Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-859/2022 17.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə İddiaçılar İddiaçı2, İddiaçı1 və İbadova Qumru Arzu qızının cavabdehlər Cavabdeh5, "xxxx" MMC-yə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə və Abşeron rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(012)- 105/2021 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(012)- 105/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim C.Səfiyeva) Qətnamədən narazı qalan İddiaçı2 ondan apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(012)- 105/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiasının təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ İddiaçılar X10, İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh5, "xxxx" MMCyə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə, Cavabdeh4nə qarşı torpaq sahəsinin dəyərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək, X10 ilə Cavabdeh5 və Cavabdeh2 ASC arasında bağlanmış 27 iyun 2013-cü il tarixli, 016HOME354088/ASİ nömrəli alqı-satqı müqaviləsinə əsasən, X1 Abşeron rayonu, Masazır kəndində yerləşən, 0.313 ha. torpaq sahəsinin mövcud olmayan 0.01 ha hissəsinin qiymətləndirilərək dəyərinin Cavabdeh5 alınaraq X7 ödənilməsi, İddiaçı2 ilə Cavabdeh5 və Cavabdeh2 ASC arasında bağlanmış 27 iyun 2013cü il tarixli, 016HOME354808/ASİ nömrəli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı2 satılmış Abşeron rayonu, Masazır kəndində yerləşən, 0.317 ha. torpaq sahəsinin mövcud olmayan 0.01 ha hissəsinin qiymətləndirilərək dəyərinin Cavabdeh5 alınaraq İddiaçı2 ödənilməsi, İddiaçı1 ilə Cavabdeh5 və Cavabdeh2 ASC arasında bağlanmış 27 iyun 2013cü il tarixli 016HOME354088/ASİ nömrəli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı1 satılmış Abşeron rayonu, Masazır kəndində yerləşən, 0.032 ha torpaq sahəsinin mövcud olmayan 0.01 ha hissəsinin qiymətləndirilərək dəyərinin Cavabdeh5 alınaraq İddiaçı1 ödənilməsi, İddiaçı3 ilə Cavabdeh5 və Cavabdeh2 ASC arasında bağlanmış 27 iyun 2013- cü il tarixli 016HOME354809/ASİ nömrəli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı3 satılmış Abşeron rayonu, Masazır kəndində yerləşən, 0.031 ha. torpaq sahəsinin mövcud olmayan 0.01 ha hissəsinin qiymətləndirilərək dəyərinin Cavabdeh5 alınaraq İddiaçı3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin 14.02.2020-ci il tarixli, 2(012)-372/2020 saylı qərardadı ilə iddiaçı X4 cavabdehlər Cavabdeh5, "xxxx" MMC-yə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası ayrıca icraata ayrılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ilə Cavabdeh5 və Cavabdeh2 ASC arasında bağlanmış 27 iyun 2013- cü il tarixli, 016HOME354808/ASİ nömrəli alqısatqı və ipoteka müqaviləsinə əsasən, Cavabdeh5 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən, 0.317 ha. torpaq sahəsini İddiaçı2 satmış və həmin torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İddiaçı1 ilə Cavabdeh5 ilə "Bank Respublika” ASC arasında bağlanmış 27 iyun 2013-cü il tarixli, 016HOME354809/ASİ nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, cavabdeh X2 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən, 0.032 ha. torpaq sahəsini İddiaçı1 satmış və həmin torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İddiaçı3 ilə Cavabdeh5 və Cavabdeh2 ASC arasında bağlanmış 27 iyun 2013-cü il tarixli, 016HOME354809/ASİ nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, cavabdeh İddiaçı1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən, 0.031 ha. torpaq sahəsini İddiaçı3 satmış və həmin torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Hal-hazırda "xxxx" MMC ilə aralarında olan məhkəmə çəkişmələrində məlum olmuşdur ki, onların hər birisinin satılan torpaq sahəsinin faktiki sahəsi 0.01 ha azdır. Cavabdehdən torpaq sahəsinin az olan hissəsinin yerində təhvil verilməsini və ya dəyərinin ödənilməsini tələb etsələr də, heç bir müsbət nəticə əldə edə bilməmişlər. Mübahisəli torpaq sahəsi kommersiya məqsədi ilə ayrıldığına baxmayaraq, Cavabdeh4 həmin torpaq sahələrində fərdi yaşayış evlərinin tikilməsi barədə Sərəncam vermişdir. Alğı-satqı müqaviləsində qeyd olunan torpaq sahəsi az olmağına baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi Cavabdeh5 və ondan sonra da onlara çıxarışlar vermişdir. Həmçinin Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti aralarında bağlanan alqı-satqı və ipoteka müqaviləsində tərəf kimi iştirak etmiş, lakin bilərəkdən torpaq sahəsinin bir hissəsinin mövcud olmamasına əhəmiyyət verməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı2 iddia ərizəsilə oxşar məzmunda apellyasiya şikayəti verərək göstərmişdir ki, Cavabdeh5 və Cavabdeh2 ASC arasında bağlanmış 27 iyun 2013-cü il tarixli, 016HOME354808/ASİ nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, Cavabdeh5 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən, 0.317 ha. torpaq sahəsini ona satmış və həmin torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir (Cavabdeh2 ASC). Halhazırda Cavabdeh1 MMC ilə aralarında olan məhkəmə çəkişmələrində məlum olmuşdur ki, iddiaçıların hər birinə satılan torpaq sahəsinin faktiki sahəsi 0.01 ha azdır. Cavabdehdən torpaq sahəsinin az olan hissəsinin yerində təhvil verilməsini və ya dəyərinin ödənilməsini tələb etsələr də, heç bir müsbət nəticə əldə edə bilməmişlər. Məhkəmə iş üzrə sübutların əldə edilməsi üçün lazımı prosessual hərəkətləri təmin etməmiş, bütün faktiki halları müəyyən etməmişdir. Məhkəmə qətnaməsi tamamilə yanlış istiqamətdə əsaslandırılmış və bununla da onun hüquqları pozulmuşdur. Belə ki, qətnamədə qeyd olunur ki, iş materiallarında olan qüvvədə olan məhkəmə qətnamələrindən müəyyən edilir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0.0317 ha torpaq sahəsinin 0.0064 ha hissəsi iddiaçıların özlərinin ümumi istifadəsində olan yola düşür. İddiaçılar uzun illərdir ki, həmin torpaq sahəsində tikdirdikləri evlərdə yaşasalar da bu günə kimi həmin torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə bağlı hər hansı irad və etiraz bildirməyiblər. İddiaçı, torpaq sahəsi satılmaq üçün paylara ayrılarkən və onlar tərəfindən alınmış torpaq sahələri qəbul edilərkən də onlar, torpaq sahəsini hansı formada qəbul etdiklərini bilmiş və bununla razılaşmışlar. Göründüyü kimi məhkəmə hesab edir ki, mülkiyyətində olan torpaq sahəsi ümumi istifadədə olan yola düşdüyündən, eyni zamanda əvvəllər bununla razılaşdığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə bu nəticəyə gələrkən, iş materiallarında olan və o cümlədən tələb olunması zəruri olan sübutlara deyil, cavabdehin nümayəndəsinin formal mülahizəsinə əsaslanmışdır. Göstərilən xüsusatlar yenidən araşdırılmalı, qətnamə ləğv edilərək, idia tələbinin təmin edilməsi barədə yeni və qanuni qətnamə qəbul edilməlidir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.031 ha torpaq sahəsi İddiaçı3 adına qeydiyyata alınmışdır. Yenə iş materiallarında olan Cavabdeh2 ASC, İddiaçı1 və Cavabdeh5 arasında bağlanmış 27.06.2013-cü il tarixli, 016HOME354809/Asi nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh5 İddiaçı1 Abşeron rayonu, Masazır kəndində yerləşən 0.032 ha torpaq sahəsini 11000 (on bir min) manata satmış, İddiaçı1 müqavilə üzrə yaranmış öhdəliyin təminatı kimi Abşeron rayonu, Masazır kəndində yerləşən 0.032 ha torpaq sahəsini Cavabdeh2 ASC-yə ipotekaya verir. Kreditin məbləği 74202 (yetmiş dörd min iki yüz iki) USD. Kreditin qaytarılma tarixi 7 (yeddi) il müddətinə 27 iyun 2020-ci tarixinədək. Yenə də iş materiallarında olan Cavabdeh2 ASC, İddiaçı2 və Cavabdeh5 arasında bağlanmış 27.06.2013-cü il tarixli, 016HOME354808/Asi nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh5 İddiaçı2 Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0317 ha torpaq sahəsini 10500 (on min beş yüz) manata satmış, İddiaçı2 müqavilə üzrə yaranmış öhdəliyin təminatı kimi Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0317 ha torpaq sahəsini Cavabdeh2 ASC-yə ipotekaya verir. Kreditin məbləği 63934 (altmış üç min doqquz yüz otuz dörd) USD. Kreditin qaytarılma tarixi 7 (yeddi) il müddətinə 27 iyun 2020ci tarixinədək. İşdə olan Cavabdeh2 ASC, İddiaçı3 və Cavabdeh5 arasında bağlanmış 27.06.2013-cü il tarixli, 016HOME354809/Asi nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Rəsulov X5 Qumru Arzu qızına Abşeron rayonu, Masazır kəndində yerləşən 0.031 ha torpaq sahəsini 10500 (on min beş yüz) manata satmış, İddiaçı3 müqavilə üzrə yaranmış öhdəliyin təminatı kimi Abşeron rayonu, Masazır kəndində yerləşən 0.031 ha torpaq sahəsini Cavabdeh2 ASC-yə ipotekaya verir. Kreditin məbləği 56393 (əlli altı min üç yüz doxsan üç) USD. Kreditin qaytarılma tarixi 7 (yeddi) il müddətinə 27 iyun 2020-ci tarixinədək. Yenə işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.2082 ha torpaq sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına 23.10.2008-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********040 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 140 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış 06 may 2013-cü il tarixli, AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Masazır kəndində yerləşən 0,2082 ha torpaq sahəsini 52.050 AZN-nə Cavabdeh5 satmışdır. Yenə işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0317 ha torpaq sahəsi İddiaçı2 adına 13.07.2013-cü il tarixdə, ********** qeydiyyat nömrəsi, **********18 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 404 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0317 ha torpaq sahəsi Cavabdeh2 ASC-nin adına 15.04.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi, **********18 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 404 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yenə iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.032 ha torpaq sahəsi Cavabdeh2 ASC-nin adına 25.12.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi, **********17 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 404 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yenə də iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 03.10.2017-ci il tarixli, 2(012)-4534/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı1 cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh2 ASC-yə, "xxxx" MMC-yə qarşı zəbt olunmuş 0,01 ha torpaq sahəsinin geri qaytarılması və digər tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 29.11.2017-ci il tarixli, 2(012)- 4539/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı2 cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh2 ASC-yə, "xxxx" MMC-yə qarşı zəbt olunmuş 0,01 ha torpaq sahəsinin geri qaytarılması və digər tələbinə dair iddiası təmin edilməmişdir. Yenə iş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 13.12.2017-ci il tarixli, 2(012)- 4535/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı3 cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh2 ASC-yə, "xxxx" MMC-yə qarşı zəbt olunmuş 0,01 ha torpaq sahəsinin geri qaytarılması və digər tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 01.10.2020-ci il tarixli, 2(012)-1649/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X8 Cavabdeh5, "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı ona satılmış torpaq sahəsinin mövcud olmayan 0.01 ha hissəsinin qiymətləndirilərək dəyərinin Cavabdeh5 alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 06.04.2021-ci il tarixli qətnaməsi və AR Ali Məhkəməsinin mülki kollegiyasının 18.10.2021-ci il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edildiyi kimi Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(012)- 105/2021 nömrəli qətnaməsindən iddiaçılardan yalnız İddiaçı2 apellyasiya şikayəti vermişdir. Ona görə də məhkəmə kollegiyası mübahisələndirilən qətnaməni ona aid hissədə yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(012)- 105/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı2, o cümlədən digər iddiaçılar özlərinə məxsus torpaq sahəsinin müqavilədə nəzərdə tutulan ölçüdən 0,01 ha daha az olduğunu bildirməklə dəyərini müəyyən edib Cavabdeh5 onların xeyrinə tutulmasını xahiş edirlər. İşin tədqiq olunan faktiki hallarından o da müəyyən olundu ki, iddiaçılar bundan əvvəl hər biri ayrı-ayrılıqda məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-yə qarşı, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Cavabdeh2 ASC və "xxxx" MMC olmaqla zəbt olunmuş 0,01 ha torpaq sahəsinin geri qaytarılması və mənəvi ziyanın tutulmasını xahiş etmiş, sübut edilmədiyindən həmin iddialar məhkəmələr tərəfindən rədd edilmişdir. Cavabdeh5 apellyasiya şikayətinə etiraz verərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinin az olması məsələsi reallığı əks etdirmir. Həmin ərazidə 6 ədəd 2 mərtəbəli birbirinə bitişik olan fərdi yaşayış evlərinin tikilməsi üçün nəzərdə tutulan torpaq sahəsinin uzunluğu 51 metr olmuş, lakin həmin tikilən kateclərin ümumilikdə uzunluğu 46 metr olmuş, koteclərin bir tərəfində 1,5 metr enində səki, digər tərəfində isə 4 metr enində, 38- 40 uzunluğunda boş torpaq sahəsi qalmışdır ki, bu da 2.5 sot torpaq sahəsi deməkdir. Onun 06 may 2013-cü ildə "xxxx" MMC ilə müqavilə bağlayaraq kotec tipli ev tikdirmək məqsədi ilə aldığı 0.2082 ha torpaq sahəsi 51-metr uzunluğunda olmaqla olduğu kimi yerindədir, həmin torpaq sahəsində 46-metri enində evlər tikilmiş, kotecin hər iki tərəfində boş qalmış 3 sot torpaq sahəsi yaşıllaşdırılmış və həmin torpaq sahəsi də onun tərəfindən satılmış torpaq sahəsində evlər tikdirmiş kotec sakinlərinin istifadəsindədir. Eləcə də, etirazda qeyd edilmişdir ki, iddiaçılardan X4 (hansı ki, iddiası ayrıca icraata ayrılmış və ayrıca baxılımışdır) eyni məzmunlu iddiası təmin edilməmiş və sonrakı məhkəmə instansiyaları tərəfindən həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, daha öncə qeyd olunduğu kimi İddiaçı2 bundan əvvəl, cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Cavabdeh2 ASC və "xxxx" MMC) zəbt olunmuş 0,01 ha torpaq sahəsinin geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və sübut olunmadığı üçün iddiası təmin edilməmişdir. Başqa sözlə, ona məxsus 0,01 ha torpaq sahəsinin zəbt edilməsi faktı öz təsdiqini tapmamışdır. Hazırda o, Abşeron rayonu, Masazır kəndində yerləşən, 0.317 ha. torpaq sahəsinin çatışmayan 0.01 ha hissəsinin qiymətləndirilərək dəyərinin Cavabdeh5 alınaraq ona verilməsini tələb edir. İş materiallarına əlavə edilmiş qüvvədə olan məhkəmə qətnamələrindən müəyyən edilir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0.0317 ha torpaq sahəsinin 0.0064 ha hissəsi iddiaçının özünün ümumi istifadəsində olan yola düşür. O və digər iddiaçılar uzun illərdir ki, həmin torpaq sahəsində tikdirdikləri evlərdə yaşasalar da bu günə kimi həmin torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə bağlı hər hansı irad və etiraz bildirməyib, iddiaçı torpaq sahəsi satılmaq üçün paylara ayrılarkən və onlar tərəfindən alınmış torpaq sahələri qəbul edilərkən də onlar, torpaq sahəsini hansı formada qəbul etdiklərini bilmiş və bununla razılaşmışlar. Bu baxımdan cavabdehin etirazında göstərdiyi faktlar da əhəmiyyət kəsb edir və işin faktiki hallarına uyğundur. O, bildirir ki, 06 may 2013-cü ildə "xxxx" MMC ilə müqavilə bağlayaraq kotec tipli ev tikdirmək məqsədi ilə aldığı 0.2082 ha torpaq sahəsi 51-metr uzunluğunda olmaqla olduğu kimi yerindədir, həmin torpaq sahəsində 46-metri enində evlər tikilmiş, kotecin hər iki tərəfində boş qalmış 3 sot torpaq sahəsi yaşıllaşdırılmış və həmin torpaq sahəsi də onun tərəfindən satılmış torpaq sahəsində evlər tikdirmiş kotec sakinlərinin istifadəsindədir. Beləliklə, ona satılmış torpaq sahəsinin 0,01 ha hissəsinin çatışmaması və bu səbəbdən də ona zərər dəyməsi barədə İddiaçı2 iddiası öz təsdiqini tapmır. O, bununla bağlı məhkəməyə heç bir legitim və mötəbər, əsaslı şübhələrdən kənar sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Qeyd edildiyi kimi hazırkı iş üzrə İddiaçı2 cavabdeh tərəfindən ona dəymiş zərərin mövcudluğu, yaxud həmin zərərin nədən ibarət olması barədə məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası İddiaçı2 apellyasiya şikayətində göstərdikləri dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(012)- 105/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu iddiaçı İddiaçı2 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-859/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-859/2022
17.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver