Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-869/2025 29.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X12 və X1 ibarət tərkibdə, X17 qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-877/2025 nömrəli qətnaməsindən Ərizəçi qız tərəfindən verilmiş verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. XVİİ-ЖГ 250322 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1992-ci il tarixdə Şamaxı rayonunda doğulmuşdur. X3, anası isə Zəkərəyeva Hicra Əkbər qızıdır.
2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 4126/2019 nömrəli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, xx.xx.1992-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş X6 Azərbaycan Respublikasının vətəndaşlığını itirməsi qət edilmişdir.
3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin Ərizəçi ünvanlandığı xx.xx.2020-ci il tarixli, 12/Z-2109 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirakı ilə əlaqədar məhkəmənin müvafiq qərarı ilə xx.xx.1992-ci il təvəllüdlü X6 Azərbaycan Respublikasının vətəndaşlığını itirdiyi müəyyən edilmişdir.
4. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin X5 ünvanladığı xx.xx.2018-ci il tarixli, 7/15-081/15/18 saylı məktubdan görünür ki, onun Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə daxil olmuş müraciəti araşdırılması məqsədi ilə Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyinə göndərilmişdir. Səfirlikdən cavab daxil olduğu təqdirdə məlumat veriləcəkdir.
5. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-39/2-24/5-311/2025 saylı məktubunda qeyd etmişdir ki, xx.xx.1992-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı X10 xx.xx.2014-cü ildə Azərbaycanı tərk etmiş və bu günədək geriyə qayıtmamışdır. X20 Respublikasında münaqişə bölgəsində həlak olmasına dair dəqiqləşdirilməmiş məlumatlar daxil olsa da, həmin məlumatları rəsmi qaydada təsdiq etmək mümkün olmamışdır.
Birinci instansiya məhkəməsindəki icraat
6. Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1992-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş oğlu X6 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, X10 onun oğludur. O, xx.xx.1992-ci il tarixində Şamaxı şəhərində anadan olmuşdur. Orxan xx.xx.2014-cü ildə həyat yoldaşı X11 ilə birlikdə Quba rayonuna dincəlməyə getmək adı ilə evdən çıxıb getmişdir. Qubaya getdiyi gün onunla əlaqə saxlamış, daha sonra isə ondan heç bir məlumat ala bilməmişdir. Təxminən 1 ay sonra yoldaşı Orxanın həyat yoldaşı ilə birlikdə Azərbaycan Respublikasının ərazisini tərk etdiyini öyrənmişdir. Onlar uzun müddət ondan məlumat almamışdırlar. Bir müddət sonra oğlu Orxan özü əlaqə saxlamış, həyat yoldaşı ilə birlikdə X4 şəhərinə getdiyini və daha burada yaşayacaqlarını bildirmişdir. Daha sonra onun aldatdığını, əslində həyat yoldaşı ilə birlikdə İraq Respublikasında olduğunu və orada cinayətkar, terrorçu qruplara qoşularaq slahlı münaqişələrdə iştirak etdiyini bilmişlər. xx.xx.2017-ci ilə kimi telefonla görüntülü əlaqə saxlamışdır. Lakin daha sonra ondan xəbər ala bilməmişdir. Həyat yoldaşı Aysel də xx.xx.2017-ci ildən sonra onu görməmiş və harada olduğunu bilməmişdir. O, Xarici İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə və digər dövlət orqanlarına Orxanın itkin düşməsi ilə bağlı ərizə ilə müraciət etsə də, oğlu Orxandan bu günə kimi heç bir məlumat ala bilməmişdir. Orxanın 1 qız və 2 oğlan olmaqla 3 övladı var. Uşaqlar xx.xx.2019-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycana gətirilmiş və Orxanın həyat yoldaşı Ayselin atasının himayəsinə verilmişdir. Lakin Ayselin Azərbaycan Respublikasına gətirilməsi hələ mümkün olmamışdır, o, İraq Respublikasında Rusafa həbsxanasında saxlanılır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-4126/2019 nömrəli qərarı ilə oğlu X10 Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilmişdir. X19 Respublikasındakı silahlı münaqişələrdə iştirak etməsi və təxminən 7 ildən çoxdur ki, ondan heç bir məlumat ala bilməməyi onun ölməsini fikirləşməyinə əsasdır. Oğlunun ölmüş elan edilməsi faktı oğlunun övladları üçün ailə başçısını itirməyə görə müavinət almaq üçün lazımdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir.
8. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi xx.xx.2021-ci il tarixli, 3-13-12/2-13256/2025 saylı məktubdan qeyd etmişdir ki, xx.xx.1992-ci il təvəllüdlü X10 barəsində cinayət təqibi, məhkumluğu və axtarışa elan olunması barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur.
9. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti xx.xx.2025-ci il tarixli, 3-39/2-24/5-311/2025 saylı məktubda qeyd etmişdir ki, xx.xx.1992-ci il təvəllüdlü, AR vətəndaşı X10 xx.xx.2014cü ildə Azərbaycanı tərk etmiş və bu günədək geriyə qayıtmamışdır. X20 Respublikasında münaqişə bölgəsində həlak olmasına dair dəqiqləşdirilməmiş məlumatlar daxil olsa da, həmin məlumatları rəsmi qaydada təsdiq etmək mümkün olmamışdır.
10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-877/2025 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ərizəçi oğlu X10 2014-cü il tarixdə ölkə ərazisini tərk etmiş və həmin tarixdən sonra onun barəsində məlumat əldə etmək mümkün olmamışdır. Ərizəçinin ərizəsində qeyri-müəyyən mənbələr tərəfindən oğlunun vəfat etməsi ilə bağlı məlumat verməsi öz əksini tapsa da, ərizəçi buna dair sübutunu məhkəməyə təqdim etməmişdir.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 41-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 312, 313-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən Ərizəçi qız (vəkili və nümayəndəsi Vəkil) apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-877/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirmişdir. Bu iş materillarına əlavə edilmiş sənədlərlə də öz təsdiqini tapır. X6 xx.xx.2014-cü ildə Azərbaycanı tərk etməsi işin mübahisəsiz halıdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli, 3- 39/2-24/5-311/2025 saylı məktubdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü, AR vətəndaşı X10 xx.xx.2014-cü ildə Azərbaycanı tərk etmiş və bu günədək geriyə qayıtmamışdır. Həmçinin məhkəmə gedişatında da müəyyən olunmuşdur Ki, X10 ölkəni tərk edərək hərbi münaqişələrin mövcud olduğu bölgəyə getmişdir və onun barəsində yaşayış yeri üzrə son məlumatların əldə edilməsindən 10 ildən artıq vaxt keçmişdir. Həmçinin onun hərbi əməliyyatlar zonasında, həmin əməliyyatlar nəficəsində həlak olmasına kifayət qədər əsaslı şübhələr vardır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə onun Azərbaycan Respublikasının vətəndaşlığının itirilmiş hesab edilməsi qət edilmişdir. Həmin qətnamədə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəficəsində onun ölkə hüdudlarından kənarda dini ekstremist fəaliyyətlə məşğul olması məlum olmuş və bu barədə tərtib edilmiş material şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraat aparılması üçün məktubla Dövlət Miqrasiya Xidmətinə göndərilmişdir. Onun qabaqcadan əlbir olmuş bir qrup şəxs halında dini düşmənçilik zəminində qəsdən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə cinayətkar birliyinin tərkibinə daxil olmaqla Suriya Ərəb Respublikasının ərazisinə keçdiyi qanunsuz silahlı qrupa qoşularaq ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmək niyyətilə terror təşkilatının digər üzvləri ilə əlaqəyə girməklə müxtəlif silahlı təlimlərdə işfirak edib odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluğa hazırlıq hərəkətləri etdiyi müəyyən edilmişdir. Bu səbəbdən də hesab edir ki, ərizə təmin edilməli, X10 ölmüş elan edilməlidir. X2 yaşayış yerində onun harada olması barədə 10 ildən çoxdur ki, məlumat yoxdur, habelə onun ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olmasına güman etməyə əsas var. Ona görə də o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Lakin işə baxan məhkəmə qanunsuz və əsassız olaraq ərizəni təmin etməmişdir. Hesab edir ki, işə apellyasiya məhkəməsində baxılarkən bütün bunlar nəzərə alınmalı, ərizə təmin olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
18. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı I.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. (...)
19. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi (...) Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir
20. Maddə 129. Məhkəmə qərarları və onların icrası (...) İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya:
21. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. Maddə 41. Fiziki şəxsin ölmüş elan edilməsi 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər.
23. Maddə 42. Ölmüş elan edilmiş şəxsin gəlməsinin nəticələri 42.1. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. (...)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: (...) 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; (...)
28. Maddə 313. Ərizənin məzmunu Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir.
29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
31. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-cİ il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməlidir.
34. Belə ki, birinci instansiyası məhkəməsi gəldiyi nəticəni, Ərizəçi ərizəsində qeyrimüəyyən mənbələr tərəfindən oğlunun vəfat etməsi ilə bağlı məlumat verməsi, ərizəçinin buna dair sübutları məhkəməyə təqdim etməməsi ilə əsaslandırsa da kollegiya bununla razılaşmır.
35. Əvvəla, işin materiallarında olan qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-4126/2019 nömrəli qətnaməsi ilə xx.xx.1992-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş X6 Azərbaycan Respublikasının vətəndaşlığını itirməsi qət edilmişdir.
36. Həmin qətnamə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsinə kifayət qədər əsaslar olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından X8 (doğulduğu tarix xx.xx.1992-ci il, doğulduğu yer Şamaxı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - 5BP3TTH, seriya və nömrəsi AZE 0********) Azərbaycan Respublikasının vətəndaşlığını itirməsinə dair ərizə əsaslıdır, ona görə də təmin edilir.
37. Eyni zamanda qətnamədə qeyd edilmişdir ki, giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən (İAMAS) alınan çıxarışdan müəyyən olunur ki, X10 xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş və həmin tarixdən sonra ölkəyə girişinə dair məlumat qeydə alınmamışdır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
39. Azərbaycan Respublikası Mülki Məcəllənin 41.1-ci maddəsinin mənasına görə əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o məhkəmə qaydasında ölmüş elan edilə bilər.
40. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər.
41. Göründüyü kimi mülki qanunvericilikdə şəxsin ölmüş elan edilməsinin şərtləri dəqiq müəyyən edilib göstərilib və şəxs məhkəmə qaydasında o halda ölmüş elan edilə bilər ki, birincisi, şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmasın; ikincisi, şəxs ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşsün və ondan altı ay ərzində xəbər çıxmasın; üçüncüsü, hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatlarla əlaqədar olaraq xəbərsiz itkin düşmüş olsun və hərbi əməliyyatların qurtardığı gündən azı iki il ondan xəbər çıxmasın.
42. Mülki qanunvericilik qeyd olunan hər bir şərtin ödənilməsi üçün konkret müddət müəyyən edib və bu müddət altı aydan başlayaraq beş ilə qədər davam edir.
43. Hazırkı iş üzrə ərizəçi oğlunun ölmüş elan edilməsi ilə bağlı Mülki Məcəllənin 41.1-ci maddəsinin tələblərinə istinad edərək, həmin normada müəyyən olunmuş şərtin ödənildiyini bildirir.
44. Kollegiya hesab edir ki, ərizəçinin tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 41.1-ci maddəsinin tələbləri nəzərdən keçirilməlidir. Həmin normada isə göstərilir ki, şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmadıqda, o maraqlı şəxsin ərizəsinə əsasən məhkəmə qaydasında ölmüş elan edilə bilər.
45. Hazırki iş üzrə isə ərizəçinin oğlunun yaşayış yerində onun harada olması barədə nəinki beş il ərzində, artıq on ildən çoxdur ki, heç bir məlumat yoxdur.
46. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-39/2-24/5-311/2025 saylı məktubdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü, X10 xx.xx.2014-cü ildə Azərbaycanı tərk etmiş və bu günədək geriyə qayıtmamışdır. X20 Respublikasında münaqişə bölgəsində həlak olmasına dair dəqiqləşdirilməmiş məlumatlar daxil olsa da, həmin məlumatları rəsmi qaydada təsdiq etmək mümkün olmamışdır.
47. Kollegiya qeyd edir ki, şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa məhkəmə onu ölmüş elan edə bilər. Bu halda şəxsin ölümünü güman etməyə başqa əsaslar tələb olunmur.
48. Eyni hüquqi mövqe “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.5-ci bəndində də ifadə olunub və həmin bənddə göstərilir ki, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini, şəxsin ölmüş elan edilməsindən fərqləndirmək lazımdır. Belə ki, şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilib.
49. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmaması, onun məhkəmə qaydasında ölmüş elan edilməsinə əsas verir.
50. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
51. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək ərizə təmin edilməli, ərizəçinin oğlu - xx.xx.1992-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş X10 ölmüş elan edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-877/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsi təmin olunsun. Ərizəçi oğlu - xx.xx.1992-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş X10 ölmüş elan edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.