Məhkəmə qərarları › İş №2(105)-856/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-856/2024

18.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-856/2024 18.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı mənzildən çıxarılma, mənzilin boşaldılması və banka təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3146/2023 nömrəli, 07 mart 2024-cü il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 23 saylı evin 31 saylı mənzilindən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 23 saylı evin 31 saylı mənzilindən çıxarılması və bu mənzilin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir (hakim Əfqan Ələkbərov). 26.02..2024-cü il tarixdə Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinə vəsatət verərək, hazırki iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddət ötürüldüyündən onun bərpa edilməsini və apellyasiya şikayətini baxılması üçün mülki iş ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə qətnamənin mövcudluğu ona Sumqayıt İcra Şöbəsindən məlum olandan sonra, qərar xx.xx.2024-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3146/2023 nömrəli, 07 mart 2024-cü il tarixli qərardadı ilə Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Əfqan Ələkbərov). İddiaçı ASC qeyd edilən qərardadla razılaşmayaraq şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023- cü il tarixli, 2(060)-3146/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə hər iki tərəfin elektron kabinetinə yerləşdirilmişdir. Bununla yanaşı, cavabdeh icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə imzalayaraq qəbul etmiş və beləliklə, qətnamənin çıxdığından məlumatlı olmuşdur. Buna baxmayaraq cavabdeh bu məsələyə laqeydliklə yanaşaraq şikayət vermək üçün 1 aylıq müddəti ötürərək xx.xx.2024-cü il tarixdə şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3146/2023 nömrəli, 18 mart 2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3146/2023 nömrəli, 07 mart 2024-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi X2 tərəfindən verilmiş şikayətin təmin olunmaması, şikayətin işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Əfqan Ələkbərov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3146/2023 nömrəli, 07 mart 2024-cü il qərardadı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasına dair Cavabdeh ərizəsinə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, cavabdeh sözügedən qətnaməni xx.xx.2024-cü il tarixdə məhkəmə qəbzinin kötüyünə imza etməklə şəxsən qəbul etmiş və ondan sonra xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyini əsaslı hesab etmir. Belə ki, şikayətə əlavə olunan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 2(060)-3146/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli icra sənədi əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə həmin qərarı imza etməklə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3146/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən şöbədə başlanılmış icra işini tələb etmədən araşdırma apardığından mübahisələndirilən məhkəmə qərardadını qəbul etməkdə haqlı olmamışdır. Bununla da, şikayətin dəlili üzrə Cavabdeh qeyd edilən icra işi ilə xx.xx.2023-cü il tarixdə tanış olması və nəyə görə qətnamənin isə xx.xx.2024-cü il tarixdə alınması məsələsinə hüquqi qiymət verilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının nümayəndəsi X2 tərəfindən verilmiş şikayətdə qeyd edilən xx.xx.2023- cü il tarixli, 2(060)-3146/2023 nömrəli qətnamənin xx.xx.2023-cü il tarixdə hər iki tərəfin elektron kabinetinə yerləşdirilməsi ilə bağlı dəlili əsassızdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, yuxarıda qeyd edilən qətnamə yalnız İddiaçı ASC-nin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmiş, Cavabdeh isə elektron kabineti olmadığından qətnamə ona poçt vasitəsilə göndərilmişdir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3146/2023 nömrəli, 07 mart 2024-cü il qərardadı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasına dair Cavabdeh ərizəsinə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3146/2023 nömrəli, 07 mart 2024-cü il tarixli qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasına dair Cavabdeh ərizəsinə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar