 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və qətnamə üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli, 2(067)-97/2020 saylı qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim İ.Xəlilov) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və qətnamə üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması haqqında Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(067)-97/2020 saylı qərardadının ləğv edilməsi barədə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ərizəsinin təmin olunmaması qərara alınmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qərardaddan şikayət vermişdir. Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə ərizə verərək məhkəmənin icraatında olan 2(067)-97/2020 saylı mülki işin icraatının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir (Mülki Prosessual Məcəllənin 260.5. maddəsi). Qeyd olunan maddənin məzmunundan göründüyü kimi iddiaçı və ya cavabdehin vəsatəti üzrə, ərizənin baxılmamış saxlanılması haqqında qərardadı həmin qərardadı çıxarmış məhkəmə ləğv edir. Bunun üçün vəsatəti vermiş tərəf (tərəflər) məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzrlü səbəblərdən baş verməsi haqqında sübut (sübutlar) təqdim etməlidir. İddiaçı və ya cavabdeh məhkəmə iclasında iştirak etməmələrinin və bu halda məhkəməyə məlumat vermələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edə bilmədikdə, bu onların ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etmələrinə mane olmur. Həmçinin qeyd etmək lazımdır ki, birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət verilməsinin əsasları MPM-nin 395-ci maddəsində nəzərdə tutulmuşdur. Hazırki iş üzrə mübahisələndirilən qərardad şikayət verilməsi nəzərdə tutulan qərardadlara aid deyil. Lakin birinci instansiya məhkəməsi mülki işin icraatın təzələnməsinin rədd edilməsi barədə qərardadlardan şikayət verilməsi nəzərdə tutulmamasına əhəmiyyət verməmiş, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından verdiyi şikayətini geri qaytarmaq əvəzinə müzakirə edərək baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətin MPM-nin 267-268, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Xaçmaz rayon məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267-268, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Xaçmaz rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Səyyad Qafari Hakimlər Elman Əhmədov Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(105)-853/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-853/2021
18.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver