Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-87/2024 12.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: torpaq sahəsindən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X11 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi ilə İddiaçı1, iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə Quba Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(027)-91/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onlara məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
2. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlara Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə 12 may 2006-cı ildə Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün Torpağın Mülkiyyətə Verilməsinə Dair JN- 2856A, KOD 30301004 saylı Şəhadətnamə əsasında 0,03 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ünvan 1 ünvanında yerləşməklə, orada onlara məxsus fərdi yaşayış evi vardır və ailəliklə həmin evdə yaşayırlar. Cavabdeh məxsus həyətyanı torpaq sahəsi qonşuluqda yerləşir. Hazırda o, həmin torpaq sahəsində yaşayış evi inşa edir. Lakin o, onlara məxsus torpaq sahəsinin 57 kvadrat metrini zəbt edərək orada tikinti işləri aparır. Cavabdehin bildirdiyinə görə adına Torpaq sahəsinə Mülkiyyət Hüququna Dair **********03 saylı Çıxarış verilmiş və zəbt etdiyi torpaq sahəsi ona məxsusdur. Cavabdehə verilmiş Çıxarışda hansı əsasla onlara aid torpaq sahəsinin bir hissəsinin verilməsi şübhə doğurur, çünki onlara həyətyanı torpaq sahəsi 2006-cı ildə verilmiş, cavabdehə isə təzəliklə verilmişdir. Həmin Çıxarışı onlar əldə edə bilmədiyinə görə məhkəməyə təqdim edə bilmirlər. Dəfələrlə Cavabdeh onlara məxsus torpaq sahəsində tikinti işləri aparmamasını bildirsələr də, cavabdeh həmin sahənin ona məxsus olduğunu bildirməklə orada tikinti aparır. Həmin sahə faktiki olaraq onlara məxsusdur, torpaq sahəsinin plan və sərhəd ölçülərində də bu əksini tapmışdır. Bildirirlər ki, Cavabdeh onlara məxsus torpaq sahəsini zəbt etməklə mülkiyyət hüquqlarını pozur, onlarla heç cür razılaşmaq istəmir, zəbt etdiyi torpaq sahəsinin ona məxsus olmasını israr edir. Ona görə də cavabdehin zəbt etdiyi onlara məxsus torpaq sahəsinin onun qanunsuz sahibliyindən alınması, mülkiyyət hüquqlarının bərpa olunması və cavabdehin zəbt etdiyi onlara məxsus torpaq sahəsindən çıxarılması barədə məhkəməyə müraciət ediblər.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Quba Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(027)-91/2022 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim İlqar Məmmədov).
5. Birinci instansiya məhkəməsi ekspert rəyinə, iddiaçılar İddiaçı1 və İddiaçı2 öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməməsinə istinad edərək iddianı təmin etməmişdir.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 152.1-ci və Mülki Prossesual Məcəllənin 14.2, 77-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
7. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(027)-91/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1904/2022 nömrəli, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
9. İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-554/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1904/2022 nömrəli, 03 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir.Belə ki, Quba rayon Məhkəməsi qətnamədə Konstitusiyanın 13-cü maddəsinə formal olaraq istinad etmiş, lakin normanı tətbiq etməmişdir. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-cil tarixli 05 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0.03 ha torpaq sahəsi ayrılmış və bunu təsdiq edən torpağın mülkiyyətə verilməsinə dair JN-2856A kod 30301004 saylı müvafiq şəhədətnamə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli Qanunun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən, bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Adı çəkilən Qanunun bu normasına görə, iddiaçılar İddiaçı1 və İddiaçı2 verilmiş 0.03 ha torpaq sahəsi üçün 05 may 2000-cil tarixli JN2856A kod 30301004 saylı mülkiyyət hüququna dair şəhadətnamənin dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Lakin Quba Rayon Məhkəməsi həm də formal olaraq Mülki Məcəllənin 152-ci madəsinə istinad etsə də, mülkiyyətçilərdən ancaq Cavabdeh evinə dair qeydiyyat orqanlarından mülkiyyət hüququna dair çıxarışları toplamışdır. Əslində bu çıxarışların toplanılmasının bu iddia predmetinə bir aidiyyatı yoxdur. Belə ki, hər iki tərəfin 0,03 ha torpaq sahəsi vardır, bu torpaq səhələrinin 57 kv.metri üst-üstə düşür ki, məhkəmə sənəd üzrə bu üst-üstə düşən torpağın əsl sahibinin kim olmasını aydınlaşdrımalı idi. Əsl sahib iddiçılardırsa, belə halda bu üst –üstə düşən hissədə cavabdehin özbaşına tikilisi sökülməli və torpaq sahəsi boşaldılmalıdr. Əslində işdə olan sənəd və rəylərdən görünür ki, İddiaçı1 və İddiaçı2 torpağının 48 kv.metri əksikdir, çatışmır, amma Cavabdeh isə 78 kv.m. torpağı artıqdır, deməli üst-üstə düşən 57 kv.metr iddiaçıların torpağıdır və orada cavabdehin tikdiyi tikili iddiaçıların torpağında tikilmiş tikilidir. Məhkəmə mütəxəsis və ekspertiza qarşısına yuxarıdakı sualları qoymalı idi və mülkiyyətçinin mülkiyyət hüquqlarnı dövlətin adından qorumalı idi. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin məhkəmə Məcəllənin bu normasına əməl etməmiş, iddiaçıların yox, mülkiyyət hüquqları pozulmayan cavabdehin hüquqlarını müdafiə etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, apellyasiya məhkəməsində işə birinci dəfə baxılan zaman məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etsələr də məhkəmə təmin etməmişdir. Ali Məhkəmənin qərarında da ekspertizanın keçirilməli olması qeyd edilmişdir. Hazırda ekspertiza təyin edilsə də, ekspert rəyi ilə razılaşmır, təkrar ekspertiza təyin edilməsini xahiş edir. Eyni zamanda apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
18.. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. 111-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqların vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
19. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(027)-91/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat və **********03 reyestr nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 35.1 kv daşınmaz əmlakın yerləşdiyi və 0.03 ha yaşayış məntəqələrinin torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətinə verilib.
23. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli, **********6 qeydiyyat və **********03 reyestr nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 35.1 kv.m. daşınmaz əmlakın yerləşdiyi və 0.03 ha yaşayış məntəqələrinin torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X4 mülkiyyətində olub.
24. İş materiallarında olan Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 35.1 kv.m yaşayış məntəqələrinin torpaq sahəsi və üzərində yerləşən daşınmaz əmlak satıcı - X8 tərəfindən alıcı- Cavabdeh satılıb və müqavilə 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusu notariusu tərəfindən təsdiq olunub. İş materiallarında olan Quba rayon Tİ və MHQ idarəsi tərəfindən xx.xx.1991-ci il tarixli, 412a nömrəli qeydiyyat vəsiqəsinə əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X9 məxsus olmuşdur.
25. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın bağışlanma müqaviləsindən məlum olur ki, X5 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi onun tərəfindən ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan X6 bağışlanıb və Quba rayonu notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunub.
26. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1321 saylı arxiv arayışında qeyd olunmuşdur ki, Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci il tarixli 05 saylı iclası 05 may 2000-ci il tarixdə yox, 25 may 2000-ci il tarixdə keçirilmişdir. Həmin iclas prtokolunda torpaq sahəsi veriləcək şəxslərin adlı siyahısı yoxdur “(i/v120).
27. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi idarəsinin xx.xx.2021-ci il tarixli vətəndaş Cavabdeh ünvanlanmış məktubunda göstərilir ki, xx.xx.2006-cı il tarixli, 0.03 ha torpaq sahəsinə verilmiş JN2855A KOD 30301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə və Quba rayon Tİ və MHQ idarəsi tərəfindən verilmiş xx.xx.1991 -ci il tarixli, 412a nömrəli qeydiyyat vəsiqəsinə əsasən X7 məxsus olmuş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Quba rayonu notariat Kontorunun xx.xx.2016-cı il tarixli, 4Ə958 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmiş və dövlət reyestrindən X3 adına xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli çıxarış işlənmişdir.
28. Yuxarıda qeyd olunan fərdi yaşayış evi X8 tərəfindən 3 saylı Bakı “ASAN xidmət” notariat kontorunun xx.xx.2019-cu il tarixli, 4Ə-2218 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmiş və dövlət reyestrindən Cavabdeh adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir.
29. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1547 saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-2856A KOD 30301004 nömrəli şəhadətnaməyə əsasən İddiaçı1 və İddiaçı2 Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün verilmiş 0.03 ha torpaq sahəsinin 252 kv.metr hissəsi koordinatları daxilindədir. Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh məxsus ünvan 7 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 35.1 kv.metr olan daşınmaz əmlak koordinatları daxilindədir.
30. Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-2856A KOD 30301004 nömrəli şəhadətnaməyə əsasən İddiaçı1 və İddiaçı2 Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün verilmiş 0.03 ha torpaq sahəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh Mirzəkərəm oğluna məxsus ünvan 7 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi şimal-qərb istiqamətində 57 kv.metr hissədə üst-üstə düşür.
31. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə görə Torpağın mülkiyyətə verilməsinə dair JN-2856A KOD 30301004 nömrəli şəhadətnaməyə əsasən İddiaçı1 və İddiaçı2 Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün verilmiş 0.03 ha torpaq sahəsinin 252 kv.metr hissəsi koordinatları daxilində yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh məxsus ünvan 7 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 35.1 kv.metr olan daşınmaz əmlak koordinatları daxilində yerləşir. Torpağın mülkiyyətə verilməsinə dair JN-2856A KOD 30301004 nömrəli şəhadətnaməyə əsasən İddiaçı1 və İddiaçı2 Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün verilmiş 0.03 ha torpaq sahəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh məxsus ünvan 7 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi şimal-qərb istiqamətində 57 kv. metr hissəsi üst-üstə düşür.
32. İş materiallarından görünür ki, işə apellyasiya məhkəməsində baxılan zaman həm iddiaçı, həm də cavabdeh tərəfi iş üzrə əlavə ekspertiza keçirilməsini xahiş etmişdir.
33. Azərbayan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(102)-554/2023 nömrəli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadında qeyd etmişdir ki, “işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 0.03 ha torpağından, yəni 300 kv.m.-dən 48 kv. m. əskikdir, Cavabdeh məxsus adıçəkilən torpaq sahəsi sənəd üzrə 0.03 ha olduğu halda, faktiki torpaq sahəsi 0.0378 hektardır, yəni 0.078 ha zəbt torpaq sahəsidir. Lakin birinci instansiya məhkəməsi ekspert qarşısında sual qoyarkən Cavabdeh özbaşına tikinti apardığı tikilinin ümumi sahəsinin nə qədər olduğunu və cavabdehin zəbt etdiyi 0.078 ha artıq torpaq sahəsinin harada yerləşdiyini, iddiaçılar İddiaçı1 və İddiaçı2 48 m² torpaq sahəsi əskikdirsə, bu əskik sahə haradadır və ya bu sahənin cavabdehin tikdiyi tikilinin altında yerləşən sahə olub-olmamasını aydınlaşdırmamışdır.” Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən əlavə ekspertizanın keçirilməsi barədə vəsatət təmin edilməmiş, iddiaçıların mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin 57 kv.m hissəsinin cavabdeh tərəfindən zəbt edilib edilməməsinin müəyyən edilməsi üçün müvafiq suallar ekspert qarşısında qoyulmamışdır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
35. Məhkəmə kollegiyası Azərbayan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 15 fevral 2023-cüil tarixli, 2(102)-554/2023 nömrəli qərarında qeyd edilənlərə, eləcə də tərəflərin verdiyi vəsatətlərə istinadən məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(105)-1096/2023 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki eksperitzası təyin etmişdir.
36. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/9646 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-2856A Kod 30301004 nömrəli şəhadətnaməyə əsasən X2 və İddiaçı2 Quba şəhəri ərazisində fərdi yaşayış evi tikintisi üçün verilmiş 0,03 ha torpaq sahəsinin, 09.01,2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh məxsus ünvan 7 ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin (naturada) koordinatları müəyyən edilmişdir. Cavabdeh məxsus ünvan 7 ünvanında yerləşən 0.03 ha torpaq sahəsində aparılmiş tikinti Cavabdeh məxsus **********03-10301 reyestr nömrəli Çıxarışa əsasən 0.03 ha torpaq sahəsinin daxilində yerləşir. Torpaqların elekton kadastr uçotu informasiya sisteminə (TEKİUS) əsasən İddiaçı1 və İddiaçı2 məxsus Torpağın mülkiyyətə verilməsinə dair JN-2856A Kod 30301004 nömrəli şəhadətnamənin cizgiləri ilə Cavabdeh məxsus xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən 0.03 haa torpaq sahəsinin cizgiləri üst-üstə düşmür. Cavabdeh məxsus ünvan 7 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən tikintialtı sahəsi 160 kv.metr olan fərdi yaşayış evi və 52 kv.metr yarımçıq tikili xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03- 10301 reyestr nömrəli Çıxarışa əsasən verilmiş Plan-ölçü sənədinin cizgiləri daxilində yerləşir. Cavabdeh məxsus adıçəkilən evin texniki pasportunda qeyd edilən 0.0078 ha artıq torpaq sahəsi cavabdehin faktiki istifadəsində olan cənub-şərq hissəsində yerləşir və bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi ilə iddiaçılara məxsus Torpağın mülkiyyətə verilməsinə dair JN-2856A Kod 30301004 nömrəli şəhadətnamənin cizgiləri ilə cavabdehə məxsus xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03- 10301 reyestr nömrəli Çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən 0.03 haa torpaq sahəsinin cizgilərinin üst-üstə düşməməsi, cavabdehə məxsus ünvan 7 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən tikintialtı sahəsi 160 kv.metr olan fərdi yaşayış evi və 52 kv.metr yarımçıq tikilinin cavabdehə məxsus xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03- 10301 reyestr nömrəli Çıxarışa əsasən verilmiş Plan-ölçü sənədinin cizgiləri daxilində yerləşməsi, cavabdehə məxsus evin texniki pasportunda qeyd edilən 0.0078 ha artıq torpaq sahəsinin cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin cənub-şərq hissəsində yerləşməsi, bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi olması müəyyən edilmişdir. 38.. Bununla da ekspert rəyi ilə iddiaçılara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməməsi, onun tikdiyi tikilinin altında yerləşən sahə olmaması müəyyən edilmişdir.
39. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar onlara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini təsdiq edəcək sübutlar təqdim etməmiş, eyni zamanda qeyd edilən hal keçirilmiş ekspert rəyi ilə təsdiqini tapmışdır.
40. Beləliklə məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, şikayətin dəlilləri keçirilmiş ekspert rəyi ilə təkzib edildiyindən əsaslı hesab edilə bilməz. Eyni zamanda hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
41. Eyni zamanda məhkəmə kollegiyası iş üzrə təkrar ekspertizanın təyin edilməsi barədə iddiaçıların vəkilinin vəsatətinə münasibətdə bildirir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir.
42. Bundan başqa iddiaçıların onlara məxsus torpaq sahəsinin kimin tərəfindən zəbt edilməsinin müəyyən edilməsinə dair dəlilinə cavabdeh olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbində iddiaçılar cavabdehin onlara məxsus torpaq sahəsini zəbt etdiyini iddia edirlər. Məhkəmə kollegiyası da həmin tələb həcmində araşdırma aparır. Hər hansı bir digər şəxslərin iddiaçılara məxsus torpaq sahəsinin zəbt-edib-etməməsinin müəyyən edilməsi hazırki iddianın predmeti deyildir.
43. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
45. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Quba Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(027)-91/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 46.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(027)-91/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, HesabAZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.