Məhkəmə qərarları › İş №2(105)-859/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-859/2024

05.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-859/2024 05.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh5 (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi cəlb olunmaqla) qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, mülkiyyət hüququnun müdafiəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1030/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5189/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 tərəfindən Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün mənzilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilməsinə şərait yaradılması qət edilmişdir.

2. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Qubadlı rayonunun Padar kəndindən məcburi köçkün X6 və onun ailə üzvləri Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 14 saylı binanın 13 nömrəli mənzilində məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. 44 günlük Vətən müharibəsində qazanılmış qələbə nəticəsində ölkədə məcburi köçkünlərlə iş sahəsində yeni bir mərhələ başlamışdır, işğaldan azad olunmuş ərazilərin bərpası, eləcə də orada yaşayış üçün təhlükəsizlik şəraitinin yaradılması, infrastrukturun və daimi yaşayış yerlərinin inşa etməklə məcbüri köçkün ailələrinin mərhələli şəkildə daimi əsaslarla yeni yaşayış sahələri ilə təmin edilərək, yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürülməsi nəzərdə tutulmuşdur. Odur ki, bölgələrdə, Bakı şəhəri və ətraf rayonlarda məcburi köçkünlər üçün mənzil tikintisi dayandırılmışdır. Komitənin boş mənzil fondu olmadığından sıx məskunlaşma obyektində müvəqqəti meskunlaşan məcburi köçkün ailəsinin başqa yaşayış sahəsi ilə təmin olunması mümkün deyil. Qeyd edilir ki, hal-hazırda Komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahısı üzrə işlər aparılmaqdadır. Həmin siyahı üzrə Ağayev Turabxan Babakişi oğlunun adı da ailə üzvləri ilə birgə məskunlaşdığı mənzil üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışla bağlı Qubadlı rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı sözügedən ailənin də öz doğma yurduna köçürülməsi həyata keçiriləcək.

3. xx.xx.2023-cü il tarixli arxiv çıxarışından görünür ki, Sumqayıt şəhəri İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, bölüşdürülməsi, dəyişdirilməsi və mənzil-tikinti kooperativlərində mənzilləri bölüşdürülməsi komissiyasının protokolunun təsdiq olunması haqqında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 31 avqust 1995ci il tarixli, 540 №-li Sərəncamı ilə komissiyanın təzə və boşalmış mənzillərin bölünməsinə dair 23 iyun 1995-ci il tarixli 33 №-li protokolu təsdiq edilmiş və həmin protokoldan çıxarışa əsasən Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil İddiaçı Butaib oğluna və onun ailə üzvlərinə ayrılmışdır.

4. xx.xx.1995-ci il tarixli 12/12 nömrəli orderin surətindən görünür ki, Sumqayıt şəhəri İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən İddiaçı Butaib oğluna və onun ailə üzvlərinə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 31 avqust 1995-ci il tarixli, 540 №-li Sərəncamı əsasında Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzilinə dair order verilmişdir.

5. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin 41 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 və onun ailə üzvləri (Cavabdeh3, Cavabdeh1, Cavabdeh4) ilə birlikdə 1993-cü ildən Sumqayıt şəhəri, məhəllə 47, ev 14, mənzil 13-də məskunlaşmışdırlar.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər mənzillərin qeydiyyatı, bölüşdürülməsi, dəyişdirilməsi və mənzil-tikinti kooperativlərində mənzilləri bölüşdürülməsi komissiyasının protokolunun təsdiq olunması haqqında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 31 avqust 1995-ci il tarixli, 540 №-li Sərəncam vermişdir. Belə ki, Sərəncama əsasən yeni istifadəyə verilmiş və boşalmış mənzillərin bölünməsi üzrə Sumqayıt şəhəri mənzillərin qeydiyyatı, bölüşdürülməsi, dəyişdirilməsi və mənziltikinti kooperativlərində mənzil bölünməsi komissiyasının rəyinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 36, 38 və 39-cu maddələri rəhbər tutularaq – komissiyanın təzə və boşalmış mənzillərin bölünməsinə dair 23 iyun 1995-ci il tarixli 33 №li protokolu təsdiq edilmişdir. 23 iyun 1995-ci il tarixli 33 №-li protokolundan çıxarışa əsasən Sumqayıt şəhəri, məh.47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil onun 4 nəfərdən – İddiaçı Butaib oğlu, Əlibəyova Kifayətxanım, X11 və X4 ibarət ailə tərkibinə verilmişdir. 1985-ci ildən mənzil növbəsində olan İddiaçı Butaib oğluna Sumqayıt şəhəri, məh.47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil verildikdən sonra o mənzil növbəsindən çıxarılmışdır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən 20 sentyabr 1995-ci il tarixində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 31 avqust 1995-ci il tarixli, 540№-li Sərəncam əsasında ona 4 nəfər ailə üzvü olaraq Sumqayıt şəhəri, məh.47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzildə yaşamaq üçün 12/12 nömrəli order verilmişdir. Bildirir ki, Sumqayıt şəhəri, məh.47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinə 07 aprel 2023-cü il tarixində müraciət etmişdir. Müraciətinə cavab olaraq 03 may 2023-cü il tarixli, 3-21-3-31/2-1427/202 nömrəli məktubda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka baxış keçirilməsinə şərait yaradılmamışdır. Bununla da 2 saylı Sumqayıt Ərazi idarəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsindən alınan 05 iyun 2023- cü il tarixli arayışdan məlum olmuşdur ki, qeyd edilən mənzildə Qubadlı rayonundan məcburi köçkün ailəsi olan Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, X2 və X1 məskunlaşmışlar. Məcburi köçkün ailəsi 2 saylı Sumqayıt Ərazi idarəsinin mütəxəssisləri tərəfindən Sumqayıt şəhəri, məh.47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzilə baxış keçirilmələri üçün onları mənzilə buraxmamışlar. O, iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 mənzilə baxış keçirilməsinə şərait yaratmalarını xahiş etmişdir. Sumqayıt şəhər məhkəməsi e-2(060)-5189/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamə qəbul edərək Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 tərəfindən Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün mənzilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilməsinə şərait yaradılması qət edilmişdir. Qətnamə icraya yönəlsə də icra olunmamışdır. Bununla da cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzildən çıxarılmaları zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1030/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzildən çıxarılmaları qət edilmişdir. (hakim Günel Tanrıverdiyeva)

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 33-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139- 1.1.11, 152.1, 152.5, 157.2-ci maddələri, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh2 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1030/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər mənzillərin qeydiyyatı, bölüşdürülməsi, dəyişdirilməsivə mənzil-tikinti kooperativlərində mənzilləri bölüşdürülməsi komissiyasının protokolunun təsdiq olunması haqqında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı 31 avqust 1995-ci il tarixli, 540 №-li Sərəncam vermişdir. Belə ki, Sərəncama əsasən yeni istifadəyə verilmiş və boşalmış mənzillərin bölünməsi üzrə Sumqayıt şəhəri mənzillərin qeydiyyatı, bölüşdürülməsi, dəyişdirilməsi və mənzil-tikinti kooperativlərində mənzil bölünməsi komissiyasının rəyinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 36, 38 və 39-cu maddələri rəhbər tutularaq – komissiyanın təzə və boşalmış mənzillərin bölünməsinə dair 23 iyun 1995-ci il tarixli 33 №li protokolu təsdiq edilmişdir. 23 iyun 1995-ci il tarixli 33 №-li protokolundan çıxarışa əsasən Sumqayıt şəhəri, məh.47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil onun 4 nəfərdən – İddiaçı Butaib oğlu, Əlibəyova Kifayətxanım, X11 və X4 ibarət ailə tərkibinə verilmişdir. 1985-ci ildən mənzil növbəsində olan İddiaçı Butaib oğluna Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil verildikdən sonra o mənzil növbəsindən çıxarılmışdır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən 20 sentyabr 1995-ci il tarixində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 31 avqust 1995-ci il tarixli, 540 №-li Sərəncam əsasında ona 4 nəfər ailə üzvü olaraq Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzildə yaşamaq üçün 12/12 nömrəli order verilmişdir. Bildirir ki, Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinə 07 aprel 2023-cü il tarixində müraciət etmişdir. Müraciətinə cavab olaraq 03 may 2023-cü il tarixli, 3-21-3-31/2-1427/202 nömrəli məktubda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka baxış keçirilməsinə şərait yaradılmamışdır. Bununla da 2 saylı Sumqayıt Ərazi idarəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsindən alınan 05 iyun 2023-cü il tarixli arayışdan məlum olmuşdur ki, qeyd edilən mənzildə Qubadlı rayonundan məcburi köçkün ailəsi olan Cavabdeh2, Cavabdeh3,Cavabdeh4, Cavabdeh1, X2 və X1 məskunlaşmışlar. Məcburi köçkün ailəsi 2 saylı Sumqayıt Ərazi idarəsinin mütəxəssisləri tərəfindən Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzilə baxış keçirilmələri üçün onları mənzilə buraxmamışlar. O, iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 mənzilə baxış keçirilməsinə şərait yaratmalarını xahiş etmişdir. Sumqayıt şəhər məhkəməsi e-2(060)-5189/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamə qəbul edərək Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 tərəfindən Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün mənzilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilməsinə şərait yaradılması qət edilmişdir. Qətnamə icraya yönəlsə də icra olunmamışdır. Bununla da cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzildən çıxarılmaları zərurəti yaranmışdır.

12. Məhkəmə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda bunu etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən prosessual hüquq normalarının çoxsaylı pozuntularına yol verilmişdir və bu pozuntular nəticəsində düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə qərar qəbul edərkən cavabdehlərin yeganə yaşayış yerlərinin olduğunu nəzərə almamışdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubunun mahiyyətini düzgün nəzə almamışdır. Yəni Komitə məktubunda bildirmişdir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və infrastruktur qurulduqdan sonra məcburi köçkünlərin köçürülməsi davam edir. Hazırda Qubadlı rayonunda bir dənə də olsun yaşayış yeri tikilməmişdir. Belə olan halda o və ailə üzvləri mənzildən çıxarıldığı halda harada qalmağı barədə düşünən yoxdur.

13. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin qanuni həlli üçün mühüm əhəmiyyəti olan halı aydınlaşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi Qubadlı rayonunda yaşamaq üçün binaların tikilib-tikilmədiyini və həmin rayona hər hansı köçün olub-olmadığını müəyyən etməmişdir.

14. Hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, iş üzrə sübutlara düzgün hüquqi qiymət vermədən əsassız və qanunsuz qərar qəbul etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 və üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.

20. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası

21. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu

25. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1030/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Kollegiya qətnamənin Cavabdeh2 aid hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. İddia tələbinin mahiyyətindən görünür ki, tələb cavabdehlərin mübahisəli mənzildən çıxarılması barədədir. İşin faktiki hallarından görünür ki, mübahisəsi gedən Sumqayıt şəhəri, məhəllə 47, ev 14, mənzil 13 xüsusi mülkiyyət hüququ ilə İddiaçı Butaib oğluna məxsusdur. Cavabdehlər hazırda mübahisəli mənzildə yaşayırlar və mənzildən çıxmırlar. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

38. İşdən görünür ki, Cavabdeh2 mübahisələndirilən mənzildə 1993-cü ildən yaşayır, başqa yaşayış yeri olmadığından ev veriləcəyi təqdirdə mənzildən çıxmağa etiraz etmədiyini bildirir. Kollegiya həmin dəlillərə münasibət bildirərək, qeyd edir ki, həmin dəlillər mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz.

39. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2024-cü il tarixli çıxarışa əsasən iddiaçının mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, iddiaçının həmin mənzilə mülkiyyət hüququ vardır. Mübahisəli mənzilə hər hansı bir hüququ mövcud olmayan cavabdehlərin bu mənzildə yaşamaları həmin mənzilə iddiaçının mülkiyyət hüquqununu məhdudlaşdıran haldır.

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Azərbaycan Respublikası Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülkiyyətçi olan iddiaçı özgəsinin yəni cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir.

42. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin mülkiyyətindədir.

43. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan mənzilə mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehlərin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.

44. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1030/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar