Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-859/2023 17.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tacir qızına qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(027)-1965/2022 nömrəli qərardadından Cavabdeh2 Tacir qızı tərəfindən verilmiş şikayətin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hal-hazırda qalmaq üçün şəraitləri və evləri olmadığından onunla birgə ailə üzvlərinin (həyat yoldaşı və 2 az yaşlı qızı) Quba rayonu, Güləzi Ə/D, Yeni Güləzi kəndindəki 74 nömrəli ünvanındaki ata evinə köçürülməsi, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1965/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ailə üzvləri ilə birlikdə Quba rayonu, Yeni Güləzi kəndində 74 nömrəli yaşayış evinə köçürülməsi qərara alınmışdır. Qətnamədən Cavabdeh2 Tacir qızı tərəfindən verilən apellyasiya şikayəti Quba Rayon Məhkəməsinin bu iş üzrə 23 yanvar 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır (prosessual müddətin ötürülməsi səbəbi ilə). Bu qərardaddan Cavabdeh2 Tacir qızı tərəfindən verilən şikayət Quba Rayon Məhkəməsinin 2(027)-1965/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və şikayətə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını şikayətlə birlikdə nəzərdən keçirir və hesab edir ki, aşağıda qeyd olunanlara əsasən şikayətə baxılması qeyri-mümkün hesab edilməli və şikayətin qeyri-mümkünlüyünə əsas olan halların aradan qaldırılması üçün şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında Quba Rayon Məhkəməsinin 2(027)-1965/2022 nömrəli, 13 fevral 2023-cü il tarixli qərardadı (qərardaddan verilmiş şikayətə baxılması haqqında) mövcud olsa da, qeyd olunan mülki iş üzrə elektron məhkəmə sistemində həmin nömrə altında 13 fevral 2023-cü il tarixli məhkəmə aktının məzmunu iş materiallarında olan eynitarixli qərardadın məzmunundan tam fərqlidir. Başqa sözlə hazırkı iş üzrə iş materiallarına əlavə edilmiş 2(027)-1965/2022 nömrəli, 13 fevral 2023-cü il tarixli məhkəmə aktı elektron məhkəmə sistemində mövcud deyildir. Sadalanan xüsusat isə hazırkı formada şikayətə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün hesab edir. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(027)-1965/2022 nömrəli qərardadından Cavabdeh2 Tacir qızı tərəfindən verilmiş şikayətə birinci instansiya məhkəməsinin baxdığı müəyyən edilmədiyindən, şikayət qeyri-mümkün hesab edilməli, iş həmin qərardaddan verilmiş şikayətə Mülki-Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən baxılması üçün Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 366.2, 366.4, 402-406-cı maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Quba Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(027)-1965/2022 nömrəli qərardadından Cavabdeh2 Tacir qızı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Quba Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(027)-1965/2022 nömrəli qərardadından Cavabdeh2 Tacir qızı tərəfindən verilmiş şikayətə Mülki-Prosessual Məcəllənin 269-cu maddəsinə uyğun olaraq baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-859/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-859/2023
17.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver